ANA SƏHİFƏKİTABƏVVƏLKİ

Suyun qiymətinin ictimailəşdirilməsi

2011-ci ilin martından bəri bütün Fransada krandan gələn suyun qiyməti haqqında məlumat toplanır və bununla kütləvi eksperiment keçirilir. Cəmi 4 ay ərzində su bazarında birləşmiş nəzarəti həyata keçirənlərdən bezmiş 5 000-dən çox əhali sudan istifadə çeklərini skan edərək “suyu qiyməti” layihəsinə yerləşdirdilər. İndiyədək görünməmiş bir araşdırmanın nəticəsi su layihələri ətrafında aşkarlığı inkişaf etdirmək üçün bütün komputerçiləri, QHT-ləri və ənənəvi mediyanı bir araya gətirdi. Fransanın sudan istifadə bazarı 10 000 müştəridən (suyu öz vergi ödəyicilərinə paylamaq üçün satın alan şəhərlər) və əli dolu avadanlıq şirkətlərindən ibarətdir. Bu oliqopoliya üzərindəki balans bəzən qonşu şəhərlərə suyu fərqli qiymətə satan korporasiyaların xeyrinə təhrif olunur

figs/incoming/03-WW.jpg
Şəkil 53 53. Suyun qiyməti (Fransa Azadlıq fondu)

Son 25 il ərzində Fransada Azad Fransa adlı QHT bütün dünyada su məsələləri il bağlı iş aparır. Bu təşkilat indi Fransa bazarında aşkarlığın inkişaf etdirilməsinə diqqət yetirir su avadanlıqlarına dair danışıqlar aparan vətəndaşlara və bələdiyyə başçılarına belə səlahiyyət verir. Fransa hökuməti 2 il bundan öncə bu problemlə ümummilli səviyyədə suyun qiyməti və keyfiyyəti ilə başlı bu problemlə məşğul olmağa qərar verdi İndiyədək məlumatın yalnız 3 % toplanmışdır. İşi sürətləndirmək üçün France Libertes istəyirdi ki, vətəndaşları bir başa bu işə cəlb etsin.
OWNI komandası ilə birlikdə mən kütləviləşdirmə interfeysi yaratdım ki, burada vətəndaşlar su istifadəsi üçün çekləri skan edə bilər və kran suyu üçün ödədikəri pulu görmək üçün (suyun qiyməti) barədə məlumat mənbəyinə daxil ola bilərlər. Keçən 4 ay ərzində həmin mənbəyə 8500 vətəndaş müraciət etmiş, 5000-dən çox çek yüklənmiş və təsdiq edilmişdir.
Bu bazar vəziyyətini tam qiymətləndirməyə imkan verməsə də, səhmdarlara göstərdi ki, ümummilli səviyyədə suyun keyfiyyəti və kran suyunun qiyməti ilə maraqlanan qurumlar vardır. Onlar başlanğıcda aşakarlaıq barədə bir qədər inanmsız idilər., lakin əməliyyatın gedişində onlar öz fikirlərini dəyişdilər, mütərəqqi şəkildə mübarizədə France Libertes-ə qoşuldular. Media təşkilatları bundan nə öyrənə bilərlər?

QHT-lər lə tərəfdaşlıq

QHT-lərə siyasi sənədlərini hazırlamaq üçün geniş həcmdə məlumat lazımdır. Onlar bir qəzet icraçısına ödəməkdənsə, məlumatların toplanması əməliyyatları üçün daha həvəslə pul ödəyərlər.

İstifadəçilər xam məlumatı təmin edə bilərlər

İstifadəçilər məlumat toplayarkən, və yaxud onun email üzərində çalışarkən bunu kütləviləşdirmək yaxşı effekt verir.

Mənbəni soruşun

Biz fikirləşirdik ki, istifadəçilərdən xahiş edək ki, original qəbzi skan etsinlər, lakin fikirləşdik ki, bonların bəzilərini çəkindirəcəkdir (xüsusilə də bizim hədəf qrupumuz daha çox yaşlı insanlar idi). Bu onların bir neçəsini kənarlaşdıraraq və məlumatın inandırıcılığını artıra bildik.

Yararlılıq mexanizmi yaradın

Biz istifadəçi töhfələrini daha dəqiq müşahidə etmək üçün bir göstərici sistem və baxış – icmal mexanizmi dizayn etdik. Bu az stimula malik olan istifadəçilər üçün təkrar təkrar vebsəhifəyə qayıtmaq həddən ziyadə mürəkkəb oldu, çətin oldu. Ondan Franse Liberte komandası istifadə etmişdi. Ancaq komandanın təxminən 10 işçisi bu göstərici sistemi ilə həvəslənmişdı.

Sadələşdirin

Biz avtomatlaşmış poçt mexanizmi qurduq ki, istifadəçilər suyun qiyməti ilə əlaqədar informasiya azadlığı tələbini cəmi bir neçə kliklə qovluqlaşdıra bilsinlər. İnnovativ və yaxşı dizayn olunmasına baxmayaraq, bu xüsusiyyət əhəmiyyətli dərəcədə ROİ təmin edə bilmədi (cəmi 100 tələb göndərilmişdi)

Öz auditoriyanı hədəf seç

France Libertes 60 miltonluq oxucusu olan istehlakçı hüquqları haqqında xəbərlər jurnalı ilə tərəfdaşlıq edərək geniş miqyasda icmanı buraya cəlb etmişdi. Bu belə bir əməliyyat üçün kamil oyun oldu.

Əsas icra göstəricilərinizi ehtiyatla seçin

Layihə 4 ay ərzində nytimes.com-un 15 dəqiqə ərzində toplayacaqı müsafirlərə ekvivalent olacaq 45 000 müsafir topladı. Ən əhəmiyyətlisi isə o idi ki, hər 5 nəfərdən 1-i daxil olmuş, hər 10 nəfərdən 1-i istifadə etdiyi suya görə ödədiyi pulun qəbzini skan etmişdir.

Nikolas Kayser-Bril, Journalistika++

ANA SƏHİFƏKİTABƏVVƏLKİ