Hakatonda Xarici Mütəxəssisin qoşulması

Hakatonda Xarici Mütəxəssisin qoşulması

figs/incoming/02-XY.jpg
Şəkil 22. Hakaton: Jurnalistlərlə yaradıcılar arasında əməkdaşlığa necə təkan verməli (foto Hayns Havinga)

2010-cu ilin martında Utrext əsaslı, rəqəmsal mədəniyyət təşkilatı SETUP haker jurnalistikası adlı tədbir keçirdi. Bu tədbir yaradıcılar və jurnalistlər arasında əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə keçirilmişdi.”Biz maraqlı proqram təminatı yaratmaq üçün hakatonlar təşkil edirik lakin məlumatlarda maraqlı hekayələri tanıya bilmirik. Yaratdığımızın sosial aktuallığı yoxdur.” –proqramçılar deyirdi. “ Biz data jurnalistikanın əhəmiyyətini qəbul edirik Lakin istədiyimiz şeyləri qurmaq üçün lazım olan texniki bacarıqlarımız çatışmır.” –jurnalistlər deyirdi.

Regional qəzet üçün işləyərkən xəbər bölməsi üçün bir proqramçı işə götürməyə marağımız yox idi. O vaxtlar holland qəzeti üçün data jurnalistika qeyri müəyyən bir kəmiyyət idi. Hakaton modeli kamil bir şey idi. Əməkdaşlıq üçün çoxlu pizzanın və enerji içkilərinin olduğu bir rahat mühit idi. Region hack məni işə götürən təşkilatın təşkil etdiyi bir hakaton idi. Regional qəzet olan De Stentor Bizim qonşu nəşrimiz TC Tubantia və Saksion Hogesholen Ençede bizi tədbir keçirmək üçün yerlə təmin edirdi.

Qayda aşağıdakı kimi idi: hər bir kəs 30 saatlıq hakaton toplaya bilərdi. Yemək-içməyi biz təmin edirdik. Biz 6 qrupa bölünmüş 30 iştirakçını hədəf götürmüşdük. Bu qruplar cinayət, sağlamlıq, nəqliyyat, təhlükəsizlik, yaşlanma və enerji kimi mövzulara diqqət yetirəcəkdi Bu tədbirin keçirilməsində bizim 3 əsas məqsədimiz vardı.

Hekayələr tapmaq
Bizim üçün data jurnalistika nə isə naməlum və yeni bir şey idi. Onun faydasını qəbul edəcəyimiz yeganə şey orada bizim yaxşı tərtib olunmuş hekayələrimiz idi. Biz planlaşdımışdıq ki, ən azı 3 data hekayə quraşdıraq.
İnsanları əlaqələndirmək
Biz jurnalistlər data jurnalistikanın necə işlədiyini bilmirik və özümüzü elə göstərmirik ki, bilirik. Jurnalistləri, tələbələri və proqramçıları 30 saatlıq bir otağa toplamaqla biz istyirik ki, onlar fikir mübadiləsi etsinlər
İctimai tədbirə ev sahibliyi etmək
Qəzetlr hakatonları bir yana qoyub çoxli ictimai tədbirlər təşkil etmirlər. Biz yoxlamaq istəyirdik ki, görəsən belə tədbirlər nə nəticə verər? Əslində həmin tədbir gərgin keçə bilərdi: Yad adamlarla 30 saat,çoxlu jarqonlar, öz rahatlığını bir kənara qoyaraq narahat suallarla baş sındırmaq. Onu ictimai tədbirə çevirməklə- pizza və enerji içgilərini xatırlayırsınızmı- biz istəyirdik ki, jurnalistlərin və proqramçıların daha məhsuldar əməkdaşlıq edə biləcəyi bir mühit yaradaq.

Tədbirdən əvvəl TC Tubantianın bir polisin iş fəaliyyəti haqqında bir kitab yazmış dul qadını ilə müsahibə oldu. Bu qadının əlində Niderlandın şərqində 1945-ci ildən bəri əri tərəfindən qeydiyyata alınmış qətlləri əks etdirən sənəd var idi. Normal halda biz bu sənədi öz veb saytımızda nəşr edərdik. Bu dəfə biz Tableau proqramından istifadə edərək bir alətlər paneli yaratdıq. Biz onun bizim RegioHack veb sayttına necə gəlməsini də bloqladıq.

Hakaton zamanı bizim layihə qrupumuz məktəblərin inkişafı və regionda yaşlanma məsələsi ilə irəli çıxdılar. Gələcək layihələrin əyaniləşdirilməsini qurmaqla biz gələcəkdə bir neçə illik tənəzzüldən sonar hansı şəhərlərin siyahıya salınmada əziyyət çəkəcəklərini başa düşürdük. Bu nöqteyi nəzərdən biz regionumuzda bunun məktəblərimizə necə təsir edəcəyinə dair məqalə hazırladıq.

Biz eyni zamanda ingilis dilində De Tweehonderd van Twente (ingilis dilində iki yüz iyirmi) adlı iddialı bir layihə hazırladıq və regionumuzda ən nüfuzlu insanlar haqqında məlumat bazası yaratdıq.

Kimin gəncler təşkilatları ilə daha çox əlaqələri olduğunu Google hesablamaları ilə müəyyən etdikdə daha çox nüfuzlu insanların siyahısını tuta bilərik. Bu bizi silsilə məqalələrin yazılmasına gətirib çıxarar, həm də jurnalistlər üçün güclü bir alət olardı. Kimin kiminlə əlaqələri bardır? Siz bu suallarla bu məlumat bazasına müraciət edərək gündəlik işinizdə istifadə edə bilərsiniz. Bu mənbə həm də mədəni dəyərə malikdir. Artıq rəssamlar interaktiv sənət quruculuğundan sonra bu mənbəyə müraciət eə biləcəklərini soruşmuşlar.

figs/incoming/02-YY.jpg
Şəkil 23. Data jurnalistika ətrafında yeni icmalar. New communities around data journalism (Foto Heinze Havinganındır.)

Regio Hakdan sonra biz gördük ki, jurnalistlər data jurnalistikanı ənənəvi jurnalistikaya həyati əhmiyyətli bir əlavə hesab edirlər. Həmkarlarımız gün ərzində öyrəndikləri metodlardan istifadə etməkdə davam edir, bununla daha ciddi texniki layihələr yaradırlar. Mənzil təminatının inzibati dəyərlərini əks etdirən məlumat bazasının yaradılması buna sübutdur. Belə bir məlumatla mən qarışıq cədvəllər formasında interaktiv xəritə hazırladım. Biz oxucularımızdan xahiş etdik ki, məlumatlar üzərində işləsinlər və nəticələri kütləviləşdirsinlər. Qarışıq cədvəllər üzərində xəritəni necə yaratmağım barədə suallardan sonra mən bir video təlimat da hazırladım. Biz nə öyrəndik? Biz çox şey öyrəndik. Biz bu yolda çox müneələrlə üzləşdik onlardan bu göstərdiklərimiz 4-nü maneə kimi qəbul etdik.

Nədən başlamalı, sualdan, yoxsa məlumatdan?
Demək olar ki, bütün layihələr məlumat axtarmaqla əlləşiblər. Əksər hallarda onlar journalist sualları ilə başlamışlar. Bəs sonra? Hansı məlumat əlçatardır? Onu haradan tapmaq olar? Bu məlumatı tapanda siz öz sualınıza cavab tapırsınız. Məqalə üçün araşdırma apararkən adətən məlumatı haradan tapmalı olduğunu bilirlər. Əksər jurnalistlər data jurnalistika ilə hansı məlumatların əlçatar olduğunu bilmirlər.
Bir az texniki biliyin olması
Data jurnalistika tamamilə texniki bir elmdir. Bəzən əldə etdiyin nəticələri əyaniləşdirmək üçün müəyyən proqramlaşdırmadan istifadə etməli, araşdırmalı olursan. Ən yaxşı data jurnalistika üçün iki mərhələni qeyd etmək lazımdır: Jurnalist görmə bucağıtəcrübəli journalist kimi özünün görmə bucağı və rəqəmsal sahədə texniki nou-hau bacarığı. Regio Hak zamanı bunun şahidi olmadıq.
Bu xəbərdir?
İştirakçılar xəbərləri öyrənmək üçün müxtəlif mənbələr arasında daxili əlaqələrin olmasını araşdırmaq əvəzinə əsasən bir məlumat şəbəkəsindən istifadə edirdilər. Bunun səbəbi: Data jurnalistikanın məlumatlarını təsdiq etmək üçün müəyyən qədər statistic biliyə malik olmaq lazımdır.
Gündəlik nədir?
Bəzən qarşıya çıxanlar ona görə baş baş verir ki, orada gündəlik rejum yoxdur. İştirakçıların potensialında müəyyən bilik və bacarıqlar vardır, lakin onlar bundan harada necə istifadə etməyi bilmirlər. Bir journalist onu bişməkdə olan piroqla müqayisə etmişdir.I Piroq üçün lazım olan hər bir şey- un, yumurta, süd və sair vardır. Biz onları bir kisəyə töküb qarışdırırıq. Ümid edirik ki, piroq hazır olacaq. Əslində bizim piroq üçün hər şeyimiz vardır, llakin onun hazırlanma reseptini bilmirik.

Bəs indi? Data jurnalistikada ilk təcrübələrimiz başqa jurnalistlərə və proqramçılara bizim indi hesabat hazırladığımız iş sahəsinə eyni işə həvəs göstərənlərə lömək edə bilər. Eyni zamanda, biz RegioHakı hakaton formasında necə davam etdirməyi nəzərə alırıq. Biz onu data jurnalistika üçün maraqlı və məzəli bir şey olduğunu gördük.

Lakin data jurnalistikada işi xəbər otağına inteqrasiya etmək lazımdır. Jurnalistlər sitatlara, pres relizlərə şura iclaslarına və s əlavə olaraq məlumatı araşdırmalıdırlar. RegioHakda işlərkən biz oxucularımıza sübut etdik ki, data jurnalistika sadəcə olaraq reklam deyil. Biz oxucularımıza müxtəlif məqalələri çap formasında və ya onlayn təqdim edərkən daha malumatlı və fərqli yazılar hazırlaya bilərik.

— Cerry Vermanen, NU.nl

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *