Nə üçün Jurnalistlər məlumatlardan istifadə etməlidirlər?

Nə üçün Jurnalistlər məlumatlardan istifadə etməlidirlər?

Jurnalistika mühasirədədir. Keçmişdə biz bir sənaye olaraq ötən gecə ərzində baş verənləri şişirdib yaymaqla məşğul olan texnologiyanı idarə edən yeganə kəslər idik. Çap mətbuatı bir giriş qapısı rolunu oynayırdı. Əgər bir kimsə bir şəhərin və yaxud regionun insanlarına yetişmək istəyirdisə, qəzetlərə üz tutardı… Bu qədər.

Bu gün müxtəlif xəbərlər hadisə baş verən kimi müxtəlif mənbələrdən, göz şahidlərindən, bloqlardan, geniş sosial şəbəkələrdən əhəmiyyətinə görə dərəcələnmiş və şərh olunmuş şəkildə axıb gəlir. Bəzən də bu xəbərlərdən imtina edilir.

Buna görə də data jurnalistikası bu qədər əhəmiyyətlidir. Toplama, saf çürük etmə, gözün görə biləcəyi şeylərin əyaniləşdirilməsinin getdikcə artan dəyəri vardır. Səhərlər içdiyin portağal şirəsi, içdiyin kofe — bütün bunlarla bu günkü qlobal iqtisadiyyat, başqa insanlarla sənin aranda gözəgörünməz əlaqələr vardır. Bu şəbəkənin dili datadır, məlumatdır. Məlumatın bəzi kiçik cəhətləri çox vaxt sadə baxanda münasib görünmür, lakin ona düzgün bucaqdan baxanda çox böyük əhəmiyyət daşıyır.

Hazırda fəaliyyətə təzə başlayan bir neçə jurnalist artıq göstərir ki, ətrafımızda baş verən hadisələrə daha dərin baxışı təmin etmək üçün məlumatlardan necə istifadə etmək lazımdır və bunun bizə təsiri necə ola bilər.

Məlumatın təhlili “bir hekayənin” janrını təyin edə bilir (Sara Kohen) və bizi “yeni bir kamera” ilə təmin edir (Deyvid Mc Kandles). Məlumatlardan istifadə edərkən jurnalist onu kiminsə verdiyi xəbər səviyyəsindən müəyyən inkişafın əslində nə demək olduğu səviyyəyə qaldırır. Mövzular çoxsaylı və geniş ola bilər. Növbəti maliyyə böhranı isə onun yaradılmasındadır. Bu bizim istifadə etdiyimiz məhsullardan kənarda olan bir iqtisadiyyatdır. Fondlardan səhv istifadə olunması və yaxud məcburi məlumatların əyaniləşdirilməsində təqdim olunan siyasi səhvlər mübahisəyə yer qoymur.

Buna görə də jurnalistlər məlumatlara bir imkan kimi yanaşmalıdırlar. Onlar, məsələn, insanların yaşına, cinsinə, təhsilinə görə işsizliyinə təsir edən mücərrəd təhlükəni açıb göstərə bilərlər. Məlumatlardan istifadə olunması mücərrəd olan bir şeyi hər bir kəsin başa düşə biləcəyi bir formaya salır.

Onlar insanlara, məsələn, maşın, ev almaqda, həyatda peşə yolu seçməkdə, borca düşməmək üçün dəqiq yoxlamalar aparmağa qərar verməkdə kömək etmək üçün fərdiləşdirilmiş kalkulyatorlar yarada bilərlər.

Onlar qiyam və yaxud siyasi debatlar kimi mürəkkəb situasiyaların dinamikasını təhlil edə, səhvləri göstərə və hər bir kəsə mürəkkəb problemlərin mümkün həllini görməyə kömək edə bilərlər.

Araşdırmalarda, aydınlaşdırmalarda, məlumatların əyaniləşdirilməsində biliklərə yiyələnmək informasiya toplamaq peşəsi üçün də keçicidir. Bu biliklərə yiyələnən jurnalistlər görəcəklər ki, məqalələrin faktlara, anlayışlara əsaslanaraq yazılması onların işini asanlaşdırır. Daha az ehtimal etmək, daha az sitat axtarmaq əvəzinə jurnalist məlumatlara söykənən güclü bir mövqe yaradar və bu, jurnalistikanın roluna böyük təsir göstərə bilər.

Əlavə olaraq deməliyik ki, data jurnalistikaya daxil olmaq gələcək perspektivlər təklif edir. Bu gün xəbər bölmələrinin ixtisar edildiyi bir vaxtda əksər jurnalistlər ictimai əlaqələrə uyğunlaşmağa ümid edirlər. Data jurnalistlər və ya data alimlər bir işçi qrupu kimi indi yalnız mediada deyil, hər yerdə axtarılır. İndi bütün dünyada şirkətlər və təşkilatlar “məna yaradanlar”I — məlumatları üzə çıxararaq onu reallaşdıran professionalları axtarırlar.

Məlumatda bir perspektiv var və bu xəbər bölmələrini həyəcanlandırır, onlar yeni tip müxbirlər axtarırlar. Kifayət qədər məlumatlı sərbəst müxbirlər yeni təkliflərə və sabit ödənişə də yol tapırlar. Daha diqqətlə baxsaq, görərik ki, tez bir zamanda səhifələri, veb səhifələri aşağı dəyərli məlumatlarla doldurmaq üçün çoxlu jurnalist götürməkdənsə, məlumatlardan istifadə interaktiv paketlər üçün tələbat yaradardı və burada bir məsələnin həllinə bir həftə vaxt sərf olunması yeganə çıxış yolu ola bilərdi. Bu, medianın bir çox sahələrində gözəl bir dəyişiklikdir.

Jurnalistlərin bu potensialdan istifadə etmələri üçün heç bir baryer, maneə yoxdur: Bu birinci sualdan məlumatlarla dolu bir mənbəyə qədər necə işləməyi öyrənmək üçün təlimdən ibarətdir.

Məlumatlarla işləmək geniş və naməlum bir ərazidə addımlamaq deməkdir. Çiy məlumatlar gözlər və ağıl üçün bir yükdür. Bu cür məlumatlar çox geniş olur. Onu əyaniləşdirmək üçün bir düzgün formaya salmaq çətin olur. Bunun üçün təcrübəli jurnalistlər lazımdır, onların çaşdırıcı və çox vaxt bezdirici məlumatlar üzərində işləmək təcrübəsi orada olan gizlənmiş əhvalatları “görməyə” imkan verir.

figs/incoming/01-DD.png
Şəkil 4. Avropa Jurnalistika Mərkəzinin təlimlərə olan ehtiyacları öyeənmək üçün sorğusu

Avropa Jurnalistika Mərkəzi jurnalistlərin təlim ehtiyaclarını öyrənmək üçün sorğu keçirmişdir. Aşkar edilmişdir ki, ənənəvi jurnalistikanın komfort zonasından çıxmağa və vaxt sərf edərək yeni bilik və bacarıqlara yiyələnməyə böyük istəkləri vardır. Sorğunun nəticələri göstərmişdir ki, jurnalistlər imkanları görürlər, lakin onlara köhnə iş üsullarından ayrılaraq yeni məlumatlarla işləmələri üçün bir qədər kömək lazımdır. Belə bir inam vardır ki, əgər data jurnalistika daha çox qəbul olunarsa, iş tərzi, alətlər və nəticələr də tezliklə inkişaf edərək yaxşılaşacaqdır. Qardian, Nyu York Times, Texas Tribun və Di Tsayt bu işin pionerləri olaraq, məlumatlara əsaslanan məqalələrin səviyyəsini qaldırmaqda davam edirlər.

Data jurnalistika özünün kiçik, bir ovuc pionerləri ilə qorunub qalacaqmı, yoxsa hər bir xəbər təşkilatının özünə məxsus data jurnalistika komandası olacaq? Biz ümid edirik ki, bu dərs vəsaiti daha çox jurnalistlərə və xəbər bölmələrinə yaranmaqda olan bu sahənin üstünlüklərindən istifadə etməyə kömək edəcəkdir.

— Mirko Lorens, Alman səsi

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *