ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Avropa fondlarında 9 aylıq araşdırma

figs/incoming/03-OO-01.png
Şəkil 28. Aİ-nin sruktur Fondlarının Araşdırması (Araşdırıcı Jurnalistika Bürosu)

2010-cu ildə Faynanşl Taymz və Araşdırıcı Jurnalistika Bürosu Avropa Struktur Fondlarını araşdırmaq üçün qüvvələrini birləşdirdilər. Araşdırmanın məqsədi həmin forndlardan kimlərin faydalandığını öyrənmək və mulun hansı məqsədlərə xərcləndiyini araşdırmaq idi. 7 ildən artıq bir müddət ərzində 347 milyard avro ilə Struktur Fondları Aİ-da ən böyük subsidiya proqramıdır. Bu proqram 10 illiər ərzində mövcud olmuşdur. Lakin burada yalnız ümumiləşdirilmiş cmallar vardı və proqramlardan faydalananların kim olmaları barədə aşkarlıq çox aşağı səviyyədə idi. Hazırki maliyyələşmədə Qaydaların dəyişməsinin bir hissəsi kimi, rəhbərlik, benefisiantların siyahısını tutmalı alınmış Aİ fondları və Milli fondlar barədə ictimaiyyətə bildirməlidir.

Layihə komandası 9 ay əməkdaşlıq edəcək 12 jurnalistdən və 1 tam ştat kodlaşdırıcıdan ibarət olmaqla yaradıldı. Yalnız məlumatın toplanması bir neçə ay davam etdi.

Layihə Faynenşl Taymz-da, BİJ-də, BBC radio sənədli oçerkində və bir neçə BBC sənədli TV filmində işıqlandırıldı.

Siz bu səviyyədə səy göstərilən bir layihəni həyata keçirməzdən əvvəl əmin olmalısınız ki, aşkar etdikləriniz birinci mənbədəndir və siz bununla heç kəsin quraşdıra bilmədiyi bir hekayə quraşdıracaqsınız.

Bu proses bir sıra fərqli addımlara bölünmüşdür:

1. Məlumatı kimin və necə saxladığını saxladığını təyin edin

Regionlar üzrə Avropa Komissiyasının baş direktorluğu məlumatları nəşr edən regional rəhbərlərin vebsaytlarından ibarət bir portala malikdirlər. Biz inanırdıq ki, Komissiyanın layihə məlumatları haqqında mühüm məlumat bazası vardır ki, biz oraya ya birbaşa daxil ola bilərdik, ya da Məlumat Azadlığı-ndan xahiş edərək əldə edə bilərdik. Bizim tələb etdiyimiz səviyyədə heç bir məlumat bazası mövcud deyil. Biz tez başa düşdük ki, Komissiyanın təmin etdiyi linklərin çoxu qüsurlu idi və əksər təşkilatlar onları daha yaxşı təlil edilə biləcək CSV və yaxud XML formatdansa, PDF formatda nəşr etmişdilər.

12 nəfərə qədər üzvü olan komanda ən son məlumatları müəyyənləşdirmək üzərində işlədi və linkləri bizim əməkdaşlıq etdiyimiz bir iş vərəqində də birləşdirdi. Məlumat sahələri yekcins olmadığından (məsələn, başlıqlar müxtəlif dillərdə idi. Müxtəlif məlumatlar müxtəlif valyutalar əks etdirirdi, Bəzilərinə Aİ-nin və milli Maliyyələsçənin incələmələri daxil edilmişdi.) biz hər bir məlumat şəbəkəsində olan məlumatların tərcüməsində mümkün qədər dəqiq olmalı idik.

2. Məlumatı endirin və hazırlayın

Növbəti addım bütün işçi vərələri, PDF-ləri bəzi hallarda isə, veb səhifələrdən çıxarılmış ilkin məlumatların endirilməsindən ibarət idi.

Hər bir məlumat dəsti standartlaşdırılmalı idi. Bizim ən böyük tapşırığımız yüzlərlə səhifə uzunluğunda olan PDF-ləri çıxarmaqdan ibarət idi. Bunların xeyli hissəsi UnPDF və ABBYY dən istifadə etməklə yerinə yetirilirdi ki, bu məlumatın CSV-yə və Excel-ə çevrilməsinə imkan verirdi.

Bu həm də yoxlamanı və ikiqat yoxlamanı labüd etdi ki,PDF çıxarma alətləri məlumatı düzgün tuturdu. Bu bir çox filtrləmə, növlərə atırma cəmin toplanması vasitəsilə yerinə yetirilirdi ki, PDF-lərdə çap olumuşlarla düz gəlsin.

3. Məlumat bazası yaradın

Komandanın kodlaşdırıcısı bir SQL məlumat bazası yaratdı. Hazırlanmış faylların hər biri sonralar bütöv SQL məlumat bazasında tikinti bloku kimi istifadə olundu. Gündə bir dəfə olan bu proses bütün fərdi məlumat fayllarını SQL məlumat bazasına qoyulacaq, qarşıya çıxan suallarla müraciət edərək ümumiləşdirəcəkdir.

4. Məlumat bazası yaradın

İkiqat yoxlama və təhlil

Komanda məlumatı əsasən iki üsulla təhlil edirdi:

Məlumat bazasının ön ucu vasitəsilə

Bu xüsusi açar sözlərin çap olunmasına və axtarış mexanizminə daxil edilməsinə səbəb oldu. (“tütün”, “mehmanxana ” , “şirkət A”). Məlumat bazamızın axtarış funksiyasına qoşulmuş Google Translate-in vasitəsilə həmin açar sözlər 21 dilə tərcümə ediləcək və müvafiq nəticələrə qayıdacaqdı. Bunlar endirilə bilər və müxbirlər fərdi layihələrə dair araşdırmalarını davam etdirə bilərdilər.

Bütöv məlumat bazasından istifadə edərək makro analiz vasitəsilə

Hərdənbir biz bütöv bir məlumat dəstini endirə bilər, sonralar açar sözlərdən istifadə edərək təhlil edər, onu ölkə, region, məsrəflərin tipinə, benefisiarlara görə layihələrin sayına görə ümumiləşdirə bilərdik.

Bizim hekayə xətlərimiz həm bu təhlillərlə, yerlərdə və daxili araşdırmalarla məlumatlandırılırdı.

Məlumatın bütövlüyünün ikiqat yoxlanması (ümumiləşdirmə və rəhbərliyin dediklərinə qarşı) xeyli vaxt apardı. Əsas problemlərdən biri bu idi ki, rəhbərlik Aİ-nin maliyyəsini və milli maliyyələşdirməni açıb ağardacaqdı. Aİ qaydalarına görə Aİ- fondunun müəyyən hissəsindən ümumi məbləğin ancaq bir hissəsi maliyyələşdirilə bilər. Aİ maliyyəsinin səviyyəsi proqram səviyyəsində, birgə maliyyələşdirmə səviyyəsində müəyyən olunmuşdur. Hər proqram (regional rəqabətə davamlılıq) bir sıra layihələrdən tərtib olunur. Bütün layihə səviyyələrində texniki cəhətdən yalnız bir layihə Aİ maliyyəsini 100% ala bildi və qrupda olan başqa heç bir ala bilmədi. Aİ maliyyəsinin proqram səviyyəsindək məbləği təsdiq olunmuş birgə maliyyələşdirmə səviyyəsindən çox deyil.

Bu o demək idi ki, biz hekayələrimizdə sitat gətirdiyimiz hər bir Aİ maliyyə vəsaitini naməlum benefisiant şirkətlə yaxlamalı idik

Sintiya O’Murçu, Financial Times

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI