ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Avrozonanın çöküşü

Beləliklə, biz Avrozonanın çöküşünü əhatə edirik. Onun hər bir hissəsi, Hökumətlərin toqquşması, həyat əmanətlərinin itməsi dramı, dünya liderlərinin reaksiyası, sərtlik tədbirləri, sərtlik tədbirlərinə qarşı etirazlar baş verir. Hər gün Wall Street Journal-da iş yerlərinin itirilməsinə dair diaqramıar, ÜDM-in aşağı düşməsi, dünya bazarlarında qalxıb enmələr özünü göstərir. Bu durmadan artır. Bunlar adamı mat qoyur.

Bəzi redaktorların ilin sonuna ideyaları müzakirə etmək üçün görüş adlandırdıqları bir səhifə. Biz bu görüşü tərk edəndə mən təəccüb edirəm: Bütün bunları yaşamaq necə olur?

Bu 2008-də mənim kənarlaşdırıldığım və bu qara xəbərlərin arası kəsilmədiyi vaxtlar kimidir? Biz iş yerləri və iş haqqında, pul haqqında hər axşam yemək vaxtı danışardıq və bəzən bu xəbərin mənim qızımı necə kədərləndirəcəyini unudaraq danışardıq.. Həftə sonları bu xəbərlər lap pis olurdu. Mən çalışırdım ki, boynumun arxasında daim hiss etdiyim o tutqunu, döş qəfəsində qabırğalarımın sıxıldığını deyim. Bu o idimi ki, özünü Yunanıstanda, İspaniyada bir ailədəki kimi hiss edəsən?

Mən geriyə döndüm və Mayk Allenin, birinci səhifə redaktorunun ardınca onun kabinetinə getdim və əvvəlcə məlumatlara, oradakı demoqrafik profillərə baxaraq, ailənin necə yaradıldığını başa düşməyə çalışaraq, müxtəlif şəkilləri, video, audio müsahibələri nəzərdən keçirərək avro zonada ailələrin necə böhran keçirdikləri haqqında ideyanı ona verdim. Biz gözəl portret salnaməsindən, səslərdən-ümumiyyətlə məlumatlardan istifadə etdik.

Otağıma qayıdarkən mən konspekt yazaraq bir loqo şəkli də çəkdim.

figs/incoming/03-ZZ-01.png
Şəkil 29. Avrozonanın əriməsi konspekti (Wall Street Journal)

Növbəti 3 həftəni mən rəqəmləri izlədim: nigah şəhadətnamələri, ölüm yaşı, ailə ölçüsü, və sağlamlığa çəkilən xərclər. Mən həyat şəraiti, boşanma faizinə, rifah halına dair sorğulara, əhalinin əmanətlərinə dair rəqəmlərə baxdım. Mən milli statistika bölmələrini nəzərdən keçirdim, BMT Əhali Bürosuna, BVF-a, Avrostata və OECD-ə müraciət etdim və bircə iqtisadçı tapdım ki, o öz karyerasını ailələrini vəziyyətinin öyrənilməsinə sərf etmişdi. O mənə ailənin quruluşunu öyrənməyə dəvət etdi, o mənə bu mövzuda yazılmamış səhifələri göstərdi.

Mən redaktorum Sam Enrikezlə məsələni ölkələr üzrə yuvarlaqlaşdırdıq. Biz əyani yanaşmanı müzakirə etmək üçün komanda yaratdıq ki, müxbirlər söz, audio və hekayələri çatdıra bilsinlər. Birinci səhifənin foto reaktoru Mak Qreyq atıcıları taparaq işə başladı. Baş redaktorun müavini mak Murrey büro başçılarına məktub göndərərək müxbirlərdən kömək istədi. (Bu çox əhəmiyyətli oldu)

Lakin ilk öncə məlumatdır, səhərlər mən məlumatları iş səhifələrinə ixrac etməli olurdum ki, diaqram quraraq təmayülləri görüm, əmanətlər sıxılır, təqaüdlər yox çıxır, analar iş yerlərinə qayıdır, sağlamlığa çəkilən xərclər dövlət borcları və işsizlik səviyyəsi kimi qalxır. Axşamlar mən həmin məlumatlara dəstələnmiş halda baxır, hekayə qurmaq üçün ölkələri qarşı qarşıya qoyaraq müqayisələr aparırdım.

Mən bu alaq otları içərisində çaşıb qalana və özümə şübhə etiyimə qədərki bir həftəni belə işlədim. Bəlkə\ də bu səhv bir yanaşma idi. Bəlkə də bu ölkələr haqqında deyil, atalar, analar, uşaqlar və onların baba və nənələri haqqında idi. Məlumat çoxalırdı.

Bəzən də azalırdı. Bəzən mən saatlarla oturub məlumat toplayırdım ki, görüm nə tapıram, bəzən məlumatlardan heç nə əldə etmək olmurdu. Bəzən mən səhv rəqəmləri tapırdım Bəzən də məlumatlar çox köhnə olurdu.

figs/incoming/03-ZZ-04.png
Şəkil 30. Məlumat dəstinin nə dərəcədə faydalı olduğunu mühakimə etmək çox vaxt aparan bir iş ola bilər (Sara Slobin)

Sonradan məlumatlar yenə çoxaldı və mən dərk etdim ki, hələ çoxlu suallar qalır, mən ailələri başa düməmişəm

Mən istəyirdim onu görüm, bir formaya salım. Beləliklə mən silsilə illustrasiyalı qrafik cədvəllər hazırladım və onları yerbəyer edib redaktə etməyə başladım.

figs/incoming/03-ZZ-06.png
Şəkil 31. Qrafik əyaniləşdirmə: məlumat dəstində gizlənən meyllərin və nümunələrin mənalandırılması (Sarah Slobin)

Qrafiklər meydana gəldikdən sonra mən ailələrin vahid formada şəklini yaratdım. Biz başladıq.

Mən hər bir müxbiri çağırdım. Qrafikləri onlara göndərdim, gemiş formatda, açıq formatda dəvətnamələr göndərirdim ki, məzmunlu hesab etdikləri elə hekayələr quraşdırsınlar ki, böhran vəziyyətini oxucularımıza daha da yaxınlaşdırsınlar. Biz Amsterdamda kiçik bir ailə, İspaniyada və İtaliyada isə böyük ailələr lazım idi. Biz çoxsaylı nəsilləri eşitmək istəyirdik ki, görək şəxsi tarixcə cavabları necə dəyişir.

Bundan sonra mən öz electron poçtumu yoxlamaq üçün erkən duracaqdım ki, saat-vxt zolağını yadda saxlayım. Müxbirlər çox gözəl mövzularla, yekunlaşdırmalarla və təəccüblərlə gəldilər ki, mən onları əvvəlcədən görməmişdim

Fotoqrafiya üçün biz bilirdik ki, bizə nəsillərin portreti lazımdır. Bu barədə Mettin fikri belə idi ki, foroqraflar hər bir ailə üzvünün haəyatdakı bir gününü çəksin. O bütün dünyanı, xəbərləri, hətta müharibəni əhatə edən əyani jurnalistləri seçdi. Mett istəyirdi ki, hər bir çəkiliş nahar yeməyi masasında sona çatsın. Sem isə təklif edirdi ki, biz onu öz menyumuza daxil edək.

Bundan sonra bircə məsələ qalırdı ki, gözləyək görək fotoşəkillər bizə hansı hekayəni danışacaq. Ailələrin nə deyəcəyini görmək üçün gözləmək lazım idi. Biz interaktiv baxışları dizayn edirdik. Mən Tintin romanından bir palitra oğurladım. Bütün bunlar bir yerə toplananda, bizim hekayə lövhələrimiz olanda biz çox yox, bəzi qrafiklərin arxasına astar əlavə edirdik. Bu hər bir hekayənin durğu işarələrini qoymağa məzmunu möhkəmlətməyə kifayət edəck qədər idi. Məlumat hekayədə bir pauza, sürəti dəyişmək yolunu yaratdı.

figs/incoming/03-ZZ-07.png
Şəkil 32. Rəqəmlər innsanlardır. Məlumatın dəyəri onların yaratdıqları fərdi hekayələrdədir. (Wall Street Journal)

Sonucda məlumat insanlar idi, fotoşəkillər idi, hekayələr idi. Onlar hər bir hekayənin çərçivəsi, ölkələr arasında gərginliyə gətirib çıxaran faktorlar idi.

Biz onları nəşr edənə kimi, düz Yeni il qabağı biz hamımız üfüqdə nəyin olacağını güman edirdik, mən bütün ailə üzvlərinin adlarını bilirdim. Hələ də təəccüb edirəm ki, görəsən, onlar indi necədirlər. Əfər bu hələ də data layihəyə bənzəmirsə, mən mən bunu yaxşı hesab edirəm. Çünki, o anlar ki, Avro zona həyatında sənədləşmişdi, bu barəd hekayələr yemək masasına əyləşərək iş və həyat haqqında danışılan hekalərə bənzəyirdi və biz bunları öz oxucularımızla bölüşə bilirdik. Məlumatın başa düşülməsi bunu mümkün etmişdi.

figs/incoming/03-ZZ-09.png
Şəkil 33 Avro zonada həyat (Wall Street Journal)

Sara Slobin, Wall Street Journal

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI