Data jurnalistika (Məlumat Jurnalistikası) nədir?

Data jurnalistika (Məlumat Jurnalistikası) nədir?

figs/incoming/01-01.png
Şəkil 3.Parlament üzvlərinə çəkilən xərcləri dahqiq edin (The Guardian)

Data jurnalistika nədir? Mən buna sadə bir cavab verərdim.: Bu məlumat üzərində həyata keçirilən bir jurnalistikadır. Lakin bu hər şeyi demir.
Həm “məlumat”, həm də “Jurnalistika” bir qədər mürəkkəb sözlərdir. Bəzi adamlar elə bilir ki, məlumat çox vaxt cədvəllər üzərinə salınmış rəqəmlər toplusudur. 20 il bundan əvvəl jurnalistlərin istifadə edə biləcəyi yeganə məlumat növü idi. Lakin, indi biz rəqəmsal bir dünyada, elə bir dünyada ki, hər bir şeyin, demək olar ki hər bir şeyin rəqəmlərlə təsvir oluna biləcəyi bir dünyada yaşayırıq.
Sizin karyera tarixiniz 300 000 məxfi sənəddən ibarətdir. Kim bilər ki, sizin dostlarınız arasında kimlər cəmi iki rəqəmlə-sıfır və bir rəqəmi ilə təsvir olunub? Bütün foto şəkillər, video və audio materiallar eyni iki rəqəmlə-sıfır və bir rəqəmi ilə təsvir olunmuşdur. Qətllər, xəstəliklər, siyasi seçkilər, korrupsiya və yalanlar : hamısı sıfır və birlərdən ibarətdir.
Data jurnalistikanı digər jurnalistika növlərindən nə fərqləndirir? Əlbəttə, bu xəbərlərə ənənəvi baxış zamanı yeni imkanlar, hekayə quruculuğu üçün daha geniş miqyasda əldə olan rəqəmsal informasiyalara söykənən yeni qabiliyyətlərdir.
Bu imkanlar jurnalistika prosesinin hər hansı bir mərhələsində qarşıya çıxa bilər. Yerli hökumətdən, polisdən və digər mülki mənbələrdən informasiyanın toplanması və birləşdirilməsi prosesinin proqramlaşdırılması və avtomatlaşdırılması zamanı istifadə oluna bilər. Adrian Holovati bunları ChicagoCrime və EveryBlock vasitəsilə hələ onda etmişdi.

Və yaxud da, yüzlərlə, minlərlə sənəd arasındakı əlaqələri tapmaq üçün Teleqraf qəzetinin Parlament üzvlərinə çəkilən xərcləri barədə yazıda etdiyi kimi etmək olar.
Data jurnalistika jurnalistə infoqrafikadan istifadə etməklə daha mürəkkəb hekayələr qurmağa kömək edə bilər. Məsələn, Hans Roslinqin Gapimnder-lə dünya yoxsulluğunun ifadəsini əyaniləşdirməklə bağlı işində bütün dünyadan milyonlarla rəyi cəlb edə bilmişdi. David Mak Kendlsin böyük rəqəmlərin distillə olunması İctimai xərcləri və yaxud İslandiya vulkanının vurduğu zərəri kontekstə salaraq Information is Beautiful (informasiya gözəldir) – də gözəl tərtibatın əhəmiyyətini qeyd etmişdir.
Və yaxud, o bir hekayənin bir fərdlə necə əlaqəsi olduğunu göstərməyə kömək edir.Lap elə BBC və Faynenşl Taymz-ın yeri gəldikcə büdcəyə müraciət etmələri büdcənin bizlərə olan təsirini ‘Joe Public’-dən daha yaxşı çatdırır və bu özlüyündə yeni bir xəbər toplama prosesinə başlanğıc verir. Guardian qəzeti məlumatın, kontekstin və sualların paylaşımını məhz bu cür öz məlumat bloklarından istifadə edərək yerinə yetirir.
Məlumat data jurnalistika üçün hekayənin qurulması üçün alət və yaxud mənbə və yaxud hər ikisindən ola bilər. Hər hansı bir mənbə kimi ona da bir qədər skeptic, yəni dəqiqliklə yanaşmaq lazımdır, həm də hər hansı bir alət kimi yaradılan hekayənin hansı formaya salınacağına və onu necə məhdudlaşdıracağına şüurlu yanaşmaq lazımdır.

— Pol Bredşou, Birmingem Şəhər Universiteti

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *