ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

İlinoys Məktəb Hesabatı Vərəqləri

figs/incoming/03-EE.png
Şəkil 43. 2011 İlinois Məktəb Hesabatı Vərəqləri (Çicago Tribun)

Hər il İlinois Dövlət Təhsil şöbəsi üzərində İlinoisun bütün ictimai məktəbləri üçün demoqrafik və işin icrası haqqında məlumatlar olan “Hesabat vərəqləri” nəşr edir. Bu çox böyük bir məlumat şəbəkəsidir. Bu ilki 9500 sütün enində olan bir şəbəkə idi. Bu böyüklükdə məlumatın bir problem var idi ki, o da təqdimat üçün nəyin sçilməsi idi.(proqram təminatı layihəsi kimi, çətin olan proqramı qurmaq deyil, düzgün proqramın qurulmasıdır.) Biz maraqlı məlumatı seçmək üçün təhsil komandasından müxbirlərlə və bir redactor ilə işlədik.(orada maraqlı görünə biləcək çoxlu məlumatlar vardır, lakin hansı müxbir hansı məlumatın yalan və səhv olduğunu sizə deyər?) Biz həm də öz xəbər bölməmizdə məktəbli uşaqlar arasında sorğu apardıq və müsahibələr götürdük. Biz bunu orada bir anlaşma, rəğbət boşluğuna görə etdik. Xəbər proqramları komandası işçoıərinin heç birinin məktəb yaşlı uşaqları yoxdur. Bununla biz istifadəşilərimiz haqqında daha çox məlumat topladıq. Komand üzvlərimizi daha yzından tanıdıq və məktəb proramlarının bundan əvvəlki versiyasına görə bu versiyanın necə istifadliliyini öyrəndik. Biz iki xüsusi istifadəçi və istifadə halları barədə dizayn etmək istəyirdik: 1) məktəbdə uşaqları olan valideynlər uşaqlar üçün hansı tədbirlərin necə keçirildiyini bilmək istəyir; 2) Məktəbin keyfiyyətinin onların qərarlarına birbaşa təsiri olan valideynlər harada yaşamalı olduqlarınına qərar vermək istəyirlər. İlk dəfə bu olanda məktəb saytı 6 həftəlik idi və iki yaradıcı layihəsi var idi, bizim 2011-ci il yeniləməmiz 4 həftəlik idi v iki yaradıcı layihəmiz var idi. (əslində bu axırıncı layihə üzərində cəmi üç nəfər fəal çalışırdı və onların heç biri tam ştatda deyildi.) Bulayihənin əsas hissəsi informasiya dizaynı idi. Baxmayaraq ki, biz mümkün olan məlumatdan daha az məlumat təqdim edirik, və onu həzm oluna bilən şəklə salırıq bu bir çağırış idi. Xoşbəxtlukdəb biz özümüzün qrafika bölməsindən birini də götürdük. Bu mürəkkəb hesab edilən indormasiyanı təqdim etməkdə ixtisaslaşan bir dizayner idi. O bizə daha çox diaqramların dizaynını öyrədirdi, ümumiyyətlə, o çalışırdı ki, təqdimatlarımız başa düşülən olsun, lakin heç vaxt oxucuların qabiliyyətlərini kiçiltmirdi Sayt Piton və Canqoda yaradılmışdı. Məlumat MonqoDB-də yerləşdirilmişdi. Məktəb məlumatları, yekcins deyil. Məktəb məlumatları ierarxialdır, onu əlaqədar məlumat şəbəkəsinə azacıq uyğunlaşdırmaq çətindir. (Əks halda, biz yəqin ki, Postqre SQL-dan istifadə etməli olardıq.) Biz bu layihədə ilk dəfə olaraq Tvitterin Buutstrap istifadəçisi interfeysini sınaqdan leçirdik və nətəcələrdən çox razı qaldıq. Diaqramlar Flot-la çəkilmişdi. Bu proqram məktəb işi haqqında yazmış olduğumuz hekayələr üçün bir meydandır. Bu mənada proqram bir portal kimi fəaliyyət göstərir. Məktəb işinə dair yeni bir hekayə olanda onu hekayəyə uyğun gələe məktəblərin siyahısı ilə yanaşı qoyuruq.(Yeni hekayə gələndə chicagotribune.com-un oxucuları hekayəyə deyil proqramın özünə istiqamətləndirilirlər.) İlkin hesabatlar göstərir ki, oxucular məktəblər üçün bu tətbiqi proqramı sevirlər. aldığımız cavablar əsasən müsbət olmuşdur (ən azı konstruktiv olmuşdur) və səhifə yuxarıdan təmiz görünür. Bir hədiyyə olaraq bi məlumat bütöv bir ili maraqlı olaraq qalacaq. Biz dogma səhifədə bəzi hekayələrin solaraq yox çıxacağını gözləsək də, Təcrübə göztərir ki, oxucularımız bu tətbiqi proqramını bütöv bir il ərzində axtarmışdır.

Bu layihədən çıxartdıqlarımız əsas ideyalar aşağıdakılardır:

  • Diaqram əsasən sizin dostunuz olaraq qalır. Onlar mürəkkəb informasiyanı həzm edilə biləcək hala salır.

  • Xəbər bölməsindən kömək xahiş edin. Bu ikinci laylhədir ki, xəbər bölməsindən vəmüsahibələrdən geniş istifadə etmişik. Bu biziç işçilər kimi düşüncəli insanların rəyini öyrənməyin bir yoludur. Bizim auditoriya kimi, onların müxtəlif səviyyəli təhsili vardır, və kompüteri o qədər də yaxşı bilmirlər.

  • İşinizi göstərin. Bizim cavablarımızın çoxu mlumat və proqram təminatı üçün xahişlərdən ibarət olmuşdur. Biz APİ vasitəsilə bir çox məlumatı əlçatar etdik. Və bu yaxınlarda onları tam həcmdə nəşr etməyi düşünürük.

Brayen Boyer, Çikago Tribune

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI