ABC-nin Data Jurnalistika Oyunu

ABC-nin Data Jurnalistika Oyunu

İndi Avstraliya Yayım Korporasiyası (ABC) 70 yaşında Avstraliyanın Milli ictimai diktorudur. İllik büdcəsi təxminən 1 milyard ABŞ dollarıdır get gedə genişlənməkdə olan rəqəmsal məlumat təkliflərini 7 radio şəbəkəsinə 60 radio stansiyasına və 3 rəqəmsal televiziya xidmətinə, yeni beynəlxalq televiziya sisteminə çatdırır. Nəhayət orada 4500 tam ştat üzrə işçi çalışır ki, onların da 70% yaradıcı heyətdir.

Biz bir milli diktor olmaqla öz müstəqilliyimizlə fəxr edirik- çünki dövlət tərəfindən maliyyələşdirilsək də, qanunla bir azca təcrid olunmuşuq. Bizim ənənələrimiz müstəqil ictimai xidmət jurnalistikasıdır. ABC ölkədə ən çox inanılan xəbər təşkilatı hesab olunur.

Indi həyəcan dolu bir dövrdür və menecerin — keçmiş qəzet icraçısı Mark Skottun rəhbərliyi altında ABC-dəki məzmun yaradıcılarını korporativ mantra olmağa – çevik olmağa həvəsləndirmişlər.

Əlbəttə, demək işi yerinə yetirməkdən asandır.

Lakin bu yaxınlarda korporativ mantraya həvəs göstərilməsi üçün bütöv bir kollektiv çox platformalı layihələrin inkişaf etirilməsi üçün pul ötürülməsinə bir təşəbbüs göstərmişlər.

Beləliklə, ABC-nin Data Jurnalistika layihəsi ilk dəfə meydana çışxmışdır.

Haradasa 2010-cu ilin əvvəllərində ötürmə tədbirinə gedib çıxarkən öz təklifilə üç əsas “ideya”lı insanlarla üzləşdim.

Uzun müddət idi ki, mən həmin ideyanı götür – qoy edirdim. Büyük acgözlüklə yeni başlayanlar üçün əfsanəvi Qardian data jurnalistikasını öyrənirdim.

Mən mübahisə edirdim ki, 5 il ərzində ABC-nin özünün data jurnalistika qurumu olacaq. Bu qaçılmaz idi. Bircə məsələ onda idi ki, biz oraya necə getməyimizi və kimin birinci başlayacağını düşünürdük.

ABC ilə tanış olmayan oxucular üçün bu 70 il ərzində qurulmuş bir bürokratiya forması isdi. Onun əsas təklifi radio və televiziyadan ibarət olub. Sonuncu onillikdə onlayn rabitənin meydana gəlməsi ilə bu məzmun mətnə, üslublara və əvvəllət təsəvvür edilməyən interaktivlik dərəcəsinə çevrildi. Veb səhifələr ABC-ni məcbur edirdi ki, o pulu necə ixtisar etməyi və nə cür bir məzmun yaradacağını yenidən fikirləşsin.

Əlbəttə bu, inkişafda olan bir işdir.

Lakin Data Jurnalistika ilə yanaşı başqa bir şey də baş verirdi. Dövlət 2.0 (onun Avstraliyada pozuntular zamanı müşahidə olunduğunu aşkar etmişdik) hekayə söyləməyin yeni formalarını təklif etməyə başlayırdı nəticədə indi onlar sıfırlar və nöqtələrdə dəfn olunmuşlar.

Mən bunu ötürmə zamanı adamlara demişdim. Mən onu da demişdim ki, bizim yeni bilik və bacarıqlara yiyələnməyimizə ehtiyac vardır və biz jurnalistlərə yeni alətləri öyrətməliyik. Bu oyunu qurmamız üçün layihəyə ehtiyacımız vardır.

Onlar buna görə mənə pul verdilər.

2011-ci il noyabrın 24-də ABC-nin çox platformalı layihəsi və ABC-nin onlayn xəbərləri “Kömürlə tikilmiş (Yəni kömürün hesabına əldə edilmiş) Qaz rəqəmlərdə” yazısı ilə meydana gəldi.

figs/incoming/02-01.png
Şəkil 13. “Kömürlə Tikilmiş (Yəni kömürün hesabına əldə edilmiş) Qaz rəqəmlərdə” ” (ABC Online xəbərlər

O, 5 səhifəlik interaktiv xəritələrdən, məlumatın əyaniləşdirilməsindən və mətndən ibarət idi.

Bu hələ müstəsna olaraq data Jurnalistika deyildi, Jurnalistikaların komandalarda və hekayələrdə olan müxtəlif adamlardan əmələ gəlmiş hibridi idi, ümumi məzmunda isə Avstraliyada mövcud olan ən qaynar məsələlərdən biri idi.

Lakin qiymətli cəvahirat Avstraliyada Kömürlə tikilmiş (Yəni kömürün hesabına əldə edilmiş) Qazı və icarənin miqdarını rəqəmlərdə göstərən xəritə idi. İstifadəçilər onları yerinə görə axtara bilər, quyuları və icarələri uyğunlaşdıra bilərdilər. Təsvirin miqyasını dəyişməklə onlar təqiqatçının kim olduğunu, quyunun statusunu və qazılma tarixini öyrənə bilərdilər. Bir xəritə, Avstraliyada yeraltı su sistemlərinin müqayisəli şəkildə yerini göstərir, başqa bir xəritə isə Avstraliyada Seam Kömür qazı hasilatının yerini göstərirdi.

figs/incoming/02-02.png
Şəkil 14. Avstraliyada qaz quyularının və icarələrin interaktiv xəritəsi (ABC Online xəbərlər)

Bizim məlumatın əyaniləşdirilmələri var idi ki, xüsusi olaraq bu məsələyə ünvanlanmışdı. Tullantı duzlar və su istehsalı meydana çıxan ssenaridən asılı olaraq istehsal olunacaqdı.

Layihənin başqa bir bölməsi kimyəvi tullantıların yerli çay sistemlərinə buraxılmasını araşdırırdı.

Bizim komanda

  • Səhifəni idarə və dizayn edən
  • Aparıcı jurnalist
  • Məlumatların çıxarılması, excel iş vərəqlərinin çıxarılması və məlumatların təmizlənməsi üzrə yarım ştat tədqiqatçı
  • Yarım ştat kişik jurnalist
  • Icraçı prodüserin müşaviri
  • Məlumat toplamaq, qrafik əyaniləşdirmə və yüksək tədqiqat bacarıqları üzrə mütəxəssislə bir akademik məsləhətçi
  • Layihə meneceri xidmətləri və ABC-nin çox platformalı layihəsi üçün inzibati köməkçi
  • Ən mühüm olanı isə, ehtiyac duyulduğu zaman müraciət edə biləcəyimiz Jurnalist istinad qrupumuz var idi.

Biz məlumatları haradan alırdıq?

İnteraktiv fayllar üçün biz məlumatları dövlət veb səhifələrindəki şeypfayllardan (geofəza məlumatlar üçün ümumi bir fayl növü) endirirdik.

Düzla və su haqqında başqa məlumatlar isə müxtəlif hesabatlardan götürülürdü.

Kimyəvi tullantılar haqqında məlumatlar dövlət ekoloji nəşrlərindən götürülürdü.

Biz nə öyrənirdik?

“Kömürlə Tikilmiş Qaz rəqəmlərdə” məzmunca qərəzli və masştablı isi. Ağlıma batan əsas şey bizim nə öyrənməyimiz və gələn dəfə bunu necə fərqli edə biləcəyimiz idi.

Data jurnalistika layihəsi ABC-də görünməyən insanları bir yerə topladı. Başqa sözlə, sındırmaları və hakerləri. Bizim çoxumuz eyni dildə danışmırdıq, başqalarının etdikərini hətta qiymətləndirmirdik. Data jurnalistika dağıdıcıdır.

Praktik cəhətlər:

  • Komandanın bir yerdə olması həyati əhəmiyyət daşıyır. Bizim yaradıcı və dizaynerimiz saytdan kənar idi və yalnız toplantılara gəlirdilər. Bu kəskin olaraq optimal deyildi. Eyni otaqda çalışan jurnalistlər kimi hər birinin yeri olmalı idi.
  • Bizim məsləhətçimiz də binanın başqa mərtəbəsində idi. Bizə daha çox yaxın olmaq lazım idi eləcə, lazım gələndə
  • Sırf məlumat əsaslı bir hekayəni seçin.

Böyük şəkil: bəzi ideyalar

Böyük media təşkilatları data jurnalistikanın çağırışlarını qarşılamaq üçün zəruri bilik və bacarıqların hazırlanması ilə məşğul olmalıdırlar. Mən belə güman edirəm ki, orada bir çox yaramazlar və hakerlər vardır və onlar medianın texniki bölmələrində gizləniblər orada çıxmaq istəyirlər. Bəlkə də biz “haker görüşləri” adlı seminarlar keçirməli və gizli hakerləri, gənc jurnalistləri, veb yaradıcılarını və dizaynerləri oraya toplamalı və aha təcrübəli jurnalislər kimi öz bilik və bacarıqlarını bölüşmələrinə imkan verməliyik. Tapşırıq: bu məlumat şəbəkəsini endirin və oraya gedin!

Buna görə də data jurnalistika daxili intizama söykənir. Data jurnalistika komandası əvvəllər bir yerdə işləməmiş insanlardan formalaşır. Rəqəmsal fəza artıq öz hüdudlarını aşıb daşır.

Biz sındırılmış, inanmsız bir dövlətdə yaşayırıq.Bizə əvvəllər professional jurnalistikanı təqdim edən biznes modeli natamamdır, kamil deyil, tənəzzül dərəcəsindədir. Biz bir özümüzdən soruşsaq yaxşı olar- etibarlı bir dördüncü hakimiyyət olmadan dünya görəsən necə olardı? Amerika jurnalisti və ziyalısı Uolter Lipman 1920-ci ildə yazırdı ki, “belə qəbul edilmişdir ki, xəbərlərə çıxışı olmayan sağlam ictimai fikir mövcud ola bilməz.” Bu indi də bir həqiqət olaraq qalır. İndi 21-ci əsrdə hər bir kəs bloqosferdən asılı qalıb. İndi professional jurnalistlərdən yalançıları, riyakarları, xüsusi maraq güdənləri ayırmaq çətindir. İstənilən saytı, mənbəni inandırıcı və etibarlı etmək asandır. Etibarlı payalar xəndəklərdə çürüyür. İndi bu köhnəlik jurnalistikasında linklər oxucuları araşdırıcıları sonsuz olaraq bir birindən gözəl, lakin faydasız, eyni zamanda cəlbedici və ağıllı görünən mənbələrə rəqəmsal güzgü zallarına çəkib aparır. Bunun texniki termini belədir: cəfəngiyyat əqli qabiliyyətləri məhv edir. Rəqəmsal aləmdə indi hər bir kəs hekayə ustasıdır,-elədir? Səhvdir. Əgər professional jurnalistika etik cəhətdən balanslaşdırılmış, cəsarətli hekayə söyləməyə sadiq qalırsa, sağ qalmaq və yaşamaq üçün özünü rəqəmsal aləmdə təsdiq edir. Data jurnalistika sadəcə olaraq başqa bir alətdir ki, biz onunla rəqəmsal aləmi dolaşacağıq. Bu o deməkdir ki, biz xəritələr çəkəcəyik, çırtmalayacağıq, saf çürük edəcəyik, süzgəcdən keçirəcəyik, və bunların içərisindən hekayələri çıxaracağıq. Gələcəkdə biz hakerlərlə, yaradıcılarla və dizaynerlərlə , kodlaşdırıcılarla yanaşı oturub işləyəcəyik. Bu elə bir keçiddir ki, müəyyən hazırlıq işlərinin aparılmasını tələb edir. Bizə yaradıcılıq işlərində rəqəmsal jurnalistika ilə əlaqələr quran menecerlər lazımdır.

— Vendi Karlisl, Avstraliya Yaım Korporasiyası.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *