ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Əyaniləşdirmə Data Jurnalistikanın İşlək Atıdır

Öz məlumatınızı diaqrama salmaq və yaud xəritələməyə çalşmağa bşlamazdan öncə bir dəqiqə vaxt ayırıb jurnalistikada həmin statik və qrafik elementlərin necə böyük rol oynadığını düşünün.

Xəbər vermə mərhələsində, əyaniləşdirmələr:

  • Xəbərin qalan hissəsində başlıqları və sualları təyin etməyə kömək edir

  • Çıxıntıları müəyyənləşdirir: yaxşı hekayələr və yaxud, məlumatınızdakısəhvləri göstərəcək

  • Sizə tipik misallar tapmağa kömək edir

  • Reportajınızdakı əyaniləşdirmələrdə boşluqları göstərir, həm də nəşr zamanı mühüm rol oynayır

  • Hekayədəki yaradılmış əsas cəhəti daha məcburi qaydada işıqlandırır

  • O qədər də zəruri olmayan texniki informasiyanı mətndən çıxarır

  • Xüsusilə interaktiv olanda tədqiqata imkan verir, oxucularınız üçün xəbər vermə prosesində aşkarlğı təmin edir

Bütün bunlar sizə electron məlumatlardan və yaxud qeydlərinizdəən başlamağınızdan asılı olmayaraq reportajınızda əyaniliyə bir qədər erkən başlamağı tövsiyyə edir. Siz onu ayrıca bir addım hesab etməyin. Bir işə başlamaq bəzən götqrmüş olduğun qeydləri əyani formaya salmaq deməkdir. 2006-cı ildə Vaşıington Post-da Figure 84-də getmiş bir qrafikanı nəzərə alın.

figs/incoming/06-MM.png
Şəkil 84. Müəyyən dövr üçün təsərrüfat subsidiyaları (Washington Post)

O bir neçə ay ərzində yaradılmış və ötən 45 il ərzində təsərrüfatdan gələn gəlirin subsidiyalarla bağlı nisbətini göstərir. Müəyyən bir dövr ərzində oxşar izhla və oxşar mənada işlənən məlumatın tapılması bir çağırış idi. Bütün enişləri və yoxuşları araşdırmamız bütün reportaj boyu əsas konteksti yaddaşımızda saxlamağa kömək etdi. Bu həm də o demək oldu ki, hekayələr yazılmazdan əvvəl reportajın əsas nüvəsi başa çatdırılmış oldu. Məlumat şəbəkənizi araşdırmağa başlamaq üçün əyaniləşdirmədən istifadə olunmasına dair bir neçə məsləhət:

Məsləhət 1: Böyük məlumat şəbəkəsində özünüzü çevik idarə edə bilməniz üçün ən kiçik ortaq bölünənlərdən istifadə edin

Mən bu metoddan Corc Buş administrasiyası siyasi əsaslarla mükafatlar verəndə Washington Post-da istifadə etdim. Bütün bu yardım proqramlarının əksəriyyəti bir düstur üzrə həyata keçirilir, qalanları isə illərlə maliyyələşdirilmişdir. Biz çox istəyirdik ki, 1500 müxtəlif icbari xəbər axını içərisində bir nümunəni görək

figs/incoming/06-NN.png
Şəkil 85. HHS Qrantları: Mətn daxili şərhlər hekayələrin quraşdırılmasına kömək edir.(Washington Post)

Mən hər bir proqram üçün president seçkiləri ilini qırmızı nöqtələrlə, konqres seçkilərini isə yaşıl nöqtələrlə göstərən bir qrafik yaratdım. Problem bu idi: Bu proqramların bir neçəsində president seçkilərindən 6 ay əvvəlki dövrdə bir sünbül, qırmızı nöqtələr və yanında pik rəqəmlər var idi. Bunlar səhv idi.Corc Buşun 2000-ci ildəki təkrar seçkisi zamanı, Bill Klinton Ağ Evdə idi və onun vitse prezidenti Al Qor ofisi idarə edirdi.
Rəqəmlərdən ibarət cədvəllərdənsə, silsilə qrafikada hər şeyi görmək daha asan idi. Beləliklə, interaktiv forma bizə müxtəlif növ qrantları, regionları və təşkilatları görməyə imkan verirdi. Kiçik bölünənli xəritələr tərpənməz təsvir üzərində vaxtı və yeri göstərərək müqayisəni daha da asanlaşdırırdı.
Bu nümunə PHP-da yazılmış kiçik bir proqramla yaradılmışdı, lakin indi onu Excel 2007-də və 2010-nun sparlaynlarında etmək daha asandır. Əyaniləşdirmə üzrə mütəxəssis Edvard Taft çevik, sadə, sözə bənzər qrafikləri ixitra etmişdir ki, bircə baxışda informasiya böyük məlumat şəbəkəsinin içərisindən oxucuya çatsın. İndi siz onları əmtəə birjalarının kiçik qrafik təsvirlərindən idmanda udma-uduzma qeydlərinə qədər hər yerdə görürsünüz.

Məsləhət 2: Məlumalarınıza ayaqdan başa və yanlardan baxın

Bir hekayəni, məlumat şəbəkəsini başa düşməyə çalışarkən ona baxmağın səhv yolu yoxdur; lakin ağlınız gələr hər bir yolu slnayın, bu zaman müxtəlif perspektivlər görəcəksiniz. Əgər cinayət haqqında xəbər verirsinizsə, bu zaman bir dəst diqramlar şəbəkəsinə baxar, bi il ərzində zorakılıq cinayətlərinin necə dəyişdiyini görərsiniz; o biri dəst isə başqa şəhərlərlə müqayisə ola bilər, bir başqası isə bir dövr ərzindəki dəyişikliyi göstərə bilər. Yuvarlaq rəqəmlərdən, faizlərdən və indekslərdən istifadə edin.
Onlara müxtəlif şkalada baxın. X oxunun 0 olduğu qaydanı yoxlayın. Sonra qaydanı pozub daha çox öyrənə bildiyinizi yoxlayın. Sadə yayılan məlumat üçün loqarifmləri və kvadrat kökləri yoxlayın.
Yadda saxlayın ki, araşdırma əyanı qavrayış əsasında aparılmalıdır. Uilyam Klivlendin təcrübələri göstərdi ki, gözlər orta hesabla 45 dərəcəlik baxış bucağında dəyişikliyi görə bilir. Bu o deməkdir ki,nəsihətləri bir tərəfə qoy, sıfırdan başla və daha incə qrafiklə işləyin. Bizim epidemiologiyadakı tədqiqatımız göstərmişdir ki, qrafikinizin hüdüdları üçün hədəf səviyyəsini müəyyən edin. Bu yolların hər biri sizə məlumatı müxtəlif tərəfdən görməyə kömək edir. Onlar sizə yeni bir şey deməyi dayandıranda bilin ki, sizing işiniz başa çatıb.

Məsləhət 3: Güman etməyin

Əgər öz məlumatlarınıza müxtəlif cəhətlərdən baxmısınızsa, yəqin orada o qədər də düzgün olmayan qeydlər görmüsünüz. Ola bilsin ki, ilk baxışda onların nə demək olduğunu başa düşməmisiniz, orada elə çıxıntılar vardır ki, onlar iz kimi görünür və ya elə meyllər vardır ki, geriyə doğru görünür. Əgər əvvəlki araşdırmalarınıza nər olunmuş bir əyaniləşdirmənizə dair hər hansı bir şeyi nəşr etmək istəyirsinizsə, siz bəzi sualların cavablarını tapmalısınız, burada ehtimal edə bilməzsiniz. Onlar ya maraqlı hekayədir, ya da səhvlər-ümumi anlaşılmazlığa maraqlı çağırışlardır.
Yerli hökumət üçün səhvlərlə dolu cədvəllər vermək qeyri – adi şeylər deyil, ancaq məlumat şəbəkəsində hökumət jarqonunu səhv başa düşmək o qədər də çətin deyil. Əvvəlcə öz işinizə qayıdın. Sənədləşməni oxumusunuzmu? Onlar xəbərdarlıq edir. Problem məlumatın ilkin versiyasında mövcuddurmu? Əgər sənin tərəfində hər şey düzgün görünürsə, Onda telefonu götürmək vaxtıdır. Əgər siz ondan istifadə etmək istəyirsinizsə, o zaman problemi həll etməlisiniz. Deməli elə indi başlaya bilərsiniz. Deyildiyi kimi, heç də hər bir səhv mühüm deyil. Kampaniyaların aparılmasında çoxlu sayda poçt kodlarının olması, onların 100 000 qeydlik məlumat bazasında olmaması ümumi haldır. Onların hamısının eyni şəhərdə, eyni namizədin daxilində olmadıöına görə təsadüfi pis məlumat haqqında qeydin olmasının o qədər də dəxli yoxdur.
Özünüzdən sörüşmalı olduğunuz bir sual vardır: əgər mən bundan istifadə etməli olsaydım, bu məlumatdakı məzmun haqqında oxucularımın baxışları əsasən düzgün olardımı?

Məsləhət 4: Dəqiqliyə o qədər də can atmayın

Kifayət qədər sual verməməyin pis tərəfi odur ki, bir səhv baş verməmişdən qabaq onun haqqında düşünürsən. Sizin araşdırma qrafikanız ümumiyyətlə üzgün olmalıdır. Lakin müxtəlif səviyyələrdə yuvarlaqlaşdırmalar olsa, əgər onlar 100 faizin hamısını əlavə etmirlərsə və və sizdə 20 illik məlumatın 1-2 ili yoxdursa, narahat olmayın. Bu tədqiqat işinin bir hissəsidir. Siz hələ böyük meyllər görəcək, nəşr etməzdən öncə nələri toplamalı olduğunuzu bbiləcəksiniz. Əslində məlumatın ümumi məzmununu daha yaxşı başa düşmək üçün yarlık və şkala markerlərini yuxarıdakı qrafiklər kimi götürə bilərsiniz.

Məsləhət 5: Müxtəlif halların və hadisələrin xronologiyasını yaradın

Hər hansı bir mürəkkəb hekayənin başlanğıcında əsas hadisələrin və açar tədbirlərin xronologiyasını yaradın. Bunun üçün Excel-dən, Word sənədindən müəyyən tapşırıq üçün TimeFlow-dan istifadə edə bilərsiniz, lakin bəzən elə ola bilər ki, siz görərsiniz ki, siz məlumat şəbəkəsinin arxasında bir qat yarada bilərsiniz. Dövri olaraq onu nəzərdən keçirərkən iz reportajınızda hələ də qalmış olan boşluqları görə biləcəksiniz.

TMəsləhət 6: Qrafika bölmənizlə erkən və tez tez görüşün

Xəbər bölmənizdə rəssamlar və dizaynerlərlə mümkün qrfikanı götür-qoy edin. Orada sizin məlumatlara müxtəlif baxışlar olacaq, onun interaktiv şəkildə daha yaxşı işləməsi, məlumatları hekayələrlə necə əlaqələndirmək barədə təkliflər olacaq. Əgər əvvəlcədən nələri toplamallı olduğunu bilsəniz, və vaxtında komandaya hansısa qrafikin mümkün olmadığını bildirsəniz, bu sizin reportajınızı daha da asanlaşdıracaq.

NƏŞR ÜÇÜN MƏSLƏHƏTLƏR

Ola bilsin ki, siz öz tədqiqat işinizə bir neçə gün və ya bir neçə saat vaxt sərf etmisiniz, və yaxud sizin hekayəni əmələ gətirmək bir neçə ay çəkib. Lakin nəşr vaxtı gəlib çatanda iki mərhələ daha çox əhəmiyyət kəsb edir.

İlkin tədqiqat zamanı bir il çatışmadığını xatırlayırsinizmı? Birdə birə siz irəli gedə bilməzsiniz. O keyfiyyətsiz məlumata görə siz reportajdan vaz keçdiniz? Deyəsən, bu hal sizi təqib edəcək. Səbəb budur ki, siz məlumatın pisliyi haqqında yaza bilmirsiniz. Qrafikaya gəlincə, ya sizing hər şeyiniz olur, ya da heç nəyiniz olmur. Aralıq yer yoxdur.

1. Məlumat toplanılmasın etdiyiniz cəhdləri interaktiv qrafika il uyğunlaşdırın.
İnteraktiv qrafikada gizlətməyə bir şey yoxdur. Əgər siz həqiqətən oxucularınızın məlumatları özləri istədikləri kimi tədqiq etmələrini istəyirsinizsə, onda məlumatın hər bir elementi necə var elə olmalıdır. İstifadəçilər hər bir vaxt bir səhv tapa bilərlər və bu hal sizdə aylarla, illərlə ola bilər. Əgər öz məlumat bazanızı yaradırsınızsa, deməli siz onu bir dəfə yoxlamalısınız və bunu bütün məlumat bazası üçün etməlisiniz. Əgər siz dövlət qeylərindən istifadə edirsinizsə, onda haraya qədər yoxlamalı olduğunuza və qaçılmaz bir səhv olduqda nə edəcəyiniz barədə bir qərar verməlisiniz.

2. İki tip oxucu üçün dizayn edin
Qrafika-istər sərbəst şəkildə interaktiv olsun, istər hekayənizdəki static əyanilik olsun, iki müxtəlif tip oxucunu qane etməlidir. İlk baxışdan başa düşmək asan, lakin daha irəli getmək istəyən insanlar üçün bir şey təklif etmək kifayət qədər mürəkkəbdir. Əgər onu interaktiv etsəniz, elə edin ki, oxucularınız sadəcə rəqəm və sözlərdən başqa daha çox şey ala bilsinlər.

3. Bir ideyanı çatdır-sonra sadələşdir
Əmin olun ki, insanların görməsini istədiyiniz sadə bir şey vardır. Istəyirsiniz ki, oxucu üzücü bir təəssürata qapılsın və hər şeyi yoxa çıxarsın. Bir çox hallarda bu o demək olur ki, internet sizə hər şeyi təmin etməyə icazə verir. Əgər sizin sizin məqsədiniz reportajlarda aşkarlıqdırsa, müəyyən vaxt ərzində və xronologiyada əldə etdiyiniz detallar o qədər də çox böyük əhəmiyyət daşımır.Hərəkətsiz qrafikada bu bir qədər təhlükəlidir. İnteraktiv qrafikada isə bu darıxdırıcı olacaqdır.

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI