Plagiatlıq kriminaldan daha çox tərbiyə məsələsidir
Yegana Nabiyeva
(author)

Ekspertlər Azərbaycanda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun addımbaşı pozulduğunu iddia edir, vəziyyətdən çıxış yolunu əqli mülkiyyət hüququnu rəsmiləşdirməkdə və məhkəmə çəkişmələrində görürlər.
“Mənim yazılarım oğurlanır”
Fəlsəfə elmləri doktoru, elmi yaradıcılıqla məşğul olan, nasir, dramaturq, esseist kimi tanınan Firuz Mustafa 40-dan çox kitab yazıb. Uzun illər AzTV-də verilişlərin müəllifi və aparıcısı olub. Onlarla pyesi dövlət teatrlarında səhnələşdirilib, mətnlərinə görkəmli bəstəkarlar mahnılar bəstələyiblər.
Lakin plagiatlıq Firuz müəllimin də məhsullarından yan keçməyib: “Tez-tez sosial şəbəkələrdə deyimlərimi paylaşıram. İndi onlara «status» deyirlər. Mənimçün onlar aforistik deyimlərdir. Bu deyimlərdən ibarət iki kitabım nəşr olunub. Amma görürsən ki, həmin «statusları» oğurlayıb, elə buradaca öz adlarına çıxanlar olur. Bəzi irihəcmli yazılarımın fabulasını və məzmununu götürənlər də var”.
MVA Data hekayələri yaradan bölgə jurnalistlərini mükafatlandırdı
“Biz 2016-cı ilin oktyabrında bu layihəyə başlayanda özümüzü qaranlıq meşədə hiss edirdik. Əlimizdə xəritə olsa da, hara gedəcəyimizi bilsək də, tərəddüd içindəydik. Çünki bizi təhlükələr də izləyirdi. Amma inamın olanda keçilməz sədləri belə aşa bilirsən.”
Bu fikirləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev aprelin 26-da Mingəçevir Media Mərkəzində bölgə jurnalistlərini mükafatlandırarkən deyib. O, bildirib ki, il yarım əvvəl Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində MVA İB Azərbaycanda açıq məlumatların yayılmasına yardım etmək məqsədi daşıyan təşəbbüsə dəstək verib: “Biz Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşlarımızla birgə Data Jurnalistikanı Azərbaycana gətirməyə müvəffəq olduq. Ötən müddətdə media, QHT və hökumət qurumları üçün Mingəçevir Media Mərkəzində, Bakıda və Şəkidə açıq məlumatlara dair silsilə təlimlər və mitaplar, Bərdə, Yevlax, Oğuz, Göyçay və Ağdaş bölgələrində hökumət nümayəndələri üçün məsləhət görüşləri təşkil etdik, 10 nəfəri Avropaya konfrans və təlimlərə göndərdik. Eyni zamanda Data Jurnalistika səhifəsini açdıq, onlayn kurslar vasitəsilə daha çox insanın açıq məlumatlar əldə etməsinə şərait yaratdıq, “Açıq küçə xəritəsi»ni və “Data Jurnalistika” kitabını Azərbaycan dilinə çevirdik. Nəhayət, 15 bölgəni təmsil edən 20 jurnalistə də data alətlərindən istifadə etmək imkanı yaratdıq. İndi onlar məlumatları əyaniləşdirməklə oxucuları üçün daha maraqlı yazılar hazırlaya biləcəklər”.
F.Nəbiyev əlavə edib ki, bölgə jurnalistləri üçün mart ayının sonlarında 4 gün davam edən təlimdən dərhal sonra müsabiqə elan olunub: “20 nəfərin qatıldığı təlimdə sonuncu gün 18 jurnalist hazırlamaq istədiyi data hekayəsi ilə bağlı fikirlərini bölüşüb. 11 nəfər müsabiqəyə yazısını təqdim edib.2 məqalə data elementlərindən istifadə edilmədiyi, 1 araşdırma isə paytaxt jurnalisti tərəfindən göndərildiyi üçün müsabiqədən kənarda qalıb: “Doqquz yazı isə veb səhifəmizin «Data hekayələri» bölümündə yerləşdirilib. Bakılı jurnalist İsmayıl Fətəliyevin “Kölgədən çıxanlar” (Əlilliyi olan şəxslər dəyişiklik istəyir) sərlövhəli məqaləsi ən gözəl data yazısıdır. Müəllif əlilliyi olan şəxslərin nəqliyyatdan istifadə problemini çox ustalıqla əyaniləşdirə bilib. Əgər bizim müsabiqə bütün ölkə üçün elan olunsaydı, bu yazı birinci mükafata layiq görülərdi”.
Bundan sonra MVA prezidenti qalibləri təqdim edib.
Münsiflər heyəti soldan sağa Fərid Həsənov,Yeganə Nəbiyevav və Rahim Tariverdiyev
Mingəçevir Media Mərkəzində Data Jurnalistika barədə təlimə 15 bölgənin jurnalisti qatıldı
Mingəçevirdə bölgə jurnalistlər üçün Data Jurnalistika barədə təlimə start verilib

Data Jurnalistika bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir. Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmə artıq reallığa çevrilib. Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi ənənəvi jurnalistika ilə məşğul olan KİV nümayəndələrinin Data Jurnalistika ilə
Ali Media Mükafatını Mingəçevirə gətirdik

Martın 14-də Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunan mərasim keçirilib. Mərasimdə Azərbay-can Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət qurumlarının, diplomatik korpusun nümayəndələri, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, media təmsilçiləri iştirak ediblər.
Mərasim Azərbaycan Mətbuat Şura-sının 15 illik fəaliyyəti ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Prezidentin köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib.
Regiondakı jurnalistlər üçün Data Jurnalistika təlimi və müsabiqə

Data Jurnalistika bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir. Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmələri artıq reallığa çevrilib. Bəs ənənəvi jurnalistika ilə məşğul olan KİV nümayəndələrinin ehtiyacını nəzərə alaraq, Data Jurnalistika ilə bağlı növbəti təlim və müsabiqə proqramını elan edirik.
Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum müzakirə olundu

Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi proqram çərçivəsində konfrans
Fevralin 12-də Bakida “Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi
Datadan istifadə edərək daha yaxşı hekayələr yaratmaq: Bakıda yeni Data Jurnalistika Kursu başlayır

Datadan istifadə edərək daha yaxşı hekayələr yaratmaq: Bakıda yeni Data Jurnalistika Kursu başlayır- Azərbaycanın online, yayım və mətbuat orqanlarından olan 30 jurnalist Oxfordun Miqrasiya, Siyasət və Cəmiyyətə Yardım Mərkəzinin (COMPAS) mütəxəssiləri Rob McNeil və William Allen tərəfindən idarə edilən Data Vizuallaşdırılması seminarında iştirak etdilər. Seminar Avrasiya Əməkdaşlıq Fondu və Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzi (ICMPD) tərəfindən Azərbaycanda həyata keçirilən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsi tərəfindən təşkil edildi.Bu seminar Birləşmiş Ştatların Bakıdakı səfirliyinin dəstəyi ilə
İnfoqrafika yaratmaq üçün 5 faydalı proqram

İnfoqrafika – məlumatların vizualizasiyasıdır. O, məlumatları oxucuya adi mətnlə yox, təsvirlə çatdırır. İnfoqrafika bir qayda olaraq izahedici mətnlərlə müşayiət olunan qrafiklərdən, diaqramlardan və digər təsvirlərdən ibarətdir.Oxucuya xəbəri daha əyani formada çatdırmaq üçün statistik informasiyanı və rəqəmləri əsas mətndən kənara çıxarıb infoqrafika formasında vurğulamaqla xəbəri həm daha oxunaqlı, həm də daha cəlbedici etmək olur.Sosial texnologiyalar istixanası infoqrafika yaratmaq üçün beş ödənişsiz və rahat xidmətin siyahısını hazırlayıb. Yeni Jurnalist saytı sizə həmin materialın tərcüməsini təqdim edir.
==================================================================================
2018-03-23 22:15:38
Mingəçevirdə bölgə jurnalistlər üçün Data Jurnalistika barədə təlimə start verilib —
Mingəçevir Media Mərkəzində Mingəçevir Valideynlər Assosiasiyası (MVA) “Transitions” (Çexiya) və “Linking Media” (Polşa) şirkətləri ilə birgə Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində QHT, dövlət qurumları və KİV nümayəndələri üçün açıq məlumatlara dair təlimlərə başlanılıb. AZƏRTAC qht.az saytına istinadən xəbər verir ki, təlimləri media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edir. MVA-nın rəhbəri Fərman Nəbiyev deyib ki, Azərbaycanda açıq məlumat təcrübəsinin genişləndirilməsinə ehtiyac var. Ekspert Lyaksey Lyavonçik bildirib ki, təlimin əsas məqsədi auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir. Təlim çərçivəsində məlumatların toplanıb Excel cədvəlinə salınması, şəkillər və cədvəllər üzərində iş, statistik məlumatın yoxlanması, mənbələrdən ilkin məlumatların əldə olunması və s. məsələlər müzakirə olunub. Üç qrup üzrə aparılan təlimlər noyabrın 27-dək davam edəcək.
2017-12-04 18:45:23
Datadan istifadə edərək daha yaxşı hekayələr yaratmaq: Bakıda yeni Data Jurnalistika Kursu başlayır
2017-11-25 12:49:12
Data Jurnalistika təlimində iştirak üçün qeydiyyat davam edir
2017-11-21 13:30:51
Qibtə edilən yaşayış standartları. Hansı yolu seçək?
2017-10-11 14:11:35
Mingəçevir Dövlət Universitetində “Data Jurnalistika” kitabı müzakirə olundu
2017-10-05 22:08:11
“Data Jurnalistika” kitabının tədris vəsaiti kimi qəbul edilməsi çox faydalı olardı”
2017-09-16 09:38:31
“Data Boot Camp”da nələri qazandıq?
2017-09-04 10:06:30
KİV, QHT və hökumət nümayəndələri üçün açıq məlumatlarla bağlı yeni fürsət
2017-07-30 13:52:03
Mingəçevirdə və Praqada öyrəndiklərimi iş yerimdə tətbiq edirəm
2017-07-17 23:24:56
Sarayevoda VI Point Konfrans başa çatdı — FOTOLAR
2017-07-17 23:23:24
Mingəçevirdə açıq məlumatlara dair növbəti təlim
2017-07-17 23:20:21
Mingəçevirdə açıq məlumatlara dair təlimlərə start verildi
İnfoqrafika yaratmaq üçün 5 faydalı proqram
İnfoqrafika – məlumatların vizualizasiyasıdır. O, məlumatları oxucuya adi mətnlə yox, təsvirlə çatdırır. İnfoqrafika bir qayda olaraq izahedici mətnlərlə müşayiət olunan qrafiklərdən, diaqramlardan və digər təsvirlərdən ibarətdir.Oxucuya xəbəri daha əyani formada çatdırmaq üçün statistik informasiyanı və rəqəmləri əsas mətndən kənara çıxarıb infoqrafika formasında vurğulamaqla xəbəri həm daha oxunaqlı, həm də daha cəlbedici etmək olur.Sosial texnologiyalar istixanası infoqrafika yaratmaq üçün beş ödənişsiz və rahat xidmətin siyahısını hazırlayıb. Yeni Jurnalist saytı sizə həmin materialın tərcüməsini təqdim edir.
1) Canva
Canva proqramı sizə infroqrafika üçün çoxsaylı hazır şablonlar təklif edir. Burada qrafik elementlərin geniş inventarı da mövcuddur. Siz bu inventardan yararlanaraq hazır şablonlarda dəyişikliklər edə, öz kompüterinizdən fon üçün təsvirlər əlavə edə bilərsiniz. Proqram bir neçə səhifədən ibarət infroqrafikalar yaratmağa da imkan verir. Proqramın interfeysi intuitivdir. Siz hazır infoqrafikalarınızı PNG və ya PDF fayl formasında endirə bilərsiniz.Canva onlayn xidməti eyni zamanda sizə Pinterest, Twitter, Facebook, Tumblr, Instagram kimi sosial şəbəkələr üçün fərqli posterlər hazırlamağa imkan yaradır. Burada məktublar, CV, təqdimatlar, sertifikatlar, afişalar, menyu və loqotiplər hazırlamaq üçün şablonlar var.Digər tərəfdən, xidmətin təklif etdiyi bəzi şablonlar ödənişlidir. Əsas funksiyalar ödənişsiz olsa da proqramın biznes üçün nəzərdə tutulmuş daha təkmil versiyasına ayda 9,95 dollar ödəniş etmək lazımdır.
2) Venngage
Bu onlayn xidmət Canva proqramına bənzəyir. Onun vasitəsilə infoqrafika ilə yanaşı, posterlər, afişalar, hesabatlar da hazırlamaq olar. Burada xəritələr, diaqramlar və qrafiklər, cədvəllər üçün hazır şablonlar mövcuddur. Bəyəndiyiniz qrafik elementlərdən – şəkillərdən, ikonlardan və loqotiplərdən istifadə etməklə öz infoqrafikanızı da yarada bilərsiniz. Hazır infoqrafikaları PNG və ya PDF formatında endirmək mümkündür.
Bu proqramın da daha təkmil versiyası ödənişlidir. Premium versiyadan istifadə etmək üçün hər ay 15 dollar ödəmək lazımdır
3) Visme
Bu onlayn xidmət beta versiyada olsa da, animasiyalar, maketlər, banner və infoqrafika hazırlamağa imkan yaradır. Burada infoqrafikalar üçün çoxlu ödənişsiz şablonlar mövcuddur. Proqramın ödənişsiz versiyasında əsas funksiyalardan istifadə etmək mümkün olsa da, premium hesab üçün hər ay 7 dollar ödəniş etmək lazımdır.
4) Cacoo
Təsvirlər çəkmək üçün çox sadə və rahat olan bu ödənişsiz onlayn xidmət həm də müxtəlif infoqrafikalar düzəltməyə imkan yaradır. Burada təqdimatlar, diaqramlar, sayt xəritələri, səhifələrin sxemlərini, şəbəkə qrafikləri hazırlamaq olar.Bu xidmətin bir xüsusiyyəti də eyni zamanda bir neçə istifadəçinin eyni qrafik üzərində işləməsinə imkan verməsidir. Cacoo xidmətində hazırlanmış infoqrafikanı PNG formatında öz saytınızda yerləşdirə bilərsiniz. Əgər proqramda orijinal infoqrafikaya dəyişiklik etsəniz, saytınızda görünən versiya da müvafiq olaraq dəyişəcək.
5) Creatly
Mürəkkəb və təfsilatlı infoqrafikalar hazırlamaq istəyən istifadəçilər bu onlayn proqramda çoxsaylı bloklar, qrafik fraqmentlər və funksiyalar tapa bilərlər. Eyni zamanda öz kompüteriniz və ya saytınızdan təsvirlər əlavə edə, şrifti, obyektləri, onların ölçü və rənglərini dəyişə bilərsiniz. İnfoqrafika hazırlamaq üçün redaktor pəncərəsindən işləyəcəksiniz. İnfoqrafikaları PDF formatında kompüterə endirmək olur. Proqramın interfeysi yeddi dildə çalışır. Xidmət ödənişsiz olsa da, ayda 5 dollar qarşılığında ödənişli hesab açmaq mümkündür.
Məlumatları vizuallaşdırmaq üçün 10 sınanmış proqram
Sosial texonologiyalar istixanası məlumatları vizuallaşdırmaq və multimedia layihələri hazırlamaq üçün 10 sınanmış və istifadəsi rahat proqramın siyahısını tərtib edib. Yeni Jurnalist saytı həmin materialın tərcüməsini təqdim edir.
1) ChartBlocks
Bu onlayn xidmət proqramlaşdırma ilə tanış olmayan istifadəçilərə elektron cədvəllər və məlumat bazaları ilə işləmək imkanı yaradır. ChartBlocks bir neçə mənbənin məlumatlarından çıxış edərək bir neçə dəqiqə ərzində qrafiklər və diaqramlar hazırlamaq üçün səmərəli alətdir.
2) Datawrapper
Məlumatları vizuallaşdırmağa imkan yaradan bu xidmət jurnalistlər və redaktorlar üçün nəzərdə tutulub. Müxtəlif formatlarda (Excel, CSV, PDF) məlumat bazası ilə işləmək imkanına sahib olan Datawrapper proqramında hazırladığınız qrafikləri istənilən sayta yerləşdirmək mümkündür.
Proqramda interaktiv qrafiklər hazırlamaq mümkündür. Kursoru hazır qrafikdəki obyektin üstünə gətirərək daha detallı məlumatları göstərmək, zaman şkalası vasitəsilə müxtəlif məlumatları müqayisə etmək olar. Proqram vasitəsilə şriftləri, rəng və ölçüləri öz saytınızın üslubuna uyğun olaraq dəyişdirə bilərsiniz.
3) Plotly
Bu proqram elektron cədvəlin məlumatlarından çıxış edərək bir neçə dəqiqə ərzində qrafiklər yaratmağa imkan verir.
4) RAW
Cədvəllərin verilənləri ilə (Microsoft Excel, Google Docs, Apple Numbers) işləyən bu onlayn xidmət elektron cədvəllərlə vektor qrafikasını birləşdirməyə imkan yaradır. Xüsusən də cədvəldəki ancaq bir məlumat növünü vizuallaşdırmaq lazım olan hallarda bu proqram işə yarayır. Hələ ki JSON və XML formatlarını dəstəkləmir.
5) Visual.ly
Visual.ly proqramı vasitəsilə siz infoqrafikalar, videolar, təqdimatlar, hesabatlar, elektron kitablar və interaktiv mikrosaytlar hazırlaya bilərsiniz
İnteraktiv qrafiklər hazırlamaq üçün olduqca faydalı onlayn alət olan Google Charts həm sadə diaqramlar, həm də mürəkkəb iyerarxik xəritələr yaratmağa imkan verir. Şablonlar qalereyasında çoxsaylı hazır şablonlar tapmaq mümkündür. Google Charts həm də Andoid əməliyyat sistemli ağıllı telefonlarda (smartfonlarda) da çalışır. HTML5 və SVG formatını dəstəkləyir.
7) FusionCharts
FusionCharts – istəyinizə uyğun olaraq qrafikləri redaktə etmək, onların xarici görünüşünü, fon rəngini və şriftlərini dəyişmək imkanı verən olduqca çevik onlayn alətdir. Proqramdan istifadə edənlər JSFiddle xidmətinin inventarında yerləşdirilmiş 900-dən çox xəritə və nümunələrlə işləmək imkanına sahibdirlər.
8) Polymaps
Bu xidmət bir neçə verilənlər çoxluğunu sürətli şəkildə vizuallaşdırmaq, eləcə də OpenStreetMap, CloudMade, Bing
və digər kartoqrafik xidmətlərin üzərində vizual təsvirlər hazırlamaq imkanı verir. Polymaps küçələr səviyyəsindən ölkə səviyyəsinə qədər geniş miqyasda verilənlər bazası ilə işləyə bilir. Xidmət SVG formatını dəstəkləyir və istifadəçi CSS imkanlarından yararlanaraq öz məhsuluna istədiyi dizaynı verə bilər.
9) Chartist.js
Bu xidmət çevik və idarə edilməsi asan bir xidmət olub JavaScript və CSS istifadə edənlər üçün münasib qrafiklər inventarıdır.
10) Leaflet