ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

32 Funtluq Çörək Kömbəsi

figs/incoming/05-AA.png
Şəkil 70. Uels vergi ödəyicilərinə 32 funt sterlinqə başa gələn qlutensiz çörəyin resepti (Uels Onlayn)

Bazar günü Uels hökumətinin yapışqansız məhsulların reseptlərinə nə qədər pul xərclədiyi haqqında bir hekayə çıxdı və bu hekayənin sərlövhəsində belə bir rəqəm göstərilirdi ki, bir kömbə çörək üçün 32 funt sterling pul xərclənir. Əslində bu cəmi 11 kömbə çörək idi ki, hər biri 2.82 funt sterilngə başa gəlmişdı.
Uels Assembleyasının yazılı cavabındakı rəqəmlər və Uels Milli Statistikasının bir nəşrində resepti olan hər bir malın dəyəri göstərilirdi. Ancaq onlar məlumat lüğətində heç bir əlavə məlumat vermirdilər. Yəni, resepti olan hər bir malın hansı miqdarda neçəyə başa gəlməsi haqqında xüsusi sütun yox idi.
Ehtimal budur ki, o tək bir mala, yəni bir kömbə çörəyə aid idi, əslində isə bir neçə çörəyin qiyməti göstərilirdi. Bu barədə soruşulanda heç bir kəs, yaxud bir mətbuat ofisi bu barədə yazılı cavab vermədi. Yalnız bazar ertəsi hekayə dərc olunduqdan sonra çörəyin miqdarı haqqında məsələ qaldırdılar.
Beləliklə, güman etməyin ki, dövlətdə olan qeydlər sizə hansı informasiyanın verildiyini izah edəcək, və yaxud həmin məlumat üçün məsuliyyət daşıyan şəxslər siz onlaraa öz gümanınızda yanıldığınızı deyəndə dərk edəcəklər ki, məlumat aydın deyil.
Ümummiyyətlə qəzetlər bir şeyin öz izahına zidd olduğunu bilənə qədər yaxşı sərlövhəyə malik xabərləri çox istəyirlər. Həmişə hekayənin axırının nə ilə bitəcəyini nəzərə almadan yaxşı sərlövhəyə malik xəbərlər dalınca getmək bir qədər asan görünür.
Lakin jurnalistlərin hətta hekayənin dəyərini aşağı salacağı halda belə, gülməli ittihamları yoxlamaq məsuliyyəti də vardır.

Kleer Miller, Uels Online

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI