ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Seçki nəticələrinin böyük lövhəsi

figs/incoming/03-ZZ-ZZ.png
Şəkil 52. Seçki nəticələrini göstərən böyük lövhə (New York Times)

Seçkilərin nəticələri hər hansı bir xəbər təşkilatı üçün böyük əyani hekayələr qurmaq imkanı yaradır, lakin uzun illər bu bizim üçün itirilmiş imkanlar olub. 2008-ci ildə qrafika şöbəsi və biz bu vəziyyəti dəyişdirməyə başladıq. Elə bir yol tapmaq istəyirdik ki, hekayəni yaradan nəticələri göstərək, bunlar xəritəyə və yaxud bir cədvələ salınmış rəqəmlər toplusuna bənzəməsin. Əvvəlki seçkilərdə biz məhz bunu etdik.
Ona görə yox ki, geniş həcmdə rəqəmlər toplusunda mənim “cədvəllər, cədvəllər və yenə cədvəllər dən ibarət bir CNN modeli adlandırmağımda” nə isə səhv bir şey vardır. Bu ona görə yaxşı işləyir ki, oxucu orada daha çox bilmək istədiyini tapa bilir. Kim qalib gəldi? Hələ tamamilə fundamental olaraq dağılmamış bir şey üzərində çalışmaq əhəmiyyətlidir. Bir şeyi radikal olaraq fərqli etmək üçün insanların gözləntilərindən kənara çıxmaqla biz hər bir şeyi qatıb-qarışdırardıq və bundan yaxşı olmazdı. Sonucda qrafika bölməsindən düzgün cavabla gələn Şan Karter oldu və biz bunu “böyük lövhə” adlandırdıq. İlk dəfə mən edilən rişxəndləri görəndə, bu əsil başa şapalaq vurma anı idi. Bu tamamilə düz idi.
Böyük əyani jurnalistikanı yaradan nədir? Hər şeydən əvvəl, oxucunun gözü yuxarı hissədə kollec səslərinin göstərildiyi böyük bir lövhəyə yönəlir ki, kurnalistikda biz bunu “lede” adlandırardıq, o oxucuya nəyi bilmək istədiyini deyir və bunu elə br tezliklə edir ki, heç bir əyani səs küy nəzərə çarpmır.
Sonra oxucunun diqqəti Taymz qəzetinin hər stat bir namizəd bölgüsü kimi göstərdiyi aşağıda ştatların beş sütunluq bölgüsünə yönəlir. Orta sütünda jurnalistikada bizim “fındıq qrafikası” adlandıra biləcəyimiz sütunda biz Obamanın nə üçün qalib gəldiyini izah edirik İnteraktiv əlaqə hər şeyi aydınlaşdırır: Obama gözlənti olan bütün ştatları və uduzduğu 5 ştatdan 4-nü götürdü. Mənim fikrimcə 5 sütunlu quruluş əyani jurnalistikanı başqa dizayn formalarından fərqləndirən bir misaldır. Ideal cəhətdən əyani jurnalistikanın əsas hissəsi həm gözəl, həm də informative olmalıdır. Lakin hekayə və onun estetikası arasında seçim edərkən journalist hekayənin tərəfində olmalıdır. Bu, çıxış yolu olmadıqda saf dizayner məlumatı necə təqdim etməyi seçərdi, o hekayənin çox yaxşı təqdim edir. Nəhayət, hər hansı bir interaktiv veb səhifə kimi, bu da oxucunu dha dərinliklərə getməyə dəvət edir. Hər bir ştatda səslərin faizləri haqqında seçici səslərinin sayı, hekayənin əsas cəhətlərini tutuşdurmamaq üçün səslərin faizi kimi detallar vardır. Bütün bunlar əyani jurnalistikanın əsas hissəsi olan “böyük lövhə”- ni, demək olar ki, yaxşı yaradılmış, baş ayaq qoyulmuş piramidanı yaradır.

Aron Pilhofer, New York Times

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI