ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Sizin məlumat hüququnuz

figs/incoming/04-AA.png
Şəkil 55. Onlar nəyi bilir? (Mənim Cəmiyyətim)

İnformasiya Əldə Etmək Azadlığını almazdan əvvəl, siz əvvəlcə axtardığınız məlumatın mövcud olduğunu və yaxud, başqalarının onu artıq tələb etmiş olmadıqlarını yoxlamalısınız. Əvvəlki fəsildə o məlumatı harada axtarmalı olduğunuz barədə müəyyən təkliflər var idi. əgər sizə lazım olan məlumatları axtarıb heç nə tapa bilməmişsinizsə, rəsmi tələbnamə yaza bilərsiniz. Sizin tələbnaməni daha effektli etmək üçün bir neçə məsləhət təklif edirik.

Vaxta qənaət etmək üçün öncədən planlaşdırın

Bir informasiyanı axtarmağa başlamazdan əvvəl həmin informasiyaya daxil olmaq üçün rəsmi tələbnamə təqdim etmək haqqında düşünün. Bütütn imkanlardan istifadə edərək yorulub əldən düşənədək gözləmək yaxşı deyil. Araşdırmanın lap əvvəlində rəsmi tələbnaməni təqdim etməklə siz vaxtınıza qənaət etmiş olar və eyni zamanda paralel olaraq başqa araşdırmalarınızı apararsınız. Gecikmələrə hazır olun. Bəzən ictimai quqrumlar həmin tələbnamələrə baxmaq üçün xeyli vaxt sərf edirlər, bunu əvvəlcədən nəzərə alın.

Rüsumlar üçün qaydaları yoxlayın

Tələbnaməni təqdim etməyə başlamazdan əvvəl həm tələbnamənin təqdim edilməsi, həm də informasiyanın alınması üçün rüsum alınması qaydalarını öyrənin. Bu zaman ictimai quqrum rəsmisi sizdən pul istərkən siz öz hüquqlarınızı biləcəksiniz. Köçürmə və poçt xərclərindən qurtulmaq üçün siz materialların electron formatını tələb edə bilərsiniz. Əgər lazım olan müterialların electron formatı yoxdursa, bu zaman həmin materialların hələ rəqəmsallaşdırılmamış lakin skan edilmiş formatlarını əldə etməyə çalışın, çünki, bu zaman siz həmin sənədləri e-poçt vasitəsilə qoşma kimi göndərə bilərsiniz.

Hüquqlarınızı bilin

Başlamazdan qabaq öz hüquqlarınızı öyrənin, beləliklə siz harada olduğunuzu, ictimai təşkilatların nəyi etməli olduqlarını bilərsiniz. Məsələn bir çox məlumat almaq azadlığı haqqında qanunlar rəhbərlik qarşısında sizə cavab vermələri üçün vaxt məhdudiyyətləri müəyyən etmişlər. Qlobal olaraq, praktikada bir neçə gündən bir aya qədər vaxt müəyyən edilmişdir. Elə etmək lazımdır ki, işə başlamazdan əvvəl bunları biləsiniz. Tələbnaməni verəndə bir yerə qeyd edin.
Hökumət məlumatı sizing üçün emal etməyə borclu deyil, lakin onlarda olan bütün məlumatları sizə verməlidirlər və əgər həmin məlumatları onlar qanun çərçivəsində sizə verməlidirlərsə, bu zaman həmin sənədləri sizing üçün yaratmalıdırlar.

Tutaq ki, hüquqlarınızı bilirsiniz

Adətən qanun sizin bir məlumatı informasiya almaq azadlığı çərçivəsində aldığınızı qeyd etməyi tələb etmir, lakin belə etməyiniz tövsiyyə olunur, çünki bu göstərəcəkdir ki, siz öz qanuni hüquqlarınızı bilirsiniz və bu sizin informasiyanı qanunauyğun şəkildə düzgün emal edəcəklər. Qeid etmək lazımdır ki, Aİ-yə tələb vermək üçün xüsusilə qeyd edilməlidir ki, bu 1049/2001 qaydalarına uyğun olaraq edilir.

Sadədən başlayın

Bütün ölkələrdə informasiya üçün sadə tələbdən başlamaq daha yaxşıdır, ilkin informasiyanı aldıqdan sonra daha bir neçə sual əlavə edə biləesiniz. Bu zaman siz ictimai təşkilatın genişlənmə tətbiq etməsi riskini daşımırsınız, çünki bu “mürəkkəb tələbdir”.

Diqqətinizdə saxlayın

Yalnız bir ictimai təşkilatın bir hissəsinin əlində olan informasiya üçün edilən xahişə yəqin ki bütöv bir təşkilatın içəçərisində aparılan axtarışlardan daha tez bir zamanda cavab verirəcəkdir. Üçüncü, konsalting tərəfləri də (informasiyanı təmin edən özəl şirkət, onun təsirinə məruz qalan başqa bir dövlət) cəlb edən tələb daha çox vaxt tələb edə bilər. Bir qədər inadkar olun.

Qovluqların içərisində düşünün

Çalışın hansı informasiyanın müqayisə olunduğunu, birləşdirildiyini vəs. ayırd edəsiniz. Əgər siz nəqliyyat qəzaları zamanı polisin doldurduğu bir blankın surətini alırsınızsa, bu zaman həmin sənəddə polisin qəza zamanı baş vermiş nəyi həmin blankda göstərdiyini, və nəyi göstərmədiyinin şahidi olursunuz.

Dəqiq olun

Tələbnaməni təqdim etməzdən əvvəl düşünün: Burada ikimənalı bir şey varmı? Müxtəlif ictimai təşkilatlarrdan aldığınız informasiyanı müqayisə etməyi planlaşdırırsınızsa bu vacibdir. Məsələn, siz son 3 il üçün olan rəqəmləri istəyirsiniz. Bir təşkilat sizə son 3 maliyyə ilinin, başqa bir təşkilat sizə 3 təqvim ilinin rəqəmlərini göndərəcək ki, siz onları birbaşa müqayisə edə bilməyəcəksiniz. Əgər siz əsil tələbi ümumi tələbin içində gizlətməki qərara alırsınızsa, o zaman siz tələbinizi kifayət qədər geniş edin ki, sizə lazım olan informasiyanı özündə saxlasın. Lakin, bu o qədər geniş olmamalıdır ki, sizing cavab verməyinizə mane olsun. Dəqiq və aydın ifadə olunmuş tələblərə daha tez və yaxşı cavab verilir.

Çoxlu sayda tələbnamə verin

Əgər tələbinizi haraya təqdim etməyinizə əmin deyillsinizsə, həmin tələbi eyni zamanda bir neçə quruma təqdim etməkdə sizə mane olacaq bir şey yoxdur. Bəzi hhallarda müxtəlif qurumlar sizə müxtəlif cavablar verəcəklər. Bu sizə araşdırdığınız mövzuya dair daha dolğun informasiya almaqda kömək edəcəkdir.

Beynəlxalq tələbnnamələr təqdim edin

Indi tələbnamələr yaşadığınız yerdən asılı olmayaraq get-gedə daha çox elektron formada təqdim olunur. Əgər siz tələbnaməni verəcəyiniz ölkədə yaşamırsınızsa, bu zaman siz onu həmin ölkənin səfirliyinə təqdim edirsiniz, və onlar da sizing tələbnamənizi müvafir ictimai təşkilatlara ötürəcəkdir. Bu zaman gərək siz həmin min səfirliklə əlaqə saxlayıb onların belə bir işi görə biləcəklərini öyrənəsiniz. Bəzən səfirlik işçiləri informasiya hüququ barədə kifayət qədər biliyə malik olmurlar, bunun üçün daha yaxşı olardı ki, tələbnaməni birbaşa ictimai təşkilatın özünə təqdim edəsiniz.

Yoxlama aparın

Əgər siz eyni bir tələbnaməni bir neçə ictimai təşkilata göndərmək istəyirsinizsə, çalışın tələbnamənin ilkin variantını bir pilot tapşırıq kimi cəmi bir neçə təşkilata göndərəsiniz. Bu sizə istədiyiniz materialı xahiş edərkən düzgün terminologiyadan istifadə edib etmədiyinizi və tələbinizə cavab verilməsi yerinə yetirilə bilən olduğunu göstərəcəkdir, bu isə sizə həmin tələbnaməni daha başqa bir quruma göndərməli olduqda bir qədər dəyişmənizə kömək edəcəkdir.

İstisnaları öncədən nəzərə alın

Əgər tələbinizdə istisnaların tətbiq oluna biləcəyini düşünürsünüzsə, suallarınızı hazırlayarkən başqa informasiyalardan daha həssas informasiyalar barədə olan sualları ayırın ki ümumi məzmunlu informasiya istisnaya düşməsin. Bu zaman sualı iki yerə bölün və iki tələbnaməni ayrı ayrılıqda təqdim edin.

Qovluqlara daxil olmağı xahiş edin

Əgər informasiyanın saxlandığı yerdə yaşayırsınızsa,(yəni sənədlərin saxlandığı şəhərdə) siz sənədlərin orijinallığını yoxlamağı da xahlş edə bilərsiniz. Bu o vaxt faydalı olur ki, siz informasiya axtararkən həmin informasiya çoxlu sayda sənədlərin arasında olar və siz onları nəzərdən keçirməli olarsınız. Bu cür yoxlama pulsuz olmalıdır, sizing üçün ən münasib vaxtda yerinə yetirilməlidir.

Qeydlər aparın!

Tələbnamənizi yazılı hazırlayın, onun surədini və ya səs yazısını saxlayın ki onu göndərmiş olduğunuzu göstərə biləsiniz, və yaxud, cavab ala bilmədikdə əlində bir əsas olması üçün lazımdır. Siz bunula deyə biləsrsiniz ki, siz bir hekayə yaratmağı planlaşdırırsınız.

İctimailəşdirin

Tələbnamə vermiş olduğunuzu ictimailəşdirməklə cavabı sürətləndirin. Əgər siz tələbnamə təqdim etməyiniz barədə bir hekayə dərc etdirsəniz, bu ictimai təşkilata tezliklə tələbnaməyə cavab verməsi üçün bir təzyiq olacaq. Siz cavab Alana qədər informasiyanı yeniləşdirə bilərsiniz. Əgər müəyyən olunmuş müddət keçmişsə, cavab verilməmişsə, siz onu bir xəbər hekayəsinə çevirə bilərsiniz. Bunu etməklə siz həm də ictimaiyyətdə bu fikri inkişaf etdirə biləsrsiniz ki, hər biz kəsin informasiyaya daxil olmaq hüququ vardır və bu həyat təcrübəsində üzünü necə göstərir.

Bundan başqa, öz tələbnamələrinizi, buna müvafiq ictimaiyyət təfindən vebdə görünə biləcək cavabları hazırlamaq üçün bir neçə əla xidmətlər də var. BK ictimai qurumları üçün Onlar nəyi bilir? Alman ictimai qurumları üçün Fraq den Start, Aİ təşkilatları üçün Aİ –dən Soruşun kimi xidmətləri misal göstərmək olar
Alaveteli layihəsi bütün dünyada onlarla ölkədə buna bənzər xidmətlərin yaradılmasına köməklik göstərir.

Həmkarlarınızı cəlb edin

Əgər həmkarlarınız tələblərinə əlçatarlılıq dəyərliliyi barədə inamsızdırlarsa, onları inandırmağın ən yaxşı yolu informasiya qanununa girişdən istifadə edərək əldə etdiyiniz informasiya üzərində hekayə yaratmaqdır. İstifadə etdiyiniz son məqalə və veriliş də tövsiyyə olunur ki, hüquqlar haqqında ictimai məlulatlılığın yüksəldilməsiə xidmət edir.

Toxunulmamış məlumatı xahiş edin

Əgər siz kompüterlərdən istifadə etməklə məlumatı təhlil, tədqiq və manipulyasiya edirsinizsə, bu zaman məlumatı elektron və ya maşınla oxunma formatında tələb etməlisiniz. Məsələn, siz büdcə məlumatlarını tələb edərkən qeyd edə bilərsiniz ki, sizə həmin məlumat mühasibatlıq proqramlarında işlənə biləcək formatda olmalıdır. Siz həmin məlumatı eyni zamanda hissələrə ayrılmamış və ya “dənəvər ” formada tələb edə bilərsiniz. Bu hesabatda siz bu barədə daha çox material oxuya bilərsiniz.

FOİ qanunlarından Azad Təkilatlar haqqında soruşarkən

Siz, ola bilsin ki, QHT-lar, özəl şirkətlər, dini təşkilatlar və başqa FOİ qanunlarına uyğun olaraq, nəşrini tələb etməyən təşkilatlar haqqında məlumat almaq istəyirsiniz. Onlar haqqında informasiyanı FOİ qanunlarının əhatə etdiyi ictimai təklatlardan almaq mümkündür. Məsələn, dövlət departamentindən və ya bir nazirlikdən müəyyən bir özəl şirkət, və ya QHT haqqında məlumatın olmasını soruşaraq yardımçı sənəd istəyə bilərsiniz. Əgər bundan sonra sizin yenə də bir əlavə məlumata ehtiyacınız olsa, siz, eyni zamanda Legal Leaks toolkit for journalists-lə məsləhətləşə bilərsiniz.

Bu bölmə Helen Darbişir(Access Info Europe), Corc Pdejski (Cəngavər Jurnalistikası, Stanford Universiteti) və Fabrizio Skrollini (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi) London School of Economics and Political Science).tərəfindən yazılmışdır.

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI