ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Argentinada Avtobuslara subsidiyalar

2002-ci ildə bəri Argentinada ictimai avtobus nəqliyyatı sistemi hər il yeni rekordlar qıraraq potensial şəkildə genişlənməkdədir. Lakin 2011-ci ildə seçkilərdə qalib gəldikdən sonra Argentinanın yeni hökuməti elan etdi ki, həmin ilin dekabrından başlayaraq ictimai xidmətlərdə subsidiyaları kəsir. Eyni zamanda, milli hökumət qərara aldı ki, yerli avtobus və metro xətləri rəhbərliyini Buenos Ayres Şəhərinin rəhbərliyinə versin. Subsidiyaların bu yerli hökumətə ötürülməsi aydınlaşdirılmamışdı, daşıma sisteminin təhlükəsizliyinə təminat verə biləcək kifayət qədər yeri fondun olmamasına görə, Buenos Ayres şəhərinin rəhbərliyi bu qərarı rədd etdi Bunlar mənim La Nasion-dakı həmkarlarımın başına gəldiyinə görə biz özümüzün data jurnalistika əməliyyatımıza necə başlayacağımızı müzakirə etdik. Bizim maliyyə sektorunun redaktoru təklif etdi ki, subsidiyalar Secretaría de Transporte- (Daşıma Departamenti)də nəşr edilsin format və terminologiya baxımından bir qədər çətin olduğundan buna başlamaq yaxşı bir çağırış olardı.
İctimai daşıma sisteminin zəif vəziyyəti hər gün 5 800 000 sərnişinin həyatına təsir edir. Ləngimələr, vurulmalar, maşınların sınması və hətta tez tez qəzalar baş very. Məhz belə olduğuna görə qərara aldıq ki, Argentinada ictimai daşıma sistemində subsidiyaların hara getməsinə nəzər salmaq istədik. İstədik ki, hər bir Argentina vətəndaşının “Nəqliyyat Subsidiyaları Tədqiatçısı” vasitəsilə bu məlumatlara əlçatarlılığını təmin edək.

figs/incoming/03-LL-01.jpg
Şəkil 48. Nəqliyyat Subsidiyaları Tədqiqatşısı (La Nasión qəzeti)

Biz avtobus şirkətlərinin hər ay dövlətdən nə qədər subsidiyalar aldığını hesablamağa başladıq. Bunu etmək üçün biz Daşıma Departamentinin vebsaytında nəşr olunmuş məlumata baxdıq. Burada 400-dən çox PDF sənədində 2006-cı ildən bəri 1300-də çox şirkətə hər ay ödənilən subsidiyalar nəşr edilmişdi

figs/incoming/03-LL-02.jpg
Şəkil 49. Subsidiya verilən nəqliyyat şirkətlərinin siyahısı (La Nasión)

Biz komandamıza bir böyük proqramçı da daxil etdik ki, müntəzəm endirmələri avtomatlaşşdırmaq və bu PDF-ləri Excel və Şəbəkə fayllarına çevirmək üçün bir proqram yaratsın. İndi biz öz araşdırmalarımız və əyaniləşdirmələrimiz üçün həm çap, həm də elektron formada olan 285 000 qeyddən ibarət məlumat şəbəkəsindən istifadə edirik. Bundan başqa, biz həmin məlumatı hər bir argentinalının oxuya bilməsi, idtifadə bə bölüşə bilməsi üçün maşın oxu formatında qaydaya salırıq.
Növbəti addım hər bir maşının saxlanmasının dövlətə orta hesabla neçəyə başa gəlməsini müəyyən etmək idi. Bunu tapmaq üçün biz başqa bir dövlət vebsaytına Comisión Nacional de Regulación del Transporte –na (Nəqliyyatın Nizamlanması üçün Dövlət Komissiyası (NNDK)) daxil olduq. Bu təşkilat Argentinada daşımaların nizamlanmasına məsuliyyət daşıyır. Biz bu veb saytda birlikdə 9000 maçına malik olan avtobus şirkətlərinin siyahısını tapdıq. Biz avtobuz şirkətlərini tutuşdurmaq və iki məlumat şəbəkəsini müqayisə edə bilmək üçün bir normallaşdırıcı yaratdıq.
Davam edə bilmək üçün bizə hər bir maşının qeydiyyat nömrəsi lazım idi. Biz NNDK saytında hər bir şirkətin avtobuz xəttində olan maçınların lisenziya nömrəsi ilə birlikdə siyahısını tapdıq. Argentinada maşınların qeydiyyat nömrələri hərflərdən və rəqəmlərdən elə qurulmuşdur ki, onlar həm də maçının “yaşını” göstərir. Məsələn, mənim maşınımın nömrəsi İDF324-dür. Burada İ 2011-in Mart-Aprel aylarını göstərir. Biz tərsinə siyahımızdakı bütün şirkətlərə məxsus avtobus lisenziya platalarını elə qurduq ki, hər bir şirkətə məxsus avtobusların orta yaşını tapdıq və hər bir şirkətə malik olduqları maşınların orta yaş səviyyəsinə görə ayrıca nə qədər pul ayrıldığını göstərə bildik.

figs/incoming/03-LL-03.jpg
Şəkil 50. Dövlətdən alınan pulların miqdarına görə maşınların orta yaşının müqayisəsi (La Nasión)

Bu prosesin ortasında dövlətin bizə lazım olan məlumatları nəşr etdiyi PDF-lərin URL və faylların adları eyni qalsa da, məzmunu müəmmalı şəkildə dəyişdi. Dəyimiş olan şeylərdən bir bu idi ki, PDF-dəki şaquli toplanmalar yox idi və bu araşdırma apardığımız 2002-2011-ci illər ərzində ümüumi cəmləri müqayisəni imkansız edirdi.
Biz bu işi Bostonda Xakerlərin təşkil etdikləri Hakatona götürdük. Orada veb dizayner \mett Perry börük alicənablıq göstərərək “PDFCasus” proqramını yaratdı. Bu proqram həmin tədbirin ən “araqarışdırıcı” hadisəsi oldu. Bu proqram bütün veb səhifədəki PDF-ləri yoxlayır və onlarda hər hansı bir dəyişikliyin edildiyini göstərir. “Dövlətin yaratdığı aşkarlıq sizi heç vaxt aldatmasın- Mett Perry yazırdı.”

Layihə üzərində kim işlədi?

Yeddi jurnalisdən, proqramçılardan və dizaynerdən ibarət interaktiv komanda13 aydır ki, bu araşdırmanın üzərində işləyir.

Bu layihə üçün bizə lazım olan bilik və bacarıqlar bunlar idi:

  • Jurnalistlərə ictimai daşıma sisteminə ayrılan subsidiyaların necə işlədiyini və burada hansı risklərin olduğunu bilmək, avtobus şirkətləri haqqında biliklər;

  • Veb araşdırmalarında, təhlillərdə, məlumatların normallaşdırılmasında, onların PDF-lərdən çıxarılaraq Excel cədvəllərinə yerləşdirilməsi bacarığı olan proqramçılar;

  • Məlumatların analizini və müxtəlif hesablamaları aparan bir statistic;

  • Məlumatların interaktiv əyaniləşdirilməsini yaradan dizayner

Biz hansı alətlərdən istifadə etdik?

Biz tətbiqi proqramlar üçün VBasic-dən, Excel Macrosdan, İctimai Cədvəllərdən, Junar Açıq Məlumat Platformasından, Rubi on Rails-dən, Google Diaqramları APİ və Mysql-dən subsidiyalar tədqiatçısı-dan istifadə etdik.
Layihənin böyük təsiri oldu. Biz on minlərlə müxtəlif rəylər aldıq və bu araşdırmamız La Nasion-un çap nəşrinin 1-ci səhifəsində dərc olundu. İlk data jurnalistika layihəsinin bu uğuru laxildə məlumat əməliyyatlarının müəyyən edilməsində, ictimai xidmətlər sahəsində araşdırıcı hesabatların təmin olunmasında bizə çox kömək etdi. Bu ictimai maraqlara xidmət edən müxtəlif mövzulara dair maşın-oxu formatında hazırlanmış yazılarımızın dərc olunduğu Data.lanacion.com.ar platformasının yaradılmasıyla nəticələndi

Angélika Peralta Ramos, La Nasión, Argentina

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI