Bir neçə sevimli misal

Bir neçə sevimli misal

Bizə kömək edənlərin bir neçəsindən data jurnalistikaya dair ən sevimli misallarını deməyi və onlarda nəyi xoşlaqıqlarını bildirməyi xahiş etdik.

Las Veqas Sun-a ziyan vurma

figs/incoming/01-GG.png
Şəkil 5. Ziyan vurmayın (The Las Vegas)

Mənim ən çox sevdiyim misal 2010-cu ildə Las Veqas Sun-un xəstəxana şəraitinə dair “Ziyan vermə” seriyasından olan yazılardır (bax: şəkil 5). Sun qəzeti 2,9 milyon xəstəxana qeydlərini təhlil etdi və gördü ki, 3600 zədələnmənin, yoluxmanın və cərrahi səhvlərin qarşısı alına bilərdi. Onlar bu məlumatları ictimai qeydlərdən xahiş edərək almışdılar və müəyyən etmişdilər ki, 300 halda xəstələr ölmüşdülər, halbuki bu ölümlərin qarşısı alına bilərdi. Orada interaktiv qrafika da daxil olmaqla müxtəlif elementlər də vardır ki, oxuculara hospitalı görməyə, gözlənildiyindən daha çox cərrahi zədələri görməyə imkan verir. Vaxtı göstərməklə yoluxmaların xəsətəxanadan xəstəxanaya necə yayıldığını; interaktiv qrafika həm də oxuculara xəstəxanalarda qarşısı alına biləcək, lakin qarşısı alınmayan zədələnmələri, insanların necə zədələndiklərini görməyə imkan verir. O, mənim xoşuma gəlir, çünki onu başa düşmək çox asandır. Bu məlumatlardan istifadəçilər öz intuisiyalarına görə istifadə edə bilərlər. Onun real təsiri özünü göstərdi. Nevada qanunvericiliyi dörd qanunvericilik aktı ilə cavab verdi

— Angélika Peralta Ramos, La Nasión, Argentina

Dövlət işçilərinin əmək haqqı göstəriciləri

figs/incoming/01-FF.png
Şəkil 6. Dövlət işçilərinin əmək haqqı göstəriciləri. (Texas Tribun)

Mən müstəqil kiçik təşkilatların hər gün icra etdikləri işi sevirəm, məsələn, Pro Publikanın və Texas Tribunun Rayen Merfidə böyük data müxbiri vardır. Əgər seçməli olsaydım, onda Texas Tribunun layihəsi olan “Dövlət işçilərinin əmək haqqı göstəriciləri”ni seçərdim (şəkil 6). Bu layihə tədqiqatçıların tədqiq edərək, oradan malumatlar götürmələri üçün 600 000 dövlət işçisinin əmək haqlarını göstərən verilənlər bazasını əhatə edir. Siz təşkilat, ad, və yaxud maaşlara görə axtarış edə bilərsiniz. O sadədir, mənalıdır və əlçatmaz informasiyaları əlçatar edir. Onun istifadəsi asandır və avtomatik olaraq hekayələr yaradır. Bu Texas Tribunun nə üçün öz informasiyalarınının çoxunu verilənlər bazasından aldığına böyük misaldır.

— Saymon Rocers, The Qardian qəzeti.

İraq müharibə loqolarının tam mətninin əyaniləşdirilməsi Assoşieyted Press

figs/incoming/01-YY.jpg
Şəkil 7. Müharibə loqolarının təhlili. (Associated Press)

Jonatan Stray və Julian Börgessin İraq Müharibə loqolarındakı eksperimental metodlara əsaslanan işi sonralar üzərində daha geniş maştabda işləməyə layiq olan mətn təhlilinə və əyaniləşdirilməsinə bir girişdir (şəkil 7).

Mətn təhlili metodları və alqoritmlər vasitəsilə Jonatan və Juliya elə bir metod yaratdılar ki, o ABŞ-ın minlərlə hökumət hesabatlarında olan açar sözlərin toplularını göstərdi və bu əyani şəkildə Vikiliksdən sızdı.

Təqdim olunan metodlara məhdudiyyətlər olsa da, yanaşma eksperimentaldır və yenilikçi yanaşmanı təqdim edir. Müharibə loqolarına dair bütün faylları xüsusi açar sözlər daxil etməklə və hasilatı nəzərdən keçirməklə qərəzli şəkildə oxumağa çalışmaqdansa, bu metod, açar sözləri və mövzuları xüsusilə müvafiq surətdə hesablayır və əyaniləşdirir.

Datanın artmaqda olan miqdarı ilə həm mətni (e-maillər, hesabatlar və s), həm də ədədi məlumatlar ictimai domenə gələrək və əsas maraq dairələrinə yol taparaq, get-gedə daha çox əhəmiyyət qazanacaq və data jurnalistikanın bir güclü yarım sahəsi olacaq.

— Sintia O’Murçu, Financial Times

Qətl sirləri

figs/incoming/01-XX.jpg
Şəkil 8. Qətl sirləri (Scripps Howard, Xəbər xidməti)

Data Jurnalistikada mənim üçün sevimli yazılardan biri Scribbs Hovard Xəbərlər xidmətindəki Tom Harqrovun “Qətl sirləri” layihəsidir (Şəkil 8). O, dövlətin məlumatlarından və ictimai tələblərə əsasən demoqrafik cəhətdən incələnmiş, 185 min üstü açılmamış qətldən ibarət bir verilənlər bazası yaratdı və sonra elə bir alqoritm dizayn etdi ki, mümkün potensial serial qatillərin mövcudluğunu güman etməyə imkan versin. Bu layihədə hər bir şey vardır: Dövlətin verilənlər bazasından daha yaxşı bir bazanın yaradılmasına sərf olunmuş ağır əmək ictimai-elmi metodlardan istifadə etməklə hərtərəfli təhlil, oxucuların özlərinin tədqiqat apara bilmələri üçün məlumatın onlayn interaktiv təqdimatı.

— Steve Doig, Volter Kronkit Journalistika məktəbi, Arizona Dövlət Universiteti

Mesaj Qurğusu

figs/incoming/01-HH.png
Şəkil 9. Mesaj Qurğusu (ProPublica)

Mən Pro Publikanın “Mesaj qurğusu” hekayəsini və yarımçıq bloq postunu sevirəm (Şəkil 9). Bütün bunlara görə bir neçə tvitterçi Obama kampaniyasından müxtəlif elektron poçt məktubları aldıqlarını bildirdilər. PropPublikanın işçiləri insanlardan aldıqları hər bir e-poçtu ötürmələrini xahiş etdilər. Təqdimat gözəldir, həmin axşam göndərdiyimiz bir neçə müxtəlif e-poçtun vizual fərqi var idi. Bu təəccüblüdür, çünki onlar öz datalarını özləri toplamışdılar. Qəbul edə bilərik ki, kiçik bir nümunə bir hekayə düzəldə biləcək qədər böyük idi. Lakin daha da təəccüblüsü o idi ki, onlar yeni meydana çıxan bir fenomen haqqında hekayə, siyasi kampaniyalarda istifadə olunan və xüsusi şəxslərə ünvanlanan bir məlumat idi. Bu sadəcə olaraq, gələcək şeylərin dadı idi.

— Brayen Boyer, Çikago Tribun

Fərq

figs/incoming/01-JJ.png
Şəkil 10 Qələbə və məğlubiyyətin xəritəsi Chartball)

Mənim üçün ən sevimli data jurnalistika layihələrindən biri Endru Qarsiya Filipin “Xəritə topları” işidir (şəkil 10). Endru data üçün yüksək iştahası olan, dizayn üçün təəccüblü gözləri və kod yazmaq üçün qabiliyyəti olan bir idman fanatıdır. Xəritə topları ilə o yalnız tarixin süpürülməsini deyil, həm də fərdi oyunçuların və komandaların uğurlarını və uğursuzluqlarını incələyir. O mətn yaradır, dəvətedici qrafik yaradır, onun işi dərin, məzəli və maraqlıdır, bir də idman mənim nəyimə lazım?

— Sara Slobin, Wall Street jurnalı

Добавить комментарий