ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

İctimai Telefonlar

figs/incoming/03-BB.png
Şəkil 46. Hamı üçün telefon (Tsayt Onlayn)

Əksər insanların mobil telefonlar vasitəsilə alınmış məlumatlardan necə istifadə olunması haqqında bilikləri nəzəri biliklərdir. Buna dünyada az misallar göstərmək olardı. Buna görə də Alman Yaşıllar partiyasından olan Malte Spits qərara aldı ki, öz məlumatlarını nəşr etsin. İnformasiyaya daxil olmaq üçün o gərək Telekommunikasiya nəngi olan Doyç Telekom u məhkəməyə verməli idi. Məlumat Tsayt Onlaynın interaktiv xəritəsi üçün əsasdır və çox böyük Excel sənədində saxlanır. Tablodadakı 35831 sətrin hər biri yarım ildə artıq bir dövrdə Spitz-in mobil telefonunun ötürdüyü informasiya idi
Fərdi qaydada baxılsa, məlumatlar əsasən zərərsizdir. Lakin ümumilikdə götürüldükdə onlar araşdırıcılar üçün profil yaradır. İnsalnların adət və üstünlük verdiyi şeylər, bir qadının və ya bir kişinin həyatının aydın təsviri yaranır. Profil Spitsin nə vaxt aşağı getdiyi, nə vaxt qatara mindiyi, nə vaxt təyyarədə olduğunu göstərir. O göstərir ki, Spits əsasən Berlində işləyir, hansı şəhərlərə baş çəkir, nə vaxt yuxuda, nə vaxt oyaqdır.
Bir adamın həyatından hifz olunmuş nə qədər məlumatı çıxarmaq lazım olduğunu göstərmək üçün Tsayt Onlayn Spits-in məlumatlarını hər bir kəsin daxil ola biləcəyi məlumatlarla genişləndirdi: Siyasətçinin tvitləri və bloq daxil olmaları onun hərəkətlərinə dair məlumatlara əlavə edilmişdi. Bu elə bir prosesdir ki, hər bir yaxşı araşdırmaçı nəzarət altında olan insanın profilini yarada bilər. Tsayt Onlayn qərara aldı ki, Spitsin kimə zəng etməsi və ona kimin zəng etməsi barədə məlumatları məxfi saxlasın. Bu cür məlumatlar şəxsiyyətin özəl həyatının məxfiliyini pozar, və onlar Spits-in həyatı haqqında daha çox məlumat toplarlarsa bud aha pis olardı və bütün dünyada dövlət təşkilatları bu informasiyaya giriş tapardılar.
Biz Lorens Matzat və Açıq məlumat şəhərindən olan Maykl Kreyl ilə işlədiyimizə, məlumatları daha yaxşı başa düşməyimizə və məlumat şəbəkəsindən məlumatın yerinin götürə bilməyimizə görə xoşbəxt idik. Spitsin mobil telefonundakı hər bir əlaqə antenna dirəyinin vəziyyətinə görə incələnirdi. Hər bir dirəyin 3 antennası vardır və hər bir antenna 1200 dərəcni əhatə eddə bilir. Proqramçıların ikisi aşkar etdi ki, hifz olunmuş vəziyyət Spitsin mobil telefonundan gedən zənglərin istiqamətini göstərirdi. Bunu dövlət nəzarətindəki təşkilatın dirək xəritəsindəki vəziyyətləri ilə uyğunlaşdırmaq 181 gün ərzində 260, 640 dəqiqənin hə birinin vəziyyətini almağa imkan Verdi və onu APİ vasitəsilə Google xəritəsinə qoymağa imkan verdi. Evdə hazırlanmış diaqram və dizaynla biz böyük interfeys yaratdıq. Bir düyməni basmaqla siz Soitzin həyatına səyahətə çıxa bilərsiniz. Layihənin Almaniyada uğurla başlanmasından sonra biz gördük ki, Almaniyadan kənarda çox gərgin işimiz vardır və biz qərara aldıq ki, proqramın ingilis versiyasını yaradaq. Almaniyanın German Grim online mükafatını qazandıqdan sonra layihə 2011-ci ildəAlman Xəbər Vebsaytı üçün ONA mükafatına layiq görüldü.

Saşa Venor, Tsayt Onlayn

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI