Data Jurnalistika nə üçün əhəmiyyətlidir?

Data Jurnalistika nə üçün əhəmiyyətlidir?

Biz jurnalistikanın bir neçə aparıcı praktiklərindən və onların tərəfdarlarından data jurnalistikanın nə üçün əhəmiyyətli olduğunu soruşduq. Onların dedikləri budur:

Məlumat axınının süzgəcdən keçirilməsi

İnformasiya az olanda əsas cəhdlərimiz ovlamağa və toplamağa yönəlirdi. İndi isə informasiya bolluğunda onu emal etmək daha vacibdir. Biz iki səviyyədə emal edirik: (1) bitməz –tükənməz informasiya axınına məna və quruluş vermək üçün təhlil etmək; (2) istehlakçının ağlına münasib və vacib olanı təqdim etmək. Elm kimi data jurnalistika da öz metodlarını açıqlayır və cavabla təsdiq olunacaq bir tərzdə təqdim edir.

— Filip Meyer, fəxri professor, Çapel Hilldəki Şimali Karolina Universteti

Nəql etməyə yeni yanaşmalar

Data jurnalistika bir çətir terminidir, fikrimcə, o, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompyuter dəstəkli hesabat vermənin, məlumatın əyaniləşdirilməsinin və xəbər tətbiqinin ən kəskin sahələrindəki hər bir şeyi daxil etmək olar (məlumatdan mənbə kimi istifadə edərək). Vahid məqsəd-jurnalist məqsədidir: Məlumatların təmin olunması və günün vacib məsələlərini oxuyuculara çatdırmaq üçün təhlil olunması.

— Aron Pilhofer, Nyu York Taymz

Noutbuklu Foto Jurnalistika kimi

Data Jurnalistika söz jurnalistikasından yalnız bizim fərqli alətlərdən istifadə etməyimizlə fərqlənir. Biz deyinirik, hesabat veririk və yaşamaq üçün hekayələr qoşuruq. Lap fotojurnalistika kimidir: sadəcə kameranı noutbukla əvəz edirsən.

— Brayen Bouyer, Çikaqo Tribun

Data jurnalistika gələcəyindir

Məlumata əsaslanan jurnalistika gələcəyin işidir. Jurnalistlər məlumatlara bir qədər sağlam düşüncə ilə yanaşmalıdırlar. Əvvəllər onlar məlumatları barlarda insanlarla laqqırtı vurarkən toplayırdılar, indi də hərdən bir bundan istifadə edirlər, lakin indi məlumat üstünə məlumat toplamaqla jurnalistlər özlərini müəyyən alətlərlə təmin edirlər ki, həmin məlumatları təhlil edərək ən mühüm olanı götürsünlər. Onlar bunu perspektiv üçün saxlayaraq, insanlara kömək edirlər ki, insanlar uyğun olanı və ölkədə nə baş verdiyini görsünlər.

— Tim Berners-Lee, ümumdünya veb şəbəkəsinin banisi (WWW)

Rəqəm xırdalamaq söz döyəcləməklə görüşür

Data Jurnalistika statistika texniklərilə söz dəmirçiləri arasındakı boşluğu doldurur. Təcrid olunmuş hissələri yerləşdirməklə və yalnız statistik cəhətdən əhəmiyyətli olmayan, lakin bu günkü mürəkkəb dünyanın ayrılmaz hissəsi olan dağınıqlığa müvafiq təmayülləri müəyyənləşdirir.

— Deyvid Anderton, sərbəst jurnalist

Bacarıqlarınızı müasirləşdirin

Data Jurnalistika araşdırmaçılar üçün rəqəmsal mənbələri vaxtında başa düşmək və əyaniləşdirmək üçün yeni bacarıqlar dəstidir və ənənəvi jurnalistikadakı əsas bilik və bacarıqlar bunun üçün kifayət deyil. Bu ənənəvi jurnalistikanın əvəz olunması deyil, ona bir əlavədir.

Bəzən mənbələr rəqəmsallaşanda jurnalistlər həmin mənbələrə daha yaxın ola bilərlər və olmalıdırlar. İnternet bizim hazırkı idrakımızdan kənar, daha geniş imkanlar açır. Data jurnalistika bizim keçmiş təcrübəmizi bu günkü şəraitə uyğunlaşdırmağın və inkişaf etdirməyin başlanğıcındadır.

Data jurnalistika xəbər xidməti təşkilatları üçün iki əsas məqsədə xidmət edir: unikal hekayələr tapmaq (xəbər şəbəkələrindən kənarda) və qarovul iti funksiyasını yerinə yetirmək. Xüsusilə maliyyə təhlükəsi olan vaxtlarda qəzetlərin nail ola biləcəyi mühüm məqsədlərdir.

Regional qəzet mövqeyindən baxanda data jurnalistika daha həlledici görünür. Belə bir deyim var: “Qapının qarşısındakı böyük plitə uzaq ölkələrin birində baş verən qiyamdan daha mühümdür”. O gözümüzə girir və həyatımıza birbaşa təsir edir. Bununla belə, rəqəmsallaşma indi hər yerdə var. Yerli qəzetlərin bunun birbaşa təsirini qonşuluqda hiss etdiyinə və mənbələr rəqəmsallaşdığına görə hər bir jurnalist əhvalatı necə tapmağı və onu məlumat olmaqdan əyaniləşdirərək hekayəyə çevirməyi bacarmalıdır.

— Cerri Vermanen

İnformasiya asimmetriyasına qarşı müalicə

İnformasiya asimmetriyası –informasiyanın olması, lakin onun bizə gəlib çatdığı sürətlə emal edilə bilməməsi öz həyatlarını necə yaşamaları barədə seçim etməli olan insanların problemidir. Çapdan, audio-visual aləmdən götürülən informasiya vətəndaşların seçimlərinə və fəaliyyətinə təsir edir. Yaxşı data jurnalistika informasiya asimmetriyasına qarşı mübarizədə kömək edir.

— Tom Fries, Bertelsman Fondu

Data əsaslı PR-a cavab

Ölçü alətlərinin varlığı və onların qiymətlərinin düşməsi cəmiyyətin bütün aspektlərində işin icrasının və səmərəliliyinin davamlılığı haqda qərar qəbul edənləri öz siyasətlərinin tərəqqisini, monitor təmayüllərini ölçməyə, miqdarını müəyyən etməyə və imkanları müəyyənləşdirməyə gətirib çıxartdı.

Şirkətlər işi necə yaxşı icra etdiklərini göstərərək, yeni ölçülərlə gəlməkdə davam edirlər. Siyasətçilər işsizliyin sayında azalmalar və ÜDM-da artımların olmasıyla lovğalanmağı sevirlər. Enronda, Uorld.com-da, Madoff-da və ya Solindrada jurnalist fərasətinin olmamasına görə bir çox jurnalistlər rəqəmlər vasitəsilə aydın görməyi bacarmırlar. Rəqəmlər daha çox görüntü dəyərini əks etdirir və hətta rəqəmlər tamamilə uydurma olduqda belə bir ciddiyyət aurası yaradır.

Məlumatın axıcıllığı jurnalistlərə rəqəmlərə daha tənqidi yanaşmaqda kömək edəcək və ümid etmək olar ki, İctimai Əlaqələr bölmələri ilə mübadilə zamanı müəyyən qədər yer qazanmış olacaqlar.

— Nicolas Kayser-Bril, Jurnalist ++

Rəsmi informasiyanın müstəqil şərhinin təmin olunması

2011-ci ildə dağıdıcı zəlzələdən və Fukuşimodakı nüvə zavodlarındakı fəlakətlərdən sonra data jurnalistikanın əhəmiyyəti rəqəmsal jurnalistikada ümumiyyətlə geri qalan Yaponiyada media əhlinə nəhayət ki, çatdı.

Qəza nəticəsində əmələ gələn zərərin miqdarı haqqında hökümətin inandırıcı olmayan məlumatına görə çaş-baş qalmışdıq. Rəsmilər sürətlə ictimaiyyət tərəfindən yayılan xəbərləri (radioaktiv materialların təxmini yayılması) gizlətdiyindən biz onları hətta sızıntı olsa da, açmağa hazır deyildik. Könüllülər öz qurğularından istifadə edərək, radioaktiv məlumatları toplamağa başladılar, lakin biz statistika, interpollaşma, əyaniləşdirmə və s. vasitələrlə silahlanmamışdıq. Jurnalistlərin xam materiallara onların rəsmi şərhindən daha çox ehtiyacı vardır.

— Isao Matsunami, Çuniçi/Tokio Şhimbun

Hədsiz məlumat axını ilə işlərkən

Rəqəmsal inqilabın əmələ gətirdiyi problemlər və imkanlar jurnalistikanı dəyişdirir. XXI əsrin Orta Şərqində samizdatlara nəzarət edərkən də, gecəyarısı xəbərləri emal edərkən də, istehlakçı millət üçün suyun keyfiyyətini göstərməyin ən yaxşı yolunu axtararkən də informasiya bolluğu dövründə həm jurnalistlərin, həm də sadə insanların daha yaxşı alətlərə ehtiyacı vardır. Bolluğun yaratdığı istehlak problemləri ilə apararkən yeni nəşriyyat platformaları hər bir kəsə informasiyanı rəqəmsal alaraq, onu real informasiyaya çevirmək imkanı verir. Müxbirlərin və redaktorların informasiya toplanılmasının və yayılmasının ənənəvi istiqamətləri olduğu bir halda, 2012-ci ilin yaxşılaşdırılmış informasiya mühiti bu gün ilk növbədə xəbər masasında deyil, onlayn təqdimatda özünü göstərir.

Yer kürəsində əslində data və jurnalistika arasında əlaqələr getdikcə güclənir. Böyük data dövründə data jurnalistikanın böyüməkdə olan əhəmiyyəti kontekst, aydınlıq və yəqin ki, ən mühüm olanı, dünyada genişlənməkdə olan rəqəmsal məzmunda həqiqəti tapmaq praktik jurnalistlərin bacarığından asılı olur. Bu o dmək deyildir ki, bu günün birləşmiş media təşkilatları həlledici rol oynamır. Əksinə, informasiya əsrində nəzarət, təhlil, təsdiq və sintez etmək üçün jurnalistlərə get-gedə daha böyük ehtiyac yaranır. Ümumi kontekstdə data jurnalistikanın cəmiyyət üçün daha böyük əhəmiyyəti vardır.

Bu gün böyük məlumat, xüsusilə toxunulmamış məlumat mənasının yaradılması bütün dünyada xəbər bölmələrində, Uoll Stritdə və yaxud Silikon Vadisində harada çalışmasından asılı olmayaraq, data alimləri üçün əsas məqsəd olacaq. Qeyd etmək lazımdır ki, həmin məqsədə əsasən Çikaqoda açılan səhiyyə texnologiyalarına xəbər bölmərəində çalışan dövlət texnoloqları tərəfindən ümumi alətlərin inkişaf etdirilməsi ilə nail olunacaqdır.

— Aleks Hovard, O’Reilly Media

Bizim həyatımız datadır (məlumatlardan ibarətdir)

Yaxşı data jurnalistika çətindir, çünki yaxşı jurnalistika çətindir. Bu məlumatı necə almaq, necə başa düşmək və əhvalatı neçə tapmağı götür-qoy etmək deməkdir. Bəzən ölü sonluqlarla üzləşirsən, heç böyük hekayə də alınmır. Nəhayət, əgər məsələ düzgün düymənin basılmasında olsaydı, onda bu jurnalistika olmazdı. Elə onu saxlayan da budur. Həyatımızın çoxalmaqda olduğu data olan bir dünyada azad və gözəl bir cəmiyyət üçün bu əsasdır.

— Kris Taqqart, Açıq birliklər

Vaxta qənaət etmə üsulu

Jurnalistlərin əllə yazmaq üçün sərf etməyə və müxtəlif portativ sənəd fayllarından (PDF) məlumat çıxarmağa vaxtı olmur. Bir az kodu öyrəndikdən və kömək ala biləcəyi insanları harada axtarmağı bildikdən sonra bu inanılmaz dərəcədə dəyərli olur.

Folha de Sao Paoladan olan bir müxbir yerli büdcə ilə işləyirdi. Bir gün o, Sao Paolonun büdcəsini çıxarıb onlayna qoyduğuma görə zəng edib, mənə təşəkkür etdi (adi xaker üçün sadə bir iş). O, dedi ki, son üç ay ərzində onu əli ilə yazırmış ki, bir hekayə qursun. Bir də bir “PDF” məsələsi yadıma gəlir. Parlamentin monitoring xəbər təşkilatı “Contas abertas” üçün işlərkən 15 dəqiqəlik və 15 sətirlik kod üçün bir ay işləməli olmuşdum.

— Pedro Markun, Transparência Xaker

Jurnalist alətlərinin əsas hissəsi

Məncə Data Jurnalistikanın “Jurnalistika” və xəbər vermə aspektini xüsusilə vuğulamaq vacibdir. Əsas təcrübə məlumatın təhlili və onun xatirinə onu əyaniləşdirmək deyil, dünyada baş verənlər barədə həqiqətə daha yaxın olmaq üçün ondan bir alət kimi istifadə etməkdir. Mən bu gün məlumatı təhlil və şərh edə bilməyi ayrıca bir təlim kimi deyil, jurnalistlərin alətlər dəstinin əsas hissəsi kimi görürəm. Son nəticədə bu yaxşı xəbər vermək və ən uyğun bir təzdə hekayələr söyləməkdir.

Data jurnalistika dünyanı başqa cür tədqiq etməyin və hakimiyyəti əldə saxlamağın nəzərə alınacaq bir yoludur. Daim artmaqda olan məlumatlarla indi hər zamankından daha çox jurnalistlərin Data Jurnalistika metodlarına yiyələnmələrinə ehtiyac vardır. Hər bir jurnalistin alətlər dəstində bir alət olmalıdır: Birbaşa data ilə işləməyi öyrənməli, ya da bu işi bilən birisi ilə əməkdaşlıq etməlidir.

Onun əsas gücü sizə başqa formada çox çətinliklə ala biləcəyiniz məlumatı almağa kömək etməkdir. Buna parlaq missal olaraq Stiv Doyqun Endrü fırtınasının vurduğu zərər nümunələrini təhlil edən hekayəsini göstərmək olar. O, iki müxtəlif məlumat şəbəkələrini: birincisi, fırtınanın səbəb olduğu dağıntının ərazisini göstərən, ikincisi, küləyin sürətini göstərən məlumatları birləşdirmişdi. Bu ona imkan vermişdi ki, zəif tikinti nöqtələrinin ərazisini və fəlakətin vurduğu ziyanın miqyasına fırtınanın təsirini göstərsin. O, 1993-cü ildə bu hekayəyə görə Pulitzer mükafatının qalibi olmuşdur.

İdeal olardı ki, datadan təcrid olunmuş çıxıntıları, maraq dairələrini, təəccüblü olan şeyləri göstərmək üçün istifadə edilsin. Bu mənada data aparıcı və yaxud məlumat verən kimi çıxış edə bilər. Rəqəmlər maraqlı ikən, məlumat haqqında yazmaq kifayət deyil. Onun mənasını izah etmək üçün xəbərin verilməsinə ehtiyac vardır.

— Sintiya O’Murçu, Faynenşl Taymz

Məlumat mühitimizdə dəyişikliklərə uyğunlaşmalı

Yeni rəqəmsal texnologiyalar cəmiyyətdə yeni biliklərin yaradılmasını və yayılmasının yeni metodlarını gətirir. Data Jurnalistikanı daha interaktiv, oxucularını mənbələri tədqiq etməyə, hekayə yaradıcılığı və qiymətləndirmə prosesində iştirak etməyə həvəsləndirən çox ölçülü hekayə söyləmə də daxil olmaqla, medianın yeni informasiya mühitindəki dəyişikliklərə uyğunlaşması və onlara cavab verməsi kimi başa düşmək olar.

— Sésar Viana, Goiás Universiteti

Başqa cür görə bilməyəcəyin şeyləri görmə üsulu

Bəzi hekayələr yalnız məlumatı təhlil etmə, bəzən də əyaniləşdirmə vasitəsilə başa düşülə və izah edilə bilər. Güclü adamlar və objektlər arasında əlaqələr açılmamış qalacaq, narkomaniya siyasəti nəticəsində baş verən və gizli qalan ölümlər, səhv ekoloji siyasət nəticəsində təbiətə vurulmuş ziyan davam etməkdə qalacaq. Lakin yuxarıda dediklərimizin hər biri jurnalistlərin əldə etdikləri, təhlil apardıqları və oxuculara verdikləri data əsasında dəyişdirilmişdir. Məlumat iri formatlı bir cədvəl, sellülar telefonun loqosu qədər sadə və yaxud mürəkkəb məktəb test balları, xəstəxana infeksiya məlumatı qədər mürəkkəb ola bilər, lakin bütün bunların arasında söyləməyə layiq hekayələr vardır.

— Çeril Fillips, Seattl Taymz

Daha zəngin hekayə danışmaq üsulu

Bütün dair şəkilləri özümüzün rəqəmsal izlərimizlə çəkə bilərik. Həyatımızda nədən istifadə ediriksə və nəyə baxırıqsa, haraya və nə vaxt səyahət ediriksə, çox sevdiyimiz musiqiyə, ilk məhəbbətimizə, hətta sonuncu arzumuza dair hər bir şeyi yazar, rəqəmsallaşdıra, buludda saxlaya bilərik və hər yerə yaya bilərik. Bu məlumat kainatı hekayələr söyləməyə, suallara cavab verməyə, həyatın anlamını ötürməyə, lətifələrin daha diqqətlə rekonstruksiyasına uyğunlaşdırıla bilər.

— Sara Slobin, Uoll Strit Cournal

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *