ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Məlumatın dizayn edilməsi

Əlaqələri qrafikləşdirməyə oxşar bir formada, axıcı diaqramlar da məlumatı bəzən qalınlığı bəzən də rənglərlə əlaqələndirici xətlərlə kodlaşdırır. Məsələn, böhranda olan avrozona ilə, borclarını ödəyə bilməyən üzvlər üçün Nyu York Taymz qəzeti Borclanma şəbəkəsini açıb göstərdi və AB üzvlərini Atlantik və Asiya ölkələrindəki ticarət tərəfdaşları ilə bağladı. Əyaniləşdirmənin bi “halında” xəttin eni bir ölkədən digərinə keçən kreditlərin miqdarını əks etdirir. Sarı və ya narıncı rəng isə borcun ödənilməsində narahatçılığın olduğunu göstərir.
Daha uğurlu bir mövzuya dair National Geographic jurnalı üç Amerika şəhəri – Nyu York, Çikaqo və Los Anceles şəhərlərini əsas çaxır istehsal edən regionları ilə əlaqələri göstərən və mənbələrin hər birindən məhsulun daşınıb gətirilməsi metodları Bordaks çaxırının Nyu Yorklular üçün Kaliforniya çaxırına nisbətən daha yaşıl olmasında karbon izlərinin olmasını göstərən sadə aldadıcı qrafik nəşr etdi. Məsələn,
MİT-in biznes məktəbində başlanan “mənbə xəritəsi” axıcı diaqramlardan istifadə edərək, qlobal şəkildə istehsal olunmuş məhsullara, onların tərkib hissələrinə və xammala daha ciddi baxış həyata keçirir. Bir sıra ciddi araşdırmalar nəticəsində indi istifadəçilər Ecco brend ayyaqqabilardan tutmuş portağal şirəsinə qədər nəyin dünyanın harasından gətirildiyini və onun müvafik karbon islərini araşdıra bilərlər.

İyerarxiya pillələrini göstərməli

figs/incoming/06-GG-06.png
Şəkil 92. OpenSpending.org (Açıq Bilik Fondu)

1991-ci ildə tədqiqatçı Ben Şneyderman “treemap” adlı bir birinin içərisində yerləşdirilmiş çoxlu sayda qutulardan ibarət bir əyaniləşdirmə forması ixtira etdi. Hər bir qutunun sahəsi həm daxilən, həm də ümumi mündəricədə onun təmsil etdiyi kəmiyyəti göstərir. Milli Büdcəni təşkilatlara və yarım təşkilatlara görə əyaniləşdirəndə, əmtəə bazarını bölmələrə və şirkətlərə görə əyaniləşdirəndəproqram dilini siniflərə və yarım siniflərə görə proqramlaşdıranda “treemap” hər hansı bir məhsulu və ya onun tərkib hissələrini xəritələşdirmək üçün yığcam və intuitive bir interfeysə malikdir. Başqa bir effektiv format – dendroqramdır ki, tipik təşkilatı bir diaqrama bənzəyir, burada yarım kateqoriyalar bir sadə gövdədən çıxan budaqlar kimidir.

Geniş məlumat bazalarını nəzərdən keçirməli

figs/incoming/06-GG-07.png
Şəkil 93. 1999-2000 ci illərdə Böyük Britaniya Yollarında Ölüm halları (BBC)

Bəzən qarşılıq məlumat oxşar məlumatları götürmək, yeni formada göstərmək üçün çox effektivdir. Sizdə insanların araşdıracağı yeni informasiya olduqda nələr baş verir? Məlumatın yaşı demək olar ki hər gün yeni kəşflərə gətirir.Erik Fişerin Flikr kadrlarının coğrafi təhlillərindən minlərlə ilkin müəllim qiymətləndirmələri barədə Nyu York city nəşrinədək təhlükəli yeniliklərlə zəngindir.
Bu məlumat şəbəkələri istifadəçilərin onalar qarişdiraraq araşdıma apara bildikləri halda daha güclü olur və özlərinə daha müvafiq olan informasiyalara girişirlər. 2010-cu illərin əvvəllərində Nyu York Taymz qəzetinə Ntflixin özəl qeydlərinə daxil olmasına icazə verildi. Həmin qeydlərə görə hanzı ərazinin hansı filmi daha çox kirayələdiyi göstərilirdi. Netflix hətta təxmini rəqəmləri açıqlamaqdan boyun qaçırırkən Taymz qəzeti interaktiv məlumat bazası yaratdı və bu istifadəçilərə imkan verdi ki, ABŞ-ın 12 metro zonasında poçt indeksi səviyyəsində əsas 100 film kirayəsini araşdırsın. Hər bir icma üçün rənglərlə dərəcələnmiş xəritə istifadəçilərə imkan verdi ki, hansı başlıqda filmin hansı ərazidə daha çox məşhur olduğunu görə bilsinlər.
Həmin ilin sonuna yaxın Taymz qəzeti elan edildikdən cəmi bir neçə saat sonra ABŞ-ın 10 illik siyahıya alınmasının nəticələrini dərc etdi. Adobe Flash-də yaradılmış interfeysdə bir sıra əyaniləşdirmə variantları təklif olunurdu və bu, istifadəçilərə imkan verirdi ki, millətin siyahıya alınmasının hər bir blokunu (8,2 milyon) araşdırsın , əhalinin irqinə, gəlirinə və təhsilinə görə yayılmasını öyrənsin. Məlumatın qət etdiyi belə idi. Dərc olunduqdan sonrakı bir neçə saat ərzində düşünürdün ki, görəsən, dünyada məlumat bazasının həmin güşəsini araşdıran ilk insan ola bilərdinizmi. Əyaniləşdirmənin buna bənzər tərifəlayiq istifadəsi, üz qabığında BBC-nin nəqliyyat ölümlərinin təhqiqatının daxil edilməsi və geniş həcmdə məlumat yığınlarının sürətlə indeksləşdirilməsinə edilən cəhdlər, Vikiliksin İraq və Əfqnıstan müharibə loqolarını dərc etməsi buna misal ola bilər.

Alternative nəticələrin təsəvvür edilməsi

figs/incoming/06-GG-08.png
Şəkil 94. Büdcə proqnozları reallıqla müqayisədə (New York Times)

Nyu York Taymz qəzetində Amanda Koksun illər ərzində ABŞ-ın faciəvi nikbin deficit proqnozlarını göstərən “kirpi diaqramı” baş verənlərin baş verməyənlərdən daha az maraqlı olduğunu göstərir. Koksun müharibə onilliyindən və vergi güzəştlərindən sonra büdcə deficitini göstərən qızdırmalı xətti gələcək haqqında qeyri real gözləntilərin necə nəticə verdiyini göstərir.
Uzun müddət Apple-in interfeys dizayneri (əyaniləşdirmə və kəmiyyət məlumatları haqqında ünsiyyət “Kill math”) nəzəriyyəsinin yaradıcısı Bret Viktor bir reaktiv sənədin prototipini (nümunəsini) yaratmışdır. Onun misalında enerjinin saxlanması ideyalarına uyğunlaşdırıla bilən yerlər, boş otaqlarda işıqların söndürülməsi amerikalıların 2-40 kömür mədəninin məhsuluna qənaət eməsinə yardımçı olur. Mətnin abzasının ortasına aid olan faizin dəyişdirilməsi səhifənin qalan hissəsinin buna müvafiq şəkildə yenilənməsinə səbəb olur.
Daha çox misal və təkliflər üçün Nyu York Taymzlı Metyu eriksonun əyaniləşdirmələrin, xəritələrini və interaktiv diaqramların müxtəlif istifadə üsullarının siyahısına baxın

Məlumatın əyaniləşdirilməsindən nə vaxt istifadə etməməli

Nəhayət, məlumatın effektiv əyaniləşdirilməsi yaxşı, təmiz, səliqəli, və mənalı informasiyadan asılıdır. Yaxşı sitatların, faktların və təsvirlərin nəqli jurnalistikanı inkişaf etdirdiyi kimi, qarşılıqlı məlumat onu yaradan məlumat qədər yaxşıdır. Sizin hekayəniz daha yaxşı mətnlə, yoxsa multimedia ilə yaradıla bilər? Bəzən məlumat özü inandırıcı bir hekayə ola bilmir. Sadə bir diaqram bir təmayülü və yaxud bir yekun statistikanı göstərə bildiyi halda, bir hekayənin nəqli real dünyada oxucu üçün daha inandırıcı və təsirli ola bilir.

Çox az məlumat bəndləriniz olanda

Deyildiyi kimi, “Ayrıca götürüldükdə rəqəm heç bir məna vermir”. Xəbər redaktorları sayt statistikasına cavab olaraq “Nə ilə müqayisə olunur” sualında adətən bir qədər gözləyir, çəkinirlər. Yuxarı istiqamətə meyllidir, yaxsa aşağı? Normal olan nədir?

Məlumatınızda dəyişgənlik, müxtəliflik az olanda Aydın təmayül və ya nəticə olmur.

Bəzən siz öz məlumatınızı Excel-ə və ya oxşar bir diaqrama salırsınız və görürsünüz ki, informasiya çox səs-küylüdür. Axıcılıq çoxdur və ya təmayül nisbətən hamardır. Siz əsas xətti sıfırdan aşağıya və ən aşağı həddə endirirsiniz ki, xəttə daha çox forma verəsiniz? Xeyr! Yəqin sizin məlumatınız ikimənalıdır və və onun araşdırılmasına və təhlilinə ehtiyac vardır.

Xəritə bir xəritə olmayanda

Fəza elementi bir məna daşımayanda və yaxud cazibədar olmayanda və yaxud müəyyən vaxt ərzindəki dəyişikliyi və aralı ərazilərdəki oxşarlıqları göstərən münasib meyllərdən diqqəti yayındıranda

Cədvəlləri unutmayın

Əgər nisbətən az məlumat elementləriniz varsa, lakin bu sizing oxucularınızın bəziləri üçün istifadəyə yararlı ola bilərsə, məlumatı cədvəl formasına salmağı nəzərdə tutun. O təmixdir, oxunması asandır və hekayə haqqında qeyri real gözləntilər yaratmır. Əslində əsas informasiyanın dizaynı üçün cədvəllər çox səmərəli olur.

Brayen Suda, (optional.is)

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI