ANA SƏHİFƏKİTABƏVVƏLKİ

Məlumatdan istifadə və paylaşma: Qara məktub, Qəşəng Çap və Reallıq

Bu bölmədə biz məlumat və məlumat bazaları haqqlnda qanunun vəziyyətinə və ictimaiyyat üçün açıq olan lisenziyalara və alətlərdən istifadə edərək məlumatlara necə daxil ola biləcəyinizə ötəri baxcağıq. İmkan verməyin ki, aşağıdakılardan biri sizin məlumat əsaslı jurnalistika həvəsinizə kölgə salsın. Məlumata dair qanuni qadağalar adətən sizing yoluniuza çıxmır, və əmin ola bilərsiniz ki, sizing nəşr etdiyiniz məlumatlara başqalarının girişi də məhz belə olacaqdır.
Açıq aşkar olan məlumatı göstərmək heç vaxt asan olmamışdır.Məlumatın verb şəbəkədə geniş nərindən əvvəl, hətta sənin özünə lazım olan məlumat şəbəkən olsa da, kimdənsə bu məlumatın surətinin olub olmadığını oraya necə daxil omlı olduğunu soruşmaq lazımdır, bu zaman kağızdan, poçtdan və yaxud xəsən baş çəkməkdən istifadə etmək olar. Kompüterin varsa, xahiş edə bilərsən (yaradıcıdan və yaxud naşırdən) ki, bir surətini sənə göndərsin. Konseptual cəhətdən oxşar bir şeydir. Onlar heç nə etmirlər və yəqin ki, sənin həmin surəti endirmiş olduğunu da bilmirlər.
Bə məlumatı proqram vasitəsilə xidmət şərtləri altında endirmək (bəzən buna qazımaq da deyirlər) necədir? Əvəlki paraqrafı nəzərə alın. Sizin brauzerininiz sadəcə bir proqramdır. Bəlkə xidmət şərtləri yalnız müəyyən proqramlara belə icazəni verir? Əgər sizin belə sənədlərin oxunmasına sərf etməyə qeyri adi məbləğda vaxtınız və pulunuz varsa, o zaman bir hüquqşünasdan hər halda məsləhət alın. Lakin bu zaman sadəcə bir qanmaz kimi hərəkət etməyin. Əgər sizin proqram bir saytı çəkicləyirsə, sizin şəbəkə sayta daxil olmaqdan bloklana bilər və bu sizə layiq olan bir iş olar. İndi veb şəbəkəyə daxil olaraq oradan məlumat qazımaq üçün böyük təcrübə vardır.Əgər si\ bunu etməyi planlaşdırırsınızsa, ScraperWiki-də nümunələri oxumaq sizə bir başlanğıc verəcəkdir.
Maraqlandığınız məlumat sizdə olanda siz sorğu verə bilərsiniz, üzərində düşünə, növlərə ayıra, əyaniləşdirə, əlaqələndirə və əlinizdə olan surət üzərində istədiyiniz təhlilləri apara bilərsiniz. Öz təhlilini nəşr edər və sitatlar gətirə bilərsiniz. Bu zaman bir şahanə ifadə vardır: “faktlar pulsuzdur.” (sərbəst nitqdə olduğu kimi), lakin belə də ola bilər ki, özlərinin məlumat bazalarının qanuniliyi, daha geniş olması və məlumatlarının idarə olunması haqqında çox düşünənlər üçün bir şahanə ifadədir.
Əgər siz yaxşı və məlumat əsaslı bir jurnalis olmağa səy göstərirsinizsə, bütün faktlar və məlumatlar da daxil olmaqla sadəcə özünüzün təhlillərinizi deyil, həm də bütün məlumat bazasını/şəbəkəsini nəşr etmək istəyirsinizsə, və təhlilləri apararkən onları da daxil etmisinizsə, bəlkə də siz sadəcə nəzarət etmisiniz, heç bir təhlil aparmamısınız, yaxşı. Dünyaya məlumat kuratorları lazımdır. Əgər siz başqa bir qurumun toplamış olduğu məlumatda istifadə edirsinizsə, burada bir əmma ola bilər. (Əgər məlumat bazasını bütövlükdə özünüz yığmısınızsa, növbəti abzasda təcrübə mübadiləsində istifadə etmək üçün növbəti abzası oxuyun.)
Əgər siz müəllif hüquqlarının yaradıcılıq işlərinin necə məhdudlaşdırması ilə tanışsınızsa, əgər müəllif hüququnu daşıyan belə bir işə icazə verməmişdirsə, (və yaxud iş ictimai domendədir, və yaxud sizin işiniz məhdud səviyyədədir, yalnız yaxşı iş görməkdən ibarətdir) siz ondan istifadə edirsiniz, yayırsınız, icra edirsiniz-hər halda işləyirsiniz. Müəllif hüququ sizi dayandıra bilər.
Faktlar pulsuz olsa da, faktlar toplusu bənzər şəkildə məhdudlaşdırıla bilər. Müəllif hüquqlarının yaradıcı işlərə tətbiq olunan məhdudiyyətlər olsa da, müvafiq qanunların çoxlu sayda variasiyaları vardır. Qısası, məlumat bazası yaradıcı iş kimi məllif hüququnun subyekti ola bilər. Hüquqi baxımdan “alın təri ilə” toplanmış məlumat bazası, hətta qeyri-yaradıcı formada olsa da müəllif hüququnun subjekti olur. Xüsusilə Amerika Birləşmiş Ştatlarında müəllif hüquqları üçün minimum yaradıcılıq tələb olunur. (Feist, telefon kitabçası, baxmaq istəsəniz America classikidir.) Lakin qanunvericilikdə həm də “Məlumat bazası hüquqları” vardır ki, müəllif hüquqlarından ayrı olaraq məlumat bazalarını məhdudlaşdırır. (Baxmayaraq ki, nəyin örtülmüş olduğundan asılı olaraq çoxlu örtülü məlumatlar vardır və müəllif hüquqları üçün hədlər mövcud deyildir). Buna misal olaraq Avropa İttifaqının “sui generis” məlumat bazası hüquqlarını göstərmək olar. Yenə də, əgər siz Avropadasınızsa, başqa bir qurumun məlumat bazasını nəşr edirsinizsə, əvvəlcə gərək əmin olasınız ki, buna icazəniz vardır.
Təbii ki, bu cür məhdudiyyətlər məlumat əsaslı jurnalistikada ekosistemin inkişaf etdirilməsi üçün heç də ən yaxşı yol deyil. (ümumiyyətlə, elə cəmiyyət üçün də yaxşı deyil. Sosial alimlər və bəzi başqaları deyirdilər ki, sui generis meydana gəlməzdən əvvəl təlimlər göstərmişdir ki, onlar düzdür.) Xoşbəxtlikdən bir məlumat bazasının naşiri kimi, (məlumatlarda əlavə icazələrə ehtiyac duyan elementlər olmadığı halda ) bu cür qadağaları icazəni əvvəlcədən almaqla məlumat bazasından götürə bilərsiniz. Siz bunu ictitimai lisenziya əsasında öz məlumat bazanızı nəşr etməklə və yaxud ictimai domen ilə edə bilərsiniz. Bir çox proqramçılar öz kodlarını pulsuz və açıq mənbə lisenziyası ilə nəşr edirlər ki, başqaları da öz kodlarını yarada bilsinlər. (məlumat əsaslı jurnalistika çox vaxt məlumatı deyil kodu daxil edir. Əlbəttə siz özünüz də öz kodunuzu nəşr edə bilərsiniz, ki, sizin məlumatlar və təhlillər təkrar emal oluna bilər.) Məlumatlarınızı açmağın çoxlu səbəbləri vardır. Məsələn, sizin auditoriya yeni əyaniləşdirmələr və yaxud tətbiqi proqramlar yarada bilərlər ki, siz də əlaqə saxlaya bilərsiniz. Qardian qəzeti özünün yeni Flickr pool əyaniləşdirmələri ilə belə edir. Sizin məlumat şəbəkələriniz sizə və oxucularınıza mövzu barədə daha geniş baxış bucağı vermək üçün başqa məlumat şəbəkələri ilə birləşə bilər. Başqalarının sizin məlumat üzərində apardıqları işlər sizə yeni hekayələr və başqa məlumat əsaslı layihələr üçün ipucu verə bilər, və onlar sizə başucalığı gətirər.

figs/incoming/04-GG.jpg
Şəkil 67. Açıq məlumat nişanları (Açıq Bilik Fondu)

Hər bir kəs ictimai lisenziya altında nəşrin zərurət olduğunu dərk edəndə bir suaı yaranır: Hansı lisenziya Bu hiyləgər suala tez bir şəkildə layihə və yaxud uğrunda çalışdığınız, fəaliyyətinizi həsr etmək istədiyiniz icma cavab verəcək. Əgər bir qədər dərinə getmək istəsəniz, hər hansı bir iostifadə üçün hər bir kəsin icazəsi olduğunu düşünərək pulsuz və açıq lisenziyalar dəstindən başlayın. (təyinat və yaxud paylaşma tələb oluna bilər). Pulsuz proqram təminatının izahı və açıq mənbənin izahı proqram üçün nə edirsə, Open Knowledge Definition məlumat bazaları da daxil olmaqla bütün elmlər üçün edir. Təyin edin ki, işi açıq edən nədir və açıq lisenziyalar istifadəçilərə nəyi etməyə icazə verir? Siz Open Knowledge Definition vebsaytına daxil olub hazırkı lisenziyalar dəstinə baxa bilərsiniz:

  • Maksimal icazə lisenziyaları kimi xidmət göstərən ictimai domen ithaf etmələri; işdən istifadə etmək üçün şərait yoxdur;

  • Yalnız icazə və təyinat xarakterli lisenziyalar; öhdəlik qoymaq yeganə şərtdir;

  • İstifadəsinə icazə verilən surət, qarşılıqlı, paylaşım lisenziyaları nəşr edildikdə işlərin uyğunlaşdırılmasını tələb edir və eyni lisenziya altında paylaşılır.

Qeyd etmək lazımdır ki, əgər siz başqa birisinin açıq lisenziya ilə nəşr etdiyi məlumat şəbəkəsindən istifadə edirsinizsə, bu zaman yuxarıdakı paraqrafda açıq lisenziyanın şərtlərinə necə əməl etmək qaydalarını nəzərə alın. Sizin Creative Commons-dan, Open Data Commons-dan və başqa hökumət qurumlarında rast gəldiyiniz lisenziyalar adətən elə bir yekun qaydaya malik olurlar ki, asanlıqla əsas şərtlərin nə olduğunu göstərir. Bir qayda olaraq, lisenziya məlumat şəbəkəsinin endirildiyi (“qazındığı” təbii ki, veb səhifənin özündə belə məlumat şəbəkələri ola bilir) veb səhifədə və yaxud formatından asılı olaraq hiss olunacaq bir yerdə qeyd olunacaq. Öz məlumat şəbəkənizi açanda siz bu işarələməni də etməlisiniz.
Lap əvvələ qayıtsaq, əgər əldə etmək istədiyiniz məlumat şəbəkəsi onlaynda mövcud deyildirsə, girişinə müəyyən nəzarət qoyulmuşdursa, onda nə etməli? Nəzərə alın ki, yalnız özünüzə giriş xahiş edərkən müəyyən bir məlumatın bütün dünyada təkrar istifadəsinə icazə xahiş edərkən siz həmin məlumatlardan istifadə zamanı o məlumatlarda nə baş verdiyini də göstərməyi nəzərə alın.
Dünya ilə paylaşma ağlınıza müəyyən məxfilik və digər nəzərə alınmalı qaydalar gətirər ki, bu da bəzi məlumat şəbəkələri üçün daha uyğun ola bilər. Əslində açıq məlumat bir çox texniki, müəllif hüquqları və müəllif hüquqlarına bənzər maneələri aşağı salsa da, bu heç də o demək deyildir ki, siz heç bir tətbiq qanunlarına əməl etməməlisiniz. Həmişə olduğu kimi, yenə də çox möhtəşəm resurslar vardır və əgər sizin fikrinizcə onların araşdırılmasına ehtiyac duyulursa, bunun üçün jurnalistləri qoruyan qaydalar da vardır.
Uğur olsun! Lakin bütün ehtimallara görə, layihənizin başqa sahələri üçün aşağı səviyyəli hüquqi riskləri gərək idarə edəsiniz.

Mike Linksvayer, Creative Commons

ANA SƏHİFƏKİTABƏVVƏLKİ