ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Yeni tətbiqi proqramı necə qurmalı?

figs/incoming/06-AA.png
Şəkil 82. Dializ avadanlığı ləpirçisi (ProPublica)

Xəbər üçün tətbiqi proqramlar hekayə arxasındakı məlumata bir pəncərədir. Onlar axtarıla bilən məlumat bazaları ola bilərlər. Onlar hamısı birlikdə parlaq əyaniləşdirmələr ola bilərlər. Lakin hansı forma aldıqlarından asılı olmayaraq, xəbər tətbiqi proqramları oxucuları onlar üçün maraqlı olan kontektdə məlumatla qarşılıqlı ünsiyyətə ruhlandırır. Onlar öz ərazilərində cinayət meyllərinə bəzər salaraq yerli həkimlərin təhlükəsizlik qeydlərini yoxlayaraq, və seçdiklərin namizədin siyasi töhfələrini araşdıraraq çalışırlar. Sadəcə yüksək infoqrafikadan daha çox xəbər tətbiqi proqramları daha davamlı məhsullardır. Onlar xəbər dövriyyəsindən kənarda yaşayır, oxuculara real dünyanın problemlərini həll etməyə kömək edir, və suallara elə bir tərzdə cavab verirlər ki, onlar davamlı bir prosesə çevrilirlər. ProPublica jurnalistləri Amerika böyrək dializi klinikalarının təhlükəsizliyini tədqiq etmək istərkən onlar elə bir tətbiqi proqram yaratdlar ki, onlar ğz doğma şəhərlərində olan dializ aparatının təhlükəsizliyini də yoxlaya bildilər. Belə vacib və müvafiq xidmətin göstərilməsi istifadəçilərlə münasibətlər yaradır ki, bu hər hansı bir hekayədən daha da vacibdir.

Buradan da qabaqcıl xəbər tətbiqi proqramlarının əsas çağırışları və vədləri meydana gəlir: Davamlı dəyəri olan bir şeyin yaradılması. İstər dizayner, istərsə də bir menecer ol, böyük bir tətbiqi xəbər proqramını qurmaq haqqında müzakirə məhsulun yaradılmasının mahiyyətindən başlamalıdır. Əsas diqqəti istifadəçiyə verin.əsas işin üçün daha çox səs küy toplamaq. İşə başlamazdan əvvəl öz özünə 3 sual versən yaxşı olar:

Mənim auditoriyam kimdir və onların nəyə ehtiyacı var?

Xəbər proqramları özləri üçün xidmət etmir- onlar istifadəçiyə xidmət edirlər. Layihədən asılı olaraq, öz klinikasında təhlükəsizlik qeydlərini bilmək istəyən istifadəçi dializ xəstəsi və yaxud evinin yaxınlığındakı təhlükədən xəbərsiz bi ev sahibi ola bilər. Kim olmasından asılı olmayaraq, yəbər proqramının yaradılması haqqında hər hansı bir müzakirə, hər hansı bir məhsul kimi ondan istifadə edən insanlar haqqında başlamalıdır.
Sadə bir proqram çoxlu sayda istifadəçiyə xidmət edə bilər. Məsələn Omaha (Nebraska) World-Herald tərəfindən yaradılan Curbwise adlı proqram özlərindən çox vergi tutulduğunu düşünən ev sahiblərinə,. Hər şeyi o cümlədən yaxınlıqdakı əmlakın qiymətini bilmək istəyən sakinlər sonuncu satışların qeydiyyatını aparan daşınmaz əmlak işçilərinə xidmət göstərir, proqram elə xüsusi ehtiyacları qarşılayır ki, istifadəçilər təkrar olaraq bura qayıdırlar.
Ev sahiblərinə, məsələn, yaxınlıqda satılan əmlakların qiymətləri haqqında elə malumatlar lazım ola bilər ki, onlar tutulan vergilərin nisbətən çox yüksək olduğu barədə mübahisə edə bilsinlər. Məlumatın vaxt aparan və nisbətən mürəkkəb olduğunu nəzərə alaraq Curbwise öz istifadəçiləri üçün Dost İstifadəçilər üçün Hesabat tərtib edir ki, bundan istifadə edərək ev sahibləri yerli hakimiyyətə əmlak vergisi barədə müraciət edə bilsinlər. Curbwise həmin hesabatı 20 dollara satır. Adamlar o hesabat pul ödəyirlər çünki bu insanların həyatında bir problemin həllinə kömək edir.
Sizin proqramınız istər Curbwise və ya onun əlavələri kimi maraqlı əyaniləşdirmə ilə real dünya problemini həll etsin, həmişə proqramı istifadə edəcək insanları tanıyın. Yalnız sonra ezayn cə əlamətlərin müəyyən edilməsi zamanı diqqəti istifadəçilərin ehtiyacları üzərinə yönəldin.

Mən buna nə qədər vaxt sərf etməliyəm?

Xəbər bölməsində dizaynerlər səhrada çox axtarılan və az təchiz edilən su kimidir. Xəbərlər üçün tətbiqi proqramın qurulması xəbər bölməsi ehtiyaclarının balanslaşdırılması anlamına gəlir ki, o da həqiqətən gözəl məhsullar hazırlanması üçün üzun müddətli öhdəliklərə uyğundur. Tutaq ki, sizing redaktor yeni bir ideya ilə sizing yanınıza gəlir: Gələn həftə şəhərdə bir sıra tarixi binaların sökülməsinə qərar vermək üçün Şəhər Şurası toplanır. O təklif edir ki, elə bir tətbiqat hazırlayaq ki, istifadəçilər xəritədə həmin binaları görə bilsinlər. Bir dizayner kimi sizing bir neçə variantınız vardır. Siz öz mühəndislik gücünüzdən və bacarığınızdan istifadə edərək ənənəvi proqram təminatından istifadə edərək böyük bir xəritə hazırlaya bilərsiniz. Və yaxud, siz Google Fusion Tables-də ənənəvi mövcud alətlərdən istifadə edərək açıq mənbə xəritəçəkmə kitabxanalarından istifadə edərək bir-iki saata işi tamamlaya bilərsiniz. Birinci variant sizə daha yaxşı tətbiqat verəcək, lakin ikinci variant sizə daha uzun müddət davam edəcək təsir gücünə malik bir şey yaratmaq imkanı verəcək. Sadəcə olaraq hekayə özünü elə bir kompleksə, gözəl tətbiqata verir ki, o, o qədər də vacib görünmür. Üstünlükləri balanslaşdırmaq kritikdir. \bu ona görədir ki, siz yadda saxlayasınız: yaratdığınız hər bir tətbiqi proqram əlavə xərc deməkdir. Belə olamqdansa, daha təsirli bir tətbiqi proqram işləyib hazırlaya bilərdiniz.

Şeyləri növbəti səviyyəyə necə çatdıra bilərəm?

Yüsək səviyyəli tətbiq proqramı yaratmaq çox vaxt aparan və baha başa gələn ola bilər. Ona görə də o həmişə ödəniş xahiş edərkən pul ödəyir. Siz azacıq bir təəccübü necə yüksəldib xüsusi bir hal səviyyəsinə qədər artıra bilirsiniz? Xəbər dövriyyəsini aşan dözümlü bir layihənin yaradılması bunun bir yoludur. Lakin bu yolda sizə vaxta qənaət etməyə imkan verən bir alətin yaradılması (və onu açıq mənbəyə çevirməsi) sizing tətbiqata daha qabaqcıl təhlilləri əlavə etməsi sizə öz auditoriyanızı daha yaxşı tanımağı öyrədir.
Bir çox təşkilatlar öz şəhərlərində demoqrafik inkişafı göstərmək üçün əhalinin siyahıya alınması xəritəsini yaradırlar. Lakin Çikaqo Tribyun qəzetinin xəbər proqramları komandası öz tətbiqatlarını yaradanda həmin xəritələri daha tez hazırlaya bilmək üçün alətləri və metodları inkişaf etdirməklə hər şeyi daha yüksək səviyyəyə çatdıraraq sonradan başqa təşkilatların ondan istifadə etmələrinə imkan yaratdılar. Mənim iş yerimdə, Araşdırıcı Reportajlar Mərkəzində biz sadə, araşdırıla bilən hadisələri izləyə bilən gözəl çərçivəli məlumat bazası yaratdıq ki, bizə yaratdığımız tətbiqatdan nə qədər istifadəçinin faydalandığını öyrənə bilək.
Lobya sayan kimi görünmək riski altında həmişə qoyduğunuz yatırımın geri qayıdacağını düşünün. Ümumi bir problemi həll edin. İstifadəçolərin başını qatmağın yeni bir yolunu tapmağı fikirləşin. İşinizin mənbə hissəsini açın. İstifadəçilərinizi daha yaxşı tanımaq üçün təhlillərdən istifadə edin və yaxud elə Curbwise kimi, proqramınızın bir hissəsi sizin üçün gəlir gətirsin.

Bükərək qablaşdırma

Xəbər tətbiqatı proqramının yaradılması qısa bir vaxt ərzində çox uzun bir yol keçmişdir. Axtarıla bilən, əsasən hekayənin məzmununa uyğun dizayn edirlən məlumat bazaları ilə qarışdırılan əyani interaktiv məlumatlarla xəbər proqramı 1.0 infoqrafika 2.0-a xeyli bənzəyir. Indi həmin tətbiqi proqramların çoxu müxbirlər tərəfindən açıq mənbə alətlərindən istifaədə edərək dizayn edilə bilər və bu dizaynerləri daha böyük fikirlərə düşməkdən xilas edə bilər.
Bütün işə rəhbərlik edildiyi xəbər tətbiq proqramı 2.0 jurnalistikanın ictimai xidmət gücünü yaradıcılıq intizamı və texnologiya dünyasının sınaqlarını hekayə quruculuğu ilə emək olar ki birləşdirir. Nəticə şübhəsiz ki, yeniliklərin atəşfəşanlığı, məlumatı uyğun, maraqlı və xüsusilə auditoriya üçün daha faydalı edərdi və eyni zamanda jurnalistikaya yardımçı olardı

Çeyz Deyvis, Araşdırıcı Reportaj Mərkəzi

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI