Gələcəyin Data Jurnalistikası

Gələcəyin Data Jurnalistikası

2010-cu ilin avqust ayında bir neçə həmkarım və mən, o vaxt inandığımıza görə, “Data Jurnalistika”ya aid ilk konfranslardan birini təşkil etdik. Konfrans Amsterdamda oldu. O vaxtlar bu mövzu ətrafında o qədər də böyük müzakirələr keçirilməzdi, yalnız bu sahədə müəyyən qədər təcrübəsi olan bir neçə təşkilat var idi.

Qardian və Nyu York Tayms kimi media təşkilatlarının böyük miqdar toplaması və Viki Liks tərəfindən yayılması metodu məşhurlaşdı. Həmin vaxt bu termin “kompüter vasitəsilə xəbər vermə” termini kimi daha geniş işlənməyə başladı və jurnalistlərin öz əhatə dairələrini genişləndirmək və verilmiş mövzuda daha dərin araşdırmalar üçün məlumatlardan necə istifadə etdiklərini göstərdi.

Tvitterdə təcrübəli data jurnalistləri və jurnalistika mütəxəssisləri ilə danışarkən görürük ki, bu gün bizim Data Jurnalistika kimi tanıdığımız sahə 2006-cı ildə Evri Blockun yaradıcısı Adrian Holovatidə idi. Bu istidadəçilərin öz ərazilərində, öz bloglarında baş verənləri aşkar etmələrinə imkan verən bir informasiya xidmətidir. O, “Qəzet saytlarının dəyişmələri üçün fundamental yol” adlı kiçik yazısında iddia edir ki, jurnalistlər ənənəvi “Böyük mətnlərlə” yanaşı düzgün qurulmuş, maşınla oxuna biləcək mətnləri nəşr etsələr, yaxşı olar.

Məsələn, tutalım ki, bir qəzet bir yerli yanğın haqqında hekayə yazıb. Həmin hekayənin sellular telefonda oxuna bilməsi yaxşıdır. Uraa, Texnologiya! Lakin mən o şeyi bacarmaq istəyirəm ki, o hekayəyə aid xam faktları bir-bir tədqiq edim, bütün görünüşü ilə, yanğının detalları ilə, onun tarixi, vaxtı, yeri, qurbanları, yanğınsöndürmə stansiyasının nömrəsi, yanğın söndürmə stansiyasından məsafə, həmin yanğını söndürən yanğınsöndürənlərin yaşı və iş təcrübəsi, yanğın yerinə nə qədər vaxta gəlib çatmalarını əvvəlki yanğınların detalları ilə müqayisə edərək, tədqiq edim. Bütün sonrakı yanğınları da nə vaxt baş versə, bu cür tədqiq etmək istərdim.

Bəs bu məlumatlar bazasından və kompüterlərdən istifadə edən jurnalistikanın başqa formalarından nə ilə fərqlənir? Keçmişin jurnalistikasının formalarından necə və nə qədər fərqlidir?

“Kompüterin köməyi ilə xəbər vermə” və “Dəqiq jurnalistika”

Reportajı yaxşılaşdırmaq üçün məlumatdan istifadə etmə süjetli (Əgər maşınla oxuna bilən deyilsə) məlumatın kütləyə çatdırılmasının uzun bir tarixçəsi vardır. Bəlkə də bu bizim indi “Data Jurnalistika” adlandırdığımız üsluba birbaşa daha çox münasibdir? İlk dəfə yaradıldığında xəbərlərin yaxşılaşdırılması üçün kompüterlərdən istifadə etməklə məlumatı toplamaq və təhlil etmək işində sistemli bir yanaşmadır.

Kompüter Yardımlı Xəbər Vermə ilk dəfə 1952-ci ildə CBS tərəfindən prezident seçkilərinin nəticəsini öncədən demək üçün istifadə edilmişdir. 1960-cı ildən bəri (əsasən tədqiqat xarakterli və ABŞ əsaslı) jurnalistlər ictimai qeydlərin verilənlər bazasını elmi metodlarla təhlil etməklə müstəqil güclü monitor axtarmışlar. Həm də “İctimai Xidmət Jurnalistikası” kimi tanınan kompüter yardımlı metodlara tərəfdar çıxımış, təmayülləri aşkar etməyə çalışmış, yayılmış bilgiləri ifşa etmək, yerli rəhbərlik və özəl birliklər tərəfindən edilən haqsızlıqları açıb göstərmişlər. Məsələn, Filip Meyer çalışırdı ki, Detroytda 1967-ci ilin qiyamlarından əldə etdiyi oçerkləri ifşa etsin və göstərsin ki, bu, daha savadsızlıq deyildi. Bill Dedmanın “Pulun rəngi” hekayələrində iştirak edən cənublular 1980-ci illərdə əsas maliyyə qurumlarının borcvermə siyasətindəki sistemli irqçiliyi açıqladılar. Özünün “Səhv nədə oldu” əsərində Stiv Doiq 1990-cı illərin əvvəllərində şəhərlərin inkişaf siyasətinin və praktikasının təsirini başa düşmək üçün Endru fırtınasından nümunələri təhlil etmək istədi. Məlumatlara əsaslanan xəbərvermə dəyərli ictimai xidmət yaratmış və məşhur jurnalist mükafatları qazanmışdır.

1970-ci illərin əvvəllərində “dəqiq jurnalistika” belə bir xəbər toplamanı təsvir edirdi: sosial və davranış elmi tədqiqat metodlarının jurnalistika təcrübəsində tətbiqini nəzərdə tuturdü. Dəqiq jurnalistika dedikdə jurnalistikada və sosial elmlərdə professionallar tərəfindən öyrədilmiş əsas media qurumları fərz edilirdi. O, xəbər vermədə bədii metodların tətbiq edildiyi “yeni jurnalistika”ya cavab olaraq meydana gəldi. Meyer təklif edir ki, məlumat toplamanın ədəbi metodlardan daha çox təhlilin elmi metodları jurnalistika üçün obyektivlik və həqiqət axtarışlarına nail olmaq üçün lazımdır.

Dəqiq jurnalistika jurnalistikanın qeyri adekvatlığa və zəifliyə cavab reaksiyası kimi başa düşülə bilər. Press relizlərdən asılılıq səlahiyyətli mənbələrə qərəzlilik və s. Bunlar Meyer tərəfindən informasiya elmi, sorğu və ictimai qeydə alma kimi elmi metodların olmaması kimi qəbul edilirdi. 1960-cı illərdə təcrübədən keçirildiyi kimi, dəqiq jurnalistika azlıqda qalan qrupların və onların hekayələrinin təmsil olunmasında istifadə edilirdi.

Meyerə görə: Dəqiq Jurnalistika əvvəllər əlçatmaz topikləri əlçatar etmək üçün müxbirin alətlər dəstini genişləndirməyin bir yolu və jurnalist araşdırmasının subyekti idi. Bu xüsusilə azlıqlara və təmsil olunmaq uğrunda mübarizə aparan dissident qruplara bir işarə verilməsində xüsusilə faydalı idi.

1980-ci illərdə jurnalistika və sosial elmlər arasında və data jurnalistika ətrafında bir qohumluğun olması barəsində təsirli bir məqalə dərc olundu. Müəlliflər — iki Amerika Jurnalistika professoru güman edirlər ki, 1970-1980-ci illərdə ictimaiyyətin anlayışında sadə bir xəbərin necə genişlənərək hadisə yerindən verilən bir xəbərə çevrilməsini şərh edirlər. Verilənlər bazasından istifadə etməklə, məsələn, siyahıya alma və yaxud sorğu məlumatlarını götürərək, jurnalistlər xüsusi, təcrid olunmuş hadisələri onlara məna verəcək ümumi kontekstlə əlaqələndirməyi bacarırlar.

Bizim gözlədiyimiz kimi, reportajı yaxşılaşdırmaq üçün məlumatlardan istifadə edilməsi təcrübəsi məlumatların meydana gəlməsindən başlayır. Saymon Rocersin göstərdiyi kimi, data jurnalistikaya dair ilk nümunələr “Qardian” qəzetində 1821-ci ildə başlamışdır. O, Mançesterdə məktəblər və onlardakı tələbələrin siyahısı və hər tələbəyə çəkilən xərc barədə sızmış məlumat idi. Rocersə görə, bunun nəticəsində ilk dəfə pulsuz təhsil alan tələbələrin həqiqi sayını göstərmək mümkün olmuşdur. Bu rəqəm həmişə rəsmilərin göstərdikləri rəqəmdən yüksək olmuşdur.

figs/incoming/01-LL.jpg
Şəkil 11. 1821-ci ildə “Qardian” qəzetində Data Jurnalistika (Qardian qəzeti)

Avropada daha başqa bir misal olaraq Florence Naytingeylin 1858-ci ildə nəşr olunmuş “Britaniya Ordusunda Ölüm halları” adlı əsas hesabatı göstərmək olar. Parlamentə hazırladığı bu hesabatında Britaniya ordusunda səhiyyə xidmətlərinin yaxşılaşdırılmasını müdafiə edərkən qrafikadan istifadə edir. Onun məşhur “kokscom”u hər biri aylıq ölümlərin sayını göstərən bölmələr, güllədən daha çox qarşısı alına biləcək xəstəliklərdən baş verən ölümləri göstərirdi.

figs/incoming/01-MM.jpg
Şəkil 12. Florens Naytingeyl tərəfindən verilmiş, Britaniya ordusunda ölüm halları (Təsvir Vikipediyadandır)

Data Jurnalistika və Kompüterin köməyilə xəbər vermə

Hazırda Data Jurnalistikada onun data şəbəkələri təhlil etmək üçün kompüter metodlarından istifadə edən əvvəlki ənənəvi jurnalistika təcrübəsi ilə əlaqəsi barədə “davamlılıq və dəyişmə” adlı debat davam edir.

Bəziləri Kompüter Dəstəkli Xəbər Vermə ilə data jurnalistika arasında fərqin olması barədə mübahisə edirlər. Onlar deyirlər ki, KDX informasiyanın toplanması və təhlili işində bir metoddur və data jurnalistika ona diqqət yetirir ki, məlumat jurnalistin bütün iş prosesinin içərisində olsun. Bu mənada data jurnalistika məlumatdan müəyyən hekayələr quraşdırmaq vasitəsi kimi istifadə etməkdən daha çox məlumatın özünə diqqət yetirir. Beləliklə də biz görürük ki, “Qardiyan” qəzetinin data bloqu və Texas Tribunun hekayələrilə yanaşı nəşr etdikləri məlumat şəbəkələrini adamlar özləri təhlil və istifadə edirlər.

Başqa bir fərq ondadır ki, keçmişdə araşdırma xəbərləri müraciət etdikləri məsələyə cavab verməyə çalışarkən məlumat kasadlığından əziyyət çəkirdilər. Bu vəziyətin hələ də qalmasına baxmayaraq, həddindən artıq məlumat bolluğu da qalır ki, jurnalistlər onunla nə etməyi bəzən bilmirlər. Onlar məlumatı necə dəyərləndirməyi bilmirlər. Lap yaxın keçmişə aid bir missal çəkmək olar. Birləşmiş Krallığın ən böyük məlumat bazası olan və aşkarlıq tərəfdarları olan Birləşmiş Onlayn Məlumat Sistemi üzə çıxarkən bir çox jurnalistlər çox pis vəziyyətdə qaldılar. Bu yaxınlarda Filip Meyer mənə yazmışdı: “Məlumat qıt olanda bütün cəhdlərimizi məlumat ovlanmasına və toplanmasına yönəltmişdik. İndi məlumatın bol olduğu dövrdə isə emal etmək daha vacibdir.”

Digər tərəfdən, bəziləri mübahisə edirlər ki, data jurnalistika ilə kompüter dəstəkli jurnalistika arasında elə bir əhəmiyyətli fərq yoxdur. Indi hamıya məlumdur ki, ən son media təcrübəsində də içərisində nə isə yeni bir şey olan hekayələr vardır. İsbata ehtiyac yoxdur ki, data jurnalistika tam bir romandır və daha əlverişli bir vəziyyətdə yeni şəraitə və vəziyyətə cavab verə biləcək uzun bir ənənənin bir parçası hesab oluna bilər. Məqsəd və vəzifələrində hətta bir fərq olmasa belə, əsrin əvvəlində data jurnalistikanın meydana gəlməsi yeni bir fazanı göstərir. Burada məlumatın əhəmiyyətli bir hissəsi (onlaynda birləşmiş incəlik axtaran istifadə alətləri, nəşrlərin və kütlələrin mənbələrinə xas alətlər) insanların həmişəkindən daha çox məlumat əldə etmələrinə və hadisələri asanlıqla işləyə bilmələrinə imkan yaradır.

Data jurnalistika kütləvi məlumatlılıq savadıdır

Rəqəmsal texnologiyalar və şəbəkələr informasiyanın nəşr olunma üsulunu əsaslı şəkildə dəyişdirir. Data jurnalistika bu alətlər ekosistemində və təcrübədə elə bir hissədir ki, məlumat səhifələri xidmətləri ətrafında meydana çıxmışdır. Mənbə materiallarına istinad etmək və onları bölüşmək şəbəkənin quruluşunun yüksək istinad təbiətində və bugün informasiyanın idarə olunmasında vərdiş etdiyimiz metoddadır. Daha əvvələ bir nəzər salsaq, görərik ki, şəbəkənin yüksək əlaqəli quruluşunun bünövrəsində duran prinsip elmi əsərlərdə istifadə olunan sitat prinsipidir. Hekayədən kənar mənbə materiallarına və məlumatlara istinad etmək və onları bölüşmək data jurnalistikanın ümumiyyətlə jurnalistikanı inkişaf etdirə biləcək metodlarından biridir. Vikiliks-in yaradıcısı Julian Assanj onu elmi jurnalistika adlandırır.

Hər hansı bir kəsə məlumat mənbələrini araşdırmağa və onlara lazım olan informasiyanı tapmağa imkan verməklə, iddiaları yoxlamaqla və ortaya çıxan gümanları araşdırmaqla Data jurnalistika əvvəllər araşdırıcı müxbirlər, sosial elm adamları, statistiklər, təhlilçilər və başqa mütəxəssislər tərəfindən istifadə olunmuş resursların, alətlərin, üsulların, metodların kütləvi demokratikləşməsini təmsil edir.

Hazırda məlumat mənbələrinə istinad etmək və əlaqə yaratmaq işi data jurnalistikaya məxsusdur. Biz elə bir dünyaya doğru hərəkət edirik ki, orada məlumatlar promlemsiz olaraq mediaya inteqrasiya etmişdir. Data jurnalistikanın maneələri zəiflətməkdə, onları anlama və araşdırıcı məlumatlara, öz oxucularının kütləvi şəkildə savadlarını artırmaqda mühüm rolu vardır. İndi insanların əmələ gəlməkdə olan yeni icmaları özlərini data jurnalistlər adlandırırlar və Kompüter Dəstəkli Müxbir icmalarından fərqlidirlər. Ümid etmək olar ki, gələcəkdə bu iki icma arasında daha güclü əlaqələri görə biləcəyik. Lap elə yeni QHT-lar və ProPublika, Araşdırıcı Jurnalistlər Bürosu kimi mülki media təşkilatlarının araşdırmalar üzərində ənənəvi xəbər mediası ilə əl -ələ verərək, birlikdə işləyəcəklərinə ümid etmək olar. Data jurnalistika icması məlumatları çatdırmaqda və hekayələri təqdim etməkdə daha çox innovativ metodlara yiyələnərkən Data jurnalistikanın KDX icmasından öyrənməyə dəyər.

— Liliana Bunegru, Avropa Jurnalistika Mərkəzi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *