ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Biz Verdenz Gang-da məlumatları necə veririk?

Xəbər jurnalistikası oxuculara yenilikləri mümkün qədər tez çatdırır. Ən sürətli üsul, video, audio, foto, mətn, qrafik, cədvəl və yaxud bunların birləşməsi də ola bilər. Əyaniləşdirməyə gəlincə məqsəd eyni ola bilər: sürətli informasiya. Yeni məlumat alətləri jurnalistlərə başqa heç bir halda tapa bilməyəcəyi hekayələri tapmağa kömək edir və hekayələri yeni bir tərzdə təqdim edir. Norveçdə ən çox oxunan qəzet olan Verdens Gang-də (VG) bizim məlumatları necə çatdırmağımıza dair bir neçə nümunə vardır:

Rəqəmlər

figs/incoming/06-RR-01.png
Şəkil 110. Vergi ödəyiciləri haqqında məlumat və Loto məlumatları (Verdens Gang)

Bu hekayə Norveç Statistika Bürosunun məlumatına, vergi ödəyiciləri haqqında və milli loto inhisarçısı haqqında məlumata əsaslanır. Bu interaktiv qrafikdə oxucu Norveçin hər bir qraflığı və bələdiyyəsi haqqında məlumat tapa bilərdi. Əsas cədvəl oyunlarda istifadə olunan gəlirlərin faizlini göstərirdi. Onu Access, Excel, MySql, və Flash-dən istifadə edərək yaratmışdılar.

Şəbəkələr

figs/incoming/06-RR-02.png
Şəkil 111. Zəngin lələkli quşlar bir yerə toplaşar (Su axar çuxurunu tapar) (Verdens Gang)

Biz sosial şəbəkə təhlillərindən istifadə edərək Norveçdə ən varlı ailələrin 150 oğul və qızları arasında münasibətləri təhlil etmişdilk. Təhlillərimiz göstərdi ki, Norveçdə ən zəngin ailələrin varislərinə valideynlərindən şəbəkələr miras qaldı. Hamısı birlikdə orada 26 000 əlaqə var idi bütün qrafiklər fotoşopdan istifadə edilərək əl ilə başa çatdırıldı. Biz bunun üçün Access, Excel, Notepad-dən şəbəkə təhlili aləti Ucinet-dən istifadə etdik.

Xəritələr

figs/incoming/06-RR-03.png
Şəkil 112. Hərəkətli istilik xəritəsi (Verdens Gang)

Sadə plitə qrafiki ilə birləşdirilmiş bu canlı qızdırıcı xəritədə, Oslonun mərkəzində baş vermiş cinayətləri bir neçə ay ərzində saatba saat həftə sonları isləyərək görə bilərsiniz. Həmin qızdırıcı xəritədə eyni vaxtda çəlışan polis məmurlarını da görə bilərsiniz. Cinayət baş verdiyi anda polis məmurlarının sayı ən çox olur. Bu xəritə Spatial Analyst –i olan ArcView ilə yaradılmışdır.

Mətn analizi

figs/incoming/06-RR-04.png
Şəkil 113. Partiya liderlərinin çıxışlarının mətn analizi (Verdens Gang)

Bu əyaniləşdirmə üçün Norveçdə 7 partiya liderinin çıxışlarını təhlil etdik. Bütün çıxışlar təhlil olundu və bu təhlillər yeni hekayələrin yaradılması üçün müəyyən istiqamətlər təmin edildi. Hər bir hekayə qrafiklə əlaqələndirildi. Oxucular belə olanda siyasətçilərin dilini tədqiq edə və öyrənə bilirlər. Bu Excel, Access, Flash and Illustrator sayəsində yaradıla bildi. Əgər bu 2012-ci ildə yaradılsaydı, onda biz Javascript-in interaktiv qrafikini yarada bilərdik.

Qeydləri ümumiləşdirərkən

Biz nə vaxt əyaniləşdirməni ümumiləşdirmək istəyirik? Çox vaxt buna heç ehtiyac olmur. Yalnız bəzən bir oxucularımıza kömək etmək üçün bunu edirik. Çox vaxt böyük həcmdə məlumatı özündə ehtiva edən hekayələrin əyaniləşdirilməsinə ehtiyac duyulur. Anca hansı növ məlumaı təqdim edəcəyimizi seçərkən bis çox diqqətli olmalıyıq. Bir şey barədə hesabat verərkən biz hər cür məlumatladan xəbərdar oluruq. Bəs oxucuların da bütün bunları bilmələrinə ehtiyac varmı? Yəqin ki, bunun üçün, A ilindən B ilinədək olan bir dövrdə inkişafı görmək üçün bir cədvəl və yaxud bir qrafik bəs edərdi. Data jurnalistikada çalışarkən məqsəd heç də böyük həcməd məlumatları təqdim etmək deyil. Bu Jurnalizm haqqındadır.

Son 2-3 il ərzində interaktiv qrafiklərin və cədvəllərin yaradılmasına açıq-aydın meyllər olmuşdur. Bu cür qrafiklər və cədvəllər oxuculara daha müxtəlif mövzulara baş vurmağa imkan vermişdir Yaxşə əyaniləşdirmə yaxşı bir şəkil kimidir Bir anlığa baxanda onun nə barədə olduğunu başa düşürsən. Əyaniliyə nə qədər çox baxsan bir o qədər çox görürsən. Oxucunun haradan başlayıb harada daynacağını bilmədiri əyanilik çox pisdir. O detallarla həddindən çox yüklənmişdir. Blə ssenaridə bir parça mətn daha yaxşı olardı.

John Bouns, Verdens Gang

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI