ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Data Jurnalistləri öz seçim alətlərini müzakirə edirlər

Pssss. Bu ümumi bazadan məlumadı açmağınızın səsidir. Bəs indi? Nə axtarırsınız Bir yerdə dayanıb durmaq üçün hansı alətlərdən istifadə edirsiniz Biz data jurnalistlərdən data ilə neçə işlədikləri barəd soruşduq. Onların dedikləri bunlardır.?

Liza Evans, Guardian qəzeti

“Qardian”ın data bloqunda biz həqiqətən öz oxucularımızla birlikdə çalışmağı, onlara bizim data jurnalistikamızı tez bir zamanda köçürmələrinə imkan veririk . Onlar bizim gördüyümüz işləri tezliklə yerinə yetirir, bizdə olmayan şeyləri qaralayırlar. Beləliklə məlumat alətləri nə qədər çox olsa bir o qədər yaxşıdır. Biz çalışırıq elə alətlər seçək ki, hər bir oxucu xüsusi proqramlara yiyələnmədən, təlim keçmədən və qəribə ödənişlər etmədən onlardan istifadə edə bilsinlr.

Hal hazırda bu məqs\d üçün biz Google məhsullarından ciddi istifadə edirik. Səliqəyə salaraq nəşr etdiyimiz bütün məlumat şəbəkələri Google cədvəlləri kimi əlçatardır. Oxucular məlumatı endirə bilir, onu öz hesablarına gətirə bilir, öz diqramlarını qura bilir, məlumatları növlərə ayırır, fırlanan cədvəllər qurur və məlumatları özlərinin seçmiş olduları alətə gətirə bilirlər.
Məlumatı xəritələmək üçün biz Googlun əriyən cədvəllərindən istifadə edirik. Biz əriyən cədvəllərdə, istilik xəritələri yaradanda biz KML formalı faylları paylaşırıq ki oxucular onları öz istilik xəritələrinə endirə və bu zaman əlavə məlumat qatlarını da Databloqun ilkin xəritəsinə qoya bilsinlər. Bu Google alətlərinin başqa əlamətdar xüsusiyyəti bizim oxucuların bloqa daxil olmaları üçün müxtəlif platformalarında istifadə edə bilmələridir. Məsələn onlar bu zaman stolüstü kompüterdən, mobil telefonlarından və planşetlərindən istifadə edə bilmələridir.
Google cədvəllərinə və əriyən cədvəllərindən başqa biz gündəlik işimizdə başqa alətlərdən də istifadə edirik. Birincisi çox ölçülü məlumat şəbəkələrini tablo ilə əyaniləşdiririk. İkinci belə alət məlumatın təhlilində istifadə etdiyimiz ÇoxGözlər-dir. Lakin bu alətlərin heç biri kamil deyil və biz oxucularımızın zövq almaları üçün daim daha əlveriçli alətlər axtarırıq.

Cynthia O’Mörçu, Faynanşel Taymz

Mən heç vaxt kodlaşdırıcı olmayacağam. Ağlım kəsmir. Əlbəttə, mən elə düşünmürəm ki, bütün müxbirlər kodlaşdırmanı bilməlidirlər. Lakin mən belə düşünürəm ki, bu onlar üçün çox faydalı olardı, onlar mümkün olan hər bir şeydən xəbərdar olardılar. Və kodlaşdırıcılarla neçə danışmağı bilərdilər.

Əgər başlayırsınızsa, yavaş yavaş yeriyin, qaçmayın. Siz məlumatlarla işləyən həmkarlarınızı və redaktorları dilə tutmalısınız ki, başqa heç cür ala bilməyəcəyiniz hekayələri qurmaqda özləri işləyərkən sizə kömək etsinlər. Onlar bu cür yanaşmanın xeyrini görəndə siz daha geniş və əhatəli hekayələr və layihələr qura biləcəksiniz.
Mən məsləhət görərdim ki, əvvlcə Excel-dən istifadə edərək sadə hekayələr qurun. Kiçik olandan başlayın və yolunuzu məlumat bazasının təhlilindən və xəritələməkdən salın. Siz Excel-də çox iş görə bilərsiniz, o çox güclü bir alətdir, çox adam onun funksionallıqından heç istifadə etmir. Əgər siz bacarsanız Araşdırıcı Jurnalistlər Mərkəzinin təklif etdiyi kimi jurnalistlər üçün bir Excel kursuna gedin. Məlumatı şərh etməyə gəlincə: onu o qədər də adiləşdirməyin. Vicdanlı olmalısınız. Detallara fikir verin və nəticələri yoxlayın. Məlumatı emal edərkən qeydlər götürün və məlumatın orijinalının surətini saxlayın. Tezliklə səhv etmək olur. Mən cızma qaraya başlayandan 2-3 dəfə təhlil edirəm. Daha yaxşı olardı ki, redaktorunuz və yaxud daha başq bir kəs bunu edəydi və sonra nəticələri müqayisə edəydi.

Skot Klayn, ProPublika

Mürəkkəb proqram təminatını bir müxbir kimi tez yazmaq və tez yerləşdirmək bacarığı, bir müxbirin tez bir zamanda hekayəni qura bilmək bacarığı qədər yeni bir şeydir. Bu əvvəllər çox vaxt aparırdı. İki açıq mənbənin inkişafı ilə işlər dəyişdi: 2000-ci ilin ortalarında Dianqo və Rubi hər ikisi dəyişdi.
Piton proqram dilinin əvvəlində quraşdırılmış Dianqo Kanzas Ştatında Lourensdə Lourense Dünyası jurnalındakı Xəbər sektorunda işləyən komanda və Adrian Holovati tərəfindən inkişaf etdirildi. Rubi on Rails Çikaqoda Deyvid Heynmeyer Hansson və Ven Tətbiqat kompaniyası olan 37 siqnal tərəfindən inkişaf etdirildi.
Bu iki çərçivə “MVC nümunəsi”nə müxtəlif yanaşmalara malik olmaların baxmayaraq, hər ikisi əladır və çox tez bir zamanda ən mürəkkəb proqram təminatı yaradılmasına imkan verir. Onlar proqramın yaradılmasında bəzi əsas işləri kənarlaşdırır. Məlumat bazasından müəyyən şeylərin gətirilməsi və yaradılması və URL-ların proqramın içərisində spesifik kodlaşdırılması dizaynerlərə imkan verir ki, yeni kodlar yaratmadan işi başa çatdırsınlar.
Nə qədər ki, ABŞ-da xəbər proqramları ilə məşğul olan komandalar üçün rəsmi sorğu aparılmayıb, bu əksər komandaların xəbər proqramları üçün bu iki çərçivədən istifadə etmələri kimi başa düşülür. ProPublikada biz Rubi on Rails-dən istifadə edirik.
Amazon veb xidmətləri kimi “kiçik” proqram təminat xidmətləri göstərən sürətli veb serverin inkişafı istifadədə olan zəif sürətli veb yerləşdirmə proqramlarını sıradan çıxardı.
Bundan başqa, biz məlumatlarla işləmək üçün yaxşı standart alətlər işləyib hazırlayırıq. Maykrosoft Exceldən məlumatı təmizləmək üçün, SPSS və R-dan statistika üçün, ArcGİS və QGİS –dən GİS yaratmaq üçün Git-də mənbənin codlaşdırılması üçün, TextMate, Vim və SublimeText-dən kod yazmaq üçün MySQL, PostgreSQL və SQL Server-in qarışığından məlumat bazaları üçün istifadə edirik. Biz özümüzün “Glass”adlı Javascript çərçivəsini qurdu. Indi o bizə Java Scriptdə tez bir zamanda mürəkkəb proqram təminatlarını qurmağa kömək edir.

Çeril Fillips, Seattl Tayms

Bəzən ən yaxşı alət ən sadə alət ola bilir bir cədvəlin gücünü yetərincə qiymətləndirməmək ola bilir. Hər şeyin DOS-da olduğu cədvəldən istifadə mənə hələ Corc W. Buşun əsas sahiblərindən biri olduğu vaxt Texas Rangers-in sahibkarları üçün mürəkkəb tərəfdaşlıq sazişini başa düşməyə imkan verdi. Cədvəl mənə bayraqcıqlarda və ya hesablamalarımdakı səhvlərimdə mənə kömək edə bilər. Mən aydın xətlə təmizləmə yazıları yaza bilərəm. Bu data jurnalistin alətlər qutusunda vacib bir şeydir. Bu o deməkdir ki, mənim alətlərim hətta böyük gücə malikdir. Statistik analizlər və xəritələmə proqramları üçün SPSS mənə nümunələri coğrafi baxımdan görməyə kömək edir.

Greqor Aik, Açıq Bilik Fondu

Mən Pitonun heyranıyam. Piton mənbələrin proqramlaşdırma dilidir. Onu yazmaq və oxumaq çox asandır. (hər sətirdən sonra nöqtəli vergül qoymalı olmursan. )Daha mühüm olanı odur ki, Pitonun möhtəşəm istifadəçi bazası vardır və buna görə də sizə lazım olan hər cür hazır paketləri vardır.

Mən Dianqonu data jurnalistlərinə nadir hallarda lazım olan bir şey hesab edirəm. O Piton kimi böyük məlumat bazası yaratmaq üçün veb tətbiqatı çərçivəsidir. O kiçik interaktiv infoqrafika üçün həddən ziyadə ağırçəkilidir.
Mən həm də geniş səviyyədə GİS – lə təmin edən açıq mənbə alətlər dəstindən QS-dən istifadə etdim. Bu indi və sonralar geoloji məlumatlarla məşğul olan data jurnalistlər üçün zəruridir. Əgər siz geo fəza məlumatlarını bir formatdan başqa birinə çevirmək istəyirsinizsə, bu zaman sizə yalnız QG lazımdır. Bu orada hər bir geoməlumat formatını araşdırmağa imkan verir. (Shapefiles, KML, GeoJSON, …) Əgər bir neçə rayonu ayrılıqda götürmək istəyirsinizsə, QG bunu yerinə yetirə birər. Bundan başqa, QG ətradında böyük bir icma vardır. Burada siz tonlarla resurslar, təlim materialları vardır.
R əsasən elmi əyaniləşdirmə aləti kimi yaradılmışdır. İndi əyaniləşdirmə metodu və yaxud özü-özlüyündə R –nin daxilində qurulmuş bir mürəkkəb üsul tapmaq çətindiR özü bi kainat, əyani məlumat təhlilinin bir Məkkəsidir. Bir çatışmazlıq odur ki, R-nin öz dili olduğuna görə sizə yeni bir proqram dilini öyrənmək lazım gələcək. Lakin bir halda ki, öyrənmə yolunda ilk addımı atmısınız, o zaman R-dən güclü alət yoxdur. Təcrübəli data jurnalistlər R-dən möhtəşəm məlumat şəbəkələrini təhlil etmək üçün istifadə edirlər ki bu zaman Excelin imkanlarını genişləndirirlər.(məsələn, milyon sətirlik cədvəlin olanda).
R-nin bir gözəl xüsusiyyəti vardır ki, bütün proses boyu, CSV faylının oxunuşundan qarfik yaradılmasına qədər məlumata nə etdiyinin dəqiq “protocol)unu saxlaya bilirsən. Əgər məlumatda bir dəyişiklik edilirsə bircə kliklə yeni qrafik yarada bilirsən. Kim ki, həmin qrafikin bütövlüyünü istəyirsə, bu zaman hər bir kəsə ona bənzər bir qrafik yarada bilməsinə(və yaxud sizing etdiyiniz səhvləri göstərə bilər) imkan verən mənbəni göstərə bilərsiniz.
NumPy + MatPlotLib Piton-da eyni şeyi düzəltmək üsuludur. Əgtər Pitonla yaxşı işləmək təcrübəniz olsa bu mümkündür. Əslində NumPy and MatPlotLib Piton paketində olan iki nümunədir. Onlardan məlumatların təhlilində və əyaniləşdirilməsində istifadə oluna bilər lakin statistic əyaniləşdirmə üçün bir qədər zəifdir. Onlardan müxtəlif növ alətlər və xüsusi bilik tələb edən interaktiv diaqramlar qurmaq olmaz Mən Map Box-dan istifadə etmirəm, lakin eşitmişəm ki, Açıq Küçə Xəritələri üzərində daha mürəkkəb xəritələr yaratmaq üçün çox güclü bir alətdir. O, missal üçün, sizə xəritə üslublarını (rəngləri, yarlıqları və s) dəyişməyə imkan verir. Bundan başqa, Vərəqə adlı bir Xəritə Qutusu d vardır. Vərəqə yüksək səviyyəli Java Script kitabxanası olaraq daha yüksək səviyyəli xəritələr yaratmaq üçün istifadə olunur, bu zaman asanlıqla müxtəlif xəritə təchizatçıları ilə (OSM, MapBox, Google Maps, Bing …)əlaqə yaratmaq olur.
RaphaelJS nisbətən aşağı səviyyəli xəritələrin yaradılması üçündür və əsas primitive detallarla (dairələr, xətlər, mətnlər)işləməyə, onları canlandırmağa və interaktivlik əlavə etməyə imkan verir. Orada istifadə üçün hazır qrafiklər yoxdur, hər bir müxtəlif düzbucaqları özün çəkməli olursan.
Hər halda, Rafael-də yaxşı cəhət ondan ibarətdir ki, yaratdığın hər bir şey İnternet Exlorer-də işləyəcək. D3 kimi bir çox valehedici əyaniləşdirmə kitabxanalarında bu yoxdur. İstifadəçilərin bir çoxu hələ də İE-dən istifadə edir və heç bir xəbər bölməsi bunun üçün öz istifadəçilərinin 30%-ni itirmək istəmir.
RaphaelJS-dən başqa İE üçün Flaş fall back yaratmaq variantı da vardır. Bundan əsasən Nyu York Taymz da istifadə olunur. Bu o deməkdir ki, siz hər bir tətbiqatı iki dəfə yaratmalı olacaqsınız.
Mən Internet Explorer və digər müasir brouzerlər üçün əyaniləşdirmə prosesinin “ən yaxşı” olmasına o qədər də inanmıram. Çox vaxtmən görürəm ki, RaphaelJS İE-də hətta Flash-lə işləyən müasir brouzerlərdən daha zəif işləyir. Deməli Flash geriləmə, istəsəniz, bütün istifadəçiləri yüksək keyfiyyətli canlı əyaniləşdirmələrlə təmin etmək işində daha yaxşı variand ola bilər.

Stiv Doig, Wolter Kronkit, Arizona Dövlət Universitetinin Jurnalistika məktəbi

Mənim müraciət etdiyim alət Exceldir. O bütün CAR problemləri üzərində işləyə bilir, asanlıqla öyrənilə bilir, və bütün jurnalistlər üçün əlçatardır. Mən cədvəlləri qovuşdurmaq istəyəndə Accesdən istifadə edirəm. Lakin daha sonrakı mərhələ üçün mən onları Excel-ə göndərirəm. Mən coğrafi təhlillər üçün ESRİ-nin ArcMap-indən istifadə edirəm. O çox güclüdür və daha çox geokodlaşdırılmış məlumatlarla işləyən təşkilatlar tərəfindən istifadə olunur.Text Wrangler mətn məlumatlarını dəyişən maketlərlə və məhdudlaşdırıcılarla yoxlamaq üçün əladır, o müxtəlif axtarışlar edərək mətndə müəyyən ifadələri də dəyişə bilir. Statistik məlumatlarda geriyə baxmaq lazım gələndə mən SPSS-dən istifadə edirəm.onunla kliklər etməklə rahat işləmək olur. Əsil ağırlıq qaldırmaq üçün, məsələn, milyonlarla qeydləri olan məlumat şəbəkələri ilə işlərkən, ciddi filtrə etmək, proqramlaşdırılmış, dəyişən transformasiyalar üçün mən SAS proqram təminatından istifadə edirəm.

Brayen Boyer, Çikago Tribun

Bizim seçdiyimiz alətlərə Piton və Dianqo daxildir. Məlumatı sındırarkən, qazıyarkən və üzərində işlərkən, PpstGis, OGİS-lə və Xəritə Qutusu alətlələri ilə cəsarətli xəritələr yaradarkən onlarla işləyirik. R and NumPy + MatPlotLib hal hazırda vuruşurlar ki, araşdırıcı məlumatların təhlili üçün bizim öz yaratdığımız alət seçimimizdə, CSVKit –dəki üstünlüyü ələ alsınlar. Nə qədər olsa da bizim yaratdığımız hər bir şey buludda yerləşdirilir

Angélika Peralta Ramos, La Nacion (Argentina)

La Nacion-da bizim istifadə etdiklərimiz:

  • Excel –dən məlumatın təmizlənməsində, yerbəyer edilməsində və təhlilində ;

  • Google cədvəllərindən nəşr etmək üçün və Google xidmətlərinə Googıe əriyən cədvəllə, Junar Açıq Məlumat platformasına bağlanmaq üçün.

  • Junar-dan məlumatlarımızı paylaşmaq və öz məqalələrimizdə və bloq postlarımızda yerləşdirmək üçün;

  • Tableau Public –dən interaktiv məlumat əyaniləşdirmələrimiz üçün;

  • Qlikview-dan çox sürətli bir bizines aləti kimi geniş məlumat şəbəkələrini filtrə etmək və təhlil aparmaq üçün;

  • NitroPDF-dən bütün PDF-ləri mətn və Excel fayllarına çevirmək üçün;

  • Google Fusion Tables-dean xəritə əyaniləşdirmələri üçün.

Pedro Markun, Transparência Hacker

He, bir texniki qərəzi olmayan bir yerli icma kimi biz Transparency Hackers-də müxtəlif alətlərdən və proqram dillərindən istifadə edirikş Hər biz üzvün özünün üstünlük verdiyi alətlər dəsti vardır və bu bizim zəif və güclü cəhətlərimizi müəyyən edir. Bizlərdən bəziləri lap ‘Transparency Hacker Linux Distribution’ yaradıblar ki biz onu istədiyimiz yerdə açaraq məlumat bazalarını sındıra bilərik. Bu alətlər dəstində çox maraqlı alətlər vardır, məsələn, Refine, RStudio and OpenOffice Calc kimi, (bəzi fərsətli adamlar onların üstündən keçsələr də, həmin alətlər çevik əməliyyatlar üçün çox faydalıdır.) Bu alətlər məlumatlar üzərində işləmək üçün çox faydalıdır.
Məlumatların əyaniləşdirilməsi və qrafiklər üçün xoşumuza gələn çoxlu alətlər vardır. Pyton və NumRy çox güclüdür. İcmada bir neçə adam R-dən istifadə edə bilir, lakin iş günün sonunda mənə elə gəlir ki, Javascriptin d3 qrafiki, Flot və Rafael JS bütün layihələrin əksəriyyətində istifadə edilir. Nəhayət, biz Xəritələmə və Tilemill-dən istifadə etməkdə davam edirik və bu işləmək üçün çox maraqlı bir alətdir.

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI