ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Vətəndaş məlumatları müxbirləri

figs/incoming/03-XX.jpg
Şəkil 51. Januriyanın vətəndaş mediası layihəsinin dostları vətəndaşlara data jurnalistlərə müraciət etmək üçün əsas bacarıqları öyrədirlər. (Januariyanın dostları)

Geniş xəbər bölmələri yanız məlumat əsaslı hekayələr üzərində işləmək üçün deyi.data jurnalistlər üçün zəruri olan eyni bacarıqlar həm də vətəndaş müxbirlərin öz yerlərinə aid məlumatlara daxil olmalarına və onları hekayələrə çevirmələrinə fayda verə bilər. Bu Barziliyada Januariyanın Dostları vətəndaş media layihəsinin əsas səbəbi idi. Layihə Global Voices-in bir geniılənmiş qolu olan Rising Voices-dən qrant və Artikl 19-dan əlavə yardım almışdı. 2011-ci ilin sentyabr-oktyabr arasında Braziliyada yoxsul ərazi sayılan Minas Gerais Ştatının şimalında yerləşən kiçik bir şəhərin gənc sakinlərindən bir qrupuna əsas jurnalist metodları və büdcə monitoringinə dair təlim keçirildi. Onlar həm də məlumat tələb etmə azadlığı, mövcud məlumatlara və internetdə bir çox data şəbəkələrə əlçatarlıq haqqında xeyli şey öyrəndilər. Təxminən 65 000 sakini olan Januariya öz tanınmış siyasətçilərinin uğursuzluğu ilə məşhur olan bir şəhərdir.3-4 il ərzində onun 7 müxtəlif meri olmuşdur. Demək olar ki, onların hamışı işindəki korrupsiya da daxil olmaqla ciddi qüsurlara görə qüsurlara görə işindən qovulmuşlar. Januariya kimi kiçik şəhərlər üçün daha çox böyük şəhərlərə diqqət yetirən Braziliya mediasının diqqətini özünə çəkmək çox çətindir. Ancaq, hər halda, kiçik şəhərlərin sakinləri də öz gündəlik həyatlarında gündəlik problemlərini yaşadıqlarına görə, ictimai problemlərin üzrə ictimai rəhbərlik üzərində monitoring aparmağa hamıdan daha çox imkanları vardır. İnternetdə isə, sakinlər üçün yerli büdcə məlumatlarına və digər əlaqədar mənbələrə giriş asanlaşacaqdır. 12 seminarda iştirak etdikdən sonra Januariayadan olan yeni vətəndaş müxbirləri kiçik şəhərlərdə ictimaiyyətə açıq olan məlumatlara daxil olmaqla praktik olaraq nə iş görülə bildiyini nümayiş etdirməyə başladılar. Məsələn, 22 yaşlı vətəndaş müxbiri Sorayya Amorim bir hekayə yazdı və burada bəzi həkimlərin Federal Hökumət Məlumatlarına görə əmək haqqı aldıqlarını göstərdi. Hər halda o aşkar etdi ki, rəsmi rəqəmlər şəhərdəki vəziyyətə uyğun deyil. Bunu yazmaq üçün Sorayya SUS vebsaytında (Sistema Único de Saúde or Unique Health System) səhiyyə məlumatlarına girişi vardı, Braziliya əhalisinə pulsuz tibbi yardımı təmin edən bu məlumatlar onlaynda var idi. SUS –dakı məlumatlara görə Januariyada 71 müxtəlif ixtisaslı həkim olmalıdır. SUS-un məlumatında göstərilən həkimlərin sayı Sorayanın bu ərazidəki bildiyi həkimlərin sayı ilə düz gəlmirdi. Sakinlər həmişə həkimlərin çatışmamasından gileylənirdilər. Bəzi sakinlər həkim tapmaq üçün qonşu rayonlara getməli olurdular. \sonralar Sorayya bir sakindən müsahibə olmışdı və bu müsahibədə şəhər sakini motosilket qəzası keçirdiyini və Januariya x\stəxanasında bir həkim tapa bilmədiyini, sadəcə bunun üçün xəstəxanada həkim çatışmazlığından gileylənirdi. O şəhər səhiyyəsinin məsul katibi ilə danışdı və o dedi ki, şəhər xəstəxanalarında SUS-un nəşr etdiyi məlumatdakı siyahıdakından daha az həkim vardır. Bu ilkin tapıntılar şəhər reallığı ilə rəsmi nəşr olunan məlumat arasında bur fərqlərin olması meydana bir sıra suallar çıxardı. Onlardan biri bu idi ki, federal məlumatlarda səhv ola bilər və bu o demək olar ki, Braziliyada səhiyyə məlumatlarında çatışmaqzlıqlar vardır. Başqa belə bir güman da ola bilər ki, Januariya informasiyanı SUS-a düz ötürmür. Bu gümanların hər ikisi dəqiq cavab tapmaq üçün daha dərin araşdırma tələb edir. Hər halda, Sorayyanın hekayəsi bu bu zəncirin çox mühüm bir hissəsidir. Çünki o qeyri-ardıcıllığı göstərir, bunula da, başqalarını bu məsələ ilə daha yaxından ilgilənməyə həvəsləndirərdi. “Mən kənd yerində yaşayırdım, və orta məktəbi çox çətinliklə qurtarmışam-Soraya deyir. İnsanlar məndən həyatda nə etmək istədiyimi soruşanda mən həmişə onlara deyərdim ki, jurnalist olmaq istəyirəm. Lakin həmişə təsəvvür edə bilmirdim ki, yaşadığımız bu dünyada bu mümkün olan işdir.” Januariya təlimində dəstları ilə iştirak etdikdən sonra Soraya inanır ki, öz şəhəri haqqında məlumatlara əlçatarlılıq onlara sosial problemlərin həllində böyük kömək edər. “Mən hiss edirəm ki, mən şəhərimin, ölkəmin və dünyamızın dəyişməsəinə kömək edə bilərəm.”

Bu layihədə olan başqa bir vətəndaş journalist 20 yaşlı Alison Monteriton da öz məqaləsi üçün məlumatlardan istifadə etmişdi. Hələ layihənin birinci mərhələsində vətəndaş müxbirlər şəhəri gəzməyə çıxmışdılar ki, gələcəkdə hekayəyə çevriləcək mövzukar axtarsınlar. Alisson qərara aldı ki, şəhərdə çox vacib bir yol ayrıcında ilin əvvəlindən sındırılmış bir işıqfor haqqında yazsın. İnternetdə məlumatı necə tapmağı öyrəndikdən sonra şəhərdə mövcud olan maşınların sayını və onların sahiblərinin dövlətə nə qədər vergi ödədiyini öyrənmək istədi. O yazırdı:

Januariyada şəhərdə olan maşınların sayına görə vəziyyət pisləşir. İBGE-yə görə (Braziliyada ən mühüm statistik araşdırma institutu). 2010-cu ildə Januariyada 13 771 maşın var idi. Onlardan 7979 motosikletlər idi.... Şəhərin sakinləri inanırlar ki, işıqforun təmiri lazımı maliyyənin çatışmazlığına görə deyil. Minas Gerais ştatının Xəzinədarlıq Katibliyinin məlumatına görə şəhər 2010-cu ildə maşın vergilərinə görə 470 min reas almışdır.

Məlumatlara əçatarlılıq təmin olunana qədər Alisson göstərə bilərdi ki, Januariyada çoxlu maşınlar vardır. (demək olar ki, hər 5 nəfərə bir maşın) sındrılmış işıqfor çoxlu sayda insanların həyatına təhlükə törədirdi. Daha sonra, o öz oxucularına maşın sahiblərinin öz maşınlarına görə nə qədər vergi ödədiklərini və həmin pulun sürücülərin və piyadaların təhlükəsizliyini təmin etmək və işıqforların təmirinə kifayət edib – etməməsi barədə məlumat verərdi. Baxmayaraq ki, Sorayya və Alisonun yazdöqları bu iki hekayə çox sadədir, onlar göstərir ki, məlumatlar vətəndaş müxbirlər tərəfindən istifadə olna bilər. Məlumatlarda öz məqalələrinizdə istifadə edə bilməyiniz üçünçoxlu əməkdaşları olan böyük xəbər bölmələrində işləməyə ehtiyac yoxdur. 12 seminardan sonra Soraya və Alison əvvəlcədən jurnalistika haqqında təhsili olmadığına baxmayaraq, onlar məlumat əsaslı hekayələr üzərində işləməyi, yerli şəraitdə hekayələr qurmağı bacarırdılar. Bundan başqa onların məqalələri göstərir ki, məlumat özü də az da olsa hekayənin qurulmasında faydalı ola bilir Başqa sözlə, yalnız böyük məlumat çəbəkələrində deyil, həm də kiçik məlumat şəbəkələrində və cədvəllərdə də qiymətli məlumatlar ola bilər.

Amanda Rossi, Januariyanın dostları

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI