ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Qardian Qəzetinin Data bloqunun BK-da üsyanları işıqlandırması

figs/incoming/03-ZZ.png
Şəkil 42. BK üsyanları: təsdiq edilmiş hər bir hadisə( Guardian qəzeti )

2011-ci ilin yayında BK-da üsyanlar dalğası başladı. Həmin vaxt siyasətçilər təklif edirdilər ki, bütün bu hadisələri yoxsulluqla bağlamaq lazım deyil, belə həyasız hərəkətləri edənlər isə cinayətkarlardır. Daha sonra Baş nazir bir neçə mühafizəkar siyasətçilərlə ictimai median üsyanlada günahkar olmaqda günahlandırdılar. Daha sonra onlar platformalarda təhrikçilik baş berdiyini iddia etdilər. Onlar deyirdilər ki, həmin üsyanlar social şəbəkələr Facebook, Tüitter, Blackberry Messenger kimi şəbəkələr tərəfindən hazırlanırdı.. Sosiial median müvəqqəti olaraq bağlamaq çağırışları eşidilirdi. Dövlət üsyanların nə üçün baş verdiyinə dair sorğu keçirmədiyinə görə, Qardian qəzeti London İqtisadi məktəbi ilə əməkdaşlıq edərək, bu məsələlərə ünvanlanan Üsyanları Oxuyarkən layihəsini hazırladı. Qəzet geniş şəkildə data jurnalistikadan istifadə edərək həyasızlıqları kimin və nə üçün etdiyini başa düşməkdə ictimaiyyətə kömək etdi, daha sonra onlar Mançester Universitetinin professoru Rob Prokterin başçılığı ilə başqa bir akademik qrupla işlədi. Sosial medianın rolunu daha yaxşı başa düşmək üçün Qardian qəzeti özü üsyanlar dövründə reportajlardan geniş istifadə etdi. Üsyanlar komandası haqqında oçerk .Qardian qəzetinin xüsusi layihələr üzrə redaktoru Professor Pol Lyus tərəfindən hazırlandı. Üsyanlar dövründə Pol cəbhə xəttindən (daha çox özünün Tüitter heasbı vasitəsilə, @paullews) reportajlar verirdi/ Bu ikinci komandaTüitter tərəfindən maliyyələşdirilən 2,6 milyon tvit üzərində işləyirdi. Bu sosial medianın əsas məqsədi şaiyələrin Tüitterdə necə dövr etdiyini, müxtəlif istifadəçilərin informasiya axınını necə yaydıqlarını, olatformadan təhrikçilik məqsədilə istifadə edilidiyini görmək və təşkilati işin daha mütərəqqi formalarını axtarmaq idi.

Data jurnalisikadan istifadə və məlumatın əyaniləşdirilməsi baxımından iki əsas dövrü təyin etmək yaxşı olardı; üsyanların baş verdiyi dövr və üsyanlaın izahında məlumatların köməyi, və ikinci əsas period isə, iki akademik qrupun Qardian qəzeti ilə birlikdə məlumatları toplaması, təhlili, aşkar edilənlərin dolğun hesabatı üzərində iş dövrü. Üsyanları Oxuyarkən-in birinci mərhələsinin nəticələri 2011-ci il dekabr ayının əvvəllərində bir həftə ərzində intensiv olaraq nəşr edirldi. Hər iki periodda data jurnalistikadan necə istifadə olunduğuna dair misallara baxaq:

I mərhələ: Üsyanlar necə baş Verdi

Sadə xəritələrdən istifadə edərək Qarddian qəzetinin data komandası üsyanların baş verdiyi yerləri göstərdi və təsdiq etdi. Üsyanların baş verdiyi yerlərdə insanların məhrumiyyə məlumatlarını açıb ağartmaqla siyasi şərhçilərin bu üsyanların yoxsulluqla heç bir əlaqəsi olmadığı barədə fikirləri alt-üst etdi.

Üsyanlar dövründə social mediadan istifadə ilə əlaqədar Tüitter həmin dövrdə üsyanlarla əlaqədar əyaniləşdirmə alətləri hazırladı. Və bununla göstərdi ki, Tüitter bu üsyanları qarma qarışıqlığı təşkil etmir, əksinə o üsyanlara lazım olan cavabları reaksiyanı bildirir,üsyanlar dövründə ardıcıl olaraq üsyanlardan sonra küçələrin təmizlənməsinə, və üsyanlar dövründə lazım olan fəaliyyətin yerinə yetirilməsinə çağırırdı.

II mərhələ: Üsyanların oxunması (şərhi)

Qəzet aylarla apardığı intensive axtarışlardan, iki akademik komanda ilə, iki əyaniləşdirməşi ilə işləməsi sonra geniş müzakirə olumuşdur. Birincisi qısa bir videoda məlum yerlərin nəticələrinin birləşdirilməsi göstərilir. Göstərilir ki, insanlar öz ev ünvanları olan yerlərdə üsyan edir “ora-bura maşın sürmürlər”.Burada qəzet İTO Dünya (Dünya Nəqliyyat Təşkilatı) nəqliyyatın xəritələnməsi mütəxəssisi ilə birgə üsyançıların getmiş olduqları marşrutları işləyib dəqiqləşdirdilər, ancaq bəzi üsyançılar bəzən müxtəlif uzaq məsafələrə yürüş edərək qarııqlıqlar salırdılar.

İkincisi isə, Tüitterdə şaiyələrin necə yayılmasından bəhs edir. Akademik komanda ilə müzakirə edərkən razılaşdırıldı ki, yeddi şaiyə təhlil edilsin. Akademik komanda hər bir şaiyə üçün lazım olan çəlumatı topladı və kodlaşdırma qrafiki yaratdı və hər tvit 4 əsas kodla kodlaşdırıldı: Sadəcə olaraq şaiyəni təkrar edən adamlar (iddia yaradır), onu rədd edənlər (əks iddia), sorğulayanlar(sorğu) və sadəcə şərh edənlər. Bütün tvitlərin 3 surəti çıxarıldı və nəticələr Qardian qəzetinin interaktiv komandası tərəfindən əyaniləşdirildi. Qardian qəzetinin komandası əyaniləşdirməni necə aparmaları barədə yazmışdır.

Bu əyaniləşdirmədə əsas diqqəti çəkən odur ki, o nəyin izahının çox çətin olduğunu və şaiyələrin virtual təbiətini, və şaiyənin ömrü başa çatanda necə yox olduğunu göstərir. Əsas media axınının rolu bəzi şaiyələrin timsalında görünür.(onların dərhal alt üst edilməsi və yaxud bir xəbər kimi dərhal təsdiq olunması.) Bu cür şaiyələrə münasibətdə Tvitterin düzəliş vermə xarakteri özünü göstərir. Bu əyaniləşdirmə hekayə quruculuğuna böyük kömək olmaqla həm də şaiyələrin Tvitterdə necə hərəkət etdiyini göstərdi və gələcəkdə buna bənzər hadisələr üçün faydalı məlumat yaratdı.

Axırıncı misaldan o aydın oldu ki, qəzet və akademik komandanın birgə gecle fəaliyyəti 2,6 milyon tvitin incələnməsi üçün yetərli oldu.Baxmayaraq ki, akademik komanda öz təhlillərini aparmaq üçün müəyyən alətlər sifariş vermişdilər, onlar bunu hər bir kəsin lazım olduqda istifadə edə bilməsi üçün əlçatar etmirlər, ancaq belə hallarda təhlillər üçün iş stolunu təmin edirlər. Qardian komandasının yaratdığı hau to şərhi ayrı ayrı halların öyrənilməsi üçün media təhlili və əyaniləşdirməsindən və hekayələrin qurulmasında necə istifadə oluna bilməsini təmin edəcəkdir.

Farida Vis, Leysester Universiteti

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI