Bu kitab nə barədədir

Bu kitab nə barədədir (Yaxud, nə barədə deyil)

Bu kitab Məlumat Jurnalistikası ilə maraqlanan və bu sahədə çalışan hər bir kəs üçün faydalı bir mənbə olmaq məqsədi daşıyır. Bu kitabın yazılmasında bir çoxları öz töhfələrini vermişlər və redaksiyamız çalışmışdır ki, onların baxışları və fikirləri burada öz əksini tapsın. Biz ümid edirik ki, bu kitab Məlumat Jurnalistikasının nə olduğu, onun nə üçün əhəmiyyətli olduğu və necə həyata keçirilməsi barədə zəngin bir kitab olacaq.
Təəssüf ki, bu kitabı oxumaq sizi mükəmməl bir məlumat jurnalisti olmaq üçün lazım olan bütün bilik və bacarıqlarla təmin etməyəcək. Yüzlərlə müxtəlif mövzuda suallara cavab vermək üçün yüzlərlə eksperti olan nəhəng bir kitabxana lazım olardı. Xoşbəxtlikdən belə bir kitabxana mövcuddur və bu kitabxana internetdir. Biz ümid edirik ki, bu kitab sizə işə necə başlamağa, irəli gedə bilmək üçün nəyə baxmaq lazım olduğuna kömək edəcəkdir. Misallar və təlimatlar yorucu olmaqdan daha çox illustrasiyalarla zəngindir.
Biz bu qədər çox vaxtımız, enerjimiz və səbrimiz olduğuna və bu vaxtdan çox səmərəli istifadə etdiyimizə görə özümüzü çox xoşbəxt sayırıq. Biz ümid edirik ki, bu kitab müraciət edilməli bir faydalı mənbə olmaqla yanaşı, meydana gəlməkdə olan hərəkatın həyəcanı, görüntüsü və enerjisini sənədləşdirir. Bu kitab səhnələrin, hekayələrin arxasında nəyin baş verdiyini göstərməyə cəhd edir.
Data Jurnalistika dərsliyi inkişafda olan bir əsərdir. Əgər siz görsəniz ki, hansısa bir yerdə düzəlişə ehtiyac vardır və yaxud nə isə çatışmır, kitabın növbəti nəşrinə əlavə olunması üçün işarəliyin. Biz çox ciddi şəkildə sizi həmin əlavəni oxumağa, maraqlı olacağını düşündüyünüz hər bir kəslə bölüşməyə çağırırıq.
Bu da Creative Commons Attribution-ShareAlike (Yaradıcı Ümumilərin Əlavəsi-Bölüşmək üçün) lisenziyası əsasında sərbəst şəkildə istifadə edilə bilər. Biz sizə bu kitabı oxumaqda maraqlı hesab etdiyiniz şəxslərlə bölüşməyi məsləhət görürük.

Conatan Qrey(@jwyg)
Liliyana Buneqru(@bb_liliana)
Lusi Chambers (@lucyfedia)
Mart 2012

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *