ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Müxtəlif qrafuklər müxtəlif hekayələr danışır

Bu rəqəmsal dünyada çəkici 3D cazibəsi vədi bizə unutdurur ki, hələ bu yaxınlara qədər bizim əlimizdə ağ kağız və qara mürəkkəb vardı. İndi biz bu statika haqqında ikinci dərəcəli vətəndaş kimi fikirləşirik, əslində isə, biz yüz illərdir ki, yazırıq, çap edirik və məhz bunun sayəsində inanılmaz biliklərə sahib olmuş, məlumatı səhifədə göstərmək təcrübəsinə yiyələnmişik. İnteraktiv diaqramlarla, məlumat əyaniləşdirmələri ilə və infoqrafika ilə indiyə qədər əldə etmiş olduğumuz təcrübəni ötüb çoxdan keçmişik. Biz yalnız geridə qalmış tarixə, yaratdığımız qrafiklərə və diaqramlara baxanda biz öz bilik bankımızı dərk edir və onu yeni mühitə gətiririk.
Ən məşhur qrafiklər və diaqramlar məlumat daxilində daha çox sayda olan cədvəlləri daha aydın izah etmək ehtiyacından yarandı. Şotlandiyalı poliqlot Uiliyam Pleyfeyer 1700-cü illərin axırları, 1800-cü illərin əvvəllərində yaşamışdır. O tək başına bu gün bizim hələ də istifadə etdiyimiz bir çox qrafikləri dünyaya bəxş edmişdir. 1786-cı ildə o Ticari və Siyasi Atlas kitabında Pleyfeyer Şotlandiyanın idxalat və ixracatını yeni, əyani tərzdə göstərən bir qrafik təqdim etmişdi.

figs/incoming/06-TT-01.gif
Şəkil 95. Erkən histoqramma (Uiliyam Pleyfeyer)

Sonra o özünün Statistik İcmal kitabında 1801-ci ildə piroqşəkilli diaqramı ilə məşhurlaşmağa başladı. Bu yeni qrafika və diaqram formalarına olan ehtiyac ticarətdə meydana gəldi, lakin zaman keçdikcə insan həyatını xilas edə biləcək yeniləri meydana gəldi. 1854-cü ildə Con Snou yeni xəbərlər gəldikcə hər bir ünvanın üzərinə işarə qoyulan bir xəritə - özünün indi məşhur olan “Londonun Vəba Xəritəsi”ni yaratdı. Zaman keçdikcə, vəba qalxdıqca fəlakət zonaları buradan görünür və problem cilovlamaq üçün tədbirlər görülürdü.

figs/incoming/06-TT-02.jpg
Şəkil 96. Londonun Vəba Xəritəsi (Con Snou)

Zaman keçdikcə bu qrafik və diaqramlardan itifadə edənlər daha çox təcrübə qazandılar və kütləvi informasiyanı bu gün gördüyümüz səviyyəyə çatdırdılar. Xəritədə hər bir rayonun müxtəlif rənglərlə və formada göstərilməsi ideyası Andre Mişel Kuerriyə məxsusdur. 1829-cu ildə o ilk Koropleti yaratdı və Fransa regionlarını cinayət hadisələrinin səviyyəsinə görə rənglədi. Bu gün biz bu cür xəritələrdən rayonlar üzrə siyasi səsvermə vəziyyətlərini, kimin kimə səs verməsin, sərvətlərin yerləşməsini və başqa coğrafi müxtəliflikləri göstərmək üçün istifadə olunur. İlk baxışda çox sadə bir ideyadır, lakin hətta bugün aılla istifadə etmədikdə onu dərk etmək və yiyələnmək çətindir.

figs/incoming/06-TT-03.jpg
Şəkil 97. Fransanın cinayət səviyyəsini göstərən xloroplet xəritəsi (André-Mişel Kuerri)

Hər bir yaxşı jurnalistin başa düşməli olduğu və alətlər qutusunda əyaniləşdirmə işlərində istifadə etməli olduğu bir sıra alətlərə ehtiyacı vardır. Lap sonucda bir təhər sıçrayış etməkdənsə, diaqramlarda və qrafiklərdə möhkəm əlaqə çox mühümdür. Yaratdığınız hər bir şey qrafiklərdən və silsilə diaqramlardan çıxmalıdır. Əgər onun əsaslarına yiyələnsəniz, onda daha mürəkkəb əyaniləşdirmələrin yaradılmasına imza ata bilərsiniz. Əsas diaqram tiplərindən ikisi- histoqramlar və xətti diaqramlardır. İstifadə hallarına görə çox oxşar olsalar da, mənaca çox fərqli olurlar. Gəlin ilin hər bir ayı üçün şirkətin satışını götürək. Bu zaman biz hər ay daxil olan pulun məbləğini göstərən 12 parça qrafik alarıq.

figs/incoming/06-TT-04.png
Şəkil 98. Sadə hamar qrafik: sabit informasiyanı göstərmək üçün faydalıdır

Baxaq görək nə üçün bu xətti diaqramdan daha çox hamar qrafika olması daha yaxşıdır. Xətti qrafiklər davam edən məlumat üçün ideyadır. Satışın nəticələri bir ayın cəmi məbləğidir, davamlı deyil. Hamar qrafikdə biz görürük ki, şirkət Yanvarda 100 dollar qazanıb. Fevralda 120 dollar qazanıb Əgər biz bunu xətti qrafiklə göstərsəydik, onda hər ayın əvvəlində 100 və 120 dollar göstərəcəkdi. Lakin xətti qrafika ilə biz təxmin edirik ki, ayın 15-də şirkət 110 dollar qazanmışdır. Əlbəttə, bu doğru deyil. Plitə diaqramlar, dayanıqlı ölçü vahidləri üçün istifadə olunur. Xətlər isə davamedici dəyərlər üçün məsələn hərarəti göstərmək üçün istifadə edilir.

figs/incoming/06-TT-05.png
Şəkil 99. Sadə xətti qrafiklər: Davam edən informasiyanı göstərmək üçün faydalıdır

Biz görürük ki, saat 8-00 da temperatur 20 dərəcə C idi, saat 9-00-da isə temperatur 22 C idi. Əgər biz xəttə baxaraq saat 8-30-da olan temperaturu bilmək istəsək, deyəcəyik ki, 21C idi. Temperatur davamlı olduğuna görə bu düzgün təxmin idi. Və heç bir cəhət başqa dəyərləri ifadə etmir, həmin andakı dəqiq dəyəri və yaxud iki dəqiq ölçü arasındakı təxmini ifadə edir. Həm plitə həşəkilli, həm də xətti diaqramlar dayanıqlı dəyişikliyə malikdir. Alətin müxtəlif formalarda istifadə olunduğunu göstərən əla hekayədir. Gəlin, 3 yeri olan bir şirkəti nümunə kimi götürək.

figs/incoming/06-TT-06.png
Şəkil 100. Plitə şəkilli qruplaşdırılmış diaqram

Hər ay üçün bizim 3 diaqramımız vardır. Hər mağaza üçün 1 diaqram var idi. İl üçün cəmi 36 diaqram. Biz onları yan-yana düzdükdə hansı mağazanın hamıdan çox qazandığı görünürdü. Bu çox maraqlı və münasib hekayədir. Lakin eyni məlumatın tərkibində gizlənmiş daha bir hekayə vardır. Əgər biz diaqramları yapışdırsaq, hər ay üçün yalnız bir diaqram olacaq və biz daha asanlıqla hansı mağazanın ən çox qazandığını görə bilməyəcəyik, əvəzində şirkətin hansı ayda ümumiyyətlə daha yaxşı işlədiyini görə biləcəyik

figs/incoming/06-TT-07.png
Şəkil 101. Düzülmüş plitə diaqram

Bunların hər ikisi eyni informasiyanın münasib görünüşüdür, lakin onlar eyni başlanğıc məlumatdan istifadə edən iki müxtəlif hekayədir. Bir journalist kimi, məlumatla işləməyin ən mühüm mərhələsi odur ki, qurmaq istədiyiniz hekayəni ilk dəfə seçirsiniz. Bu, biznes üçün hansı ayın daha uğurlu olmasını, və yaxud hansı mağazanın öndə gedən olmasını bilməkdən ibarətdir? Bu elə belə sadə bir misaldır. Lakin bu, hələ uzağa getmədən daha vacib olan sualın verilməsi data jurnalistikanın həqiqətən ən çox diqqət yetirdiyi bir sahədər. Hekayə əyaniləşdirmədə seçim etmədə bir bələdçi olacaqdır. Plitə şəkilli diaqram və yaxud xətt qrafikası hər hansı bir data jurnalistin çörək ağacıdır. Oradan sonra histoqramlara, üfiqi qrafiklərə, sparklaynlara (mətndaxili statistic və mən məlumatlarının verilməsi), axıcı qrafiklərə və eyni xüsusiyyətlərə malik olub azacıq fərqli ituasiyalara uyğunlaşdırılan başqa formalara doğru inkişaf etmək olar.
Jurnalistikada ən çox işlədilən ümumi qrafik forma xəritədir. Xəritələr üçün vaxt, miqdar, və coğrafiya ümumi bir cəhətdir. Biz həmişə bilmək istəyirik ki, bir şey başqa ərazidə buraya nisbətən neçəyədir və yaxud, bir məlumat bir ərazidən başqa əraziyə necə axır. Axıcı diaqramlar və koropletlər jurnalistikada əyaniləşdirmə ilə məşğul olarkən alətlər dəstinə daxil edilməli olan vacib elementlərdir. Bir xəritəni yaxşı rəngli kodlaşdırmanı bilmək oxucuları çaşdırmamaq və yanıltmamaq üçün bir açardır. Siyasi xəritələr adətən bütün və ya müəyyən regionlar üçün hətta bəzi regionlarda 1% qələbə olduqda belə, rəngli kodlaşdırılır. Rəngləmə ikiüzlü ola bilməz, qruplara əsaslanan rəng çalarlarından ehtiyatla istifadə olunmalıdır. Xəritələrin başa düşülməsi jurnalistikanın böyük bir hissəsidir. Xəritələr 5 əsas sualın HARADA hissəsinə asanlıqla cavab verir.
Diaqramların və qrafiklərin əsas tiplərini öyrəndikdən sonra daha mürəkkəb əyaniləşdirmə alətləri üzərində düşünməyə başlayacaqsınız. Əgər əsas tipləri öyrənmədən nəsə etmək istəsəniz onun bünövrəsi zəif olacaq. Yaxşı yazıçı olmaq barədə düşünürsünüzsə, qısa cümlələrdən istifadə etməyi, oxucuların zövqünü nəzərə almağı, adi şeyləri mürəkkəbləşdirməməyi, daha yaxşı görünməyi nəzərə almaqdansa, çalışıb məzmunu oxucuya yaxşı çatdırın. Məlumatlara həddindən artıq bağlılıq da yaxşı deyil. Hekayə qurmaq üçün kiçikdən bağlamaq daha yaxşıdır.

Enerjili yazı qısa olur. Cümlə zəruri olmayan sözlərdən, abzas isə lüzumsuz cümlələrdən azad olmalıdır. Bu cəhətdən, rəsmlərdə qeyri zəruri xətlərbir cihazda qeyri zəruri hissələr olmamalıdır. Ancaq bu heç də o demək deyildir ki, yazıda bütün cümlələr qısa olmalıdır. Yazıçı öz yazısında yerinə düşməyən hər cür detallardan canını qurtarmalı, öz yazısını ehtiyac olmadığı halda yükləməməlidir. Elə etməlidir ki, onun işlətmiş olduğu hər bir söz məzmun daşısın.

—Uilliam Strank Jr. (Üslub elementləri -- 1918)

Öz hekayənizdə yalnız lazım olan məlumatdan istifadə olunması yaxşıdır. Qsa və yığcam olamq üçün kimdənsə icazə almaq lazım deyil. Bu bir qayda olaraq qəbul edilməlidir.

Brayen Suda, (optional.is)

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI