ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

3 sadə addımda məlumat savadına yiyələnmək

figs/incoming/05-MM.jpg
Şəkil 68. Məlumatı araşdırmaq (JDHancock)

Savadınızı artırmaq və “bilik almaq üçün oxumaq bacarığına gəlincə bir qədər ümumi tərzdə yazın və çap olunmuş material haqqında bir qədər tənqidi düşünün” məlumat savadlılığı bilik almaq üçün məlumatın istehlakı, ümumi tərzdə yazmaq özü məlumata tənqidi yanaşmaq qabiliyyətidir. Məlumatlılıq savadına statistik savad və böyük məlumat şəbəkələrində necə işləmək, onların necə yarandığını öyrənmək, müxtəlif məlumat şəbəkələrini necə birləşdirmək və onları necə şərh etməyi dərk etmək daxildir.
Poynter Xəbər Universiteti Jurnalistlr üçün Riyaziyyat dərsləri təklif edir. Həmin dərslərdə müxbirlər dəyişikliklərin faizini və orta rəqəmin çıxarılmasını öyrənirlər. Kifayət qədər maraqlıdır ki, bu məfhumlar Florida məktəblərində Poynter ofislərində 5-ci sinif şagirdlərinə (10-11 yaş) kurrikulum fənnləri ilə eyni vaxtda öyrədilir.
Jurnalistlərin orta məkdəblərdəki riyazi mövzularda köməyə ehtiyac duyduqlarına görə biz deyə bilərik ki, xəbər bölmələri məlumat savadından nə qədər uzaqdırlar. Bunlar problemsiz ötüşmür. İnam intervalının nə olduğunu bilməsə bir data jurnalist iqlim dəyişikliklərini göstərmək üçün bir dəstə rəqəmdən necə istifadə edə bilər? Əgər bir data müxbir az olanla orta səviyyədə olmanı izah edə bilməsə o gəlirlərin bölüşdürülməsi haqqında necə hekayə yaza bilər?
Məlumatla işlərkən bir müxbirə statistika sahəsində dərəcə lazım deyil. Rəqəmlərlə üzləşərkən bir necə sadə fənd ona daha yaxşı hekayə quraşdırmağa kömək edə bilər. Maks Plank universitetinin professoru Gerd Gigerenzer deyir ki, ən yaxşı alətlər belə düzgün istifadə olunmadıqda daha yaxşı hekayələrə gətirib çıxarmayacaq.
Hətta riyaziyyata və statistikaya dair biliyiniz olmasa belə, cəmi 3 sadə suala cavab verməklə kifayət qədər güclü data jurnalist ola bilərsiniz.

1.Məlumat necə toplanmışdır?

ÜDM-in heyranedici böyüməsi

Möhtəşəm bir məlumatı göstərməyin ən asan yolu onu uydurmaqdır. Açıq aşkar görünür ki, ÜDM-ə aid ümumi şərhlərdə rəqəmlər saxta ola bilər. Keçmiş Britaniya səfiri Qreyq Murey özünün “Səmərqənddə qətl” kitabında yazır ki, Özbəkistanda inkişaf dərəcələri hmişə yerli hökumətlə beynəlxalq qurumlar arasında müzakirə mövzusu olmuşdur. Başqa sözlə, onun yerli iqtisadiyyatla heç bir əlaqəsi yoxdur. ÜDM-dən 1 nömrəli göstərici kimi istifadə olunur, çünki, Hökumətlər öz gəlirlərinin əsas mənbəyini ƏDV-ni izləməkdə maraqlıdırlar. Hökumət ƏDV ilə maliyyələşməyəndə və yaxud öz büdcəsini ictimaiyyətə bildirməyəndə, o zaman o ÜDM məlumatlarını toplamaqda maraqlı olmur onu uydurur.

Cinarətkarlıq həmişə artır

“İspaniyada cinayətkarlıq 3% artmışdır” El Pais qəzeti yazır: Brüssel qeyri qanuni birləşmələr və narkomanların cinayətkarlığı üçün bir qənimətdir. RTL deyir. Bu cür hesabat polisin topladığı statistikaya əsaslanır, lakin zorakılıq halları haqqında bizə çox az şey deyir.
Biz inana bilərik ki, Avropa İttifaqı daxilində məlumatlar təhrif olunmur. Lakin polislər hər cür təşviqlərə cavab verirlər. Məsələn icra rəsmiləşdiriləndə polislər elə hesabat hazırlayırlar ki, təhqiqata ehtiyac qalmır. Belə cinayətlərdən biri marixuana çəkilməsidir. Bu onu izah edir ki, nə üçün Fransada narkotiklə bağlı cinayətlər son 15 il ərzində artmış, lakin istehlak sabit olaraq qalmışdır.

Siz nə edə bilərsiniz?

Əgər rəqəmlərin inandırıcı olmasına şübhəniz varsa, lap elə bir siyasi xadimin sitatını yoxladığınız kimi iki dəfə yoxlayın. Özbəkistanın timsalında orada bir meddət yaşayan bir kəsə telefon zəngi bunun üçün kifayət edər. (İndiki rəsmi rəqəmlərə görə ölkə 1995-ci ildəkinə nisbətən 3 dəfə daha zəngindir, bu hiss olunurmu?).
Polis məlumatına görə, sosioloqlar qurban vermə elmlərini öyrənirlər və insanlardan cinayətlə əlaqələrinin olub – olmamasını soruşurlar. Bu elmlər polis məlumatlarından daha az uçucudur. Bəlkə elə buna görə onlar sərlövhə yazmırlar.
Başqa yoxlamalar məlumatın nə dərəcədə inandırıcı olmasını qiymətləndirməyə imkan verir, məsələn, Benford qanunu, lakin bu zaman heç kəs sizin tənqidi düşüncənizi əvəz etməyəcəkdir.

2. Orada öyrənməyə nə var?

Gecə işləyərkən çoxsaylı skleroz riski

Əlbəttə, hər bir alman bu sərlövhəni oxuduqdan sonra gecə növbəsində işləməyi dayandıracaq. Ancaq bu məqalə axırda hansı risklə qarşılaşacağımızı demir.
Min nəfər almanı götürək. Tək bir alman özündə bütün ömrü boyu MS inkişaf etdirəcək. Ancaq bu 1000 almandan hər biri gecə növbəsində işləsəydi, MS-dən əziyyət çəkən insanların sayı 2 dəfə artardı. Növbəli işdə çalışan işçilərin özündə MS inkişaf etdirmək riski 1000-də 1 dir, 100% deyil. Müəyyən bir işə gürərkən bu məlumat çox faydalıdır.

Orta hesabla hər 15 avropalıdan biri tamamilə savadsızdır

Yuxarıdakı sərlövhə qorxuducu görünür. Bu həm də tamamilə doğrudur. 500 milyon avropalıdan 36 milyonu ola bilsin ki, oxumağı bacarmır. Bundan başqa, 36 milyon həm də 7 yaşa qədər uşaqlardır. (məlumat Eurostat-dan götürülmüşdür.)
Nə barədə isə orta hesabla yazanda həmişə “nəyin orta hesabı” haqqında yazdığınızı düşünün. Nəzərdə tutduğunuz əhali yekcinsdirmi? Nümunələrin qeyri bərabər paylanması izah edir ki, məsələn, nə üçün əksər adamlar orta sayda adamlardan daha yaxşı maşın sürürlər? Əksər adamlar bütün ömür boyu ya heç, ya da cəmi bircə dəfə qəzq törətmişlər. Az sayda tələsik sürücülər vardır ki, onlar böyük əksəriyyət təşkil edən sürücülərdən daha çox qəza törədirlər. Eyni şeyi gəlirlərin çölüşdürülməsi haqqında da demək olar. əksər adamlar əhalinin orta glirindən az qazanırlar.

Siz nə edə bilərsiniz?

Həmişə paylanma və baza dərəcəsini yadda saxlayın. Ən az olanı və ortanı eyni zamanda rejimi yoxlamaq (paylanışda ən tez-tez rast gəlinən dəyər) məlumatı daha yaxşı qavramağa kömək edir. Ölçünün nə dərəcədə böyük olduğunu bilmək yuxarıda MS nümunəsində oluğu kimi, kontextuallaşmanı asanlaşdırır. Nəhayət təbii tezlikdə (100-də 1) hesabat hazırlamaq oxucular üçün 1 faizdən istifadə etdiklərinə görə daha asandır.

3. İnformasiya nə qədər etibarlıdır?

Nümunə ölçüsü problemi

Zaraqozada Diarro de Navarrodakı aparılmış sorğunun nəticələrinə görə “80 % məhkəmə sistemindən narazıdır.” 800 respondentdən alnnan cavabın nəticələri 46 milyon ispan üçün necə tətbiq oluna bilər? Əlbəttə bu bir qədər tələsik deyilmişdir.
Böyük sayda əhalini tədqiq edərkən (bir neçə mindən yuxarı) təxminən 3%-lik səhvlə müəyyən marja əldə etmək üçün çətin ki sizə mindən yuxarı respondent lazım olsun. Bu o deməkdir ki, əgər siz bir sorğunu tamamilə başqa bir nümunə üzərində təkrar keçirməli olsanız, sizin aldığınız cavablar birinci dəfə əldə etdiyiniz nəticələrdən 10-da 9-u təxminən 3% intervalında olacaq. Statistika çox güclü şeydir, və nümunə ölçüləri nadir hallarda belə sorğularda aldadıcı olur.

Çay içmək insult riskini aşağı salır

Çay içmənin faydaları haqqında məqalələr geniş yayılmışdır. Die Welt qəzetində gedən bu kiçik yazıya görə, çayın miokard infarktı riskini azaltması da deyilir. Baxmayaraq ki, çayın təsirləri bəzi tədqiqatçılar tərəfindən öyrənilib, tədqiqatların çoxu bu zaman pəhriz, məşğuliyyət və idman kimi həyat tərzi amillərini nəzərə almırlar .
Əksər ölkələrdə çay sağlamlığına biganə olmayan yuxarı siniflər üçün bir içgidir. Əgər tədqiqatçılar çayı tədqiq edərkən həyat tərzi faktorlarını nəzərə almasalar Onlar bizə “zəngin adamlar ona görə sağlamdırlar ki, çay içirlər” –dən başqa bir şey demirlər.

Siz nə edə bilərsiniz?

Çay tədqiqatlarında müxtəlif nisbətlər və marjalar arxasındakı hesablamalar əlbəttə, doğrudur ən azı əksər hallarda. Lakin əgət tədqiqatçılar nisbətə fikir vermirlərsə, (çay ismə müəyyən qədər idmanla əlaqədardır) onların nəicələrinin dəyəri azdır.
Bir jurnalist kimi, tədqiqatın rəqəmsal nəticələrinə məsələn nümunənin ölçüsünə az təsir edir və burada da ciddi şübhələr vardır. Ancaq, hər halda tədqiqatçının müvafiq məlumatı nəzərə almaqda uğursuzluğunu görmək asan olur.

Nikolas Kayser-Bril, Jurnalistika++

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI