Qardian databloqunun səhifələri arxasında

Qardian databloqunun səhifələri arxasında

figs/incoming/02-ZZ.jpg
Şəkil 17. Qardian databloqunun yaradılması prosesi əyaniləşdirilmiş halda. ( Qardian qəzeti)

Biz data bloqu yaradanda heç bilmirdik ki, bu xam materialdan, statistikadan və əyaniləşdirmədən kimlər istifadə edəcək. Hələ mənim ofisimdəki böyüklərdən biri: “Niyə kimsə onu istəməlidir?” sualını verdi. Mənim redaktə etdiyim “Qardian” data bloqu bizim xəbər mətnlərinin arxasında müxtəlif data şəbəkələr təklif edən kiçik bir data bloq olmalı idi. İndi o ön səhifədən (guardian.co.uk/data) dünya dövlətləri və qlobal inkişaf barədə məlumatlar barədə arayışlar, vebdən və “Qardian”-ın qrafika ustalarının yaradıcılığından götürülmüş əyaniləşdirmələr haqqında məlumatlar və ictimai məlumatları tədqiq edən alətlərdən ibarətdir. Hər günişimizdən kənar məlumatları paylaşmaq üçün qoogle cədvəllərindən istifadə edirik. Biz məlumatları əyaniləşdiririk və təhlil edirik, sonar isə qəzeti və veb saytı hekayələrlə təmin edirik. Xəbər redaktoru və bir jurnalist kimi qrafika ilə işlərkən, təbii ki, işinhəcmi xeyli genişlənmişdi. Mən artıq yeni məlumat şəbəkələri yaradır, günün hekayələrini yaratmaq üçün onlarla əlləşirdim.

Məndən soruşulan sualın cavabını artıq bizə veriblər. Bu bir neçə il ərzində ictimai məlumatlar üçün inanılmaz olmuşdur.Obama ABŞ-da məlumat qüsurlarını özünün ilk qanunvericilik aktı kimi açıb göstərmiş və bu bütün dünyada – Avstraliya, Yeni Zelandiya, və Britaniya Dövlət saytı Data.gov.uk –də davam etdirilmişdir.

Vestministerə indi hər il böyük miqdarda məlumatların nəşr edilməsinə tapşırıq verilmişdir.

Bizim ümumi seçkimiz oldu, burada bütün əsas siyasi partiyalar özümüzün məlumat sərdabələrini bütün dünyaya açaraq məlumatın aşkar olmasına etibar edirdilər. Bizim elə qəzetlərimiz olmuşdu ki, onlar Xəzinənin sikkələri haqqında məlumat bazasını nəşr etmək üçün buna xüsuzu qəzet sütunları həsr etmişdilər.

Eyni zamanda veb şəbəkəsi get gedə daha çoz məlumatı tapıb çıxardığından dünya oxucuları həmişəkindən daha çox xəbər arxası xam materiallarla maraqlanırlar. Biz databloqu başlayanda auditoriyamız yani proqram təminatlarının yaradıcıları olacaqlar. Əslində karbon emissiyaları, Şərqi Avropada miqrasiya , Əfqanıstanda ölüm hallarının detalları və bəzən “Beatles”-in öz mahnılarında neçə dəfə “məhəbbət” sözündən istifadə etməsini istəyən xalqdır. (613)

Tədricən Databloqun işi bizim rast gəldiyimiz hekayələrdə əks olundu və onlara əlavə edildi. Biz Parlament üzvlərinin xərcləri ilə əlaqədar 458 000 sənədi kütləviləşdirdik və onların iddiaları üzrə həmin sənədləri təhlil etdik. Biz öz istifadəçilərimizə kömək üçün xəbərlərin ardınca xəzinə xərclərinin detallarını nəşr etdik. Lakin Data jurnalistikada 2010-cu ilin yazında bir iş vərəqi ilə başlayan oyun dəyişdirici baş verdi: 92,201 sıra məlumatın hər birində Əfanıstanda baş verən hərbi hadisələrin detallarını özündə saxlayırdı. Bu Viki liks müharibə logları idi. Birinci hissə. Vəssəlam. Orada dah çox epizodlar da olmalı idi. İraq və kabellərr. İlk iki hissənin rəsmi adı SİGACTS idi. ABŞ-ın Mühüm Hərbi Fəaliyyəti barədə məlumatlar bazası.

Xəbər xidməti təşkilatları əsasən coğrafi mövgeni və xəbər masasına yaxınlığını göstərir. əgər siz ona yaxınsınızsa, hekayə qurmaq və prosesin bir hissəsinə çevrilmək bir qədər asan olur, yəni uzaq olarkən gözdən uzaq eyni zamanda könüldən iraq olur. Vikiliksdə qabaq biz bizi müxtəlif mərtəbələrdə xəbər masalarına yaxın yerləşdirmişdilər. Bu o deməkdir ki, masaya müxtəlif təkliflər vermək bizim üçün daha asandır və müxbirlərə gəlincə onlar xəbər otağının yanında olaraq bizə öz hekayələri ilə kömək olur.

Lap bu yaxınlara qədər jurnalistlər rəsmi məlumatların qapıçıları idi. Biz müxtəlif əhvalatlar və rəqəmlər barəsində hekayələr quraşdırır və onları xam statistika ilə o qədər də maraqlanmayan qədirbilən xalqa təqdim edirdik. Xam məlumatları qəzetlərimizə gətirmək ideyamız lənətlənməli idi.

İndi tanınmadan sonra dinamikanın dəyişdiyi bir dövrdə bizim rolumuz məlumatı başa düşməkdə xalqa kömək edən hətta özüyündə maraqlı olduğuna görə onları nəşr edən şərhçilərə çevrilməkdədir.

Lakin təhlilsiz rəqəm sadəcə yazıya uyğunlaşdırdığımız rəqəmdir. Britaniyanın baş naziri 2011-ci ilin avqustundakı qiyamların yoxsulluqla heç bir əlaqəsi olmadığını iddia edəərkən biz qiyamçıların bütün yoxsulluq göstəriciləri ilə ünvanlarını nəşr edib göstərəndə məlum oldu ki, o iddiaların arxasında həqiqət dayanmır.

Hər şeydən əvvəl, bizim data jurnalistika hekayələri bir prosesdir. O daim yeni alətlərdən və metodlardan istifadə etməklə dəyişməkdədir.. Bəzi adamlar deyirlər ki, bunun cavabı bir növ super haker olmaqdır ki, kodu yazıb özünü SQL-ə yükləyəsən. Bu cür yanaşmanı qəbul etmək olar. Lakin yerinə yetirdiyimiz işin əsas hissəsi excell-dədir.

Əvvəla, biz məlumatları müxtəlif mənbələrdən alırıq və yaxud yerləşdiririk. Onları təcili xəbərlərdən, dövlət məlumatlarından, jurnalist tədqiqatlarından və s götürürük. Sonra biz onlarda necə istifadə edəcəyimizi düşünməyə başlayırıq- bəlkə onu başqa məlumat şəbəkəsində əzib əritmək lazşmdır? Zaman axarındakı dəyişiklikləri necə göstərə bilərik? Bir çox elektron cədvəllərin səliqəyə salınmasına ehtiyac vardır. Bütün o kənar sütunlar, asanlıqla itən xanalar kömək etmir. Bu belə qəbul edilir ki, bu PDF-dir, məlumatlar üçün bəşəriyyətə məlum olan ən pis formatdır.

Çox vaxt rəsmi məlumatlar rəsmi kodlar daxil edilmiş halda gəlir. Hər bir məktəbin xəstəxananın, bir qurumun və yerli rəhbərliyin öz vahid eyniləşdirmə kodu olur.

Ölkələrin də belə kodu olur. (Məsələn BK-nın kodu BB-dir)Bu faydalıdır, çünki onlar data şəbəkələri bir birinə qarışdırmaq istəsələr, nəticədə nə qədər müxtəlif orfoqrafiya qaydalarına riayət etmək, və sözləri yerbəyer etmək lazım olardı. Məsələn, Birmanı və yaxud Myanmarı və yaxud ABŞ-da Fayet qraflığını götürək- Corciyadan Vest Virciniyaya qədər 11 ştat vardır. Kodlar bizə oxşarları müqayisə etməyə imkan verir.

O prosesin axırında nəticə belə olur: əgər o bir hekayə, bir qrafika və yaxud bir əyaniləşdirmə olsa, hansı alətlərdən istifadə edəcəyik? Bizim əsas alətlərimiz pulsuz əlçatan alətlərdir ki, onlarla biz tez bir şəkildə nə isə edə bilirik. Daha incələnmiş qrafika isə bizim işçi komanda tərəfindən yaradılır.

Bu isə o deməkdir ki, bizim hamımız tez və asanlıqla xəritə çəkmək üçün kiçik xətti və dairəfi qrafika üçün Qoogle diaqramlarından və yaxud Qoogle Qovuşan Cədvəllərindən istifadə edirik. Onlar yeni görünə bilər, lakin əslində belə deyil.

1821-ci il Mayın 5-də şənbə günü Mançester Qardian-ın lap birinci nömrəsində günün bütün başqa kağızları kimi, xəbərlər arxa səhifərdə idi. Ön səhifədəki birinci şey itmiş Labrador haqqında elan idi.

Hekayələr və poeziya ekspertləri arasında həmin arxa səhifənin üçdə biri faktlara yaxşı uyğun gəlir. Həmin ərazidəki məktəblərə çəkilən xərclərin ətraflı tərtib olunmuş cədvəli “NH-nın yazdığına görə” heç vaxt ictimaiyyətə açıqlanmamışdı.

NH istəyirdi ki, onun məlumatları dərc olunsun, çünki əks halda faktlar reportaj üçün təcrübəsiz keşişlərə veriləcəkdi. Onun motivasiyası bu idi ki, “ Bu cür informasiya öz tərkibinə görə dəyərlidir təhsilin hası səviyyəyə qədər inkişaf etmiş olduğunu bilmədən, bü günki şərait və cəmiyyətin gələcək inkişafı üzərində formalaşan ən yaxşı rəylər belə, təbii ki, düzgün olmayacaq”. Başqa sözlə, əgər bu gün nəyin baş verdiyini bilmədən cəmiyyət yaxşıya doğru necə inkişaf edər?

Mən indi daha yaxşı etməyə çalıdığımızda yaxşı bir şey düşünə bilmərəm. Vaxtilə arxa səhifəyə salınmış hekayə bu gün ön səhifənin xəbərlərini yarada bilər.

— Simon Rogers, Qardian

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *