Xakeri necə tapmalı?

Xakeri necə tapmalı?

Jurnalistlərin müntəzəm olaraq məndən oruşduqları şeylərdən biri budur ki, layihəmə dəstək olaraq mən koderi necə alıram? Bunun sadə bir prosess olması fikri ilə özünüzü aldatmayın, mülki düşüncəli xakerlər və məlumatlara dair mübahisə edənlər jurnalistlərlə münasibətlərdə bir qədər həssas olurlar.

Jurnalistlər məlumat əsaslı alətlərin və xidmətlərin istifadəçiləridir. Yaradıcıların perspektivləri: Jurnaliststlər yaradıcıların heç vaxt nəzərə almadıqları məlumat alətlərindən yalnız lazım gələndə istifadə edirlər. (rəylər qiymətsizdir!) Yaradıcılar da öz növbələrində məzmun yaradır, layihə ətrafında səz küy qoparır və onları uyğunlaşdırırlar

Xoşbəxtlikdən, bu o demək olur ki, sən bir xaker tutmaq istəyirsən və yaxud kiçik bir büdcə ilə mümkün əməkdaşlıq axtarırsan və bu zaman mütləq sizə kömək etmək istəyən biri tapılır.

“Beləliklə, siz onları necə tapırsınız?” deyə Nyu York Taymzdan Arron Pilhofer soruşur.

Elə ola bilər ki, siz görərsiniz ki, təşkilatınızda siə lazım olan bacarıqlara malik insanlar vardır, lakin onlar sizing xabər otağında çalışmırlar. Əkər axtardığınıza nail olmaq istəyirsiniozsə, ətrafa baxın, gəzib öyrənin İT bölmələrinə baş çəkin. Koder mədəniyyətini qiymətləndirmək üçün bu vacibdir ki, gəzib nəhayət şəkildəki kimi kompüteri olan birinə rast gələsən.

figs/incoming/02-04.jpg
Şəkil 21. Şərəf nişanı Xakerlər/koderlərı ləkələmək asan olur.

… Sonra siz ehtimal ki, bir qalibə rast gəlirsiniz.

Daha bir neçə ideya :

Veb saytlara yerləşdirin.
Müxtəlif proqram dillərində işləyən yaradıcılara (məsələn Piton və İş Lövhəsinə) göndərin.
Münsasib poçt siyahıları ilə əlaqə saxlayın.
Məsələn: NİCAR 1 və Məlumat əsaslı jurnalistika siyahıları
Münasib təşkilatlarla əlaqə saxlayın.
Məsələn, siz vebdən hər hansı məlumatı silmək və götürmək istəsəniz, onda sizScraperwiki təşkilatı ilə əlaqə saxlayın, onlarda etibarlı və kömək etmək arzusunda olan koderlərin böyük siyahısı vardır.
Münasib qruplara və ya şəbəkələrə qoşulun.
Jurnalistləri və texnikləri bir araya gətirən təşəbbüs arayın, məsələn sındırmalar/xakerlər Sındırmalar/xakerlər qrupları indi dünyanın hər bir yerində vardır. Siz həm də onların İş yerləri haqqında nəşrlərinə mütaciət edə bilərsiniz.
Yerli maraqlar üzrə icmalar
Siz öz ərazinizdə belə expert araşdırmalarına cəhd edə bilərsiniz. ( məsələn, ‘javascript’ + ‘london’). Bunun üçün Meet up.com da başlanğıc yeri ola bilər.
Haktonlar və yarışlar
Orada ya priz olur, ya da olmur.: proqram və ya əyaniləşdirmə yarışları və yaradıcı günlər çox vaxt əməkdaşlıq və əlaqə qurmaq üçün münbit yerdir.
Kompüter üstasından soruşun

Kompüterçilər digər kompüterçilərlə əlaqədar olurlar. Soruşmaqla işləmək üçün yaxşı adamlar tapmaq olar. Lap tutaq ki, Xaker tapdın, onun nə qədər yaxşı olduğunu nədən biləcəksən? Biz yaxşı birisini necə tapmağı Qardian qəzetinin aparıcı interaktiv texnoloqu Alastea Dantdan soruşduq. Yaxı xaker tapmaq üçün onun baxşşları belədir:

Onlar bütün ehtiyatı kodlaşdırırlar.
Yararlılıq müddətinə gəlincə, gərək bir şeyin ustası olmaqdansa müxtəlif şeylərdən basin çıxsın. Xəbər proqram təminatı isə məlumat götür-qoy etmək bacarığı, dinamik qrafika və təyin etmə qabiliyyəti tələb edir.
Onlar bütün təsviri görürlər
Bütöv düşüncə tərzi texniki detallara nisbətən nəqletmə dəyərinə üstünlük verir. Mən qeyri müəyyən masştablarda ardı-arası kəsilməyən virtuoaluqdansa ürəklə çalınan bir not eşitmək istərdim. Görün, bir dizaynerlə yanaşı işləyən nə xoşbəxtdir.
Onlar yaxşı hekayələr danışırlar
Nəqletmə şəklində təqdimat əşyaların zaman və məkan daxilində yerbəyer edilməsini tələb edir. Onların hansı layihələrlə fəxr etdiklərini tapın və bunların necə qurulduğunu sizə danıçşmalarını xahiş edin. Bu onların texniki unlayışlı olduğu kimi həm də ünsiyyət qabiliyyətli olmasını göstərən çox şey deyəcək.
Onlar müxtəlif şeylər haqqında danışırlar.
Şeyləri tez quraşdırmaq üçün ümumi məqsədə doğru çalışan müxtəlif insanların komandası tələb olunur. Hər bir iştirakçı öz iş yoldaşına hörmət etməli və onunla məsləhətləşmək arzusunda olmalıdır. Öncədən görünməyən maneələr sürətli planlaşdırma və kollektiv kompromislər tələb edir.
Onlar özlərini öyrədirlər.
Texnologiya sürətlə inkişaf edir. Bəzən buna uyğunlaşmaq çətin olur. Müxtəlif səviyyəli yaradıcılarla rastlaşdıqdan sonra ən ümumi cəhət tələb olunan yeni işçiləri öyrənməkdir.

— Lusi Çambers, Açıq Bilik Fondu

Sənin xəyallarının qurucusunu necə tapmalı?

Yaxşı və böyük yaradıcının işinin məhsuldarlığındakı fərq xətti deyil, eksponentdir Yaxşını işə götürmək çox mühümdür. Bədbəxtlikdən, yaxşını işə götürmək çox çətin olur. Əgər özün təcrübəli bir texniki menecer deyilsənsə namizədləri seçmək kifayət qədər çətindir. Əgər buraua xəbər bölmələrinin rəva görə biləcəyi maaşları əlavə etsək, hər şey daha da aydın olar.

Tribunda biz iki bucaqdan baxaraq işə götürürük: Emosional və texniki cəhətdən. Emosional cəhət budur: Jurnalistika mövcud demokratiya üçün əsasdır. Burada işlə, dünyanı dəyişdirə bilərsən. Texniki cəhət isə onun nə qədər öyrənə biləcəyi əsasdır. Bizim layihələrimiz kiçikdir, sürətlidir, dövridir. Hər bir layihə yeni alətlər dəsti, yeni dil, yeni mövzudur (yanğın təhlükəsizliyi, pensiya sistemi) ki, onu öyrənməlisən.Xəbər otağı bir tigeldir.(poliqr. Çap maşınında kağızı qəlibə basan dəmir).Mən indiyədək bizim komanda kimi tezliklə həm də çox öyrənən birisini görmədim.

Hansı tərəfdən baxsaq da, biz açıq dövlət cəmiyyətində böyük xakerlər tapmaqda bəxtimiz gətirdi. Günəş Laboratoriyalar poçt siyahısında həmişə axşamdan tökülüb qalmız zibil işlər olur. Başqa potensial resurs isə Amerika üçün kod dur. Hər il CfA-dən gəlmiş bir qrup işçi gəlib çıxır və özlərinə növbəti bir böyük layihə axtarırlar. CfA özünə mükafat olaraq bir intervyü prosesi qazanır. Onlar artıq sizin üçün öz seçimlərini etmişlər. İndi bizim dövrümüzdə Jurnalistika məktəblərində proqramlaşdırma ilə maraqlanan jurnalistlər meydana gəlməyə başlamışdır. Onlar hələ cavandır, lakin çox böyük potensialları vardır.

Lakin yaradıcıların işə götürülməsi hələ kifayət deyil. Sizə texnilki idarəetmə lazımdır. Tək silah yaradıcısı (xüsusilə də jurnalistika məktəbindən çıxmış və sənaye təcrübəsi olmayan bir gənc ) pis qərarlar qəbul etmək istəyir. Öz başına buraxılmış hətta ən yaxşı proqramçı da auditoriya üçün ən maraqlı olan işi seçərək üzərində işləyəcək. Bu işə götürməni xəbər proqramı redaktoru , layihə meneceri başqa hər hansı cür adlandırmaq olar. Yazıçılar kimi proqramçılara da redaktorlar lazımdır, rəhbərlik və daha kimsə lazımdır ki, vaxtında proqram təminatı işləyib hazrlamağa təhrik etsin.

— Brayen Boyer, Çikago Tribun

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *