Xəbərlər

Plagiatlıq kriminaldan daha çox tərbiyə məsələsidir


Yegana Nabiyeva
(author)
: Firuz Mustafa, Müşfiq Ələsgərli, Elçin Rəşidov, Fərman Nəbiyev, Azər Mehtiyev, Ələsgər Məmmədli, Əfqan Vəliyev, Kəbutər Haqverdi, Elnur Nəbivi (şəkildə soldan sağa) və başqaları ölkədə və dünyada müəllif hüquqlarının vəziyyətindən danışırlar
Firuz Mustafa, Müşfiq Ələsgərli, Elçin Rəşidov, Fərman Nəbiyev, Azər Mehtiyev, Ələsgər Məmmədli, Əfqan Vəliyev, Kəbutər Haqverdi, Elnur Nəbivi (şəkildə soldan sağa) və başqaları ölkədə və dünyada müəllif hüquqlarının vəziyyətindən danışırlar

Ekspertlər Azərbaycanda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun addımbaşı pozulduğunu iddia edir, vəziyyətdən çıxış yolunu əqli mülkiyyət hüququnu rəsmiləşdirməkdə və məhkəmə çəkişmələrində görürlər.

“Mənim yazılarım oğurlanır”

Fəlsəfə elmləri doktoru, elmi yaradıcılıqla məşğul olan, nasir, dramaturq, esseist kimi tanınan Firuz Mustafa 40-dan çox kitab yazıb. Uzun illər AzTV-də verilişlərin müəllifi və aparıcısı olub. Onlarla pyesi dövlət teatrlarında səhnələşdirilib, mətnlərinə görkəmli bəstəkarlar mahnılar bəstələyiblər.

Lakin plagiatlıq Firuz müəllimin də məhsullarından yan keçməyib: “Tez-tez sosial şəbəkələrdə deyimlərimi paylaşıram. İndi onlara «status» deyirlər. Mənimçün onlar aforistik deyimlərdir. Bu deyimlərdən ibarət iki kitabım nəşr olunub. Amma görürsən ki, həmin «statusları» oğurlayıb, elə buradaca öz adlarına çıxanlar olur. Bəzi irihəcmli yazılarımın fabulasını və məzmununu götürənlər də var”.

 

MVA Data hekayələri yaradan bölgə jurnalistlərini mükafatlandırdı