ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Məlumat hekayələri

Bəzən data jurnalistika belə təəssürat yaradır ki, o əsasən məlumatın təqdimatıdır. əyaniləşdirmə məlumatın daha tez və asan başa düşülməsini güclü şəkildə asanlaşdırır, interaktiv araşdırıcı məlumat bazaları ayrı ayrı şəxslərə imkan verir ki, özlərinə aid olan bir çox məlumatları rahat şəkildə əldə edə bilsinlər. Bu çox dəyərlidir, lakin jurnalistikanın başqa formaları kimi data jurnalistika da hekayələrdən bəhs etməlidir. Onda məlumatın içərisində nə cür hekayələr tapa bilərsiniz? Mənim BBC-dəki təcrübələrimə əsasən, mən məlumat hekayələrin müxtəlif növlərinin tipologiyasını yaratmışam. Mənə elə gəlir ki, bu aşağıdakı siyahını yadda sazlamağa kömək edir. Həm də yalnız məlumatı təhlil edərkən yox, həm də ondan əvvəlki mərhələdə yəni məlumatın toplanması mərhələsində (istərsə məlumatı ictimai şəkildə, istərsə də məlumat üçün tələbləri toplarkən) Ölçü. Ən sadə hekayə,- bir şeyi sayarkən və yaxud cəmləyərkən. Ölkədə mövcud olan yerli şuralar keçən il kağız kliplərə x milyard funt xərcləmişlər. Lakin bu çox vaxt bunu çoxmu yoxsa azmı olduğunu müəyyən etmək çətin olur. Bunun üçün sizə kontekst lazımdır-həmin konteksti aşağıdakılar təmin edə bilər:

1. Nisbət

Keçən il yerli şuralar büdcədə nəzərdə tutulmuş dəftərxana xərclərinin üçdə\ ikisini kağız kliplərinə xərcləmişdilər.

Və yaxud,

2.Daxili müqayisə,

3.Yerli şuralar

‘Yerli şuralar ahıl adamların yeməklə təmin olunmasına xərclədiklərindən daha çoz kağız sancaqlarına pul xərcləyirlər.

Və yaxud

4. Xarici müqayisə

‘Keçən il şuranın kağız sancaqlarına xərclədiyi vəsait millətin xaricə yardım büdcəsindən iki dəfə çox olub’.
Və yaxud məlumatı kontekstual və yaxud müqayisə ilə raşdırmağın başqa yolları da vardır:

5. Vaxt axarında dəyişmə

‘Son 4 il ərzində şuranın kağız sancaqlara xəclədiyi vəsait 3 dəfə artıb’

Və yaxud

6. ‘Liqa cədvəlləri’

Onlar çox vaxt coğrafi olur, və yaxud təşkilat tərəfindən yaradılır, siz elə etməlisiniz ki, müqayisənin bazası yaxşı olsun, yəni yerli əhalinin sayı nəzərə alınsın.
“Borsetşir şurası işçilərinin hər bir üzvünə hər hansı bir dövlət qurumundakı işçidən daha çox kağız sancaqından istifadə edir, bu ümummilli səviyyənin 4 misli deməkdir”
Və yaxud siz məlumat mövzularını qruplara bölə bilərsiniz:

7. Kateqoriyalar üzrə təhlil

Purple Party tərəfindən idarə olunan şuralar Yellow Party tərəfindən idarə olunanlara nisbətən 50% çox kağız sancaqlardan istifadə edirlər’
Və yaxud bu faktorları rəqəmlərlə əlaqələndirə bilərsiniz

8. Birlik

‘Dəftərxana malları şirkətlərindən yardım alan siyasətçilərin idarə etdikləri şuralar edilən yardımların hər funtunun 100%-ni kağız sancaqlara xərcləməklə hamıdn çox xərcləyirlər.
Lakin, əlbəttə, həmişə yadda saxlayın ki, qarşılıqlı əlaqə və səbəb eyni şeylər deyil.
Beləliklə, əgər siz kağız sancaqlardan istifadəni tədqiq edirsinizsə, yəqin aşağıdakı rəqəmləri də alırsınız?

  • Müqayisə məlumatına dair konteksti təmin etmək üçün ümumi xərclər?

  • Müqaysə aparmaq üçün sizə lazım olan əlavə məlumat yaxşıdır lap əhalinin sayı kimi?

  • Ə lavə məlumat xərclərin müqayisəli təhlili üçün daha maraqlı əsas yaradardı.

Martin Rosenbaum, BBC

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI