ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Xəbərdəki məlumat: Wikileaks

figs/incoming/03-GG.jpg
Şəkil 40. The Wikileaksin müharibə loqoları (Guardian qəzeti)

Bu bir araşdırıcı müxbir komandasının sualı ilə başladı: “Siz electron cədvəlləri yaxşı bilirsiniz, deyilmi?” Bu electron cədvəllərin cəhənnəmi idi. 92 201 sətir məlumat. Hər bində Əfqanıstanda baş vermiş bir hərbi hadisənin detallarla incələnməsi vardır.Bunlar Vikiliiksin müharibə loqoları idi. I hissə budur. Orada əməl olunmalı daha 2 epizod da var idi. İraq və Kabellər. Rəsmi termin SİGACTS: ABŞ hərbi əhəmiyyətli hərəkətlər haqqında məlumatlar bazası.

Əfqanıstan müharibə loqoları- Nyu York Taymz və Der Şpigel ilə bölüşüldü- fəalyyətdə olan data jurnalistika idi. Etmək istədiyimiz o idi ki, ixtisaslı müxbir komandamıza məlumatlardan böyük insani hekayələr qurmaq imkanı verək biz daha böyük təsvir almaq üçün müharibənin həqiqətən necə getdiyini göstərmək üçün onu təhlil etmək istəyirdik.

Onun üzərində görmək istədiyimiz işin hələ ortası idi, Biz bütün məlumat bazsının hamısını nəşr etmək istəmirdik. Vikiliiks bunu etmək istəyirdi. Biz əmin olmaq istəyirdik ki, məlumat verənlərin adlarını açıqlamırıq və NATO qoşunları üçün təhlükə yaratmırıq. Eyni zamanda biz istəyirdik ki, Deyvid Leyin və Nik Deyvisin (O Culian Assancla birlikdə məlumatları dərc etmək haqqında danışıqlar aparırdı) rəhbərliyi ilə işləyən araşdırıcı jurnalistlərimizin işini asanlaşdıraq. Biz həm də onu istəyirdik ki, əsas məlumatlara əlçatarlılığı sadələşdirək-oradan kənarda əsil dünyada olduğu kimi-onu bacardığımız qədər açıq və aydın edək.

Məlumat bizə nəhəng excel faylı kimi gəldi- 92 200 sətirlik məlumatın bir hissəsi boş, bir hissəsi isə pis format olunmuşdu. Bu məlumatlardan hekayələr qurmaq istəyən müxbirlərə kömək etmədi, maraqqlı reportaj hazırlamaq üçün məlumat həddən çox nəhəng idi.

Bizim komandamız SQL-dən istifadə edərək sadə daxili məlumat bazası yaratdılar. Müxbirlər açar sözlərdən və hadisələrin adlarından istifadə edərək axtarış edə bilirdilər. Birdən məlumat əlçatar oldu və hekayələr qurmaq asanlaşdı.

Məlumat qaxşı qurulmuşdu: Hər bir hadisənin aşağıdakı açar məlumatı var idi: vaxtı, tarixi, təsviri, təsadüfi rəqəmlər, əsaslı şəkildə işlənmiş uzunluq və en dairəsi var idi.

Biz eyni zamanda məlumatı süzgəcdən keçirməyə başladıq ki, müharibənin əsas hekayələrindən birini qura bilək.İPQ lərlə hücumlarda yüksəliş (İmprovizə edilmiş partlayış qurğusu) yol kənarlarındakı əldə qayırma bombalarla mübarizə aparmaq çətindir. Məlumat bazası hələ çox böyük idi-lakin idarə edilməsi asan idi. 2004-2009 illər arasında təxminən 7500 belə partlayış və ya ambuş olmuşdu. (ambuş hücum kiçik silahlarla və qranatlarla müşaiyət edilir.)

Orada daha 8000 partlayıcı qurğu var idi, tapıldı və zərərsizıəşdirildi. Biz istəyirdik onların necə dəyişdiyini və onların necə müqayisə olunduğunu görək Bu məlumat bizə imkan verdi ki, Britaniya-Kanada qoşunlarının yerləşdirildiyi cənub ərazisi ən çox vurulan tərəf idi, bizim müxbirlərimizin bildiyi müharibənin astarı imiş.

2010-cu ilin oktyabrında İraq müharibəsi loqolarının nəşri daha 391 min yazını da ictimai arenaya əlavə etdi.

Bu Əfqanıstan sızmalarından bir qədər fərqlı oldu. Bu bizə Əfqanıstan müharibəsinin tarixdə ən sənədləşdirilmiş müharibə olduğunu deməyə əsas verir. Oradakı hər bir kiçik detal təhlil olunmalı və incələnməlidir. Lakin bir fakt meydana çıxır: Ölüm hallarının böyük çəkisi mülki şəxslərin payına düşür.

Əfqanıstana gəlincə, Qardian qəzeti qərara aldı ki, bütöv məlumat bazsını yenidən nəşr etməsin, Çünki, biz əmin deyildik ki, nəticə etibarilə həmin ərazidə məlumatları verənlərin və başqalarının əllərində məxfi detallar vardır.

Lakin biz öz istifadəçilərimizə icazə verdik ki, hər bir hadisənin qeydləri olan haradasa kimin həlak olduğunu göstərən cədvəlləri endirsinlər. Bu bütövlükdə təxminən 60 000 nəfər idi. Biz yığcam bir sahəni götürdük, orada yalnız əsas məlumatlar var idi: hərbi başlıqlar, ölümlərin sayı və coğrafi incələmə.

Biz kiminsə həlak olduğu hər bir hadisəni götürdük, onu Google Fusion cədvəllərindən istifadə edərək Google xəritələrinə qoyduq. Əlbəttə, bu mükəmməl bir şey deyildi, lakin dağıdılmış İraqın dağıntı nümunələrini xəritələşdirmək üçün bir başlanğıc idi.

2010-cu ilin Dekabrı rəsmi kabellərin buraxıldığına şahid oldu. Bunlar hamısı birlikdə başqa bir liqada yerləşdirilmişdi. Rəsmi sənədlərin nəhəng bir şəbəkəsi:dünya üzrə 250-dən çox ABŞ səfirliyi və konsulluğundan 251287 göndəriş. Bu 50 000 sənəd hazırki Obama rəhbərliyi də daxil olmaqla ABŞ diplomatik dilinin yeganə təsviridir. Bəs bu sənədə nələr daxild idi?

Göndərişlər nəhəng Məxfi İnternet Protoko Router Şəbəkəsi (MİPRŞ )vasitəsilə özləri axıb gəlirdi. (ŞİPRN) MİPRŞ ABŞ-ın hərbi internet sistemidir ki, adi internet sistemdən ayrı saxlanılır və Vaşinqton Müdafiə Departamenti tərəfindən idarə olunur. 2001-ci ilin hücumlarından sonra dövlət arxivlərinin rəsmi dövlət məlumatlarının buraya qoşulması baş verdi. Bu belə bir ümidlə edildi ki, əsas ağıllı insanlar daha bu informasiya bunkerinin tələsinə düşməsinlər. Son on ildə get gedə daha çox ABŞ səfirlikləri SİPR şəbəkəsinə qoşuldular ki, hərbi və diplomatik məlumatları bölüşə bilsinlər. 2002-ci ilədək 125 səfirlik artıq SİPR şəbəkəsinə qoşulmuşdu. 2005-ə qədər bu rəqəm 180-ə çatmışdır. İndi bütün dünyada olan ABŞ missiyasının böyük əksəriyyəti bu sistemə qoşulmuşdur. \ona görə də bu göndərişlərin əksəriyyəti 2008-2009-cu illərə aiddir. Deyvid Ley yazırdı:

SİPDİS işarəli göndəriş avtomatik olaraq özünün müvafiq səfirlik veb saytına endirilir. Oradan Yalnız Dövlət Departamentindən hər bir kəs deyil, həm də ABŞ hərbisində “Məxfilik” səviyyəsinə qədər təhlükəsizlik parolu və kompüteri olan hər bir kəs, yəni SİPR şəbəkəsinə qoşulanlar istifadə edə bilər

Bu 3 milyon əhali deməkdir. Burada məlumatın bir neçə qatı vardır. MƏXFİ NOFORN-na qədər hamı; bu o deməkdir ki, məlumat elə dizayn edilmişdir ki, qeyri ABŞ vətəndaşlarına göstərilmir. Onlar ABŞ-da Dövlət katibi Hillary Klinton səviyyəsində məmurların oxuması üçündür. Həmin göndərişlər normal halda yerli səfir və onların taeliyindəkilər üçün yazılır. “Yüksək məxfilik” qrifli sənədlərə SİPR şəbəkəsi ilə giriş yoxdur.

Əvvəlki nəşrlərdən fərqli olaraq, bu əsasən elə bir mətn idi ki, eyni məlumatı daşıyırdı və oraya bunlar daxil idi:

Mənbə

Səfirlik və ya onu göndərən qurum

Alıcıların siyahısı

Normal halda bu göndərişlər bir sıra səfirliklərə və ya qurumlara göndərilir.

Sahənin mövzusu

Əsasən göndərişin xülasəsi

Əlaqələr

Hər bir göndərişə bir sıra açar söz və ixtisarla sözlər, abbreviaturalar əlavə edilmişdir.

Əsas mətn

Göndərişin özü. Birbaşa təhlükəsizlik səbəbindən biz qərara aldıq ki, onu tam nəşr etməyək. Bu hekayədə maraqlı bir məqam ondan ibarətdir ki, göndərişlərin hər birində məlumat sızıntısı tapmaq olurdu.. Onlar çap olunarkən xəbəri həftələrlə idarə edirdilər. İndi isə hekayə hər hansı bir korrupsioner rejimdə və yaxud beynəlxalq skandalda bu göndərişlərə daxil olmaq biz daha yeni hekayələrə giriş almaq imkanı verir.

Göndərişlərin təhlili elə bir möhtəşəm tapşırıqdır ki, bu heç zaman tam sona çatmayacaq.

Bu ilk dəfə FAKTLAR MÜQƏDDƏSDIR adı ilə nəşr edilmiş fəslin redaktə olunmuş variantıdır. Məlumat Saymon Rocersindir, Qardian qəzeti

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI