ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

İctimai məlumat sosiallaşır

Məlumat qiymətsizdir. Məlumata girişin məsələləri nəticələrə yönəlmiş bir tərzdə işıqlandırmaq gücü vardır. Ancaq hər halda, məlumatla zəif işləmə faktları qeyri şəffaf bir qurluşa salar ki, bu da heç nə deməz. Əgər o hər hansı bir müzakirəni inkişaf etdirmirsə, kontektual anlama yaratmırsa, Məlumatın mahiyyəti ictimaiyyət üçün tam açılmayacaq.
Nigeriya 1999-cu ildə uzun hərbi idarəetmə illərindən sonra demokratiyaya qayıtdı. Məlumat arxasındakı faktların yoxlanması hökumətə qarşı təhqir kimi qəbul edildi və xuntanın paslanmış nüfuzuna qarşı yeni sorğu kimi baxıldı. Dövlət sirləri haqqında qanun bütün mülki vətəndaşlara dövlət məlumatlarını paylaşmağı yasaq etmişdi. Demokratiyaya qayıdışdan hətta 13 il keçməsinə baxmayaraq ictimai məlumatlara daxil olmaq çox çətin bir işdi. İctimai xərclər haqqında məlumatlar maliyyə hesabatları və kompleks hesabdarlıq sahəsində çox az çəlumatı olan ictimaiyyətin əksəriyyətinə çox az şey deyirdi.
Mobil qurğuların artmasıyla, və onlaynda olan nigeriyalıların sayının çoxalmasıyla yanaşı biz BudgIT-lə məlumatların əyaniləşdirilməsi üçün mövcud olan geniş imkanlardan istifadə edərək, əhalini ictimai xərclər haqqında məlumatlar girişməyə və onlar üzərində çaıəşmağa sövq etdik. Bunu etmək üçün biz istifadəçiləri bütün platformalar üzrə məşğul edərək QHT-lər vasitəsilə ictimaiyətlə işləyə bildik. Bu layihə ictimai məlumatları sosoiaı obyektlərə çevirmək və tələblərin dəyişməsi şəraitində geniş şəbəkə işinin qurulması barədədir.

figs/incoming/06-YY.png
Şəkil 114. BudgIT kəsmə tətbiqatı (BudgIT Nigeria)

İstifadəçilərlə uğurlu iş qurmaq üçün biz gərək onların nə istədiklərini başa düşək. Nigeriya vətəndaşı nə barədə qayğılanır? Onlar harada informasiya boşluğu hiss edirlər? Biz məlumatları onlarıa necə çatdıra bilərik? BudgİT-in birbaşa əsas hədəfi orta savadlı nigeriyalını onlayn forumlara və social mediyaya qoşmaqdır. İstifadəçilərin geniş maraq dairələrində (oyunlar, mütaliə, sosiallaşma) olan məhdud diqqəti cəlb etmək uğrunda çalışmaq üçün biz məlumatları yığcam və dəqiq bir formada çatdırmalıyıq.Məlumat haqqında bir kadrı bt tvit və ya bir infoqrafik kimi çatdırdıqdan sonra istifadəçilərin daha geniş məlumat əldə etmək və daha davamlı məşğul olmaları üçün daha çox interaktiv iş imkanı yaranır.
Məlumatı əyaniləşdirərkən istifadəçilərin məlumat savadının səviyyəsini başa düşməliyik. Nə qədər gözəl və zərif olsalar da mürəkkəb diaqramlar və interaktiv proqramlar bizim istifadəçilərimizə onların başa düşdükləri bir dildə hələ çox şey deyə bilmirlər ki, onlar asanlıqla əlaqələndirə bilsinlər.

Biz 10 000-dən çox nigeriyalını BudgİT-ə cəlb etdikç və ən yüksək dəyərlərin çatdırılması üçün onları üç kateqoriyaya ayırdıq. Kateqoriyalar aşağıdakı kimi izah olunur:

  • Mövsümi istifadəçilər. Onlar informasiyanı sadə şəkildə və tez istəyirlər. Onlar məlumatın detal incələməsini deyil şəklini almaq istəyirlər. Biz onları tvitlər vasitəsilə və interaktiv qrafiklərlə cəlb edə bilərik.

  • Fəal istifadəçilər. Müzakirə etmək və müəyyən bir sahətə və mövzuda öz biliklərini artırmaq istəyən istifadəçilər. Bu istifadəçilər üçün cavab mexanizmləri və müxtəlif sosial şəbəkələrdə fikir bildirmək imkanları yaradırıq.

  • Məlumat donuzları: Bu istifadəçilər əyaniləşdirmək və təhlil etmək üçün xam məlumatları istəyirlər. Biz onlara öz məqsədlərinə uyğun olan məlumatları veririk.

figs/incoming/06-ZZ.png
Şəkil 115. Vətəndaşların üstünlük verdikləri BudgIT kəsmə tətbiqatı slayderləri (BudgIT Nigeria)

BudgIT-lə bizim istifadəçilərin cəlb olunması aşağıdakılara əsaslanır:

  • Cari təmayüllər ətrafında müzakirələr aparmaq. BudgIT onlayn və offlayn müzakirələrdə iz qoyur. Və bu mövzularda məlumatlarə təmin etmək üçün axtarış edir. Məsələn, 2012-ci ilin Yanvarında yanacaq üsyanlarında etirazçılar arasında belə təbliğat aparılırdı ki, yanacaq subsidiyalarını dövlət bərpa etsin və o qədər də zəruri olmayan ictimai xərcləri azaltsın. BudgIT müzakirələri izlədi və social media vasitəsilə vətəndaşların Nigeriya büdcəsini yenidən təşkil edə bilmələrinə imkan verən bir proqramı cəmi 36 saat ərzində hazırladılar.

  • Yaxşı cavab mexanizmləri. Biz istifadəçilərlə müzakirə kanalları ilə və social media ilə əlaqə saxlayırıq. Bir çox istifadəçilər məlumat arxasındakı hekayələri bilmək istəyir və bir çoxları da bizim rəyimizi soruşurlar. Biz elə edirik ki, bizim cavablarımız şəxsi və siyasi firkirlərimizlə qərəzli olmasın, məlumat arxasındakı faktları izah etsin. Biz cavab kanallarımızı açıq saxlamalı, istifadəçilərimizə fəal şəkildə cavab verməli və onlara cəmiyyətin daha davamlı məlumatlar üzərində yaradıcı şəkildə qurulmasına imkan yaradaq.

  • Yerli şəraitə uyğunlaşdır.Xüsusi qrup üçün nəzərdə tutulmuş məlumat şəbəkəsi üçün BudgIT onu yerli şəraitə uyğunlaşdırır və xüsusi qrupların maraq və ehtiyaclarını əlaqələndirəcək bir müzakirə kanalının inkişaf etdirilməsi üçün çalışır. Xüsusilə, biz istifadəçiləri müəyyən məsələlər ətrafında toplamaq üçün SMS-lərdən istifadə etməkdə maraqlıyıq.

Məsrəflər haqqında məlumatları yourbudgit.com saytında əlçatar etdikdən sonra biz müxtəlif QHT-lər vasitəsilə vətəndaşlarla çalışırıq. Biz həmçinin büdcədə nələrə üstünlük verilməli olması barədə vətəndaşlarla dövlət qurumlarının şəhər şurasında görüşərək vacib məsələləri müzakirə etdikıəri iştirakçı çərçivəsini inkişaf etdirməyi planlaşdırırıq.
Bu layihə CP-Africa – dan BBC - dək bütün yerli və xarici kütləvi informasiya vasitələrində yetərincə işıqlandırılmışdır. Biz AP jurnalisti Yinka İbukun üçün təhlükəsizlik sektorunun 2002-2011 – ci il büdcəsini nəzərdən keçirməyi öhdəmizə götürmüşük. Əksər media təşkilatları “məlumat donuzları”dır onlar öz reportajlarında istifadə etmək üçün bizdən məlumat xahiş etmişlər. Biz jurnalistlərlə, xəbər təşkilatları ilə üzümüzə gələn aylarda da əməkdaşlıq etməyi planlaşdırırıq.

Olusan Onigbinde, BudgIT Nigeria

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI