ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Veb Şəbəkə Məlumat Mənbəyidir

Bir şey haqqında yalnız internetdə mövcud olan bir məlumatı necə tapa bilərsiniz? Əgər siz electron poçt ünvanı, veb sayt, təsvir və ya vikipedia məqaləsi tapmaq istəyirsinizsə, bu fəsildə mən size məlumatın əsasları haqqında daha çox şeylər söyləyə biləcək alətlərlə tanış edəcəyəm.

Veb alətlər

Əvvəlcə bir səhifədən daha çox bütöv sayt haqqında daha çox şeylər aşkar etmək istədiyiniz halda bir necə müxtəlif xidmətlər haqqında.

Kimdir

Əgər whois.domaintools.com-a daxil olsanız və yaxud Terminal.app-da whois yazsanız, siz hər hansı bir veb saytda əsas qeydiyyat məlumatlarını alacaqsınız. Son illər bəzi sahibkarlar “özəl” qeydiyyatı seçmişlər, çünki bu qeydiyyat onların özəl detallarını gizlədir, göstərmir., lakin bir çox hallarda siz qeydiyyata düşən şəxsin adı, ünvanı, e-mail-I və telefon nömrəsini görə bilərsiniz. Siz rəqəmsal İP ünvanlarını daxil edə bilərsiniz və serverin sahibi olan təşkilat və yaxud şəxs haqqında məlumat ala bilərsiniz. Bu xüsusilə əlverişlıdır, çünki siz daha çox informasiya əldə etmək üçün çalışarkən həm də xidmətdən sui istifadə edən istifadəçi haqqında da xeyli məlumat ala bilirsən, çünki əksər veb saytlar daxil olanlar üçün öz İP ünvanlarını verirlər.

Blekko

Blekko axtarış mexanizmi veb səhifələrini dolaşarkən saytlardan topladığı külli miqdarda məlumat təklif edir. Əgər sonu ‘/seo’ ilə bitən domen adı yazsanız, həmin URL haqqında bir səhifəlik məlumat alacaqsınız. Şəkil 59-dakı birinci cədvəl göstərir ki, məşhurluq sırasına görə hansı saytlar bu domenlə əlaqələndirilmişdir. Siz saytın hansı əhatədə məlumat aldığını başa düşməyə çalışarkən və və nə üçün Google axtarışı nəticələrində onun nəticələrinin gələn linklərə bağlandığına görə belə yksək səviyyədə olduğunu başa düşəməyə çalışarkən bur çox faydalıdır. Şəkil 61 isə daha hansı vebsaytların bu axtarış mexanizminndə işlədiyini göstərir. Xəbər aparıb gətirənlər və namünasib xəbərlər göndərənlər arasında bir birini nəzarətə götürən və əlaqələr quran çoxlu saytlar yaradaraq onları qanuniləşdirməyə doğru fəaliyyətlərində işlərinin asanlaşdırılması geniş yayılmışdır. Onlar müstəqil domenlərə bənzəyirlər hətta bəzən müxtəlif qeydiyyat detallarına malik olurlar, ancaq daha çox eyni serverlərin üzərində yaşayırlar, çünki bu ucuz başa gəlir. Bu statistika sizə sizing araşdırdığınız saytın daxilində gizlədilmiş biznesin quruluşu haqqında müəyyən bilgilər verir.

figs/incoming/06-PP-01.png
Şəkil 59. Blekko Axtarış mexanizmi (Blekko.com)
figs/incoming/06-PP-02.png
Şəkil 60. Vebdə məşhurluğun anlaşılması: Kim kiminlə əlaqələnir? Digər bir əlverişli cədvəl “sürünən, xüsusilə “bölmədə saxlanılan statistika” dır, (Blekko.com)
figs/incoming/06-PP-03.png
Şəkil 61. Veb xəbərgöndərənlərini və xəbərgəzdirənlərini aşkar edərkən. (Blekko.com) Compete.com
Compete.com

Amerika istehlakçılarını müşahidə edərkən Compete.coməksər vebsaytlar üçün incələnmiş istifadə statistikaını yaradır və bununla pulsuz olaraq əsas detalları qurmuş olur. Domenə daxil olmaq üçün ‘Site Profile’ cədvəlini seçin (Şəkil 62). Bu zaman siz keçən ilki sayt traffiki haqqında bir yazı görəcəksiniz, orada il ərzində sayta neçə müsafirin heçə dəfə və hansı tezlikdə (şəkil 63-dəki kimi.) daxil olduğunu göstərən rəqəmləri görəcəksiniz. Müşahidələrə əsaslandığından həmin rəqəmlər yalnız təxmini ola bilər. Mən onları daxili təhlil nəticələri ilə müqayisə etdikdə onların nisbətən səliqəli olduğunu gördüm. İki saytı müqayisə etdikdə isə hər iki sayt üçün qəti rəqəmlərin olmaqdığı halda onlar yaxşı mənbə gimi görünür və onların məşhurluqdakı nisbi fərqi daha yaxşı təmsil edir. Onlar yalnız ABŞ istehlakçılarını müşahidə edirlər və bunun üçün də üstünlük təşkil edən beynəlxalq saytlar üçün bu zəif məlumat olacaqdır.

figs/incoming/06-PP-04.png
Şəkil 62. Compete.com-un sayt profili xidməti (Compete.com)
figs/incoming/06-PP-05.png
Şəkil 63. Dəbdə olan nədir:? Tələb olunan nədir?: Vebdə qaynar nöqtələr (Compete.com)
Google-un sayt axtarışı

Konkret bir domenin məzmununu araşdırarkən çox faydalı ola biləcək bir əlamət - sayt –dır: açar sözdür. Əgər siz axtarış ifadənizi ‘site:example.com’ şəklində versəniz, Google yalnız sizing müəyyən etdiyiniz sayt nəticələrini qaytaracaqdır. Siz onları özünüz maraqlandığınız səhifələri tez almaq üçün müəyyən genişlənmələr etməklə bir qədər daralda da bilərsiniz, məsələn, ‘site example.com/pages/’ şəklində axtarış versəniz, sizə lazım olan nümunəyə uyğun nəticəni alacaqsınız. Siz bu formanı genişləndirərək daha axtarışı da daralda bilərsiniz. Bu domen sahiblərinin ictimaiyyət üçün əlçatar etdikləri, lakin onları çap etməyə o qədər də həvəsli olmadıqları saytların axtarışı zamanı xüsusilə əlverişlidir. Beləliklə də, düzgün açar sözləri seçməklə çox mühüm məlumatı əldə edə bilərsiniz.

Veb səhifələr, Təsvirlər və Videolar

Bəzən siz müəyyən bir hadisənin ətrafında cərəyan edən bir fəaliyyətlə bütöv veb saytdan daha çox maraqlaırsınız. Aşağıdakı alətlər sizə insanların məzmunu necə oxuduqlar, köçürdükləri və vebdə bölüşdükləri haqqında müxtəlif baxış bucaqları verəcəkdir

Bit.ly

İnsanların müəyyən bir lnki vebdə bir-biri ilə necə bölüşdüklərini bilmək istərkən mən həmişə bit.ly saytına müraciət edirəm. Ondan istifadə üçün maraqlandığın URL-ni daxil edin. Sonra ‘Info Page+’ link-ni klik edin. O siszi tam statistika səhifəsinə gətirəcəkdir. (Əgər siz xidmətə abunəsinizsə, ola bilsin ki, əvvəlcə sizə) ‘aggregrate bit.ly link’ lazım olsun. Bu sizə səhifənin nə qədər populyar olduğu, Fcebookda və Tvitter-də necə fəal olduğu barədə məlumat verəcəkdir və aşağıda siz backtype.com-un təmin etdiyi link haqqında ictimai danışıqları görəcəksiniz. Mən saytın və yaxud səhifənin bu qədər məşhur olduğunu, onun əsas fanatlarının kimlər olduğunu bilmək istəyəndə bu mənə çox kömək edir. Məsələn, mən sayt səviyyələrini bölüşərkən, nağılların üstünlük təşkil etdiyinə görə Sara Polinin səhv olduğunu güclü sübutlarla izah edərkən bu mənə çox kömək etdi.

Twitter

Mikro bloqlaşma xidmətindən get-gedə daha çox istifadə edildiyinə görə, məzmunun ayrı-ayrı hissələri haqıında insanların necə danışması və bölüşməsi daha faydalı olur. Link haqqında ictimai danışıqları aşkar etmək aldadıcı şəkildə sadə olur. Siz sadəcə olaraq maraqlandığınız URL-ni axtarış qutusuna atırsınız, tam nəticələr setində daha çox mümkün Tvitlər əldə edirsiniz.

Google-un Keşi

Səhifə ziddiyyətli hala gəldikdə naşirlər onu heç bir xəbərdarlıqsız olaraq götürə bilirlər. Əgər belə bir problemin baş verdiyinə şübhəniz olsa birinci olaraq Google-un Keşinə müraciət edərək onu son dəfə nə vaxt axtarış etdiyini öyrənməkdir. Axtarışların teliyi durmadan artır. Əgər şübhələndiyiniz dəyişikliklər barədə bunu bir neçə saat ərzində bunu etsəniz, bəlkə də uör qazanarsınız. Hədəfə aldığınız saytın URL-nu Googl-un axtarış qutusuna atırsınız, və həmin sayt və ya səhifə üçün nəticələrin göstərildiyi sağ tərəfdəki üçbaşlı ox işarəsinə klik edirsiniz, Qrafik görüntü gəlir və əgər bəxtiniz gətiribsə, lap yuxarıda Keş link görünəcəkdir. Səhifə haqqında Google-un verdiyi şəkli, kadrı görmək üçün klik edin. Əgər yüklənmədə problem olarsa, onda daha primitive üsuldan istifadə edərək keş səhifəsinin başında başqa bir linki text-only seçirsiniz. Və buradan sizə daha münasib olan məzmunu taparaq köçürürsünüz. Ancaq növbəti axtarışların birində yararsız hala salınmış da ola bilər

İnternet Arxivinin Geriyə yol Qurğusu

Əgər siz səhifənin uzun bir müddət, aylar və illər ərzində necə dəyişiyini bilmək istəyirsinizsə, bunun üçün internet arxivinin The Wayback Machine xidməti fəaliyyət göstərir və dövrü olaraq veb şəbəkənin ən məşhur saytlarının şəkillərini götürür. Siz sayta daxil olursunuz, araşdıracağınız linkə girirsiniz, əgər onun surətləri vardırsa, o zaman o sizə təqvimi göstərəcək və siz müşahidə üçün lazım olan dövrü seçə bilirsiniz.. O zaman proqram həmin səhifənin ilkin versiyasını sizə göstərəcəkdir. Orada çox vaxt üslub və təsvirlər çatmır, lakin bu, səhifənin məzmununun həmin vaxt nədən ibarət olduğunu başa düşəcək qədər yetərli olur.

Mənbəni nəzərdən keçirin

Bu uzun çəkilişin kiçik bir hissəsidir, lakin dizaynerlər çox vaxt HTML-kodunda şərhlər və bəzi əlavələr qoyurlar ki, bu da hər bir səhifənin altında olur. O sizing brauzerinizdən asılı olaraq müxtəlif menularda olacaq, lakin orada həmişə “Mənbəni nəzərdən keçirin” variant da olacaq ki, bu sizə Qaralama HTML-ni nəzərdən keçirməyə imkan verəcəkdir. Sizdə maşınla oxuna biləcək hissələrin başa düşülməsinə ehtiyac qalmayacaq, lakin o hissələrin arasına paylanmış mətnləri hətta onlar müəllif hüququ barədə qeydlər və yaxud müəllif adları barədə qeydlər olsa belə, heç vaxt nəzərdən qaçırmayın, onlar səhifənin yaradılması məqsədini ifadə edən vacib açar ola bilər.

TinEye (qalay göz)

Bəzən bir təsvirin mənbəyini bilmək istəyirsiniz lakin aydın təyinedici mətnsiz, Google kimi ənənəvi axtarış mexanizmləri ilə bunu açıq aşkar etmək olmur. TinEye keçmişə aid təsvirlərin axtarışı xidmətini təklif edir lakin bəzən sizin tələb etdiyiniz təsvirlər əvəzinə ona bənzər təsvirləri də təklif edir. Uyğunlaşdırmaq üçün təsvirin tanınmasından istifadə edildiyinə görə o, təsvirin surəti hətta əzildikdə, təhrif olunduqda və sıxıldıqda da öz vəzifəsini yerinə yetirir.. Təsvirin köhnəldiyinə və yaxud səhv təqdim olunduğuna şübhəniz olduqda bu daha çox işə yarayır. Bu əslində sizi əsil mənbəyə gətirib çıxaracaqdır.

YouTube

Əgər siz hər hansı bir videonun aşağıdan sol tərəfindəki “statistics” pəncərəsinə klik etsəniz, bu zaman həmin videonun auditoriyası barədə uzun bir dövr üçün zəngin məlumat ala bilərsiniz. O tam olmasa da, həmin auditoriyanın kimlərədən ibarət olduğu,onların haradan və nə vaxt gəmələri barədə ümumi bir məlumat almaq olar.

Elektron poçt

Əlinizdə araşdırmaq üçün bir neçə electron poçt olduqda siz çalışırsınız ki, onları göndərənlərin kimliyi və haradan olmaları haqqında bir qədər məlumat əldə edəsiniz. Əlbəttə bunları tapıb verəcək elə hazır bir alət yoxdur, ancaq hər bir electron poçr mesajında elə əsas elementlər vardır ki, onlar vasitəsilə müəyyən qədər məlumat almaq olur. Bu elementlət poçt markaları kimi işləyərək göndərən haqqında inanılmaz qədər məlumat verir. Xüsusilə onlar mesajı göndərən qurğunun İP ünvanını verir, onun çağırışçı və yaxud telefon çağırışı olduğu barədə deyir. Sonra siz whois-dən istifadə edərək həmin qurğunun kimə, hansı təşkilata mənsub olduğunu ayırd edə bilərsiniz. Əgər o Comcast və yaxud AT&T-dən olmaqla istehlakçılara əlaqə xidməti göstərirsə, siz MaxMind-a baş vuraraq mesaj göndərilən yeri təxmini öyrənə bilərsiniz. Bu mesajları Gmail-də nəzərdən keçirmək üçün mesajı açın və yuxarıdan sağ tərəfdən “originalı seçin” düyməsini basın. Bu zaman siz gizli məzmunu açan yeni bir səhifə görəcəksiniz. Orada siz iki nöqtə ilə müşahidə olunan bir neçə sətir görəcəksiniz. Ardınca getdiyiniz İP ünvan onların arasında ola bilər. Lakin onun adı electron poçtun necə göndərilməsindən asılı olacaqdır. Əgər o hot mail-dən göndərilmişdirsə, belə adlanacaq: ‘X-Originating-IP:’, yo x, əgər o Outlook və yaxud Yahoo-dan göndərilmişdirsə, o ‘Received:’ yazılmış birinci sətir olacaqdır. Whois-dən gələn ünvan mənə deyir ki, o BK-dakı İnternet Servisi Provayderi olan İSP-dən gəlib. Mən onu MaxMind-ın geolokasiya xidmətinə qoyuram o göstərir ki, bu electron poçt mənim dogma şəhərim Kembricdən gəlib. Bu o demək olur ki, heç bir kənar şəxslər deyil, bunlar mənim valideynlərimdir.

Əgər siz kiçik bir saytı və yaxud bir mövzunu araşdırırsınızsa, sizə kömək edəcək bir neçə alətin iş prinsipinə baxaq.

Vikipediya Məqalələri Trafiki

Əgər siz müəyyən bir dövr ərzində bir mövzu və yaxud bir şəxsiyyət barədə ictimai marağın necə dəyişdiyi ilə maraqlanırsınızsa, Vikipediyanın hər hansı bir səhifəsində gün bə gün gedən dəyişiklikləri stats.grok.se/.-də görə bilərsiniz. Bu sayt bir qədər kobud işlənmiş və hazır saytdır, lakin araşdırma zamanı sizə müəyyən qədər informasia verəcəkdir.
Maraqlandığınız şəxsin adını daxil edin və həmin səhifədə 1 ay ərzində gedən trafiki dəyişiklikəri nəzərdən keçirin. O sizə həmin səhifədə görmək istədiyiniz ayın hər bir günündə neçə dəfə daxil olunduğunu göstərən qrafiki göstərəcək. Təəssüf ki, bir dəfəyə siz yalnız bir ay ərzində olan məlumatları alacaqsınız. Daha bir neçə ay üçün baş vermiş dəyişiklikləri öyrənmək üçün isə sonrakı ayları daxil etməklə səhifəni nəzərdən keçirə bilərsiniz.

Google-in görmə dairəsi

Siz Insights from Google-dan istifadə etməklə ictimai araşdırma vərdişlərinə aydın şəkildə nəzər sala bilərsiniz. Bir neçə ümumi axtarış ifadələri daxil edirsiniz məslən,”Castin Biber” və yaxud “Ledi Qaqa” barədə, müəyyən bir dövr üçün onlar barədə axtarış saytları haqqşnda nisbi rəgqəmlər ala billərsiniz. Bu məlumat haqqında fikirlərinizi ifadə etməyin bir çox yolları vardır. Kiçik coğrafi ərazilərdən müəyyən vaxt ərzində olan daha incə detallara qədər. Bircə təəssüf ediləcək şey odur ki, alacaqınız məlumatların qəti dəyəri olmur, onlar həmişə nisbi faizlər şəklində olur və bunları şərh etmək bir qədər çətin olur.

figs/incoming/06-PP-06.png
Şəkil 64. Google görmə dairəsi (Google)

Pete Warden, Müstəqil Məlumat Təhlilçisi və İnkişaf Etdiricisi

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI