ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Finlandiyada Parlament seçkiləri və kampaniyaların maliyyələşdirilməsi

figs/incoming/03-DD.png
Şəkil 38. Seçkinin maliyyələşdirilməsi (Helsingin Sanomat)

Finlandiyada Parlament seçkiləri. Kampaniyanın maliyyələşdirilməsi

Son aylar ərzində 2007-ci il Finlandiyada ümumi seçki kampaniyasının maliyyələşdirilməsi ilə əlaqədar bir neçə cəhdlər həyata keçirilib. 2007-ci ilin seçkilərindən sonra mətbuat aşkar etdi ki, reklam kompaniyasının maliyyələşdirilməsinin siyasətçilərə heç bir təsiri yoxdur. Kampaniyanın maliyyələşməsində əsasən Fin qanunlarına əsasən mandat üzrə maliyyə vəsaitindən istifadə olunduğunu bəyan edən deputatlardan bir xeyir görmək üçün istifadə olunub.

Bi insidentlərdən sonra qanunlar daha da sərtləşdirildi.2011-ci ilin Martındakı ümumi seçkilərdən sonra Helsingin Sanomat kampaniya haqqında olan bütün materialları daha da diqqətlə öyrənməyə qərar verdi. Yeni qanun nəzərdə tutur ki, seçkinin maliyyələşməsi bəyan edilməlidir və yalnız 1500 avrodan az məbləş anonim qala bilər.

1.Məlumatı və veb yaradıcılarını tapın

Helsingin Sanomat 2011-ci ilin martından HS Açıq hakatonlarını təşkil etmişdir.Biz Fin kodlaşdırıcılarını, jurnalistlərini və qrafik dizaynerlərini biinamızın zirzəmisinə dəvət edirik. İştirakçılar 3 nəfərlik qruplara bölünür və yeni proqramlar, əyaniləşdirmə alətıəri hraratmağa həvəsləndirilirlər.Bu 3 tədbirin hər birində təxminən 60 iştirakçımız olub. Biz qərara aldıq ki, kampaniyanın maliyyələşdirilməsi 2011-ci ilin martında HS-n 2-ci əsas tədbirində fokusda olsun.

Finlandiyanın Milli Audit idarəsi kampaniyanın maliyyələşdirilməsinin qeydiyyatını aparır. Bu asan bir iş deyil. Əsas məlumat işinə baxan məmur Caakko Hamunen elə bir veb sayt yaratdı ki, onunla kampaniyanın maliyyələşməsinə dair məlumatlara daxil olmağa imkan verir. Audit idarəsi biz xahiş etdikdən sonra cəmi 2 ayın içərisində yerinə yetirdi.

Vaalirahoitusşfi vebsaytı mətbuatı və ictimaiyyatı bu gündən sonra kampaniyanın maliyyələşdirilməsi barədə məlumatlandıracaqlar.

2. İdeyalar üçün beyin həmləsi

HS-in 2-ci tədbirinin iştirakçıları məlumatlarla bərabər nə etməli olduqlarına dair 20 müxtəlif prototiplə gəldilər. Siz bütün prototipləri vizim veb saytımızda tapa bilərsiniz (mətn fin dilindədir).

Jan Peltola adlı bioinformatika tədqiqatçısı qeyd etmişdir ki, kampaniyanın maliyyələşdirilməsi haqqında məlumat bir sıra daxili aslılıqları olan gen məlumatlarına bənzəyir. Bioinformatikada açıq mənbə aləti Sytescape vardır ki, ondan bu daxili asılılıqları xəritəlşdirmək işində istifadə olunur. Biz Sytoscape-dən keçdik və çox maraqlı bir prototip aldıq.

3. İdeyanı kağız üzərində və vebdə həyata keçirin

Kampaniyanın maliyyələşməsinə dair qanunda göstərilir ki, parlamentə seçilmiş üzvlər seçkidən iki ay sonra maliyyə mənbələri barədə bəyanat verməlidir. Praktikada bu o demək idi ki, biz əsil məlumatı iyunun ortalarında almışıq.HS-in açıq tədbirində bizim müddətdən əvvəl Parlament üzvlərindən aldığımız məlumatlar vardı.

Məlumatın formatında da bir problem var idi. Milli Audit İdarəsi məlumatları iki CSV fayl formatında idi. Birində kampaniyaların ümüumi büdcəsi vardı. O birində isə bütün donorların siyahısı var idi. Biz bu iki formatı üç sütündan ibarət bir faylda birləşdirməli olduq: Donor, Aıcı və Məbləğ. Əgər siyasətçilər öz şəxsi pullarını istifadə etsəydilər, onda bizim formatda bu belə görünərdi. Siyasətçi A Siyasətçi A-ya X-avro yardım etdi. İntuisiyanın ziddinə olsa da, bu Sytoscape üçün işlədi.

Məlumat təmizlənib yenidən formatlananda biz onu Sytoscape-dən keçirdik. Sonra bizim qrafika departamenti onu tam bir səhifəlik qrafikya çevirdi.

Nəhayət biz öz vebsaytımızda gözəl bir əyaniləşdirmə aləti yaratdıq. Bu şəbəkə təhlili qrafikası deyildi. Biz istəyirdik ki, öz oxucularımıza çox asan bir yolla imkan yaradaq ki, kampaniyanın maliyyələşməsi nə qədərdir və onu kim verir. İlk baxışdan maliyyənin parlament üzvləri arasınd necə bölüşdürülməsi görünür, Bir parlament üzvünün adının üstündən klik etdikdə isə, onun maliyyəsinin incələnməsini görmək olur. Siz həmin donorun yaxşı olub olmadığına da səs verə bilərsiniz. Bu əyaniləşdirmə Satumaa adlı təşkilatdan olan Cuha Ruvien və Cukka Kokko tərəfindən yaradılmışdı.

Kampaniyanın maliyyələşməsinin əyaniləşdirilməsi eyni məlumatdan şəbəkə təhlili kimi istifadə edir.

4.Məlumatı nəşr edin

Əlbəttə Milli Audit İdarəsi artıq məlumatları nəşr edir, təkrar nəşrə ehtiyac qalmır. Lakin biz həmin məlumatı təmizləmiş və yeni daha yaxşı format və quruluş verdiyimizdən qərara aldıq ki, onu nəşr edək. Biz öz məlumatlarımızı Yaradıcı Ümumilərin Təyini Lisenziyası ilə veririk. Uyğun olaraq, bir neçə müstəqil veb yaradıclıarı məlumatların əyaniləşdirilməsini yaratmış və biz onları nəşr etmişik.

Layihə üçün istifadə etdiyimiz alətlər bunlar idi.: Məlumatın təmizlənməsində və təhlilində Excel və Google Refine, şəbəkə təhlili üçün Sytoscape=dən Əyaniləşdirmə üçün İllustrator-dan və Flash-dən istifadə edirik. Flash HTML-5 olmalıydı, lakin bizim buna vaxtımız çatmadı.

Biz nə öyrəndik? Çox güman ki, ən vacib dərs ondan ibarət oldu ki, məlumat strukturları çox çətin ola bilər. Əgər ilkin məlumat münasib formatda deyilsə, onun yenidən hesablanması və çevrilməsi xeyli vaxt aparacaq.

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI