ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Olimpiya biletləsi satışını işıqlandırmaq üçün data bloqdan necə istifadə olundu?

figs/incoming/04-FF.png
Şəkil 66. Siz neçə olimpia Bileti Aldınız?: Oxucuların nəticələri (Guardian qəzeti)

Ən geniş cavab verilən kütləviləşdirmə layihəsi Olimpiya Bilet Satışında bir hissə idi. BK-da minlərlə insan 2012-ci ilin olimpiadasına bilet tapmağa çalışırdı. Belə bir qorxu var idi ki, heç də hamı o biletləri ala biməyəcək. İnsanlar yüzlərlə funt dəyərində sifariş verdilər, lakin onlara deyildi ki, bilet olmayacaq. Lakin əslində heç kəs bilmirdi ki, yalnız bəzi adamlar narazı idilər, və çikayət edirdilər, lakin əksər əhali sevinirdi. Biz çalışdıq ki, bunu aydınlaşdırmaq üçün bir yol tapaq. Biz qərara aldıq ki, hər hansı bir məlumatın olmadığı halda edə biləcəyimiz ən yaxşı iş insanlardan xahiş etmək idi. Biz fikirləşdik ki, biz buna yüngül bir iş kimi yanaşmalıyıq, çünki bu balanslaşdırılmış birnümunə deyildi.
Biz bir Google forması yaratdıq və çox xüsusi suallar verdik. O çox uzun bir forma idi, orada soruşulurdu ki, bilet üçün nə qədər pul vermişdilər, pul kartlarından nə qədər çıxarılmışdır, onlar hansı tədbirlərə getmişdilər və s bu cür şüeylər.
Biz onu saytın ön tərəfinə kiçik bir şəkil kimi qoyduq və o çox sürətlə paylaşıldı. Məncə, bu əsas şeylərdən biridir. Siz heç fikirləşə də bilmirsiniz ki, “mən öz hekayəm üçün nəyi bilmək istəyirəm”, ancaq siz firkirləşməlisiniz ki, adamlar mənim indi nə deməyimi istəyirlər. Bu o vaxt olur ki, siz insanların içərisinə girirsiniz və kütləviləşdirmənin uğurlu olacağı haqqında insanların nə deyəcəklərini bilmək istəyirsiniz. Bu layihə üçün kütləviləşdirmək üçün ilk cəhdlər olduğundan cavabların həcmi çox böyük idi. Biz bir saata 1000, həmin günün axırına qədər isə 7 000 cavab aldıq.
Bu zaman biz nəticələri açıq –aşkar olaraq çox ciddiyə aldıq. Başlanğıcda biz bunun necə işləyəcəyi haqda he bir fikrimiz yox idi. Biz bir qədər ehtiyat tədbirləri əlavə etdik. Qarian qəzetinin oxucuları o biri oxuculardan dana zəngin olarlar və onlar gözlədiklərindən daha az aldıqları zaman bizə danışmaqda daha maraqlı olarlar və s.
Biz bilmirdik ki, nəticələrin nə qədər qəyəri olacaqdı. Biz öz payımıza 7000 yaxşı qeyd almaqla dayandıq, Biz bilet almaq istəyən lakin ala bilməyən insanların yarıxsını aşkar etdik və bu informasiyanın hamısından istifadə etdik, çünki bir gün öncə orada o qədər insan iştirak etmişdi. Maraqlar nəticələrdə görünürdü.
Bir neçə həftə sonra rəsmi yekun hesabat çıxdı. Və bizim əldə etdiyimiz rəqəmlər inanılmaz dərəcədə o rəqəmlərə yaxın idi. Onlar ağ üzərində qara kimi görünürdü. Burada bəxt bir qədər rol oynasa da əsas o idi ki,, biz bu qədər insanı cəlb edə bilmişdik.
Əgər siz oxucularınızdan buna bənzər şeylər soruşmağa başlasanız, siz nəticələr üzərində görə biləcəyiniz işlərlə məhdudlaşacaqsınız. Beləliklə, siz bunları götür-qoy etməkdən başlamalısınız: “Mənim bu şeyləri bilməyim üçün ən lazım olan ən yaxşı alət hansıdır? Bu şərh üçün bir əlaqədirmi? Bəlkə bu bir alətin yaradılmasıdır? Əgər bu bir alətin yaradılmasıdırsa, onda firkirləşin: gözləməyinə dəyərmi? Bunları etmək üçün sərf olunacaq resurslara dəyərmi?”
Bu halda biz Google formalarını fikirləşdik. Əgər kimsə bir anket doldurursa, siz cədvəl sırasında nəticələri görə bilirsiniz. Bu o deməkdir ki, hətta o undi yenilənirdisə də də, hələ nəticələr gəlirdisə, Mən cədbvəli açar və dərhal bütün nəticələri görə bilərdim. Bəlkə də mən bu işi Google-də yerinə yetirə bilərdim, lakin mən onu Excel-ə endirdim və aşağıdan yuxarıya doğru növlərə ayırdım və gördüm ki, həmin adamlar bütün xərclərini rəqəmlərlə ifadə etdilər və onları qeyd etdilər. Mən qərara aldım ki, istisnalara azacıq da olsa yol verməyim. Düzgün cavabları götürməkdənsə, çalışdım ki başqa rəqəmləri qeyd edim. Adamlar xarici valyutalardan istifadə etmişdilər, mə onların hamısını funt sterlingə çevirdim və bu çox zəhmət tələb etdi.
Lakin bütün təhlillərdə ağla sığmaz məlumatları silmiş olduğumdan bu iş bir neçə saata yerinə yetirildi. Bir çox insan bir çox insan çalışmışdı ki, biletlərə nə qədər pul xərclədiklərini düzgün göstərməsin. Bunlar çox sayıla bilən olsalar da hər şeyi aydın göstərirdi. 7000 vahid məlumat təhlil edilmiş lakin çıxarılmış nəticələrin sayı 100-dən də az idi.
Bundan başqa, orada onlarla vahid məlumat var idi ki, saxta şəkildə şişirdilmiş rəqəmlərdən ibarət idi, onları qoymuşdular ki, ümumi nəticəni təhrif etsinlər. Haradasa, 10 milyon funtluq rəqəm nəzərdə tutulur. Mən onlardan gündəlik təcrübəmizdə istifadə etdiyimiz rəqəm-məlumatlar kimi istifadə edirdim. Mən məlumat cədvəlini yaratdım. Mən orta rəqəmləri çıxardım. Bu cür şeylər.
Layihənin nə qədər impuls qazanacağı barədə heç bir fikrimiz yox idi beləlilə idman bloqunun redaktoru kimi yalnız mən işləyirdim. Biz birlikdə fikirləşdik və və düşündük ki, bu çox məzəli bir layihə ola bilərdi. Biz onu başdan axıracan 24 saat ərzində yerinə yetirdik. Bir fikrimiz var idi, bəzi şeyləri nahar vaxtına saxladıq. Biz onu günün qalan hissəsi üçün saytın önünə qoyduq . Gördük ki, çox sürətlə populyarlaşır. Səhəri günü biz bütün nəticələri saytın önünə qoyduq.
Qərara aldıq ki, Google docs-dan istifadə edək çünki o nəticələr üzərində tam nəzarəti təmin edir. Mən heç kəsini analitik alətlərindən istifadə etməli olmadım. Mən onları asanlıqla məlumat bazası proqramına və yaxud cədvəllərə yerləşdirə bilərəm. Siz xüsusi mütəxəssis proqramlarından istifadə etməyə başlayanda çox vaxt onların alətlərindən istifadə etməklə məhdudlaşırsınız. Əgər bizim xahiş etdiyimiz informasiya həssa bir məlumat olsaydı, bəlkə də biz Google-dan istifadə etməzdən əvvəl bir qədər tərəddüd edrtik. Ona görə də “evdə” bir şey etmək istədik. Lakin ümumiyyətlə bir Google formasını Qardian qəzetinin səhifəsinəə atmaq çətin deyil. Qardianın səhifəsi virtual cəhətdən istifadəçi üçün görünməzdir. Bu çox rahatdır.
Kütləviləşdirmək işinə girişmək istəyən data jurnalistlər üçün məsləhət baxımından: Sizin bilmək istədiyiniz informasiya son dərəcə dəqiq və spesifik olmalıdır. Elə şeylər soruşun ki, mümkün qədər daha çox sayda cavablar alınsın. Əgər sizin nümunənizin qərəzli olmasını düşünürsünüzsə çalışın danışdığımız insanlar barədə daha çox demoqrafik məlumatlar alasınız . Əgər siz əgər bəzi məbləğıər və bu kimi əşyalar xahiş edirsinizsə, çalışın təlimatlarda göstərin ki, bunlar hamısı rəqəmsaldır, onlardan xüsusi valyutaların ifadəsində istifadə edirlər. Çoxu bunu etməyəcək, ancaq onları nə qədər əldə çox tutsanız bir o qədər yaxşı olar. Anca hər dəfə şərh əlavə edin, çünki adamlar daha çox özləri başqa formaları dolduracaqlar, və hekayə barədə öz fikirlərini söyləyəcəklər. Xüsusilə istehlakçı hekayəsi və yaxud bir biabırçılıq barədə.

Marianna Bukart, Data Jurnalistika bloqu, James Balldan müsahibə götürərkən , Guardian qəzeti

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI