Pula görə hərəkət: Sərhəd Keçid Əməkdaşlığı

figs/incoming/02-RR.png
Şəkil 24. Tədqiqat lövhəsi (OCCRP)

Araşdırıcı jurnalistlər və vətəndaşlar mütəşəkkil cinayətlərin açılmasında və hər bir gün milyonlarla insanların həyatına təsir edən korrupsiyaların faş olunmasında və bunun üçün bütün məlumatlara əlçatarlıq əldə olunmasında maraqlıdırlar. Dövlət və saysıa hesabsıa digər təşkilatlar tərəfindən yaraılmış çoxcildli informasiya mənbələri artıq əvvəlki illərdən fərqli olaraq hər bir vətəndaş üçün əlçatardır. Eyni zamanda, dövlətdəki korrupsioner məmurlar və mütəşəkkil cinayətkar qruplar öz əməllərini ört-basdır etmək üçün əllərindən gələni edirlər. Onlar hər cür cəhd edirlər ki, insanları məlumatsız qoysunlar, müxtəlif formada böhran şəraiti yaradaq qazandıqları zaman əhalinin bu məlumatlardan xəbərləri olmasın.

Bu cür qüsurların faş edilməsi, korrupsiya və cinayət mexanizmlərinin zərərsizləşdirilməsi araşdırıcı jurnalistlərin vəzifəsidir.

Üç qayda vardır ki, bunlara əməl olunduqda jurnalistika vasitəsilə ən narahat bir mühitdə əsas corrupsiya və cinayət hallarının araşdırılması halında yaxşı nəticələrə gətirib çıxarır.

Ölkədən xaricdəki vəziyyəti düşün
Bir çox hallarda araşdırıcı jurnalistlər işlədikləri zaman müəyyən bir məlumatı xarcdən almaq daxildə onu almaqdan asan olur. Xarici məlumat bazalarından o ölkənin qanunvericili-yinin imkan verdiyi halda toplanmış informasiya araşdırma obyektlərini yanaşı qoymaq zamanı lazım olur. Bütün bunlar bir yana, cinayətkar ünsürlər və cinayətkar məmurlar pullarını oğurladıqları yerlərdə saxlamırlar. Onlar bunu ya xarici banklara deposit qoyur, ya da bir xarici dövlətə investisiya qoyurlar. Bunlar qlobal masştablı cinayətlərdir. Araşdırıcı journalist üçün pulların izinə düşüb axtarmaq üçün internedə çox müxtəlif məlumat bazaları vardır. Məsələn,, Araşdırıcı Lövhə məlumat bazası jurnalistlərə sərhədləri aşaraq pullarının yerini öyrənməyə kömək edir.
Mövcud araşdırıcı Jurnalist şəbəkələrindən istifadə edin
Bütün dünyadakı araşdırıcı jurnalistlər Mütəşəkkil Cinayətkarlıq Və Korrupsiya Xəbərləri Layihəsi, Araşdırma Xəbərləri Üzrə Afrika Forumu, Araşdırıcı Jurnalistika Üzrə Ərəb Müxbirləri, Qlobal Araşdırıcı Jurnalistlər Şəbəkəsi kimi təşkilatlarda qruplaşmışlar. Jurnalistlər həm də IJNet kimi professional jurnalistika platformalarından istifadə edə bilərlər. Burada qlobal jurnalistika ilə əlaqədar məlummatlar gündəlik olaraq mübadilə edilir. Müxtəlif şəbəkələrdə qruplaşmış bir çox müxbirlər oxşar məsələlər üzərində işləyir və oxşar situasiyalarda qarşılaşırlar ki, burada informasiya və metodlar mübadiləsi çox böyük əhəmiyyət daşıyır. Elektron poçt siyahıları və ya social şəbəkə qrupları bu şəbəkələrə qoşulurlar və beləliklə də jurnalistlərin tez bir zamanda bir biri ilə əlaqə yaratması fikir mübadiləsi asanlaşır. Bu cür forumlarda və electron poçt siyahılarından araşdırma hekayələri üçün mövzular götürmək olur.
Texnologiyalardan istifadə və Xakerlərlə əməkdaşlıq edin
Proqram təminatı araşdırıcı jurnalistlərə informasiya məkanına daxil olmağa və onu emal etməyə yardımçı olur. Müxtəlif növ proqram təminatı araşdırıcı jurnalistlərə çox geniş miqyasda olan informasiya içərisindən lazım olanı seçməkdə, hekayəni qurmaq üçün düzgün sənədlərini üzə çıxarılmasında və onları lazım olan səviyyədə araşdırmaqdaa kömək edir. Məlumatları təhlil etmək, toplamaq və şərh etmək üçün alət kimi istifadə oluna biləcək proqramlar vardır. Daha mühüm olanı da budur ki, jurnalistlər kömək lazım olarkən müraciət etdikdə kömək ala biləcəkləri computer proqramçılarının mövcudluğundan xəbərdar olmalıdırlar.Bu proqramçılar və xakerlər informasiyanı necə əldə etməyi onunla necə davranmağ yaxşı bilir və həm də araşdırıcı cəhdlərə müxtəlif cür yardım edə milirlər. Bəzilərinin qlobal açıq məlumat hərəkatlarının üzvləri olduğu bu proqramçılar cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə çox dəyərli müttəfiqlər ola bilərlər. Onlar jurnalistlərə məlumatları toplamaqda və təhlil etməkdə yardımçı ola bilərlər.

Proqramçılar və vətəndaşlar arasında interfeys üçün ən yaxşı nümunə ScraperWiki –ni göstərmək olar. Bu saytda jurnalistlər veb səhifələrdən mlumatları çıxartmaq üçün proqramçılardan xahiş edə bilərlər. Araşdırıcı lövhə özündə jurnalistlərə məlumat toplamaq, üzərində işləmək və təhlil etməkdə kömək ədəcək hazır alətlər dəstinin olduğu bir səhifə saxlayır.

Haqqında qeyd olunan qaydaların əhəmiyyəti artıq müxtəlif səviyyədə sübut edilmişdir. İnformasiyalara daxil olmaq zamanı ən çətin mneələrlə üzləşən Azərbaycanlı araşdırıcı journalist Xədicə İsmayılovanın işi buna parlaq bir misaldır. Xanım İsmayılova Azərbaycan xalqına mümkün olan etibarlı informasiyanı çatdırmaq üçün gündəlik olaraq müxtəlif maneələri aşmalı olur. 2011-ci ilin iyun ayında Azad Avropa Radiosu və Azadlıq radiosunun Bakı ofisinin təcrübəli jurnalisti Xədicə İsmayılova xəbər verdi ki, Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva Panamada yerləşmiş ofşor şirkətləri vasitəsilə yüksək sürətlə genişlənən Azərfon Telekom şirkətini işlədir. Şirkətin təqribən 1,7 milyon abunəçisi vardır və Azərbaycanın 3G xidmətləri göstərən yeganə provayderi ölkə ərazisinin 80 faizini əhatə edir. X. İsmayılova bu Telekom Şirkətinin kimə məxsus olduğunu araşdırmaq üçün demək olar ki, 3 il vaxt sərf etmişdir. Lakin dövlət bütün hallarda yalanlar söyləyərək həmin şirkətin kimə maxsus olduğunu gizlətməyə çalışmışdır. Onlar hətta iddia edirdilər ki, bu şirkət Almaniyanın Simens AG şirkətinə məxsusdur. Sonralar bu iddia açıq şəkildə Alman korporasiyası tərəfindən rədd edilmişdir. Bu azərbaycanlı müxbir aşkar edə bildi ki, Azərfon panamada yerləşmiş bir neçə özəl şirkətə məxsusdur. Xaricdən kömək gələnədək hər şey elə görünürdü ki, onun araşdırmaları boş sonluqla qurtardı. 2011-ci ilin əvvəllərində xanım İsmayılova Araşdırma Lövhəsi vasitəsilə öyrəndi ki, Panamada yerləşmiş şirkətləri fəal proqramçı Dan O”huiqin tərəfindən hazırlanmış proqram vasitəsilə izləmək olar. Elə həmin vaxt o belə bir faktı aşkar edə bildi ki, prezidentin iki qızı Panamada yerləşmiş qurumlar tərəfindən bu Telekom şirkətinə cəlb olunmuşlar.

Əslində Huiqin elə bir alət yaratmışdı ki, bütün dünya jurnalistlərinə panamadakı kimi korrupsiyanı xəbər verə bilsinlər. Panama öz ölkələrində talayıb oğurladıqları pulları gizlədə bilmək üçün münasib yerdir. Misirin keçmiş prezidenti Hüsni Mübarəkdən tutmuş çirkaba batmış məmurlarına qədər hamısı oğurlanmış pullarını Balkanlarda və yaxud Latın Amerikasında gizlətmişlər. Bu proqramçı fəalın yaratdığı veb qaşıma metodudur ki, vebdən çıxararaq elə bir formaya salır ki, araşdırıcılar ondan istifadə edə bilsinlər. O Huiqin Şirkətlərin Panama Qeydiyyatını hazırladı açıq olmasına baxmayaraq yalnız araşdırıcılar maraqlandıqları kommersiya şirkətlərin adlarını axtarış etdikdə ondan istifadə edə bilirdilər. Müxbirlərin bir qayda olaraq maraqlandıqları şirkətlərin daşınmaz əmlakları ilə maraqlandıqlarını nəzərə alsaq bu onların işini bir qədər məhdudlaşdırırdı. Həmin proqramda yeni bir veb səhifə yaradılması imkan verdi ki, adlara əsaslanan axtarışlar da mümkün oldu. Bu yeni veb səhifə dünyanın müxtəlif ölkələrindəki jurnalistlərə imkan verdi ki, informasiyanı tuta bilsinlər və hökumətlərin və parlamentlərin tərkibindəki məmurların adlarını, lap elə Azərbaycan prezidentinin ailə üzvləri kimi, axtarış etməklə onların adlarına Panamada əmlakın olduğunu aşkar edə bilsinlər. Yuxarıda sərlövhələr üzrə qaydalardan istifadə etməyin məlumat mənbəinə daha asan daxil olmaqdan başqa üstünlükləri də vardır. Onlardan biri dümən mühitdə işləməli olan müxbirlərə daha az ziyan vurmaq və onları təhlükədən daha yaxşı sğortalamaqdır. Bu ona görə olur ki, şəbəkədə işlərkən journalist tək olmur, onlar müxtəlif ölkələrdən olan jurnalistlərlə əlaqədar olurlar, onların üzərinə saxta ittihammlar irəli sürülə bilmir. Nəticədə hökumət və korrupsioner məmurlar üçün təqib və qisas alma bir qədər çətinləşir.

Yadda saxlamalı daha bir şey də vardır ki, bir informasiya bir coğrafi ərazi üçün o qədər da qiymətli olmaya bilər, ancaq başqa bir ərazidə çox qiymətli ola bilər. Araşdırma şəbəkəsində inormasiya mübadiləsi çox mühüm hekayələrin yaranmasına səbəb ola bilir.. Məsələn bir Rumıniyalının 1 kq kokainlə Kolumbiyda tutulması Boqota mətbuatı üçün birinci səhifə xəbəri olmaya bilər. Lakin Rumıniyada bir yerli journalist öyrənə bilsə ki, narkotiklə tutulan həmin şəxs Buxarest Hökumətində mühüm vəzifə tutan bir məmur üçün işləyirmiş, bur artıq Rumıniya mətbuatı üçün çox maraqlı bir informasiyadır.

Səmərəli araşdırıcı reportaj daha təmiz, gözəl və ədalərli bir cəmiyyət yaatmaq istəyən araşdırıcı jurnalistlərin, proqramçıların və başqalarının əməkdaşlığının nəticəsidir

Paul Radu, Mütəşəkkil Cinayət və Korrupsiya Xəbərləri Layihəsi

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *