Bizim hekayələr Kod kimi gəlir

figs/incoming/02-TT.png
Şəkil 25. Aeroport Səs Küy xəritəsi (Taz.de)

Açıq Məlumat Şəhəri

Açıq məlumat şəhəri 2010-cu ilin sonlar;nda yaradıldı. Həmin vaxt Almaniyada data jurnalistikadan əsər əlamət yox idi.

Biz bunu niyə etdik? Qəzetlər üçün işləyən insanlar və yaymçılar çox vaxt deyərdilər:”Xeyr, bizim xəbərlər otağında indi Data jurnalistika yaratmağa hələ hazır deyilik. Lakin biz onu indi kiməsə ixrac etməyə şad olardıq”.

Bildiyimiz kimi, biz Almaniyada data jurnalistikada ixtisaslaşan yeganə şirkətik. Hal-hazırda biz 3 nəfərik.ikimiz jurnalistika təhsilli, üçüncü şəxs isə kodlaşdırmanı və əyaniləşdirməni yaxşı bilən birisidir. Biz çoxlu sayda sərbəst xakerlərlə, dizayner və jurnalistlərlə işləyirik.

Son on iki ayda qəzetlərlə birlikdə 4 data jurnalistika layihəsini öhdəmizə götürmüşük. Media işçilərinə, alimlərə və jurnalist məktəblərinə təlimlər və məsləhətlər təklif etmişik. İlk işimiz Berlində yeni tikilmiş bir aeroport haqqında Aeroport Səs-Küyünə Dair Interaktiv Alətin yaradılması oldu. Bizim sonraki əlamətdar işimiz bir alman siyasi xadiminin telefondan istifadə zamanı Məlumatın Saxlanmasına Dair Proqram oldu. Bunun üçün biz Grimm Online mükafatını, Almaniyada və onlayn jurnalistikada nüfuzlu mükafatı olan ABŞ-ın Onlayn Jurnalistika Assosiasiyası tərəfindən təsis olunmuş mükafatı udduq. O vaxtlar sadə interaktiv infoqrafikadan data jurnalistikada məlumatın dizayn və inkişaf etdirilməsi üçün vasitəçi proqramlara qədər bizim bir neçə layihəmiz artıq həyata keçirilmişdi.

Əlbəttə mükafat udmaq nüfuzu möhkəmləndirir, lakin biz layihəni təsdiq etməli olan naşirlərlə danışanda bizim data jurnalistikaya investisiya qoymağımızşn məqsədi mükafat udmaq olmur, daha davamlı şəkildə ictimaiyyətin diqqətində olmağımız əsas şərt olur. İşləri başa çatdırmaq üçün deyil uzun müddətli təsir üçün qurmaq lazımdır ki, bir neçə gündən sonra unudulmasın.

Naşirləri uzun müddətli layihələri götürməyə həvəsləndirən arqumentlərimiz 3 əsas arqument aşağıdakılardır.

Data layihələr köhnəlmir
Dizaynından asılı olaraq, data jurnalistika proqramlarına yeni materiallar əlavə oluna bilər. Onlar yalnız istifadəçilər üçün deyil daxili fəaliyyətdə reportaj və təhlillər zamanı istifadə oluna bilər. Əgər siz rəqiblərinizin investisiyanızdan faydalana biləcəyinizdən ehtiyat edirsinizsə, si yalnız daxili istifadə üçün bir qədər əlamərləri və məlumatı saxlaya bilərsiniz.
Keçmiş təcrübənizə əsaslana bilərsiniz
Bir data layihəni öhdənizə götürərkən çox vaxt kodlar yaradarsınız ki, onlardan təkrar istifadə oluna və yaxud yenişəşdirilə bilər. Növbəti layihə vaxtın yarısını ala bilər. Çünki artıq nə etməli olduğunu (yaxud nə etməli olmadığınızı) bilirsiniz və tikməkdən ötrü nəynizsə vardır.
Data jurnalistika öz xərcini ödəyir
Məlumat əsaslı layihələr ənənəvi marketing kampaniyalarından ucuz gəlir. Onlayn xəbər jurnalları Axtarış Maşınları Optimallaşdırılması (AMO) Axtarış Maşın Marketingi (AMM) kimi layihələrə investisiya qoya bilər. Həyata keçirilmiş data layihə çoxlu səs küy yaradacaq və hətta bəzən yoluxucu ola bilər. Naşirlər bir qayda olaraq buna az pul ödəyəcək lakin eyni zamanda AMM vasitəsilə eyni diqqəti yaradacaqlar.

Bizim işimiz başqa media təşkilatlarından fərqli deyil: xəbər jurnalları üçün proqramlar və xidmətlər təklif edirik. Bəlkə də fərqimiz ondadır ki biz hər şeydən əvvəl bir journalist kimi özümüzü fikirləşirik. Bizim gözümüzdə məalələr və yaxud hekayələr bizim hasil etdiyimiz məhsullardır. Əslində bizim təklif etdiyimiz məhsullar şəkil, üoz, audio və video formatda deyil, kod halındadır. Biz data jurnalistika barədə danışarkən biz texnologiya, proqram təminatı vasitələri və onlarla hekayələrin necə qurulması barədə danışmalıyıq.

Misal üçün, biz proqram üzərində işləyib qurtarmışıq, bu proqram alman dəmir yolları veb saytından gündəlik ən yeni məlumatları çıxarır. Beləliklə bizə Tsuddoyç Tsayting üçün Train Monitoru inkişaf etdirməyə imkan verir bununla da uzaq məsafəyə gedən qatarların ləngiməsini vaxtında göstərir.Proqram təminatı hər dəqiqə yenilənir. Və biz bunun üçün APİ də təmin edirik.Biz bu layhəyə bir neçə ay əvvəl başladıq. Və bu müddətdə çox güeniş data şəbəkə yaratdıq ki o indi hər dəqiqə genişlənir. Indiyə qədər orada artıq yüzlərlə, minlərlə data sıraları əmələ gəlmişdir. Layihə istifadəçiyə ikan verir ki, o ən son məlumatı alsın və əvəlki ayların məlumatları ilə işləyə bilsin. Axlrda bizim söylədiyimiz hekayə, istifadəçilərin fərdi hərəkətləri ilə müəyyən olunacaqdır.

Ənənəvi jurnalistikada yazılı və ya yayınlanan medianın sətri xarakterinə görə biz başlanğıcı və sonu, hekayənin masştabını, hekayənin uzunluğunu və bucağını fikirləşməliyik. Data jurnalistikada bu bir qədər fərqlidir. Başlanğıc vardır, bəli. İnsanlar vebsayta daxil olur və interfeys haqqında ilk təəssürata malik olurlar. Sonra özləri bilir, ola bilsin ki, burada bir dəqiqə və yaxud 1 və yarım saat qalırlar.

Bir data jurnalistləri kimi bizim işimiz bunun üçün bir çərçivə, bir mühit yaratmaqdır. Kodlaşdırma və məlumatın idarə olunmasıyla yanaşı bir həm də ağıllı dizayn üsulları barədə də fikirləşməliyik. İstifadəçi təcrübəsi (UX) Grafik İstifadəçi İnterfeysindən (GUİ) əmələ gəlir. Axırda bu ya layihəni həyata keçirir, ya da onu məhv edir. Ola bisin ki, sizin ən yaxşı kodla işləmək təcrübəniz, məlumat şəbəkəsi ilə işləmək savadınız vardır. Lakin məlumatın əvvəli onun axırını axırını sorsa da heç kəs bunun fərqinə varmır.

Hələlik öyrənmək və təcrübədən keçirmək üçün çox şey vardır. Lakin, xoşbəxtlikdən bir geyim sənayesi vardır və on illərdir kir ki, o rəqəmsal hekayələri, eko sistemləri və interfeysləri yeniləşdirir. Beləliklə, data jurnalistika proqramlarını inkişaf etdirərkən oyun dizaynının nə cür işlədiyinə hekayələrin oyunlarla necə söylənildiyinə fikir vereməliyik. Nə üçün Tetris kimi tasadüfi oyunlar belə məzəli alınır? Böyük oğurluq, Auto və yaxud Scirim Rock açıq oyunlar dünyasını kimlər yaradır?

Biz düşünürük ki, data jurnalistika qalmalıdır. Bir neçə ildən sonra data jurnalistika işləri xəbər bölmələrində qərarlaşacaq, çünki xəbər vebsaytları dəyişməli olacaq. İctimaiyyətə əlçatar məlumatın həcmi böyüməkdə davam edəcəkdir. Lakin xoşbəxtlikdən yeni texnologiyalar bizə yeni yeni hekayələr qurmağa kömək edəcəkdir. Hekayələrin bəziləri məlumat əsaslı olacaq, proqramlar və xidmətlər jurnalist xarakterli olacaqdır. Maraqlı sual budur ki, Bu prosesi ələ almaq üçün xəbər otaqları hansı strategiyanı inkişaf etdirməyi düşünür? Orada R və D bölmələri olacaqmı? Evdə hazırlanmış qəlyanaltı kimi? Və yaxud bəlkə işin bir hissəsi bəzi ixtisaslaşmış şirkətlərə ixrac ediləcək? Biz həlik başlanğıcda haqlıyıq. Zaman göstərər.

Lorenz Matzat, Açıq məlumat şəhəri

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *