Layihəmiz

Data Jurnalistika

Haqqımızda

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA İB) 2016-cı ilin oktyabrından 2017-ci ilin noyabrınadək Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Hesabatlılıq, daha yaxşı idarəetmə və yerli icmaları gücləndirmək məqsədilə vətəndaş cəmiyyətinin məlumatını artırmaq” təşəbbüsü üzrə çalışıb. Təşəbbüs MVA İB-nın Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə gerçəklşdirilib.

Missiyamız

Azərbaycanda açıq məlumatların yayılmasına yardım etmək.

Məqsədimiz

Media və QHT-lərin auditoriyalarını genişləndirmələrinə, dövlət orqanlarının ictimaiyyətlə iş zamanı mürəkkəb informasiyanı sadə və əyani şəkildə, asan başa düşülən tərzdə əhaliyə çatdıra bilmələrinə, eyni zamanda vətəndaş cəmiyyəti, hökumət və media qurumlarının əməkdaşlığına, birgə fəaliyyət əlaqələrinə, hər bir Azərbaycan vətəndaşının açıq məlumatlara əlçatanlığına yardımçı olmaq, sosial media imkanlarından istifadə etməklə Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi və davamlı inkişafına dəstək göstərmək.

Fəaliyyətimiz

Təşəbbüs çərçivəsində media, QHT və hökumət qurumları üçün Mingəçevir Media Mərkəzində, Bakıda və Şəkidə açıq məlumatlara dair silsilə təlimlər və mitaplar, Bərdə, Yevlax, Oğuz, Göyçay və Ağdaş bölgələrində hökumət nümayəndələri üçün məsləhət görüşləri təşkil olunub, 10 nəfər Avropadakı təlimlərə cəlb olunub. Eyni zamanda onlayn kurslar vasitəsilə daha çox insanın açıq məlumatlar əldə etməsinə şərait yaradılıb, “Data Jurnalistika” kitabı Azərbaycan dilinə çevrilib

1.Mitap təlimləri

Layihə müddətində ümumilikdə 6 (Bakı və Sumqayıtda 3, Mingəçevirdə 2, Şəkidə 1) mitap təlimi keçirmişik. Bu mitaplarda 91 nəfər (25 kişi və 66 qadın) iştirak edib. Biz müəyyən qədər yeni alətlər haqqında ideyaları və metodları, öz fəaliyyətlərini necə yaxşılaşdırmaq haqqında təcrübəsi olan, lakin bu alətləri necə və hansı ardıcıllıqla yaratmaq üçün biliyi, vaxtı və resursları olmayan QHT, dövlət və KİV nümayəndələrini bir yerə toplamışıq. İştirakçılar müxtəlif yaşayış məskənlərində yolların vəziyyətini yaxşı öyrənməklə öz səfərlərini daha yaxşı planlaşdıran, Azərbaycan manatının dollara nisbətən nə dərəcədə dəyişməsini göstərən, hansı sərhəd-buraxılış məntəqəsində nə qədər piyada və maşın olduğunu müəyyənləşdirən tətbiq proqramları barədə başqa ölkələrin təcrübələrini təkliflərini müzakirə ediblər. İdeyalar üzərində komanda işi aparılıb. Bu elə yerindəcə bir fikirdən real bir prototip yaratmağa imkan verib. Mitapın sonunda işlənmiş layihələrin təqdimatı keçirilib və qaliblər öz ideyalarının inkişaf etdirmək üçün Linking Media mütəxəssisindən kömək alıblar. MİTAP

2.Hökumət nümayəndələri üçün görüşlər

Əhaliyə açıq məlumatları asan başa düşülən formada, əyaniləşdirilmiş şəkildə çatdırmaq üçün yerli İcra Hakimiyyəti və Bələdiyyə nümayəndələri, Statistika, Təhsil, Mədəniyyət, Səhiyyə və Gənclər təşkilatlarında çalışanlarla 6 görüş keçirilib. Bu görüşlərə 121 şəxs qatılıb. Görüşlərdə açıq məlumatların yüksək səviyyədə istifadəsi vəziyyəti, müxtəlif ölkələrdə hadisələrin baş vermə səbəbləri, müvafiq təşkilatlarda insanların açıq məlumatlardan necə istifadə etmələri, açıq məlumatlara əsaslanan təşkilatlar üçün mümkün layihələr üzrə beyin həmləsi, iş üçün lazım olan açıq məlumatların axtarışı, xəritəçəkmə və müxtəlif xəritələrin yaradılması üçün əsas bacarıqlar barədə mövzular müzakirə olunub.

MİTAP

3.Data Jurnalistika təlimləri

KİV, QHT və hökumət nümayəndələrinin iştirakilə 2016-cı ilin noyabr və 2017-ci ilin mart aylarında Bakı, Sumgayıt, Mingəçevir, Naxçıvan, Ucar, Göyçay, Zaqatala, Ağdam, Tərtər, Bərdə, Lənkəran və Beyləqan rayonlarından olan 61 nümayəndə təlimlərə qatılıb. 3 gün ərzində onlar açıq məlumatlar konsepsiyasını müzakirə edib, Belorus, Avropa Birliyi və dünya KİV-lərinin, QHT və dövlət orqanlarının açıq məlumatlarla işləmə təcrübəsini öyrənib, açıq məlumat portalları, məlumat mənbələri, vizuallaşdırma alətləri ilə tanış olub, xəritələr üzərində işləməyi öyrəniblər

.DATA JURNALİSTİKA TƏLİMLƏRİMİZ

4.Beynəlxalq təcrübə: Avropa təlimləri

Layihə çərçivəsində fəal iştirakçılardan 5 nəfəri Praqaya göndərmişik. Onlar bu təlimlərdən sonra Data Jurnalistika sahəsində yerli peşəkar kadrlara çevriliblər. 5 nəfər isə Bosniya-Herseqovinaya Point konfransa göndərilib. Onlardan 3-ü konfrans bitdikdən sonra layihə şərtlərinə uyğun olaraq, bir ay həmin ölkədə qalıb və təqaüd proqramında iştirak edib. Azərbaycanlı iştirakçılar bu müddətdə informasiya təhlükəsizliyi, sosial media, onlayn alətlər, kölgə hesabatları və layihə planlanması haqqında həm nəzəri, həm də praktiki bacarıqlara yiyələniblər. Bu səfərlərdə Balkan regionu ölkələrinin siyasi sistemləri, siyasi proseslər, hökümət-media-vətəndaş cəmiyyətlərinin birgə fəaliyyət imkanları, qanunverici, icraedici və məhkəmə sistemlərinin açıqlığı, şəffalığı və hesabatlılığı, büdcə xərcləri, seçkilərin monitorinqi kimi mövzularda təlimlər və birgə müzakirələr baş tutub. İştirakçılarla «Al-Jazeera Balkan», «Media Center Sarajevo», «Networks Center», «Center for Investigative Reporting» və digər təşkilatlarla görüşlər keçirilib.AVROPA TƏLİMLƏRİ

5.Data Jurnalistika kitabı Azərbaycan dilində

İndi hər kəs Data Journalism Handbook kitabını Azərbaycan dilində oxumaq imkanı qazanıb. Kitab Əsas məsələ, Giriş, Xəbər otağında, Nümunə hekayələri, Məlumatın alınması, Məlumatın çatdırılması bölmələrindən ibarətdir. Online qaydada yayılan bu kitab həm də univesitetlər üçün dərs vəsaiti rolunu oynaya bilər. Biz təşəbbüs çərçivəsində tərcümə etdiyimiz kitabı səhifəmizdə yerləşdirmişik.

6.Onlayn kurslarda iştirak etmək fürsəti

Eyni zamanda DATA Jurnalistika ilə bağlı online kursları təşkil etməklə, daha çox insanın məlumat almasına və bilgilərini artırmağa şərait yaratmışıq. Kursun ilk məşğələsində 25 nəfər iştirak edib. Amma dərslər bitməsinə baxmayaraq, onlayn kurslar ondan faydalanmaq istəyənlər üçün həmişə açıqdır (Hələ ki dərslər ingiliscədir, gələcəkdə onu Azərbaycan dilinə də çevirmək fikrindəyik). Sadəcə www.data.org.az səhifəsinə daxil olub, tələbə kimi qeydiyyatdan keçmək, bundan sonra KURSUN DƏRSLƏRİNƏ QOŞUL düyməsini tıklamaq lazımdır. Bundan sonra “Sorğunuz qəbul olundu” cavabı alacaq, təsdiqdən sonra dərslərə daxil ola biləcəksiniz.

Əlaqə

Mobil nömrəsi: (+994) 70 3759986
E-poçt: farman.nabiyev@gmail.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *