Xəbərlər

İnfoqrafika yaratmaq üçün 5 faydalı proqram

İnfoqrafika – məlumatların vizualizasiyasıdır. O, məlumatları oxucuya adi mətnlə yox, təsvirlə çatdırır. İnfoqrafika bir qayda olaraq izahedici mətnlərlə müşayiət olunan qrafiklərdən, diaqramlardan və digər təsvirlərdən ibarətdir.Oxucuya xəbəri daha əyani formada çatdırmaq üçün statistik informasiyanı və rəqəmləri əsas mətndən kənara çıxarıb infoqrafika formasında vurğulamaqla xəbəri həm daha oxunaqlı, həm də daha cəlbedici etmək olur.Sosial texnologiyalar istixanası infoqrafika yaratmaq üçün beş ödənişsiz və rahat xidmətin siyahısını hazırlayıb. Yeni Jurnalist saytı sizə həmin materialın tərcüməsini təqdim edir.

1) Canva

Canva proqramı sizə infroqrafika üçün çoxsaylı hazır şablonlar təklif edir. Burada qrafik elementlərin geniş inventarı da mövcuddur. Siz bu inventardan yararlanaraq hazır şablonlarda dəyişikliklər edə, öz kompüterinizdən fon üçün təsvirlər əlavə edə bilərsiniz. Proqram bir neçə səhifədən ibarət infroqrafikalar yaratmağa da imkan verir. Proqramın interfeysi intuitivdir. Siz hazır infoqrafikalarınızı PNG və ya PDF fayl formasında endirə bilərsiniz.Canva onlayn xidməti eyni zamanda sizə Pinterest, Twitter, Facebook, Tumblr, Instagram kimi sosial şəbəkələr üçün fərqli posterlər hazırlamağa imkan yaradır. Burada məktublar, CV, təqdimatlar, sertifikatlar, afişalar, menyu və loqotiplər hazırlamaq üçün şablonlar var.Digər tərəfdən, xidmətin təklif etdiyi bəzi şablonlar ödənişlidir. Əsas funksiyalar ödənişsiz olsa da proqramın biznes üçün nəzərdə tutulmuş daha təkmil versiyasına ayda 9,95 dollar ödəniş etmək lazımdır.

2) Venngage

Bu onlayn xidmət Canva proqramına bənzəyir. Onun vasitəsilə infoqrafika ilə yanaşı, posterlər, afişalar, hesabatlar da hazırlamaq olar. Burada xəritələr, diaqramlar və qrafiklər, cədvəllər üçün hazır şablonlar mövcuddur. Bəyəndiyiniz qrafik elementlərdən – şəkillərdən, ikonlardan və loqotiplərdən istifadə etməklə öz infoqrafikanızı da yarada bilərsiniz. Hazır infoqrafikaları PNG və ya PDF formatında endirmək mümkündür.

Bu proqramın da daha təkmil versiyası ödənişlidir. Premium versiyadan istifadə etmək üçün hər ay 15 dollar ödəmək lazımdır

3) Visme

Bu onlayn xidmət beta versiyada olsa da, animasiyalar, maketlər, banner və infoqrafika hazırlamağa imkan yaradır. Burada infoqrafikalar üçün çoxlu ödənişsiz şablonlar mövcuddur. Proqramın ödənişsiz versiyasında əsas funksiyalardan istifadə etmək mümkün olsa da, premium hesab üçün hər ay 7 dollar ödəniş etmək lazımdır.

4) Cacoo

Təsvirlər çəkmək üçün çox sadə və rahat olan bu ödənişsiz onlayn xidmət həm də müxtəlif infoqrafikalar düzəltməyə imkan yaradır. Burada təqdimatlar, diaqramlar, sayt xəritələri, səhifələrin sxemlərini, şəbəkə qrafikləri hazırlamaq olar.Bu xidmətin bir xüsusiyyəti də eyni zamanda bir neçə istifadəçinin eyni qrafik üzərində işləməsinə imkan verməsidir. Cacoo xidmətində hazırlanmış infoqrafikanı PNG formatında öz saytınızda yerləşdirə bilərsiniz. Əgər proqramda orijinal infoqrafikaya dəyişiklik etsəniz, saytınızda görünən versiya da müvafiq olaraq dəyişəcək.

5) Creatly

Mürəkkəb və təfsilatlı infoqrafikalar hazırlamaq istəyən istifadəçilər bu onlayn proqramda çoxsaylı bloklar, qrafik fraqmentlər və funksiyalar tapa bilərlər. Eyni zamanda öz kompüteriniz və ya saytınızdan təsvirlər əlavə edə, şrifti, obyektləri, onların ölçü və rənglərini dəyişə bilərsiniz. İnfoqrafika hazırlamaq üçün redaktor pəncərəsindən işləyəcəksiniz. İnfoqrafikaları PDF formatında kompüterə endirmək olur. Proqramın interfeysi yeddi dildə çalışır. Xidmət ödənişsiz olsa da, ayda 5 dollar qarşılığında ödənişli hesab açmaq mümkündür.

Məlumatları vizuallaşdırmaq üçün 10 sınanmış proqram

Sosial texonologiyalar istixanası məlumatları vizuallaşdırmaq və multimedia layihələri hazırlamaq üçün 10 sınanmış və istifadəsi rahat proqramın siyahısını tərtib edib. Yeni Jurnalist saytı həmin materialın tərcüməsini təqdim edir.

1) ChartBlocks

Bu onlayn xidmət proqramlaşdırma ilə tanış olmayan istifadəçilərə elektron cədvəllər və məlumat bazaları ilə işləmək imkanı yaradır. ChartBlocks bir neçə mənbənin məlumatlarından çıxış edərək bir neçə dəqiqə ərzində qrafiklər və diaqramlar hazırlamaq üçün səmərəli alətdir.

2) Datawrapper

Məlumatları vizuallaşdırmağa imkan yaradan bu xidmət jurnalistlər və redaktorlar üçün nəzərdə tutulub. Müxtəlif formatlarda (Excel, CSV, PDF) məlumat bazası ilə işləmək imkanına sahib olan Datawrapper proqramında hazırladığınız qrafikləri istənilən sayta yerləşdirmək mümkündür.

Proqramda interaktiv qrafiklər hazırlamaq mümkündür. Kursoru hazır qrafikdəki obyektin üstünə gətirərək daha detallı məlumatları göstərmək, zaman şkalası vasitəsilə müxtəlif məlumatları müqayisə etmək olar. Proqram vasitəsilə şriftləri, rəng və ölçüləri öz saytınızın üslubuna uyğun olaraq dəyişdirə bilərsiniz.

3) Plotly

Bu proqram elektron cədvəlin məlumatlarından çıxış edərək bir neçə dəqiqə ərzində qrafiklər yaratmağa imkan verir.

4) RAW

Cədvəllərin verilənləri ilə (Microsoft Excel, Google Docs, Apple Numbers) işləyən bu onlayn xidmət elektron cədvəllərlə vektor qrafikasını birləşdirməyə imkan yaradır. Xüsusən də cədvəldəki ancaq bir məlumat növünü vizuallaşdırmaq lazım olan hallarda bu proqram işə yarayır. Hələ ki JSON və XML formatlarını dəstəkləmir.

5) Visual.ly

Visual.ly proqramı vasitəsilə siz infoqrafikalar, videolar, təqdimatlar, hesabatlar, elektron kitablar və interaktiv mikrosaytlar hazırlaya bilərsiniz

6) Google Charts

İnteraktiv qrafiklər hazırlamaq üçün olduqca faydalı onlayn alət olan Google Charts həm sadə diaqramlar, həm də mürəkkəb iyerarxik xəritələr yaratmağa imkan verir. Şablonlar qalereyasında çoxsaylı hazır şablonlar tapmaq mümkündür. Google Charts həm də Andoid əməliyyat sistemli ağıllı telefonlarda (smartfonlarda) da çalışır. HTML5 və SVG formatını dəstəkləyir.

7) FusionCharts

FusionCharts – istəyinizə uyğun olaraq qrafikləri redaktə etmək, onların xarici görünüşünü, fon rəngini və şriftlərini dəyişmək imkanı verən olduqca çevik onlayn alətdir. Proqramdan istifadə edənlər JSFiddle xidmətinin inventarında yerləşdirilmiş 900-dən çox xəritə və nümunələrlə işləmək imkanına sahibdirlər.

8) Polymaps

Bu xidmət bir neçə verilənlər çoxluğunu sürətli şəkildə vizuallaşdırmaq, eləcə də OpenStreetMap, CloudMade, Bing
və digər kartoqrafik xidmətlərin üzərində vizual təsvirlər hazırlamaq imkanı verir. Polymaps küçələr səviyyəsindən ölkə səviyyəsinə qədər geniş miqyasda verilənlər bazası ilə işləyə bilir. Xidmət SVG formatını dəstəkləyir və istifadəçi
CSS imkanlarından yararlanaraq öz məhsuluna istədiyi dizaynı verə bilər.

9) Chartist.js

Bu xidmət çevik və idarə edilməsi asan bir xidmət olub JavaScript və CSS istifadə edənlər üçün münasib qrafiklər inventarıdır.

10) Leaflet