Data Jurnalistika – Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda açıq məlumatların yayılmasına yardım etmək məqsədi daşıyan təşəbbüsün bir hissəsidir. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi təşəbbüsü Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə gerçəklşdirib.
Bu səhifədə layihə haqda məlumatla bərabər keçirilən tədbirlər barədə xəbərlər və əyanilşədirmə ilə bağlı məlumatlar, Data Jurnalistika kitabının Azərbaycan dilində tərcüməsi, Açıq Küçə Xəritəsi və nəhayət “Data Jurnalistika” təliminə onlayn qoşulmaq istəyənlər üçün kursun dərsləri yerləşdirilib.

Xəbər Lenti

Mingəçevirdə bölgə jurnalistlər üçün Data Jurnalistika barədə təlimə start verilib

Data Jurnalistika bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir. Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmə artıq reallığa çevrilib. Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi ənənəvi jurnalistika ilə məşğul olan KİV nümayəndələrinin Data Jurnalistika ilə
Xəbərİn ardı

Ali Media Mükafatını Mingəçevirə gətirdik

Martın 14-də Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunan mərasim keçirilib. Mərasimdə Azərbay-can Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət qurumlarının, diplomatik korpusun nümayəndələri, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, media təmsilçiləri iştirak ediblər.
Mərasim Azərbaycan Mətbuat Şura-sının 15 illik fəaliyyəti ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Prezidentin köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib.
Xəbərİn ardı

Regiondakı jurnalistlər üçün Data Jurnalistika təlimi və müsabiqə

Data Jurnalistika bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir. Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmələri artıq reallığa çevrilib. Bəs ənənəvi jurnalistika ilə məşğul olan KİV nümayəndələrinin ehtiyacını nəzərə alaraq, Data Jurnalistika ilə bağlı növbəti təlim və müsabiqə proqramını elan edirik.
Xəbərİn ardı

Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum müzakirə olundu

Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi proqram çərçivəsində konfrans Fevralin 12-də Bakida “Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi
Xəbərİn ardı

Datadan istifadə edərək daha yaxşı hekayələr yaratmaq: Bakıda yeni Data Jurnalistika Kursu başlayır

Datadan istifadə edərək daha yaxşı hekayələr yaratmaq: Bakıda yeni Data Jurnalistika Kursu başlayır- Azərbaycanın online, yayım və mətbuat orqanlarından olan 30 jurnalist Oxfordun Miqrasiya, Siyasət və Cəmiyyətə Yardım Mərkəzinin (COMPAS) mütəxəssiləri Rob McNeil və William Allen tərəfindən idarə edilən Data Vizuallaşdırılması seminarında iştirak etdilər. Seminar Avrasiya Əməkdaşlıq Fondu və Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzi (ICMPD) tərəfindən Azərbaycanda həyata keçirilən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsi tərəfindən təşkil edildi.Bu seminar Birləşmiş Ştatların Bakıdakı səfirliyinin dəstəyi ilə
Xəbərİn ardı

İnfoqrafika yaratmaq üçün 5 faydalı proqram

İnfoqrafika – məlumatların vizualizasiyasıdır. O, məlumatları oxucuya adi mətnlə yox, təsvirlə çatdırır. İnfoqrafika bir qayda olaraq izahedici mətnlərlə müşayiət olunan qrafiklərdən, diaqramlardan və digər təsvirlərdən ibarətdir.Oxucuya xəbəri daha əyani formada çatdırmaq üçün statistik informasiyanı və rəqəmləri əsas mətndən kənara çıxarıb infoqrafika formasında vurğulamaqla xəbəri həm daha oxunaqlı, həm də daha cəlbedici etmək olur.Sosial texnologiyalar istixanası infoqrafika yaratmaq üçün beş ödənişsiz və rahat xidmətin siyahısını hazırlayıb. Yeni Jurnalist saytı sizə həmin materialın tərcüməsini təqdim edir.
Xəbərİn ardı

AÇIQ KÜÇƏ XƏRİTƏSİ

yuxarı