ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Real vaxtda Seçki Hakerliyi

figs/incoming/03-FF.png
Şəkil 39. 2011 seçkiləri (Xakerlər Buenos Ayres)

Seçki hakerliyi bir siyasi təhlil layihəsidir ki, Argenitnada 2011-ci ilin 23 Oktyabrı seçki nəticələrinidən alınmış məlumatı əyaniləşdirir. Sistem eyni zamanda əvvəlki seçkilərdəki və ölkə ərazisində sosial demoqrafik statistikanı əks etdirir. Layihə öz vaxrında Argentinada 2011-ci ilin seçkilərində səslərin sayılması seçkilərin nəticələri barədə məlumatlarla yeniləndi. Bu Buenos Ayresli xakerlərin və siyasi təhlilçi Endi Tounun bir təşəbbüsü idi. Bu eyni zamanda jurnalistlərin, veb yaradıcılarının, dizaynerlərin, təhlilçilərin, siyasət alimlərinin və başqalarının birgə əməkdaşlığa etdikləri cəhdin nəticəsi dir.

Biz nədən istifadə etdik?

Bütün məlumatlar rəsmi mənbələrdən gəlirdi. Milli Seçki Bürosu İndiranın yaratdığı məlumatlara daxil olmağı təmin edirdi. Daxili İşlər Departamenti seçilmiş postlar və müxtəlif siyasi partiyalardan olan namizədlər haqqında məlumatla təmin edirdi; Bir universitet layihəsi bioqrafik məlumatları və hər bir prezident namızədin siyasi platformasını təmin edirdi; Bu zaman sosial-demoqrafik məlumat 2001-ci ilin Milli Siyahıya Alma və Yerləşdirmə (İNDEC, 2010-cu ilin siyahıya alması (İNDEC) və Səhiyyə Nazirliyindən gəldi.

O necə yaradıldı?

Bu proqram 2011-ci ildə Seçki Hakatonu zamanı 2011-ci ilin Oktyabr seçkilərindən əvvəl Buenos Ayresli Xakerlər tərəfindən yaradıldı. Bu Hakatonda müxtəlif səviyyəli 30 könüllü iştirak edirdi. Seçkiyə müdaxilə açıq platform kimi yaradıldı ki, o sonralar da inkişaf etdirilə bilərdi. Texnologiya kimi, biz Google Fusion cədvəllərindən,Google xəritələrindən və Vektor qrafikalı kitabxanalardan istifadə etdik.

Biz coğrafi xəritəni seçki demoqrafiyasını nümayiş etdirmək üçün poliqonların qurulması üzərində işlədik.GİS proqram təminatı ilə, və Google Fusion ictimai cədvəllərindən poliqonları birləşdirərək, biz Daxili İşlər Departamentinin Seçki məlumat bazasına, İndradan və İNDEC-in sosiodemoqrafic məlumatlarına uyğun açarları olan cədvəllər yaratdıq. Bütün bunlardan biz Google xəritələrində biz əyaniləşdirmələr yaratdıq.

Google Xəritələri APİ-dən istifadə edərək, müxtəlif rəng çalarları ilə, səslərin paylanmasını göstərən mövzu xəritələri nəşr etdik. Burada rənglər tündləşdikcə müxtəlif namizədlərin müxtəlif bölgələrdə və seçki məntəqələrində əsas şəhərlərdə səsvermənin intensivliyini göstərirdi: Buenoz Ayres şəhəri, Böyük Buenos Ayresin 24 rayonu, Qordoba və Rozario şəhərləri.

Biz əvvəlki seçkilərin, daha doğrusu, 2011-in president seçkilərinin praymerisində 2007-nin seçkilərində istifadə olunnan eyni metoddan istifadə etdik. Bu bizə sosio demoqrafik məlumtların, məsələn uşaq ölümləri, yaşayış şəraiti kimi təhlilə və müqayisəyə imkan verən məlumaların paylanmasını göstərməyə imkan verdi. Bu layihə həm də hər Oktyabr seçkilərinə nisbətən Avqustdakı ilkin seçkilərdə namizədin əldə etdiyi səslərin faizlərindəki fərqləri müqayisə etməyə imkan Verdi.

Sonralar səslərin sayılmasından götürülmüş bir hissə məlumatdan istifadə edərək, saymanın anatomiyasını göstərən animasiyalı xəritə yaratdıq. Burada səslərin sayılması məntəqənin bağlanmasından səhərə qədər olan dövrü əhatə edirdi.

Üstün cəhətləri

  • Başladıq ki, məlumatı tapaq və onu göstərə bilək. Bunu edə bildik. Əlimizin altında uşaq sosidemoqrafiyasına dair UNİCEF-in məlumat bazası var idi. Namizədlərin məlumat bazası Torkuato Di Tella Universitetində yoquierosaber.org qrupu tərəfindən yaradılmışdı. Hakaton müddətində biz böyük həcmdə məlumat topladıq ki, hamısını daxil edə bilmədik.

  • Aydın idi ki, jurnalistika və proqramlaşdırma işi xüsusi təqaüdlə zənginləşdirilmişdi. Endi Tounun və Hilario Moreno Kamposun verdiyi zəruri töhfələr olmasaydı bunlara nail ola bilməzdik.

Çatışmayan cəhətləri

  • Bizim istifadə edə bildiyimiz sosiodemoqrafik məlumat çağdaş deyildi yəni bu günü əks etdirmirdi (əksəriyyəti 2001-ci ilin siyahıya almasını əks etdirirdi.) həm də o qədər də dənəvər deyildi. Məsələn oraya ÜDM-də yerli səviyyə, əsas iqtisadi fəaliyyət, təhsil səviyyəsi, məktəblərin sayı, adambaşıan düşən həkimlərin sayı bir çox mühüm əhəmiyyət daşıyan detallar daxil edilməmişdi. daxil edilməmişdi

  • Əslində bu sistem bir alət kimi yaradılmışdı, mülki mübahisələrə dair məlumatları birləşdirmək və göstərmək üçün istifadə olana bilərdi. Jurnalistlər veb səhifəsində onları maraqlandıran məsəlləri asanlıqla göstərə bilərdi. Lakin biz onu başqa bir vaxta saxladıq

  • Layihə qısab bir vaxt çərçivəsində könüllülər tərəfindən hazırlandığına görə, istədiyimiz hər şeyi etmək mümkün deyildi. Bununla belə, biz düzgün istiqamətdə çox işlər görə bildik.

  • Eyni səbəbdən, 30 nəfərin birgə əməyi sadə bir proqramçı əməyi ilə sıxlaşdırıldı. Bu zaman dövlət özünün məlumatları meydana çıxdı. Bu məlumatları vaxtında əldə etməklə bağlı bir sıra problemlərlə üzləşdik və həmin problemləri bir neçə saat içərisində həll etdik.

Nəticələr

Seçkilərə müdaxilə platformasının mediada, televiziyada, radioda, çap mediasında və onlayn verilişlərdə böyük təsiri oldu. Layihədən yaradılmış xəritələr müxtəlif media platformaları tərəfindən seçkilər zamanı və onlardan sonra isifadə olunurdu. Günlər ötdükcə, xəritələr və əyaniləşdirmələr yenilənir və axını gücləndirirdi. Seçki günü, saytın yaradıldığı həmin gün təxminən 20 min müsafir qəbul edildi və onun xəritələri Pagina qəzetinin üz qabığında və iki ardıcıl gün La Nacion-un məqalələrində dərc olundu. Bəzi xəritələr Klarin qəzetinin çap variantında görünməyə başladı. Argentina jurnalistikasında İlk dəfə idi ki, real vaxtı göstərən xəritə interaktiv nəşr olunurdu. Mərkəzi xəritələrdə Kristina Fernandez de Kriçnerin 54 faiz üstünlüklə qələbəsi tünd rənglə göstərilmişdi. Bu həm də istifadəçilərə kömək edirdi ki, yerli namizədlərin əyalətlərdə qələbəsində xüsusi halları başa düşsünlər.

Bu Mariano Blejman, Mariana Berruezo, Sergio Sorín, Endi Tow və Martín Sarsale tərəfindən yaradılmışdır

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI