Data Jurnalistika BBS-də

Data Jurnalistika BBS-də

figs/incoming/02-05.png
Şəkil 15 Yeddi Milyardlıq Dünya (BBS)

Data Jurnalistika termini müxtəlif əlimləri əhatə edə bilər. və xəbər təşkilatlarında müxtəlif formada istifadə olunur.Bu “data jurnalistika BBS-də” deməklə nə demək istədiyimizi aydınlaşdırmağa kömək edəcəkdir. Daha geniş mənada bu termin aşağıdakıların birini və ya bir neçəsini yerinə yetirən layihələri əhatə edir:

  • Oxucunun şəxsən özünə müvafiq informasiyanı aşkar edib ala bilməsinə imkan verir
  • Əvvəllər naməlum olan bir əhvalatın üstünü açmaq
  • Mürəkkəb məsələləri daha yaxşı başa düşməkdə oxucuya kömək etmək

Bu kateqoriyalar üst üstə düşə bilir və onlayn mühitdə müəyyən səviyyədə əyanilikdən faydalana bilir.

Şəxsiləşdirmək

Biz BBS xəbər vebsaytında öz istifadəçilərimizə xidmət göstərmək üçün on illər dir ki, həmin məlumatlardan istifadə edirik.

Buna ən yaxşı misal, bizim 1999-cu ildə nəşr etdiyimiz “məktəb liqası stolları”-nı göstərə bilərik ki, burada dövlətin illik olaraq nəşr etdiyi məlumatlardan istifadə olunur. Oxucular post kodlarına daxil olmaqla onları müxtəlif göstəricilərlə müqayisə edirlər. Təhsil jurnalistləri də yaradıcı komanda ilə işləyərək hekayələr üçün nəşrdən öncə məlumatlar toplayırla

Biz bunu etməyə başlayanda elə bir rəsmi sayt yox idi ki, oxucular üçün məlumatları araşdırmağa yardımçı olsunlar. Lakin indi Təhsil Departamentinin özünün müvafiq xidməti vardır ki, o bizim məlumatlardan meydana çıxan hekayələrə daha çox diqqət yetirirlər.

Bu ərazidə həyata keçirilən bu təşəbbüs aydın ictimai maraqları ifadə edən məlumatlara gürişi təmin etməlidir. Bu yaxınlarda həyata keçirdiyimiz bir layihədə geniş kütlələr üçün əlçatmaz olan məlumatları “hər bir yolda hər bir ölüm” adlı reportajımızda təqdim etdik. Biz son on ildə Böyük Britaniyada yollarda ölüm hallarının yerini müəyyən etmək üçün yerlərin poçt kodlarını təqdim etdik.

Biz polis məlumatlarından üzə çıxan bir neçə əsas fakt və rəqəmləri əyaniləşdirdik ki, layihəyə daha dinamik bir insani görünüş verək Biz London Ambulans Assosiasiyası və BBS Radio /Televiziyası ilə birləşdik və bütün paytaxt ərazisində baş verən qəzaları izlədik. Bu xəbərlər canlı onlayn rejimində və Tvitterdə heşteq/ qəza 24 dən istifadə edilərək verilir və toqquşmalar xəbər verilən zaman xəritəyə salınırdı.

Sadə alətlər

Geniş məlumat şəbəkələrinin araşdırılması yollarını öyrətməklə biz həm də istifadəçilərin ölərinə məlumat bazası yarada bilmələri üçün sadə alətlər yaratmağa nail olduq. Bu alətlər məhdud bir vaxtı əhatə etdiyindən daha uzun müddətli təhlillər aparmağı seçə bilməyənlər üçün faydalı olur. Şəxsi faktları asanlıqla paylaşa bilmək qabiliyyətini standartla birləşdirməyə başlamışıq.

Bu yanaşmaya parlaq misal olaraq, rəsmi məlumatlara əsasən əhalinin 7 milyardı keçməsi fikri ilə razılaşaraq “7 milyardlıq dünya: sənin nömrən neçədir?” yazısını nəşr etdik. Öz doğum tarixlərinə daxil olmaqla istifadəçilər dünya əhalisi sırasında öz nömərlərini tapa bilirdilər., və Tvitterdə, Facebook-da bölüşürdülər. Bu alətdə BMT-nin Əhalinin İnkişafı Fondunun məlumatlarından istifadə edilmişdi. Alət çox məşhurlaşdı və 2011-ci ildə BK-da facebookda ən çox paylaşılan məlumatları özündə ehtiva etdi.

Bu yaxınlara aid daha bir missal BBS-nin Büdcə hesablayıcısı oldu. O istifadəçilərə imkan verirdi ki, Kanslerin büdcəsi qüvvəyə minəndə onlara nə qədər daha pis və yaxud daha yaxşı olarcağnğ bilərək paylaşırdılar. Biz mühasibatlıq şirkəti KPMG LLP – lə komanda yaratdıq və o bizi illik büdcəyə dair hesablamalarla təmin etdi. Sonra biz çox ciddi işləyərək bir cəzbedici bir interfeys yaratdıq və istifadəçilərə imkan verdik ki, həvəslənərək tapşırığı sonacan yerinə yetirsinlər.

Məlumatın əldə edilməsi

Bəs burada jurnalistika haradadır? Məlumatların içərisində hekayələr tapmaq- data jurnalistikanın daha ənənəvi tərifidir. Məlumatlar bazasında bir müstəsnalıq gizlənir? Rəqəmlər dəqiqdir? Onlar problemi sübut yoxsa inkar edir? Bütün bunlar data jurnalistin və kompüter dəstəkli müxbirin özlərinə verməli olduqları suallardır. Daha əlamətdar məlumatların seçilməsi üçün məlumatın ələnməsi xeyli vaxt apaprardı.

Bu sahədə biz özünün araşdırıcı komandaları və proqramları olan, hekayələrin araşdırılması üçün expertizası və vaxtı olan ən məhsuldar tərəfdaş tapdıq. BBS-nin gündəlik olaraq baş verən işlər proqramı Panorama ictimai bölmənin ödənişləri haqqında məlumatları toplayaraq Araşdırıcı jurnalistika mərkəzi ilə bir neç ay işlədi. Nəticədə bir Televiziya filmi çəkildi və “İctimai sektorun ödənişləriI: Rəqəmlar adlı hesabat hazırlandı. Burada bütün məlumatlar nəşr olundu və sektorun təhlilçiləri tərəfindən əyaniləşdirildi.

Araşdırıcı jurnalistlərlə tərəfdaşlıq edərkən, xüsusi bilik və bacarığı olan jurnalistləri saya bilmək əsasdır. Komandadakı biznes işində çalışan həmkarlar dövlətin kənara qoyduğu məlumatı təhlil edərkən belə bir nəticəyə gəlmişdilər ki, orada həmin məlumatlar olduğundan daha artıq göstərilirr. Bunun nətcəsi olaraq aydın bir şəkildə əyaniləşdirilərək tamamlanmış və kral statistika cəmiyyətinin mükafatını almış və “məlumatdan bir məna çıxararkən” adlı eksklusiv bir hekayə yaranmışdır.

Məsələni başa düşərkən

Lakin data jurnalistika heş kəsin ləkə sala bilməyəcəyi bir müstəsnalıq olmamalıdır. Məlumatı əyaniləşdirən komandanın işi böyük dizaynı redaksiya hekayəsi ilə birləşdirmək və istifadəçini məcburi inkişaf etdirməkdir. Əyaniləşdirməni düzgün məlumatlarla birləşdirmək bir məsələnin və yaxud hekayənin daha yaxşı başa düşülməsini təmin edir və biz bu yanaşmadan BBS-də tez tez hekayə quraşdırılmasında istifadə edirik. Müəyyən vaxt üçün dəyişikliyi xəritələmək üçün qaynar məlumat burada bizim BK iddiaçısının say izləyicisi-ndə istifadə olunan bir metoddur.

Məlumat xarakterli Avrozona borc şəbəkəsi ölkə daxili kredit vermənin qarışıq şəbəkəsini araşdırır. O mürəkkəb bir məsələni əyani şəkildə rənglərdən və aydın mətnlərlə təchiz edilmiş proporsional oxlardan istifadə etməklə izah etməyə kömək edir. Əsas məqsəd oxucuya əsəri tədqiq etməyə, bütün hekayəni izləməyə həvəsləndirmək və rəqəmlərdən qorxmamağa həvəsləndirməkdir.

Komanda haqqında qısa xülasə

BBS xəbər vebsaytı üçün data jurnalistikanı yerinə yetirən komanda 20 jurnalistdən, dizaynerdən və yaradıcıdan ibarətdir.

Komanda data layihələr və əyaniləşdirmələrlə yanaşı, həm də xəbər veb saytı üçün bütün infoqrafikanı və multimedia nümunələrini yaradır. Bunlar birlikdə hekayə qurma metodlarının kolleksiyasını əmələ gətirir ki, biz onu “Vizual jurnalistika” adlandırırıq. Bizdə ixtisası məhz “data jurnalistika ” olan insanlar yoxdur, lakin komandanın bütün redaksiya heyəti məlumatları təhlil etməyi bacarmaq üçün əsas proqramların iş vərəqləri ilə, məsələn, Excel və Google sənədləri ilə işləməyi bacarmalıdırlar.

Hər hansı data layihələrin mərkəzində veb yaradıcılarımızın texniki bacarıqları, və dizaynerlərimizin əyaniləşdirmə bacarığı dayanır. Biz istər journalist, dizayner, istərsə də yaradıcı kimi çıxış edərkən bir birlərimizin ekspert olduğu sahələrə aid bilik və bacarıqlarımızı inkişaf etdirməkdə, öyrənməkdə davam edirik

Təhqiqat məlumatlarının əsas məhsulları Excel, Google sənədləri və Qovuşan cədvəllərdir. Komanda həm də, az da olsa, MySQL və Access məlumatlarından, və daha geniş data şəbəkələri təhqiq edərkən Solr-dan, və əlaqələndirilmiş data texnologiyalardan istifadə etməklə hadisələri modelləşdirmək üçün RDF və SPARQL-dan istifadə edirik. Yaradıcılar öz seçdikləri proqram dillərindən istifadə edəcəklər. Bu, işləyə biləcəyimiz məlumat şəbəkəsini ayırıb kənar etmək üçün ActionScript, Python və yaxud Perl ola bilər. Perl nəşr üçün istifadə olunur.

Biz coğrafi məlumatları əyaniləşdirmək üçün Google və Bing xəritələrindən, Google Yer Esri ArcMAP-dən istifadə edirik.

Qrafika işləri üçün After Effects, İllustrator, Photoshop, və Flash də daxil olmaqla Adobe Suite-dən istifadə edirik. Ancaq, bununla belə, hərdən bir vebdə olan Flash faylları Java Script, xüsusilə də JQuery və digər Java Script kitabxanalarını Highcharts, Raphael və D3 kimi nəşr edirik, çünki onlar bizim məlumatları əyaniləşdirmək tələblərimizə daha yaxşı cavab verir.

— Bella Hurre və Endru Leimdorfer, BBC)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *