ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

İmkan boşluğu

figs/incoming/03-YY.png
Şəkil 27. İmkan boşluğu layihəsi (ProPublika)

İmkan Boşluğu ABŞ Təhsil Departamentinin əvvəllər heç nəşr olunmamış məlumatından istifadə edərək göstərdi ki, bəzi ştatlarda, məsələn Floridada yəhsil sahəsində elə bir səviyyə təmi n olunmuşdur ki, yüksək səviyyəli kurslara zənginlərin və yoxsulların daxil olmaları üçün bərabər əl çatarlılıq yaradılmışdır. Ancaq bəzi ştatlarda, məsələn, Kanzas, Merilend və Oklahomada nisbətən yoxsulların yaşadıqları ərazilərdə daha az imkanlar təklif edirlər.

Bu məlumata 3000 və daha çox tələbənin yaşadığı rayonlar daxil edilmişdi. Burada bütün ictimai məktəb şagirdlərinin dörddə üçü təmsil edilmişdi. Bizim xəbər şöbəsindəki bir müxbir bu məlumatı əldə etmiş və bizim Kompüter Dəstəkli Xəbər Bölməsinin direktoru onu çox geniş şəkildə təmizləmişdi.

Bu təxminən 3 aylıq bir layihə idi. Bu hekayə və xəbər proqramı üzərində cəmi 6 nəfər işləmişdi.: iki redaktor, bir müxbir, bir KDX işçisi və iki proqramçı işləmişdi. Bizim əksəriyyətimiz, xüsusilə həmin dövrdə onun üzərində işləməmişdi.

Bu layihə bizdən birgə bacarıqlar tələb edirdi : dərin domen biliyi, məlumatın ən yaxşı başa düşülməsi təcrübəsi, dizayn və kodlaşdırma bacarıqları və s. Burada ən çox tələb olunan şey-məlumatın içərisindən hekayəni tapa bilmək bacarığı idi. Buraya yalnız hekayənin redaktəsi deyil xəbər proqramının özünün uyğunlaşdırılması daxildir.,

Məlumatın təmizlənməsinə və təhlilinə gəlincə, biz ən çox excel-dən və təmizləmə yazılarından, MS Access-dən istifadə edirdik. Xəbər proqramı Rubi on Rails-də yazılmış və daha çox Java Scriptdən istifadə edir.

Hekayəyə ümumi baxışdan əlavə, bizim əhatə dairəmizə interaktiv xəbər proqramı da daxildir ki, oxuculara onlara aid olan bu geniş milli məlumat şəbəkəsində lazım olan nümunələri başa düşüb tapa bilsinlər. Bizim xəbər proqramından istifadə edərək bizim oxucular öz yerli məktəblərini məsələn, Central High School in Newark, N.J və həmin ərazidəki başqa məktəbləri tapa və orada işlərin necə getditini öyrənə bilərdilər. Sonra onlar Yüksək və aşağı səviyyəli yoxsul məktəbləri müqayisə edin düyməsini basmaqla dərhal, başqa məktəbləri və onların nizbi kasıblığını görə bilər, onlara daha yüksək riyaziyyat və dgər kurslar təklif edə bilərdilər. Bizim misalda Central High məktəbi Milburn high ilə müqayisə olunur. İmkan Boşluğu layihəsi göstərir ki, Milburn məktəbi tələbələrinin cəmi 1 faizi qiyməti ucuzlaşdırılmış yeməklərdən istifadə edir. Lakin onların ən azı 72 faizi yüksək səviyyəli jurslara gedirlər. Başqa bir halda isə, İnternasional High məktəbi tələbələrinin 85% ucuzlaşdırılmış yeməklərdən istifadə edir, yalnız 1% AP kurslarına gedirlər.

Bu misalla oxucular bildikləri bəzi şeylərdən istifadə edə bilərlər. Yerli Orta məktəb - Bimədikləri bəzi şeyləri başa düşə bilərlər. Təhsilin əlçatarlılığını və yoxsulluğu səviyyəsinin bu əlçatarlığa uyğun olmasını genişləndirə bilərlər.

Eyni zamanda, biz öz proqramımızı Facebooka inteqrasiya etdik ki, oxucularımız oraya daxil olaraq onları maraqlandıra biləcək məktəblər haqqında məlumat əldə edə bilsinlər. Bizim bütün proqramlarımıza olan yollar əladır və biz xüsusilə fəxr edirik ki, bu proqram mürəkkəb hekayələr qura bilir, daha vacib olanı budur ki, oxucuların öz hekayələrini yaratmalarına kömək edir.

Hökumətə məxsus məlumatlarla başlaya bir çox layihələrdə olduğu kimi, məlumatların xeyli təmizlənməsinə ehtiyac vardır. Məsələn, təxminən yalnız 30 mümkün Yüksək Yerləşdirmə kurları olduğu halda, bəzi məktəblər bildirdilər ki, onlarda yüzlərlə belə kurslar vardır. Ayrı ayrı məktəblərə zəng etmək, məlumatları dəqiqləşdirmək və düzəlişlər etmək xeyli vaxt apardı. Biz çox ciddi şəkildə işlədik ki, proqramımız “uzaq” və “yaxın” hekayələr quraşdıra bilsin. Yəni, proqram oxucunu geniş, mücərrəd milli şəkildə - xüsusilə də ayrı ayrı ştatlarda təhsilə əlçatarlılığın necə təmin olunduğunu müqayisəli şəkildə təqdim etsin. Lakin bu mücərrədlik bəzən oxucuları məlumatın məzmunu barədə çaş baş salır. Biz də istədik ki, oxucular öz məktəblərini tapa bilsinlər və öz ərazilərində yerləşən digər məktəblərlə müqayisə edə bilsinlər. Əgər biz data jurnalistlərə bu cür layihələrin götürməyə maraqlı olmağı məsləhət görsəydik, mən deyərdim ki, siz materialı bilməlisiniz və çevik olmalısınız. Jurnalistikanın bütün növlərində tətbiq olunan qaydalar burada da tətbiq edilir. Siz faktları düzgün götürməli, hekayəni düz quraşdırmalısınız. Elə etməlisiniz ki, sizin proqram hekayənizlə ziddiyyət təşkil etməsin, əgər belə olsa, bu o demək olacaq ki, sizlərdən biri səhv edib

Həm də , əgər siz kodu öyrənmək istəyirsinizsə, ən mühüm olanı başlamaqdır. Ola bilsin ki, siz dərslər, kitablar və yaxud videolar vasitəsilə öyrənmək istəyəsiniz- və bu şeylərin hamısı vardır. Onda elə etməlisiniz ki, layihənin ideyası yaxşı olsun, siz onu verilmiş müddətdə tamamlamalısınız. Əgər beyninizdə bir hekayə vardır və o yalnız bir xəbər proqramı kimi üzə çıxacaq, və proqram sizi saxlamayacaq.

Skott Klain, ProPublica

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI