ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Data Jurnalistika və onlayn sayt

figs/incoming/02-03-AA.png
Şəkil 18. PISA əsasında sərvətin müqayisəsi. (Online Sayt)

PISA əsasında sərvətin müqayisəsi layihəsi elə bir interaktiv əyaniləşdirmədir ki, müxtəlif ölkələrdə yaşayış standartlarını müqayisə etməyə imkan verir. İnteraktiv istifadə olunan məlumat OECD –in (Organisation for Economic Co operation and Development İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İƏİT) dünya təhsilinin 2010-cu ilin dekabrında nəşr olumuş hərtərəfli müqayisəsi hesabatından (PİSA-2009) götürülür. Hesabat 15 yaşlı şagirdlərə evlərindəki yaşayış şəraitləri haqqında verilən suallara əsaslanır.

İdeya ondan ibarət idi ki, bu məlumat təhlil olunsun və əyaniləşdirilsin müxtəlif ölkələrdə yaşayış standartlarının müqayisəsi üçün vahid qayda hazırlansın.

Hər şeydən əvvəl, bizim redaksiya komandamız hansı faktların yaşayış standartlarını müqayisə ediləbiləcək və əyaniləşdirə biləcək hala gətirməyə kömək edəcəyinə qərar verirdi. Yəni,

  • Sərvət (malik olduğu televizorların, maşınların, və evdəki vanna otaqlarının sayı)

  • Ailə vəziyyəti (Valideynlər ailə ilə birlikdə yaşayır, ailələr sırasında tək uşqalı ailələrin orta sayı valideynnlərin işsizliyi və ananın iş qabiliyyətli olması)

  • Bilik mənbələrinə çıxışı (evdə internet varmı, e-maildən istifadə tezliyi, şəxsi kitablarının sayı)

  • Hər bir ölkənin inkişaf səviyyəsinin üç əlavə göstəricisi

Daxili dizayn komandasının köməyilə bu faktlar özünü izah edən ikonalara çevrilirdi.Ön dizayn müxtəlif ölkələri kart oyunu kimi müqayisə etməyə imkan verirdi.

Növbəti addımda biz alman Açıq Məlumat Şəbəkəsindən bizə layihədə kömək edəcək yaradıcıları tapdıq. Yüksək motivasiyalı insanlardan ibarət olan bu icma (Fleşdən istifadə etmədən-bu bizim üçün çox vacib idi)arzularımızı həqiqətə çevirəcək proqram təminatını kodlaşdırmaq üçün bizə çox istedadlı informasiya dizayneri Qreor Aiki təklif etdi. Qreqor Rafael Cavascript Kitabxanasına əsaslanan yüksək keyfiyyətli, interaktiv və qovuqcuq üslublu vizualizasiya aləti yaratdı.

Bizim əməkdaşlığımızın nəticəsi uğurlu interaktiv oldu və xeyli hərəkətlilik yarandı. Hər hansı bir istinad aləti kimi bundan faydalalan iki öllkəni müqayisə etmək asandır. Yəni, biz onu gündəlik redaksiya işimizdə təkrar təkrar istifadə edə bilərik. Məsələn biz İndoneziyada yaşayışın vəziyyəti ilə əlaqədar nəyi isə əhatə etmək istədikdə biz tez bir zamanda İndoneziyada və Almaniyada həyat şəraitinin səviyyəsi qrafikini qururuq. Ölkə daxilindəki komandamıza bu cürs məslək sirri olan transfer gələcək layihələrimiz üçün böyük yatırım oldu.

Tzayt onlayn-da biz aşkar etdik ki, bizim data jurnalistika layihələrimiz bizi xeyli hərəkətə gətirmiş və auditoriyalaımızı yeni bir formada məşğul etməyə yardımçı olmuşdur. Məsələn, Yaponiyadakı sunamidən sonra Fukuşimadakı nüvə zavodundakı vəziyyət barədə çoxlu material var idi. Atom elektrik stansiyasından xeyli radioaktiv maddələrin zavoddan kənara axmasından sonra 30 km radiusunda olan bütün insanlar oradan evakuasiya edildi. Adamlar evakuasiya barədə çox şeyi oxuyub bilirdi. Tsayt onlayn bunu təsirini alman auditoriyasına çatdırmağın yeni bir üsulunu tapdı. Biz soruşurduq: Almaniyada atom elektrik stansiyasının yaxınlığında nə qədər adam yaşayır? Bəs 30 km radiusunda nə qədər adam yaşayır? Xəritə Almaniyada buna bənzər situasiyada neçə nafər insanın köçürüləcəyini göstərir. Nəticə: Bir xeyli işlədikdən sonra bu xəritə sosial media sferasında geniş yayıldı. Data jurnalistika layihələri başqa dillərə asanlıqla uyğunlaşdırıla bilir. Biz ABŞ-da atom elektrik stansiyalarının yaxınlığı barədə ingilis dili versiyasını yaratdıq və bu böyül motor rolunu oynadı. Xəbər təşkilatları istəyirlər ki öz oxucuları arasında daha yaxından tanınsınlar və inanılsınlar. Biz görürük ki, data jurnalistika layihələri oxucularımıza xam məlumatlara yanaşma və onlardan yenidən istifadə edə bilmək imkanı verəndə bizə daha çox inanırlar.

İki ildir ki, R&D departamenti və Tsayt Onlaynın baş redaktoru Vofqanq Blau data jurnalistikanı hekayələr quraşdırmağın ən mühüm yolu kimi müdafiə edirlər.Aşkarlığın inamın və istifadəçinin birləşməsi bizim fəlsəfəmizin mühüm hissəsidir. Ona görə də data jurnalistika bizim indiki və gələcək işimizin ayrılmaz bir hissəsidir. Məlumatın əyaniləşdirilməsi bizim hekayəmizin qavranılmasına yeni dəyər verir və redaksiya heyətinin öz fikirlərini ifadə etmələrinin cazibədar bir yoludur.

Məsələn, 2-11-ci ilin 9 noyabrında Deutsche Bank kasset bombası istehsalçılarını maliyyələşdirməyi dayandırmağa razı sala bildi. Lakin mənfəət güdməyən QHT Facing Finance –ın apardığı araşdırmaya görəhəmin bank kasset silahların iştirakçılarına hətta söz verdikdən sonra da borc verməyi davam etdirirdilər. Bizim məlumatlara əsaslanan əyaniləşdirməmiz oxucularımıza müxtəlif pul axınlarını da göstərir. Deutsche Bank şirkətinin müxtəlif bölmələri yuxarıda, kasset silahların istehsalı ilə əlaqəsi olan şirkətlər isə aşağıda yerləşdirilmişdir. Bu arada fərdi kreditlər vaxt axarında göstərilir. Dairələrin üzərində fırlananlar isə hər bir əməliyyatın detallarını göstərir. Əlbəttə, bu hekayə yazılı bir məqalə kimi göstərilə bilərdi. Lakin əyaniləşdirmə bizim oxucularımıza daha intuitive bir şəkildə maliyyə asılılıqlarını araşdırmalarına və başa düşmələrinə imkan verir.

figs/incoming/02-03-DD.png
Şəkil 19. Bomba biznesi (Tsayt Online)

Başqa bir misalı götürək.: Alman Federal Statistika idarəsi 2060-cı illərə qədər modelləşdirməni və bütün demoqrafik ssenariləri də daxil olunmaqla Almaniya üçün həyati əhəmiyyət daşıyan bir məlumat şəbəkəsini nəşr etdi. Bunu təqdim etməyin ən tipik üsulu Federal Statistika idarəsinin forması olan əhali piramidasıdır.

Biz elm departamentindən olan həmkarlarımızla çalışdıq ki, oxucularımıza cəmiyyətimizin gələcəyi haqqında demoqrafik məlumatları daha yaxşı öyrənməyə və araşdırmağa imkan verək. Öz əyaniləşdirməmizlə biz 1950-2060 cı illər arasında statistic cəhətdən müxtəlif yaşda olan 40 nəfərlik bir qrupu təmsil edirik. Onlar 8 müxtəlif qrupa bölünmüşlər. O Alman cəmiyətinin müxtəlif dövrlərə aid olan qrup fotosuna oxşayır. Ənənəvi əhali piramidası şəklində əyaniləşdirilən eyni məlumat vəziyyət haqqında çox mücərrəd hisslər oyadır, lakin uşaqların, gənclərin və böyüklərin birlikdə çəkdirdiyi bir foto şəklində daha asan qavranılır. Sadəcə bir Play düyməsini basmaqla 11 dekada boyunca səyahətə çıxa bilərsiniz. Siz qrup fotosuna daxil olmaqla döqum tarixinizi daxil etməklə özünüz qrupun bir üzvünə çevrilə bilərsiniz və bunula onilliklər boyunca öz demoqrafik səyahətinizi edər və həyat gözləntilərinizi görə bilərsiniz.

Saşa Venor, Tsayt Online

figs/incoming/02-03-CC.png
Şəkil 20. Demoqrafik məlumatların əyaniləşdirilməsi (Tsayt Online)
ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI