ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

ProPublica-da xəbər proqramları

Xəbər tətbiqi proqramı elə bir interaktiv məlumat bazasıdır ki, bizə xəbərin hekayəsini söyləyir. Bu barədə jurnalistikanın hər hansı bir parçası kimi düşnmək lazımdır. O sözlərin və şəkillərin əvəzinə sadəcə proqramın özündən istifadə edir. Hər bir oxucuya ona aid olan informasiyanı göstərməklə xəbər proqramı hər bir oxucuya hekayəni onun üçün maraqlı olacaq bir tərzdə göstərir. O oxucuya böyük milli hadisə ilə olan əlaqəsini başa düşməkdə kömək edir, onlara başa düşmədiklərini başa düşdükləri ilə əlaqələndirməyə kömək edir və bununla da mücərrəd anlayışları dərk etməyə ruhlandırır. Həcmcə milli səviyyədə, müəyyən detalları göstərə biləcək qədər dənəvə bir məlumat şəbəkəsi olduqda (yaxud belə bir şəbəkəni qazanacağımızı düşündükdə) biz bir xəbər proqramı qurmaq istəyirik.
Xəbər proqramı yaxşı bir xəbər hekayəsi kimi bir hekayə qurmalıdır, ona başlıq, müəllif imzası, sərlövhə və digər zəruri detallar lazımdır. Bu detalların bəzilərini interaktiv proqram proqram daxilində fərləndirmək bir qədər çətindir. Lakin bir qədər diqqət yetirsəniz görərsiniz ki, onlar oradadır.
Eyni zamanda xəbər proqramı yaradıcı olmalıdır, yəni, o daha çox hekayələr qura bilməlidir. ProPuvlicanın ən yaxşı tətbiqatları yerli hekayələr üçün əsas götürülmüşdür. Msələn, götürək bizim Dollars for Docs xəbər proqramını. O dərman şirkətlərinin həkimlərə məsləhət, söhbət və başqa şeylər üçün ödədiyi milyonlarla dolları izlədi. Bizim yaratdığımız xəbər proqramı istifadəçilərə öz həkimlərinə baxaraq onlara nə qədər ödəniş edildiyini öyrənmək imkanı verir. Boston Globe, Çikaqo Tribune və St. Louis Post-Dispatch də daxil olmaqla başqa xəbər təşkilatlarında çalışan müxbirlər də həmin məlumatdan istifadə edirdilər. Onlar Dollars for Docs-un məlumatlarından istifadə etməklə yerli həkimlər haqqında araşdırma hekayələri quraşdımışdılar.
Bu yerli hekayələrin bir neçəsi formal tərəfdaşlıq nəticəsində əmələ gəlmişdi, lakin əksəriyyəri müstəqil şəkildə qurulmuşdu-bəzi hallarda biz hekayə işıq üzü görməyincə biz onun hansı bilgi üzərində qurulduğunu bilmirdik. Kiçik, lakin bir milli xəbər təşkilatı kimi, bu cür şeylər bizim üçün həlledici olur. Biz 125 şəhər haqqında yerli bilgilərə malik ola bilmərik, lakin bizim məlumatımız yerli müxbirlərə kömək edə bilsə, onlar təsirli hekayələr qura bilələr və biz missiyamızı yerinə yetirərik. .

figs/incoming/06-FF.png
Şəkil 83. Xəritəçəkmə LA (Los Angeles Times)

Mənim sevimli xəbər proqramlarımdan biri də Los Anceles Tayms-ın Mapping L.A –sıdır. Biz Los Ancelesin qonşu əraziləri haqqında kütləvi xəritəsi ilə başladıq. O zaman hələ Mapping L.A.-nın müstəqil və hamı tərəfindən qəbul olunmuş hüdudları yox idi. İlkin kütləviləşdirmə layihəsindən sonra Taymz qəzeti qonşu ərazilərdən özünün böyük reportajlarında – məsələn qonşu ərazilərdə cinayətlərin səviyyəsi, qonşu nahiyələrdə məktəblərin keyfiyyəti və sçərçivə qurğusu kimi istifadə etmişdir. Onla əvvəllər bunu edə bilməzdilər. Mappin L.A. yalnız böyük və spesifik olmaqla yanaşı, həm də yaradıcıdır, adamlara öz hekayələrini söyləyir. Xəbər proqramlarını yaratmaq üçün zəruri olan resurslar xeyli müxtəlifdir. Nyu York Taymz qəzetinin xəbər proqramları və interaktiv qrafika üzərində çalışan onlarla əməkdaçı vardır. Lakin Talking Points Memo iki əməkdaşı ilə siyasi səsverməni izləyən vəsait yaratdı. Bu əməkdaşların heç birinin computer elmi dərəcələri yox idi.
Kodlaşdırıcılara əsaslanan bir çox xəbər bölməsi kimi, biz öz proqramlarımızı yaradarkən çevik bir metodikaya əməl edirik. Biz işlədiyimiz xəbər bölməsindəki adamlarla tez tez təkrar edirik və cızma qaralamalarımızı onlara göstəririk. Daha mühüm olanı budur ki, biz müxbirlərlə daha yaxından çalışırıq onların cızma qaralarını, hətta ən ilkin olanları oxuyuruq. Biz ənənəvi proqramçı kimi işləməkdən daha çox müxbir kimi çalışırıq. Kod yazmaqdan başqa, biz həm də mənbələrə müraciət edirik, məlumat toplayırıq və yoxlama həyata keçiririk. Başa düşmədiyimiz materialdan istifadə etməklə yaxşı xəbər proqramı tərtib etmək çox çətin olardı. Nə üçün xəbər bölmələri məlumat əsaslı xəbər proqramlarının yaradılmasında maraqlı olmalıdır? Üç səbəb var: Bu böyük jurnalistikadır, o çox məşhurdur ProPublica-nın əsas əlaməti onun xəbər proqramlarıdır. Bunu biz etməsək, kimsə edəcək. Hələ inudacağımız daxili məlimatlar fikirləşin. Ən mümhüm isə odur ki, xəbər bölmələri bilməlidir ki, onlar özləri də bunu edə bilərlər. Bu göründüyündən daha asandır.

Skot Klain, ProPublica

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI