Heç kim kənarda qalmamalı.02-03/10/2018

Heç kim kənarda qalmamalı!

 

Bu gün dünyanın hər bir yerində yoxsulluğa və onun bütün formalarına, o cümlədən aclığa son qoymaq, sağlam həyat tərzini və rifahı təmin etmək, iqtisadi artıma, sosial irəliləyişə, ətraf mühitin dayanıqlığına nail olmaq bəşəriyyəti narahat edən ən ciddi məsələlərdəndir. BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) də bu zərurətdən yaranıb.
Bu fikirlər Avropa İttifaqı və BMTİP -in vətəndaş cəmiyyəti təşkilatları üçün oktyabrın 2-3-də Bakıda keçirdiyi təlimdə səsləndirilib. Açılış mərasimində BMTİP -in Proqram Müşaviri Leyla Fəthi, Aİ-nin Proqram Meneceri Aleksandra Nerisanu, İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov DİM-in qlobal məqsəd və hədəflərinə uyğun prioritetlər və onlara dair göstəricilər barədə danışıblar.
DİM-in Milli Əlaqələndirmə Şurasının eksperti Elnur İbrahimov Azərbaycanda DİM-lərin həyata keçirilməsi prosesi (MAPs hesabatı, Bakı prinsipləri,  DİM üzrə Bakı forumu, milli icra mexanizmi və prioritetləşmə) barədə məlumat verib.
BMTİP -in DİM Siyasəti məsləhətçisi Delavar Barekzai qlobal, Ailə,  Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova yerli səviyyədə genderə həssas DİM-lərin həyata keçirilməsi yolları barədə fikirlərini irəli sürüblər.
İki gün davam edən görüş beynəlxalq təlimçi, Dr. Aysel Vəzirovanın maraqlı təqdimatları ilə yadda qalıb.  O, layihələr hazırlanarkən gender faktorunun nəzərə alınması, qlobal və yerli konteksin əlaqələndirilməsi və digər məsələləri qabardıb. A.Vəzirova xüsusilə vurğulayıb ki, indi başlıca vəzifə «Heç kim kənarda qalmamalı!» prinsipinə əməl etməkdir.

Qrup tapşırıqları zamanı iştirakçılar ölkə və icmaları üçün prioritet hesab etdikləri məqsədlərdən danışıblar. Təlimçi plastik qabların, o cümlədən birdəfəlik istifadə olunan tibbi ləvazimatların düzgün zərərsizləşdirilməməsi və sonradan fəsadları haqda MVA prezidenti Fərman Nəbiyevin fikrinə dəstək verib: «Bu problemin həlli ilə bağlı ideyanızı gerçəkləşdirmək çox faydalı olardı».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *