Data jurnalistika üçün biznes modelləri

Data jurnalistika üçün biznes modelləri

Məlumat əsaslı jurnalistika ilə əlaqədar bütün maraq və ümidlər arasında bircə məsələ vardır ki, bütün xəbər bölmələri həmişə maraqlanırlar: bizness modelləri nədir?

Biz gözləntilər yaratmaqla ehtiyatlı olmalıykən ən yeni tarixə bir baxış və müasir media sənayesinin hazırkı vəziyyəti bizə bir qədər cəsarət verir. Bu gün bir çox xəbər təşkilatları vardır ki, yeni yanaşmaları qəbul etməklə xeyli qazanmışlar.

“Data jurnalistika” və yaxud ən yeni, daha dəqiq açar söz olan “data elmi” elə səslənir ki, sanki yeni bir şeyi təsvir edir, lakin bu o qədər də doğru deyil. əslində bu yeni yarlıklar sadəcə bir mərhələni xarakterizə edərək onilliklər ərzində güc qüvvə qazanmışdır.

Bir çox jurnalistlər deyəsən hələ məlumat toplanması, məlumat təhlili və əyaniləşdirmə zamanı nə qədər qazanc əldə olunduğunun fərqində deyillər. Bu məlumatın incələnməsi biznesidir. Məlumat alətləri və texnologiyaları ilə o beynəlxalq maliyyə, borc, demoqrafiya təhsil və sair kimi daha mürəkkəb məsələləri işıqlandırmağı mümkün edir. “Biznes zəkası” termini ticari korporasiyalarda nə baş verdiyini daha aydın təsvir etməyi hədəfə alaraq müxtəlif İT məfhumlarını təsvir edir. McDonalds, Zara və yaxud HvəM də daxil olmaqla zəmanəmizin böyük və mənfəətlə işləyən korporasiyaları mənfəət əldə etməkdə daim məlumatların izlənməsinə söykənirlər. Və bu onlara əməlli başlı xeyir verir.

Hal-hazırda dəyişən odur ki, bu sahə üçün yaradılmış alətlər media da daxil olmaqla başqa domenlər üçün də əlçatar olmuşdur. Bunu əldə edən jurnalistlər vardır. Əyaniləşdirmə alətləri dəstini yaradan şirkət Take Tableau, yaxud “Böyük məlumat” hərəkatında texnologiya şirkətləri proqram təminatı paketlərindən (çox vaxt açıq mənbədən) istifadə edərək saniyənin mində birində böyük məlumat toplularını çıxarırlar.

Bu texnologiyalar indi jurnalistikaya tətbiq oluna bilər. Qardiyanda və Nyu York Taymzdakı komandalar yaranmaqda olan bu sahədəki hüdudları daim sıxışdırırlar və hal – hazırda bizim gördüklərimiz ancaq aysberqin bir ucudur.

Lakin bu, jurnalistikada pulu necə qazandırır? İndi açılmaqda olan dünyaca böyük bir bazar ictimaiyyət üçün əlçatar olan məlumatları elə bir şeyə çevirməklə məşğuldur ki, biz onu emal edə bilirik: məlumatı görünə bilən və insanlara yetən edirik. Biz istəyirik ki, hər gün xəbərlərdə eşitdiyimiz böyük rəqəmlərə müraciət edə bilək ki, milyonların və milyardların bizim üçün nə demək olduğunu başa düşək.

İndi çox qazanc götürən bir sıra məlumat əsaslı media şirkətləri vardır ki, onlar bu prinsipi başqalarından xeyli əvvəl tətbiq etmişlər. Onlar sağlam böyüyən və bəzən də təsirli mənfəətdən həzz alırlar. Məsələn, Blumberq. Bu şirkət, təxminən 300 000 terminalda işləyərək maliyyə məlumatlarını istifadəçilərinə çatdırır. Əgər siz pul biznaesi ilə məşğulsunuzsa, bu çox qüdrətli silahdır. Hər bir terminal rəngli kodlaşdırılmış klaviatura ilə gəlir baxmağa, müqayisə və təhlil etməyə sonra nə edəcəyinizə qərar verməkdə kömək edən 30 000 variant təklif edir. Bu köklü biznes 2008-ci ildə Nyu York Taymz-ın təxmin etdiyi qədər, ildə təxminən 6,3 milyard ABŞ dolları gəlir gətirir. Nəticədə Blumberq sağdan, soldan və mərkəzdən jurnalistləri işə götürür, qocaman, lakin itgilərə məruz qalan “Bizness Həftəsi”ni alır. Və s.

Başqa bir misal kimi, bu gün Tomson Röyters kimi tanınan Kanada media konqlomeratını göstərmək olar. Onlar bir qəzetlə başladılar, BK-da çoxlu məşhur titullar qazandılar sonra isə 20 il bundan qabaq qərara aldılar ki, qəzet biznesini tərk etsinlər. Bunu əvəzində onlar müxtəlif sənaye sahələrindəki müştərilərinə daha böyük perspektivdə məlumat xidməti göstərməyi hədəfləyən informasiya xidmətləri biznesində inkişad etdilər. İxtisaslaşmış məlumatla necə pul qazanmaq barədə düşünsəniz, məsləhətimiz sadəcə “Şirkət haqqında Vikipediyada oxuyun” olacaq.

İndi də Economist-ə nəzər salaq. Bu jurnal bir media kimi əla təsirli bir brend yaratmışdır. Eyni zamanda “İqtisadi Zəka vahidi” kimi indi o daha çox dünyanın az qala hər bir ölkəsində olduğu kimi, məsləhət, münasib təmayüllər barədə hesabat və yayım şirkətinə bənzəyir. Onlar yüzlərlə jurnalisti çalışdırır və bütün dünyada 1,5 milyon müştəriyə xidmət etdiklərini iddia edirlər.

Bir ilham mənbəyi kimi xidmət göstərən çoxlu məlumat əsaslı xidmətlər vardır.: ABŞ-da e-market internet marketing ilə maraqlanan hər bir kəs üçün müqayisə, diaqram və məsləhət xidməti göstərən şirkətdir, Almaniyada Stiftung Varentest əmtəələrin və xidmətlərin keyfiyyətinə baxan təşkilatdır, Statista yenə Almaniyada ictimaiyyətə əlçatar məlumatların əyaniləşdirilməsində ilkin kömək göstərən bir qurumdur.

Bütün dünyada bu sector üzrə hal-hazırda başlanğıc dalğası vardır ki, onlar təbii olaraq geniş çeşiddə əraziləri, məsələn, biznes tədqiqatlarına yenidən yatırım qoymağı hədəfləyən Taymtriki, Açıq Birliklər, Kasabi, İnformasiya şimpanzeləri və Məlumat Bazarı-nı əhatə edirlər. Onlardan bir çoxu hələ mübahisəli eksperimentlərdir, lakin onları mühüm dəyişiklik əlaməti kimi götürmək olar.

Bundan başqa, ictimai media da vardır ki, məlumat əsaslı jurnalistika baxımından yatmış bir nəhəngdir. Almaniyada hər il 7,2 milyard avro bu sektora axır. Jurnalistika spesifik məhsuldur, yaxşı yerinə yetirildikdə o sadəcə olaraq pul qazanmağa deyil, həm də cəmiyyətdə daha mühüm rol oynamağa xidmət edir. Bir şey aydındır ki, məlumat jurnalistikası daha yaxşı və etibarlı anlaşmanı təmin edə bilir. Qazanılan pulun isə bir hissəsindən xəbər bölmələrində yeni iş yerlərinin yaradılmasında istifadə oluna bilər.

Data jurnalistika yalnız birinci olmaq deyil, həm də inanılmış informasiya mənbəyi olmaq deməkdir. Bu çoxkanallı dünyada istənilən qədər diqqət yetirmək olar, lakin inam get gedə daha da azalan bir sərvətdir. Data jurnalistlər müqayisə sintez etməyə kömək edə bilər, müxtəlif , çox vaxt çətin məlumat mənbələrini elə bir tərzdə təqdim edə bilərlər ki, öz oxucuları daha mürəkkəb məsələlərə nüfuz edə bilərlər. Data jurnalistlər dövri olaraq press relizlər buraxaraq, haradasa eşitmış olduqlrı hekayələri danışmaqdan daha çox öz oxucularına aydın, hərtərəfli və uyğunlaşdırıla biləcək məlumatları interaktiv qrafika ilə və birbaşa ilkin mənbəyə daxil olmaqla təqdim edirlər. Oqədər də cüzi olmasa da əlbəttə, çox dəyərlidir.

Belə isə, data jurnalistləri bu sahəni tədqiq etməyə və rəhbərliyi innovativa layihələri dəstəkləməyə inandırmaqda ruhlandıran nədir?

Evə ən yaxın olan birbaşa inkanların axtarılması ilk addım olardı: Əlçatan meyvə. Məsələn, sizin artıq qurulmuş mətnləriniz və məlumatlarınız vardır ki, siz onlardan istifadə edə bilərdiniz. Buna ən yaxşı misal, Los Ancelesdə Taymzın “Cinayətlər üzrə” məlumat bazasıdır. Burada məlumat və əyaniləşdirmələr gecikmiş fikir deyil, əsasdır. Redaktorlar tapdıqları bütün cinayət materiallarını toplayır və yalnız bundan sonra onlar üzərində məqalələr yazırlar. Vaxt keçdikcə bu cür məlumatlar daha yaxşı, daha dərin və daha dəyərli olur.

Bu əvvəllər işləməyə bilər, lakin bir qədər sonra işləyəcək. Burada daha ümidverici göstərici Texas Tribyun və ProPublikadır. Onlar hər ikisi nəşr sonrası media şirkətləridir və bildirirlər ki, mənfəət güdməyən jurnalist təşkilatları üçün maliyyə vəsaitləri onların gözlədikləri və planlaşdırdıqlarından daha çoxdur.

Hər bir şeydə təcrübəli olaraq, istər erudit, istər mütəxəssis fokuslu məlumat- məlumat qida zəncirinin bir aspektidir — o jurnalistikaya inanan insanlarda dəyərli perspektivlər yaradır. Bu yaxınlarda Almaniyada bir məşhur naşir öz müsahibəsində demişdir: Yeni bir qrup vardır ki, özlərini data jurnalistləri adlandırırlar və daha yer fındığı üçün işləmirlər.”

— Mirko Lorenz, Döyçe Velle

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *