ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Xəritədə 76 Hakatonu

figs/incoming/03-MM.png
Şəkil 41. Xəritədə 76 Buenos Ayres xakerləri

Biz 2011-ciilin aprelində Buenos Ayres Hakerləri fəslini açdıq. Biz 120 və 150 nəfərlik iki görüşə ev sahibliyi edərək jurnalistlər və proqram təminatçıları arasında əməkdaşlığı reklam etmək istədik. 3-cü görüş üçün Buenos Ayresdən 300 km aralı Rosario şəhərində bir jurnalistika konfransında bizim 8 nəfərlə yarım saatlıq Hakatonumuz oldu Bu görüşlərdə təkrarlanan mövzu vebdən çox böyük həcmdə məlumatların çəkib çıxarılması və onun əyaniləşdirilərək verilməsi idi. Bu layihəyə kömək məqsədi ilə mapa76.info meydana gəldi. O istifadəçilərə məlumatları çəkib çıxarmağavə sonra xəritələrdən və zaman xəttindən istifadə etməklə nümayiş etdirməyə kömək edir. Asan tapşırıq deyil. Nə üçün mapa76? 1976-cı ilin martın 24-də Argentinada bir hərbi çevriliş oldu.və 1983-ə qədər davam etdi. Həmin müddətdə 30 000-dən çox insan itgin düşdü, minlərlə adam öldü, 500-dən çox uşaq hərbu diktaturanın əsarətində doğuldu. 30 il sonra Argentinada bir çox adam diktatura dövründəki 262 adama qarşı insanlıq əleyhinə cinayətlər törətdilər. (sentyabr 2011) . Hal-hazırda orada 14 məhkəmə prosesi hələ də gedir ki, onlardan 7-nin başlanğıc vaxtı məlumdur. Müxtəlif açıq məhkəmə proseslərində hələ 802 adam üzərində açıq məhkəmə işi gedir. Bu əməliyyatlar geniş həcmdə tədqiqatçılar, jurnalistlər, hinsan haqları təşkilatları, hakimlər, prokurorlar və başqaları üçün çətin olan məlumatlar yaradır. Məlumatlar paylanma tərzində istehsal olunur, və tədqiqatşılar onları şərh edərkən çox vaxt proqram təminatı alətlərinin üstünlüklərindən istifadə etmirlər. Son anda bu o deemək olur ki, onlara əhəmiyyət verilmir və hipotezlər çox vaxt məhdud olur. Mapa 76 bir araşdırma alətidir və qanuni, hüquqi və tarixi məqsədlər üçün jurnalistlərə girişi təmin edir Hakatona hazırlaşarkən biz bir platform hazırladıq ki, jurnalistlər tədbir keçirilən zaman ondan əməkdaşlıq məqsədləri ilə istifadə edə bilsinər. Martin sarsale bir neçə əsas alqoritm hazırladı ki, sadə mətn sənədlərindən yaradılmış məlumatları çıxara bilsinlər. DocumentCloud.org layihəsindən bəzi kitabxanalarından istifadə edə bilsinlər. Platforma avtomatik olaraq mətndəki adları, tarixləri və yerləri təhlil edərək, istifadəçilərə müxtəlif açar faktları (məsələn, doğum tarixi, həbs yeri, qeydiyyat yeri, yoxa çıxdığı məkan və s.) tədqiq etmək imkanı verəcəkdi Bizim məqsədimiz Argentinada hərbi diktatura rejimi dövrünə aid mühakimələrə dair məlumatın avtomatik çıxarılması üçün platform hazırlamaq idi. Biz istəyirdik ki, 1976-1983-cü illərdə yazılı dəlillərə, arqumentlərə və mühakimələrə əsaslanan məlumat avtomatik (heç olmasa yarım avtomatik) olaraq əsas məlumatları göstərən bir yol tapaq. Çıxarılmış məlumat (adlar, yerlər, tarixlər) toplanır, hifz olunur, təhlil edilir və xəritələrdən, zaman xəttindən və şəbəkə təhlili alətlərindən istifadə olunaraq təhlil oluna bilər

Ədəbiyyat siyahısı

Cari sənədin mənbəyi yoxdur.

Layihə, jurnalistlərə, tədqiqatçılara, prokurorlara və bir şəxsin taleyini izləyəcək şahidlərə onların həbs tarixi və bunun ardınca, itgin düşməsi və azad olması da daxil olmaqla həyatını izləməyə imkan verəcək. İnformasiya olmayan yerdə istifadəçilər böyük sayda məlumatların içərisindən öz hekayələrinə uyğun məlumatı darayıb çıxaracaqdır. Hakaton üçün isə biz Buenos Ayres Hakerləri vasitəsilə 200 2zvü olan bu qurum haqqında elanverdik (Bu yazı yazılan vaxtda onların sayı təxminən 540-dır.) Biz həm də insan haqları təşkilatları ilə əlaqə saxladıq. Jurnalistlər, tərəfdar təşkilatlar, müdafiə edən birliklər, veb yaradıcıları və dizaynerlər də daxil olmaqla bu görüşə təxminən 40 nəfər qatıldı. Hakaton müddətində biz müxtəlif tip iştirakçıların işləri müstəqil şəkildə idarə edə bilmələri üçün tapşırıqlar müəyyən etdik. Məsələn, biz dizaynerlərdən xahiş etdik ki, Xəritələri və zaman xəttini birləşdirən interfeys üzərində işləsinlər. Biz veb yaradıcılarından xahiş etdik ki, qurulmuş məlumat və alqoritmlərin endirilməsi və adlardakı qüsurları aradan qaldırmaq yollarını araşdırsınlar. Biz jurnalistlərdən xahiş etdik ki, nə baş berməsi barədə spesifik insanlara müraciət etsinlər ki, hekayələrin müxtəlif versiyalarını müqayisə edə bilsinlər. Xüsusi hallar haqqında hekayə qurmaq üçün sənədlərə baş vurmağı, oradan məlumatları daramağı öyrənsinlər. Ola bilsin ki, hakatondan sonra bizim yeganə problemimiz qərəzli olmağımız, qısa müddət üçün məqsədlərimizin çox ciddi olması, könüllülərin geninə boluna yaratdığı şəbəkəni idarə etməyin çətinliyi idi. Demək olar ki, layihəyə cəlb olumuş hər bir kəs çox məşğul iş günüə malik idi, həm də onların çoxu başqa layihələrdə çalışırdılar. Buenos Ayres Xakerləri 2011-ci ildə 9 görüş keçirmişdilər. Layihə hazırda fəal yaradılma mərhələsindədir. 12 nəfər başqa əməkdaşlarla çalışan 4 nəfərlik əsas komanda gərgin işləməkdədir. Bizim ictimai poçt siyanımız və kodlaşdırma anbarımız vardır ki, hər bir kəs layihəyə cəlb oluna bilər.

Mariano Blejman, Buenos Aires Cakerləri

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI